Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Regionlarımız güclü yüksəliş yoluna çıxacaq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Regionların sosial-iqtisadi inkişafına dair 2014-2018-ci illər Dövlət proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransında demişdir: «Bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, qeyri-neft sənayesi 5 faiz artmışdır. Keçən il yüz mindən çox daimi iş yeri yaradılmışdır. Bu proses 2004-cü ildən bu günə qədər davam edir».
Statistik rəqəmlərə diqqət yetirsək görərik ki, ötən il regionlarda 147 sənaye müəssisəsi açılıb, bir sıra yeni obyektlərin inşasına başlanılıb. Son bir neçə il ərzində 20 rayonda 44 min hektar ərazidə 22 sahibkarlıq təsərrüfatı tərəfindən müasir suvarma və innovativ texnologiyalara əsaslanan 32 iri fermer təsərrüfatı yaradılıb. Yaradılan müəssisələr regionların sosial-iqtisadi tərəqqisinə geniş yol açmaqla, ərzaq və sənaye məhsullarına olan tələbatın ödənilməsində, ölkənin ixrac potensialının artırılmasında, dünya bazarlarına çıxışın təmin edilməsində müstəsna əhəmiyyət kəsb edib.
Son illər ərzində bölgələrdə həyata keçirilən tədbirlərin fonunda nümunəvi təsərrüfatlar formalaşıb. Öncə 2014-cü ildə yaradılan Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində görülən işləri qeyd etmək istərdik. Belə ki, burada yaradılan biznes inkubator regionun iqtisadi inkişafına təkan vermiş, sahibkarlıq təşəbbüslərinin dəstəklənməsində, gənclərin biznes imkanlarının artırılmasında, məşğulluğun təmin olunmasında, əlverişli biznes mühitinin formalaşmasında mühüm rol oynamışdır. Burada gənclər kənd təsərrüfatı, turizm, İKT, xalçaçılıq, dizayn, emal, xidmət və s. sahələr üzrə treninqlər keçir və sahibkar kimi formalaşırlar. Hazırda digər iqtisadi rayonlarda da analoji addımlar atılmaqdadır.
Cənab prezidentin qarşıya qoyduğu vəzifələr istiqamətində, demək olar ki, hər bir bölgədə zəruri tədbirlər görülür. Hətta düşmənlə təmas nöqtələrində yerləşən yaşayış məntəqələrində də iqtisadi fəallıq artır, işgüzarlıq yüksəlir. Xüsusilə, aprel döyüşlərindən sonra hər yerdə coşqu və qələbəlik yaşanır. Torpaqlarının böyük hissəsi düşmən işğalı altında olan Ağdam rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Quzanlı qəsəbəsində avtovağzal, mini futbol meydançası, çay evi, yanacaqdoldurma məntəqəsi, Təzəkənd kəndində poçt şöbəsi istifadəyə verilib. Bundan başqa, Evoğlu kəndində 100 yerlik uşaq bağçası, Çəmənli kəndində kitabxana, Əfətli və Əhmədağalı kəndlərində xatirə abidə kompleksləri tikilib istifadəyə verilib. Çəmənli kənd uşaq bağçasının, Üçoğlan kənd xəstəxanasının əsaslı təmiri başa çatdırılıb. Heydər Əliyev prospektində xiyaban salınıb.Ağdam rayonu ilə həmsərhəd olan Bərdə rayonu ərazisində, konkret olaraq Təhlə kəndində 2013-cü ildə 195 həyət evindən ibarət qəsəbə, 2014-cü ildə Bərdə şəhəri yaxınlığında, Həsənqaya bələdiyyəsi ərazisində 866 yerlik 15 beşmərtəbəli binalardan ibarət qaçqın şəhərciyi, 2015-ci ildə isə 14 ədəd yeddimərtəbəli 588 yerlik mükəmməl infrastruktura malik olan qəsəbə cənab prezident İlham Əliyevin iştirakı ilə məcburi köçkünlərin ixtiyarına verilib. Bərdə rayonunun kənd təsərrüfatında artım özünü göstərmiş, pambıqçılıq və baramaçılıq, eyni zamanda, tərəvəzçilik və heyvandarlığın sürətli templərlə inkişaf proqramının icrasına başlanılmışdır.
2016-cı il Qobustan rayonu üçün də uğurlu il olub. Rayonun 83959 hektar ərazisi əkinə yararlıdır ki, bunun da 21649 hektarına taxıl əkilmiş və 53,5 min ton məhsul tədarük edilmişdir. Dəmyə torpaqlar olduğuna görə, məhsuldarlıq hektara 22,3 sentner təşkil etmişdir. Bu da əvvəlki illərdən 10 sentner çoxdur. Əkin sahələrinin çox kiçik hissələrə bölünməsi, başqa sözlə, ara məsafələrdə qalan torpaqların ziyanvericilərdən və xəstəliklərdən qorunması mümkün olmur. Fermerlər ki­çik pay torpağı sahiblərinin iri kooperativlərdə birləşdirilməsi təşəb­büsü ilə çıxış etmişlər. Çünki rayonda sayı 7 mindən artıq olan torpaq mülkiyyətçilərinin heç də hamısının əkin işlərinin yüksək aqrotexniki qaydalara uyğun şəkildə aparmağa gücləri və imkanları çatmır. Qobustan, həmçinin respublikamızın böyük heyvandarlıq rayonlarından biridir. Son illər iribuynuzlu mal-qaranın sayı 3 faiz artaraq 30 min 342 başa çatmışdır. Ötən il rayonda qoyun və keçilərin sayı 2 faiz artaraq 190375 başa, quşların sayı isə 1 faiz artaraq 87062-yə çatmışdır.
Ölkə başçısı pambıqçılığı prioritet elan etdikdən sonra, demək olar ki, bütün pambıqçılıq rayonlarında bu sahəyə maraq birə-beş qat artmışdır. Saatlı rayonu da bu sırada xüsusi yer tutur. Rayonda fəaliyyət göstərən «Şamo» MMC uzun illərdir ki, işini dayandırmışdı. Keçən il görülən tədbirlər nəticəsində müəssisə yenidən fəaliyyətə başladı və ilin pambıq əkinində birincilər sırasına çıxdı. Pambıqçılıq çətin sahədir, lakin bununla belə gəlirli sahədir, əhalinin, necə deyərlər, görüb-götürdüyü fəaliyyət növüdür. Bunu nəzərə alaraq, dövlət başçısı pambıqçılara hər cür qayğı və dəstəyini əsirgəmir. «Şamo» MMC öz növbəsində bu şərəfli işin daşıyıcılarına əlindən gələn köməkliyi edir. Pambıqçılara ilkin olaraq 500 min manatdan artıq avans verilib, toxum və gübrə paylanılıb, texniki təchizat sarıdan problem yaşanmasına imkan verilməyib. «Şamo» MMC-nin müasir avadanlıqlarla təchiz olunmuş zavodu da vardır. Bu il 3 min hektardan artıq sahədə pambıq əkini nəzərdə tutulur, bununla əlaqədar 450 fermerlə müqavilə imzalanıb. İşlərin gedişi onu göstərir ki, qarşıya qoyulan vəzifələr yüksək şəkildə yerinə yetiriləcək.
Cənab prezidentin prioritet hesab etdiyi sahələrdən biri də üzümçülükdür. Açığını demək lazımdır ki, üzümçülüyün bugünkü səviyyəsi qaneedici deyil. İstər istehsalda, istər emalda, istərsə də satışda ciddi tədbirlərin görülməsinə ehtiyac duyulur. Ən böyük üzümçülük rayonlarından biri Cəlilabaddır. Bu sahədə rayonda son illər xeyli iş görülüb. Üzümçülüyə maraq böyükdür, çünki Cəlilabadda üzümçülükdə zəngin təcrübə vardır. Hazırda rayonda 1250 hektar üzüm bağları salınıb. Sahibkarlar xaricdən gətirilən texniki və süfrə sortlarına üstünlük verirlər. Sahələrdə texniki üzüm sortlarından – rikasteli, süfrə sortlarından – kardinal, sultani, sentirial, attika, prima, optorial, ağadayı, orreal, redqlob sortları əkilib. 2016-cı ildə sahələrdə orta məhsuldarlıq 100 sentner təşkil edib.
Azərbaycan turizm baxımından da böyük potensiala malik ölkədir. İsmayıllı rayonu bu sırada xüsusi yer tutur. Region üzrə 6 istiqamətdə turist marşrutları hazırlanıb. Rayona BƏƏ-dən, Türkmənistandan, Çexiyadan, Rusiyadan, ABŞ-dan və s. ölkələrdən turistlər təşrif buyururlar. Regionda kənd turizmi, ekoturizmin yayılması üçün zəruri tədbirlər görülür, sakinlərə müvafiq bilgilər və tövsiyələr verilir. Rayonda mövcud olan istirahət məkanları, fərdi evlər haqqında məlumat baza sistemi yaradılıb. «Kənd Yaşıl Turizminin İnkişafına Dəstək» İctimai Birliyinin təşkil etdiyi, kiçik sahibkarlığın inkişafı məqsədilə kənd qonaq evlərində turist xidmətlərinin göstərilməsi qaydaları üzrə maarifləndirmə işlərinin aparılması və metodik vəsaitlərin çapı layihələrində İsmayıllı TİM əməkdaşları yaxından iştirak edirlər. Şamaxı-Balakən turizm dəhlizinin yaradılması həmin ərazilərdə bir neçə üçulduzlu otellərin tikintisinə, bu istiqamətdə digər infrastruktur tədbirlərinin görülməsinə təkan vermişdir. Hazırda rayonda çoxlu sayda turistin yerləşdirilməsi üçün otel inşa olunur. 2010-cu ildə rayona 25 min turist gəlmişdisə, 2016-cı ildə bu rəqəm 101 min nəfərə çatmışdır.
Turistlərin yerləşdirilməsi 23 istirahət mərkəzində həyata keçirilir. 2016-cı ilin iyun ayının 1-dən İsmayıllı rayonunun mərkəzində Turizm bazarı fəaliyyətə başlayıb. Bazarda regionu əks etdirən əl işləri sərgilənir və satışı həyata keçirilir. Burada, həmçinin rəngarəng musiqi proqramları təqdim olunur. Həftənin sonunda İsmayıllı TİM tərəfindən Azərbaycan filmləri nümayiş etdirilir. Rayon ərazisində 233 dövlət tarix-mədəniyyət abidəsi mövcuddur. Bunlardan Cavanşir qalası, Qız qalası, Qırx otaq, Buzxana kimi abidələrə maraq daha böyükdür. Buynuz kəndindəki dağ şəlaləsi, aşağı Gülyanda Gülyan şəlaləsi, Talıstan kəndinin şimalında Qaranovhuz gölü rayonda turizmin gələcək inkişafı üçün geniş imkanlar açır.
Regionların tərəqqisindən danışarkən Masallı rayonunun Heydər Əliyev prospektində yaradılan regional «ASAN xidmət» mərkəzini xüsusilə qeyd etmək lazımdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev keçən il sentyabr ayının 3-də Masallı rayonuna səfəri çərçivəsində bu möhtəşəm binanın açılışını etdi. Bu mərkəz respublikamızda sayca 11-cidir. Masallıda istifadəyə verilən, öz memarlıq üslubu ilə seçilən bu mərkəz regional inkişafa və yüksəlişə bariz nümunədir. Kompleks 4480 kvadrat metr ərazini əhatə edir. Mərkəzdə 10 dövlət qurumu – Ədliyyə, Daxili İşlər, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, İqtisadiyyat nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Kompleksdə vətəndaşların rahatlığı üçün hər cür şərait yaradılıb.
2016-cı ildə bölgələrimizdə görülən işlərə, reallaşdırılan layi­hə­lərə qısa ekskurs etməyə çalışdıq və belə qənaətə gəldik ki, böhranın davam etməsinə, neft gəlirlərinin azalmasına rəğmən, uğurlarımız çox olub.
2017-ci ildən gözləntilərimiz çoxdur. Bu il aqrar sahədə həyata keçirilən köklü islahatlar öz real nəticəsini verəcək, iqtisadiyyatımız möhkəmlənəcək, sosial həyatda yaşanan çətinliklər arxadan qal­xacaq, regionlarımız daha güc­lü inkişaf və yüksəliş yoluna çıxacaqdır.

 

Zülfü İLYASOV,
bölgə müxbiri