Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

«Startup» nədir?



2008-ci il dünya maliyyə böhranından sonra Amerikada yeni nəsil iş adamları və onların həyatımıza gətirdiyi «Startup» fırtınası yarandı. Bu gün bu fırtına dünyanın hər yerində həyəcanla izlənməkdədir.

Hərfi tərcümədə «Startup» “nəyisə hərəkətə keçirmək üçün görülən iş ya da müddət”dir. Bəzi mənbələrdə “yeni və ya azad təşəbbüskarlıq” kimi tərcümə edilsə də, bu barədə mübahisələr gündən-günə artmaqdadır. Lakin mənası nə olursa olsun, «Startup» yeni biznes növü və ya sahibkarlıq tipi deyil, daha çox ixtira, kəşf və səmərələşdirici təklif statusundadır.
Əslində bu gün dünyanı hörümçək toru kimi sarıyan «Startup» anlayışı ilk dəfə 1996-cı ildə Türkiyədə Təşəbbüskar İş adamları Fondu (Girişimci İşadamları Vakfı) tərəfindən meydana çıxdı. Cəmi 40 yenilikçi üzvü ilə fəaliyyət göstərən Fond Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi, eləcə də Elm, Sənaye və Texnologiyalar Nazirliyi ilə əlaqəli şəkildə çalışırdı. Məqsəd Türkiyənin iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasına keçməsi üçün yenilikçi texnologiyalara sahiblənməsi idi. Bu səbəbdən təşəbbüskarlar (türkcə - girişimci) Fond tərəfindən əvvəlcə maarifləndirilir, sonra iş həyatına atılırdılar. Bir faktı qeyd edim: bir zamanlar orqanik gübrələrin sənayeləşdirilməsi layihəsi bir xəyal idi. Təəssüf ki, bu məsələ yalnız ötən il öz həllini tapdı və Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi fermerləri kimyəvi tərkibli deyil, orqanik gübrələrdən istifadəyə dəvət etdi. Bir sözlə, təşəbbüskarlıq ideyaları bir zamanlar Türkiyədə elə bir uğur qazandı ki ABŞ-dakı müəyyən dairələr uzun illər sonra bəzi əlavələr gətirməklə bu ideyanı beynəlxalq ticarət səviyyəsinə çıxartdı və «Startup» yarandı.

 

Hər təşəbbüs yenilikçi təşəbbüs sayıla bilməz...


«Startup»larla bağlı ən aktual sual budur: “Hər təşəbbüs yenilikçi təşəbbüs sayıla bilərmi?” Yeni bir kafe, restoran, fermer təsərrüfatı, ya da bir istehsal müəssisəsi yaratmaq “Startup” ola bilərmi? Təbii ki, dəyərləndirilə bilməz. Ətlik inəklər arasında Fransanın Limuzin və Şarole cinsləri ilk üçlükdə yer alır. Bu sortları Azərbaycana gətirib sayını artırmaq təşəbbüskarlıq sayılmaz. Bütün dünyada olduğu kimi, Azərbaycanda da heyvandarlıq məhsullarına olan təlabat günü-gündən artır. Lakin BMT-nin statistikası başqa faktları göstərir. İribuynuzlu heyvanlar planetdəki bütün içməli suyun 58 faizini mənimsəyir, otlaqların böyük bir hissəsi heyvanların yem mənbəyidir və əlavə olaraq hər ay yer üzündə milyonlarla ton qarğıdalı, soya, taxıl yem kimi istehlak olunur. 1 litr südün istehsalı üçün 9 litrə yaxın su sərf edildiyini bəlkə də hər kəs bilmir. Heyvanlar eroziya hallarının 55%-nə, pestisidlərdən istifadə hallarının 37%-nə səbəb olur, qlobal istiləşməyə gətirib çıxaran metan qazı buraxırlar. Əlbəttə, sənaye sahələri də metanın mənbəyidir, lakin iribuynuzlu heyvanların payına bu cür zərərli tullantıların 37%-ə qədəri düşür. O zaman sual yarana bilər: 1 litr südün və ya 1 kq mal ətinin real maya dəyəri nə qədərdir? Dəqiq cavabı kimsə verə bilməz. Bu gün azərbaycanlı təşəbbüskar fermerlərin qarşısında duran vəzifələrdən biri də daha kalorili yem mənbələrinin kəşfi və az yem qarşılığında yüksək ət və süd verən məhsuldar heyvan cinslərinin yaradılmasıdır. Bu layihə “Startup”dır.

 


“Startup” “yenilikçi və sürətli inkişaf tempi qabiliyyəti”dir

“Startup”çıların hər hansı bir biznesmendən fərqli DNT-si var. Bu, “baxmaq” və “görmək” kəlməsi arasındakı fərqə bənzəyir. Bir rəsm tablosuna baxan hər kəs oradakı xırda detalları görməyə bilər. “Startup”ın modern qurucuları olan amerikalıların fikrinə görə, bir biznesin “Startup” sayıla bilməsi üçün sahib olacaq ən başlıca özəlliyi “yenilikçi və sürətli inkişaf tempi qabiliyyəti”nin olmasıdır. Elm və texnologiya elə bir templə inkişaf edir ki, 1 il əvvəl əlinizdəki telefonun ya da stolüstü kompüterinizin proqramları sizin müasir tələblərinizə cavab verməyə bilər. Yeni bir bərbər salonu açmaq “Startup” ola bilməz. Yaxud, bir şirkətin “Startup” olması üçün yeni yaranmış olması, ya da gənc olması vacib deyildir. 19 milyard dollarlıq sərvətə sahib olan “Whatsapp”ın qurucularından Jan Koum şirkətlərinin 5-ci ildönümündə verdiyi bir reportajda “Whatsapp”ı indiyədək “Startup” olaraq gördüklərini söyləyib. J.Koum: “Məncə “Startup”lar insan yaşı kimi zamanla deyil, ruhla əlaqəlidir. Mən özümü 38 yaşındakı kimi hiss etmirəm. Şirkətimiz də 5 yaşındadır, ancaq çox sürətlə hərəkət edir, sürətlə qərar qəbul edir və işimizə davam edirik. Deməli, biz hələ də “Startup”ıq”, - deyib. 

“Startup”lar fərqli bir şirkət tipi sayıla bilərmi? ABŞ-da “Startup”lar üçün vergi məsrəflərinin azaldılmasını və qanuni prosedurların icrasını asanlaşdıran “C-Corp” adlanan vergi ödəyicisi statusu var. Bu, vergi ödəyiciləri üçün Tibbi sığorta, Əlillik sığortası, Həyat sığortası və tibbi xərclər federal büdcədən ayrılır.
“Startup” hər zaman yenilənə bilən ixtiradır desək, yanılmarıq. Buna görə də müvafiq dövlət orqanlarından müəlliflik hüququ patentinin alınması vacibdir. “Startup”da əsas məqsəd yenilik yaratmaqdır.
Türkiyədə “Startup” fırtınası
Artıq bir neçə ildir ki, qardaş Türkiyədə də “Startup” fırtınası var. Yəni, internet təşəbbüskarlığı, yeni təşviqlər, müsabiqələr və Türkiyəyə daxil olan nəhəng yatırımlar və s. Ölkədə hər il ən uğurlu “Startup” müsabiqələri keçirilir. Türkiyədə təklif olunan “Startup” layihələri daha çox xidmət sektoruna istiqamətlənib.
Misal üçün, 2014-cü ildə qalib gəlmiş “Startup”lar arasında 100% təbii sabunlar haqqında: www.thesabun.com, satın alacağınız avtomobil barəsində bilmək istədiyiniz hər şey: www.ototespit.com, getmək istədiyiniz restoranla bağlı məlumat almanın ən asan yolu: www.mekan.com da var. 2015-ci ilin qalibləri isə ötən ilki müsabiqədə müəyyənləşdi. Hətta ABŞ-dan da 500 təşəbbüskar türkiyəli məsləkdaşlarını dəstəkləmək üçün gəldi.
Beləliklə təşəbbüskar:
- yeni məhsul və ya xidmət növləri yaradır və inkişaf etdirir;
- yeni ixracat bazarları kəşf edir;
- yeni xammal yataqları və ya mədənlərini kəşf edir.
Təşəbbüskarlığın gətirdiyi faydalar:
- yeni məhsul və ya xidmət növləri yaratmaq;
- yenilikçi bir iş fikrini həyata keçirmək;
- başqalarının görə bilmədiyi fürsətlərdən yararlanmaq;
- yeni istehsal metodları düşünmək və təkmilləşdirmək;
- yeni bazarlara girə bilmək və ya yeni potensial bazarlar yaratmaq;
- xammalların və digər maddələrin yataqlarını və ya mədənlərini kəşf etmək;
- hazır məhsulların təyinatını dəyişdirmək və ya keyfiyyətini yüksəltmək,
- daxil olduğu sektora və ətrafına müsbət təsir etmək;
- yeni metodlarla əlaqədar alternativ yollar yaratmaq və ya xərcləri azaltmaq;
- yeni texnologiyalar kəşf etmək;
- iş dünyasında baş verən əsaslı dəyişikliklərə liderlik etmək.
Geridə qalmış və inki­şaf etməkdə olan öl­kə­lər­də ən əhəmiyyətli mə­sələlərdən biri də işsizlikdir. İşsizlikdən qurtulmanın ən sadə yolu, insanların öz biznesini qurmalarıdır. Təşəbbüskar sayı nə qədər artarsa, ölkədə məşğulluq da bir o qədər artar.

 

“Startup”çı gənclər Azərbaycanın inkişafı üçün nə edə bilərlər?


Hələ sovet illərindən qalma rusca bir deyim var: “Təşəbbüs cəzalandırılır”. Bu ifadəni məktəb illərindən tez-tez eşidirdik. Sosializmdə istehsal, nəqliyyat və rabitə vasitələri üzərində nəzarət dövlətə məxsusdur. Bu səbəbdən də azad ticarətin və sərbəst bazar iqtisadiyyatının olmadığı mühafizəkar SSRİ-də biznes qabiliyyəti və təşəbbüskarlıq yox dərəcəsində idi. Son zamanlar Azərbaycan mətbuatında da “Startup”, “təşəbbüskar olmaq”, “təşəbbüskarlıq” kimi ifadələri tez-tez eşitmək olar.
“Startup”çı gənclər Azərbaycanın inkişafı üçün nə edə bilərlər? İlk növbədə unutmayaq ki, iqtisadiyyatın bütün sahələrində “Startup” layihələrini həyata keçirmək mümkündür. Önəmli olan məsələ ölkənin strateji maraqlarına və günün tələblərinə və reallıqlara uyğun, eləcə də dünyada aktual olan mövzularda “Startup” layihələrinin düşünülməsidir. Məsələn, Orta Amerika qurşağına xas olan şirin kartof növünü Azərbaycanda yetişdirmək “Startup” sayılmaz. Ancaq Türkiyənin Adana bölgəsində yaşayan “Startup”çı gənclərin bu kartoflardan yeyinti məhsulları üçün ətraf mühitə ziyan vurmayacaq, təbiət dostu plastik qablar istehsalı layihəsini “İnovativ təşəbbüskarlıq layihəsi” adlandlrmaq olar.
Qlobal iqlim dəyişikliyi, təbii fəlakətlər, milli və etnik zəmində lokal müharibələr fonunda baş verən aclıq və yoxsullaşma, əhalinin plansız artımı, yeraltı və yerüstü sərvətlərin tükənməsi dünyada yeni risk faktorları yaradır. Yeni texnologiyalara, kompüter proqramlarına, az enerjiylə çalışan istehsal müəssisələrinə, alternativ enerji mənbələrinə, ətraf mühiti çirkləndirilməkdən qoruyan ixtiralara, yüksək məhsuldarlıqlı, bioorqanik toxum sortlarının və heyvan cinslərinin yaranmasına ehtiyac var. “Startup”ların önündə duran məhz bu məsələlər olmalıdır.
Bir də unutmaq olmaz ki, təşəbbüskarlıq hər zaman risklidir. Əvvəla “Startup” müəyyən xərc tələb edən bir işdir. Dinamiti kəşf etmiş və tüstüsüz barıtın tərkibini tapmış ixtiraçı-kimyaçı Alfred Nobelin adı hamıya tanışdır. Amma bəlkə də az adam bilir ki A.Nobel bu kəşfləri üçün xeyli sərvətini və uzun illərini sərf etdi. Düşündüyünüz və həyata keçirmək istədiyiniz bir layihə istədiyiniz nəticəni verməyə bilər. Kommersiya bankları isə “Startup” layihələrinə kredit ayırmaya bilərlər. Dövlət isə ən yaxşı halda Amerika təcrübəsində olduğu kimi, vergilərdən azad edə bilər, ya da uğurlu layihələrə mükafatlar ayıra bilər. Bu sahədə ən uğurlu model isə fondlar tərəfindən təşviq edilən Türkiyə modelidir.
Bir sözlə, təşəbbüskarlıq əmək, zəhmət, səy, bacarıq, qabiliyyət, cəsarət, səbr, uzaqgörənlik, birlik, diqqət, hü­nər və təbii ki, sərvət tələb edir.


Etibar Rəhimov,
AR-GE İNOVASYON LTD
TARIM, YATIRIM,
MARKALAŞMA UZMANI
etibar.info@gmail.com
(İSTANBUL)