Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Telekommunikasiya inqilabına aparan yol

 

Dünyada informasiyanın ötürüləcəyi məsafə nəzərəçarpacaq dərəcədə artır. İnsana elə gəlir ki, bu, mükəmməlliyin son zirvəsidir və bundan da yaxşısını düşünüb kəşf etmək artıq mümkün deyil. Lakin telekommunikasiyalar və İT texnologiyalar sahəsində çalışan mütəxəssislər başqa cür fikirləşir və yeni tədqiqatlarını davam etdirirlər. Onlar informasiyanın toplanması, saxlanması və ötürülməsinin keyfiyyətinin yaxşılaşdırılması, yeni informasiyalaşdırma mexanizmlərinin yaradılması üzərində işləyirlər. Telekomunikasiyalar və İT texnologiyalar elə sürətlə inkişaf edir ki, burada baş verən dəyişikliklər çox qısa zaman kəsiyində həyata keçir. Bu gün telekommunikasiyalar dünya iqtisadiyyatının daha effektiv və dinamik inkişaf edən sahələrindəndir.
Ölkəmizdə telekommunikasiya ba­zarında sahibkarlıq fəaliyyəti ilə məşğul olan Amerika şirkəti Cyber­net Communication Inc.-in fi­lialı olan Avirtel MMC, KATV1, “Delta Telecom” və s. kimi şirkətlər fəaliyyət göstərir.
Yeni nəslin operatoru
Amerika şirkəti Cybernet Communication Inc.-in filialı olan Avirtel MMC 2000-ci ildə ən qabaqcıl İKT xidmətləri təqdim etmək məqsədilə təsis olunmuşdur. Etibarlı və təhlükəsiz qoşulmanı təmin edən Avirtel kompleks məhsul və xidmətlər təklif etməklə, öz müştərilərinə effektiv ünsiyyət qurmağa yardım edir. Müştərilər Avirtel-in geniş zolaqlı sürətli internet xidmətlərindən, IPTV, 088 toll free, zəng mərkəzi, biznes proseslərinin idarə edilməsi proqramı (BPMS), mobil həllər, IT outsourcing, IKT konsultasiya və təlim, veb dizayn, reklam, İKT təhlükəsizlik xidmətləri, LED həllər və geniş çeşidli məhsullarından faydalana bilirlər. Avirtel şirkəti internet provayder kimi ilk addımlarını atmağa başladıqda ölkədə az sayda internet provayder fəaliyyət göstərirdi və illər keçdikcə xidmətin son istifadəçiyə çatdırılması sahəsində ən qabaqcıl texnologiyalarla ayaqlaşan şirkət bu sahədə öz sözünü deməyi bacarmışdır. Belə ki, rəqabətə meyilli və inkişafyönümlü bir şirkət olaraq Avirtel hazırda Bakıda və ölkəmizin 40 regionunda ADSL, Fiber Optik, SHDSL, WiFi, VDSL, VDSL2 texnologiyaları ilə internetə yüksək keyfiyyətli və sürətli qoşulmanı təmin edir. Eyni zamanda, Avirtel 2016-cı ildən Sürətli İnternet layihəsini həyata keçirməyi və son istifadəçilərə mövcud telefon xətti üzərindən çox sərfəli şərtlərlə 50 Mb və daha yuxarı sürətlə İnternet xidmətləri təqdim etməyi planlaşdırır. İnternetin müasir dövrümüzdə elm, mədəniyyət, təhsil, iqtisadiyyat, ümumiyyətlə bütün sahələrdə həyatımızı, işlərimizi sadələşdirdiyi danılmazdır.
Düzgün istifadə edilmədikdə in­ter­netə giriş təşkilatlar, təhsil mü­əs­sisələri, eləcə də ev istifadəçiləri üçün risk törədə bilər. Bəzi araşdırmalara görə, istifadəçilərə nəzarət edilmədikdə işdə 3 saata qədər vaxt itirilmiş olur. Avirtel uşaqlı ailələrə, şirkətlərə, təhsil müəssisələrinə AvirDNS xidmətini təklif edir. Bu xidmət vasitəsilə istifadəçilər istədikləri məzmunlu saytlara qadağa qoya bilir, beləliklə də tabeliyində olan digər istifadəçiləri internetdə pis vərdişlərdən, vaxt itkisindən qorumuş olurlar.
Avirtel öz müştərilərinə Fiber Optik xətləri və ADSL üzərindən 180-dən artıq telekanalın rəqəmsal yayımını təqdim edir. AvirTV Azərbaycan, türk, rus, ingilis və fransız dillərində onlarla kanala təmiz səs və görüntü imkanları ilə baxmağa imkan yaradır. Rəqəmsal TV-nin kabel televiziyalarındən fərqi ondan ibarətdir ki, kabel TV-də siqnal retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir, beləliklə tam keyfiyyətli yayımla müxtəlif dilli kanalları izləmək olur.
Avirtel-in vebsayt dizayn və proqramlaşdırma komandası Java, C, C++, Python, Ruby, Javascript, PHP, HTML5,CSS3, Jquery, Ajax, CMS sahəsində ən yüksək bacarıqlara malikdir. Avirtel müştəriləri üçün istifadəsi rahat, istədiyiniz dizaynlı və istənilən ekran ölçüsünə uyğun olan vebsaytlar hazırlayır. Şirkət təkcə vebsaytın hazırlanması deyil, həmçinin öz domen və hosting xidmətlərini də təklif edir. Vebsaytların durmadan artdığı bir dövrdə axtarış sistemlərində ilk sıralarda olmaq, rəqiblərlə müqavimətə davam gətirmək qəliz məsələyə çevrilmişdir. Buna görə də Avirtel öz vebsayt xidmətlərinə müştəriləri üçün SEO optimizasiyasını da daxil etmişdir. Beləliklə, şirkət müştərilərə vebsayt hazırlanmasında sıfırdan SEO optimizasiyasına qədər öz AvirWeb xidmətini təklif edir.
Avirtel istər internet, sosial media, istərsə də TV, radio, qəzet, jurnal və ya çöl reklamları olsun, hər bir tərəfdaşına xidmət göstərir. Şirkət müştəriləri üçün tam marketinq və brendinq strategiyaları, eləcə də satış elanları hazırlayır.
Həmçinin, Avirtel işıq sənayesində aparıcı texnologiya olan LED monitorlar quraşdırma üzrə ixtisaslaşır. Şirkətin komandası işıqlandırma sənayesi, istehlakçı elektronikası və İKT sahəsində təcrübəyə malik mütəxəssislərdir. Avirtel korporativ müştərilərə IT outsourcing xidmətlərini də təklif edir.
Avirtel-in təhlükəsizlik xidmətlərinə giriş-çıxışa nəzarət sistemləri, IP video nəzarət sistemləri və GPS izləmə daxildir.
Beynəlxalq səviyyədə tanınmış toll free nömrələri turizm şirkətləri və agentliklərinin keçirdikləri marketinq və PR kampaniyalarına böyük dəstək ola bilər. Bu nömrələr turistləri, eləcə də əməkdaşlıq etmək istəyən digər şəxsləri toll free nömrə sahibi olan agentlik və şirkətlərlə daha çox əlaqə qurmağa cəlb edə bilər. Belə ki, Avirtel toll free rabitə operatorunun təyinatı digər rabitə operatorlarından fərqlənir. Toll free abunəçisinə zəng edən tərəf pulsuz ünsiyyət qura bilir, danışıqlar üzrə hesablanan ödənişi isə zəng edilən tərəf, yəni toll free nömrəsinin sahibi edir. Toll free nömrəsini özünüzün şəhər və ya digər mobil nömrələrinizə uyğun seçə bilərsiniz. Toll free nömrəsinə sahib olan şəxslərin üstünlüklərindən biri də odur ki, zənglər, eyni zamanda, baş ofisə və filiallara yönlənə və ya bütün zənglər bir mərkəzdən idarə oluna bilər. Avirtel fəaliyyəti müddətində həyata keçirdiyi uğurlu layihələr sayəsində müstəqil təşkilatlar tərəfindən bir sıra nüfuzlu mükafatlar, sertifikat və təltifnamələrə layiq görülmüşdür. 2 il ardıcıl olaraq “İlin İnternet Provayderi”, Toll Free xidmətinin uğurlu tətbiqinə görə “Brand Award”, “Azeri Business Award”, “Azərbaycanda rabitə sisteminin təkmilləşdirilməsində göstərdiyi xidmətlərə görə” Qızıl Buta, Qız Qalası, korporativ saytlar nominasiyasında Millinet 2015-in qalibi, Bakutel 2015 sərgisində “Ən füsunkar stend” mükafatları və s. almışdır. Avirtel gələcək perspektivdə ye­ni texnoloji showroom müştəri­lərə təqdim edəcəkdir. Hazırda isə Avirtel-in Apple sertifikatlı mü­təxəssisləri Bakı və respublikanın bölgələrindən müxtəlif problemli Apple cihazlarının keyfiyyətli və tam zəmanətli təmirini həyata keçirir.
Tələbata uyğun müəssisə
yaradılıb
XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu.
Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur. Müasir Delta Telecom korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, 78% Qafqaz İSP-ləri və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir. Delta Telecom EUTELSAT-ın Beynəlxalq Peyk Rabitə Operatorunun regionda rəsmi distributoru və bütün Qafqazda peyk kanallarının icarəsi, istifadəsi, peyklərdəki transponderlərin icarəsi istiqamətində EUTELSAT-ın səlahiyyətli nümayəndəsidir. Müəssisə Azərbaycan ərazisində layihələr üzrə işlərin aparılması üçün lazım olan dövlət lisenziyaları və sertifikatlarına yiyələnmişdir. Şirkətin müştəriləri Azərbaycan Beynəlxalq Bankı, Kapital Bank, Bank Respublika, Vergilər Nazirliyi, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti, Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələrdir.
Hazırda Delta Telecom-un magistral şəbəkədə məlumatları aktual ötürmə sürəti Azərbaycan İnterneti seqmentinin real tələbatlarını dəfələrlə ötür. Delta Telecom şəbəkəsində məlumatların ötürülməsinin real sürəti 1 saniyədə 33 DVD daşıyıcısının tam tutumundakı informasiyaya bərabərdir.
Bunu qeyd etməliyik ki, ötürülən trafikdə 24 saat ərzində 10 saniyədən artıq dayanma imkansızdır. Delta Telecom regionlarda və dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndi telefoniya, peyk və internet xidmətləri ilə təmin edir. Bu isə öz növbəsində dağlıq və ucqar ərazilərdə olmasına baxmayaraq, istənilən məlumatın əldə edilməsi deməkdir.
Regionda birinci WiMAX texnologiyası layihəsinin həyata keçirilməsi məhz Delta Telecom fəaliyyətinin nəticəsidir.
Bununla da Azərbaycanda ilk dəfə simsiz, genişzolaqlı, limitsiz internetdən istifadənin əsası qoyulmuşdur.
2004-cü ildən bu günədək Delta Telecom internet xidməti qiymətlərində 361 dəfə endirimlər etmişdir. İstənilən səviyyədə alternativ əldəetmə bacarığımız, daha çox satış ilə minimal mənfəət əldəetmə siyasətimiz nəticəsində müəssisəmizin birinciliyi qorunub saxlanılır.
Şirkətin fəaliyyətində yeni istiqamət
KATV1 şirkəti 2005-ci ildə təsis edilib,həmin ildə Milli Televiziya və Radio Şurası tərəfindən kabel yayımı üçün lisenziya verilmişdir. Hal-hazırda şirkət tərəfindən KATV1 xidmətlərinə qoşulmaq üçün 90 km. optik, 80 km. magistral və 140 km. submagistral xətt çəkilib. Bu, müəllif hüquqlarının qorunub saxlanıldığı leqal kommersiya televiziyası erasıdır. KATV1 şirkəti Azərbaycanın telekommunikasiya bazarında əhaliyə müxtəlif növ xidmətlər təklif edir və onun xidmətlərindən Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərinin sakinləri istifadə edir. KATV1 öz müştərilərinə fiber-optik şəbəkələr üzərindən İnternet şəbəkəsinə məhdudiyyətsiz 100 Mbit/s sürətli qoşulma xidmətini təqdim edir. Qeyd etmək lazımdır ki, ADSL texnologiyası ilə müqayisədə “optika”nın bir sıra üstünlükləri var. Seçilən paketdən asılı olaraq “optika”nın sürəti ADSL-dən 4-5 dəfə yüksək olar bilər. Qeyd etmək lazımdır ki, “optika internet” üçün ayrıca fiber-optik xətlərdən istifadə olunur, ADSL texnologiyasında isə köhnə telefon xətləri istifadə olunur ki, bu da internetin sürətinə olduqca təsir edir. KATV1-in təklif etdiyi “optika” telefon xəttinin keyfiyyətindən asılı deyil, çünki istifadəçilər keyfiyyətli kabellərdən qurulmuş xüsusi bir infrastruktura qoşulur. Bundan əlavə, əks yükləmə sürəti (upload speed) də bir neçə dəfə yüksəkdir ki, bu da video-ünsiyyət, faylların göndərilməsi və s. bu kimi əməliyyatların reallaşdırılması üçün çox vacibdir. Yaxın perspektivlərdə şirkət fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, eləcədə öz fəaliyyətində telekommunikasiya texnologiyaları sahəsində dünyada son nailiyyətlərin tətbiqini planlaşdırır. Əhalinin bütün seqmentləri üçün dünya telekommunikasiya birliyinə girişin təmin edilməsi şirkətin əsas nailiyyətidir
Belə ki, hazırda dünyada telekommunikasiyalar sadəcə baza xidmətindən daha böyükdür. O, cəmiyyətin inkişafına, yaxşılaşmasına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Və artıq qətiyyətlə demək olar ki, onun rolu sabahın dünyasında daha da güclənəcək.

Nailə Cabbarova