Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergilər Nazirliyi kiçik və orta sahibkarlarla görüşlər keçirir

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 23 dekabr 2016-cı il tarixdə imzalanmış və 2017-ci ilin yanvar ayının 1-dən qüvvəyə minən “Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunların, habelə vergi inzibatçılığında baş vermiş dəyişikliklərin mahiyyətinin sahibkarlara və iş adamlarına bilavasitə çatdırılması məqsədilə Vergilər Nazirliyi ölkənin regionlarında və paytaxtda fəaliyyət göstərən vergi ödəyiciləri ilə silsilə görüşləri davam etdirir. İndiyədək 3, 4, 10 və 13 saylı Ərazi Vergilər İdarələrinin əhatə dairəsinə daxil olan 13 rayonda çalışan yerli sahibkarlarla, eləcə də Bakı şəhərində Kiçik Sahibkarlıqla İş və Lokal Gəlirlər Departamentlərinin qeydiyyatında olan sahibkarlarla görüşlər keçirilib.
Yanvarın 17-dən başlayaraq Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti, yanvarın 18-dən isə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin inzibati binalarında paytaxt ərazisində qeydiyyatda olan, iqtisadiyyatın müxtəlif sektorlarında çalışan kiçik və orta sahibkarlarla görüşlərin keçirilməsinə start verilib.
Görüşlərdə Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan ictimai iaşə, pərakəndə ticarət, mebel mağazaları, mobil rabitə obyektləri, aksizli mallar və tikinti materiallarının satışı ilə məşğul olan və s. qəbildən olan vergi ödəyiciləri, həmçinin Lokal Gəlirlər Departamentinin qeydiyyatında olan mənzil-tikinti kooperativləri, istehsalçı şirkətlər, topdan satışla, eləcə də alkoqollu məhsulların istehsalı və satışı ilə məşğul olan vergi ödəyiciləri iştirak ediblər.
Görüşlərdə sahibkarlara Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin mahiyyəti, qanunvericilikdə əksini tapan yeni anlayışlar, yeni vergi bəyannamə və hesabat formaları barədə məlumat və izahatlar verilib, vergi ödəyicilərinin sabit verginin tətbiqi, elektron ticarətin və xidmətlərin vergiyə cəlb olunması, bank hesablarındakı pulun nağdlaşdırılması zamanı verginin tutulması, idman mərc oyunlarının vergiyə cəlb olunması və s. ilə bağlı sualları cavablandırılıb.
Növbəti günlərdə iri bazarlar və şəbəkə supermarketlər, şadlıq sarayları, mebel mağazaları, özəl tibbi xidmət, lizinq və sığorta şirkətləri və s. kateqoriyadan olan ödəyicilər üçün də görüşlərin keçirilməsi nəzərdə tutulur.
Növbəti görüş yanvarın 21-də vergi ödəyicilərinin mühüm iqtisadi dislokasiya zonalarından hesab olunan Sumqayıt şəhərində, 2 saylı Ərazi Vergilər Departamentinin əhatə dairəsinə daxil olan Sumqayıt və Xırdalan şəhərləri, həmçinin Siyəzən və Xızı rayonların sahibkarları ilə keçirilib.
Görüşdə çıxış edən vergilər nazirinin müavini Sahib Ələkbərov Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas məqsədinin ölkədə sahibkarlığın və investisiyaların təşviqi, sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, sahibkarların hüquqlarının daha etibarlı qorunması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf vergi uçotunun qurulması olduğunu bildirib.
Nazir müavini qeyd edib ki, ölkə başçısının təşəbbüsü ilə qəbul olunmuş “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” Qanunun sahibkarların maliyyə vəziyyətinin sağlamlaşdırılmasına, onların sərəncamında əlavə vəsaitlərin qalmasına, sahibkarlığın inkişafının stimullaşdırılmasına və daha əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət edir. S.Ələkbərov sahibkarları bu qanunun yaratdığı imkanlardan maksimum yararlanmağa çağırıb və bildirib ki, yaranmış borclar üzrə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən hesablanmış maliyyə sanksiyaları artıq tam həcmdə silinmiş, digər maliyyə sanksiyaları üzrə isə müəyyən edilmiş şərtlər daxilində silinəcəkdir.
Görüşdə çıxış edən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər və onların tətbiqi ilə bağlı məsələlər barədə vergi ödəyicilərini məlumatlandırıb, e-qaimə fakturaların tətbiqi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun tələblərindən irəli gələn məsələləri şərh edib.
Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru Natiq Şirinov ayrı-ayrı sahələrdə vergi ödəyicilərinin rastlaşdığı konkret suallara aydınlıq gətirib.
Vergilər nazirinin müşaviri, Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinin baş direktoru Ələkbər Məmmədov vergi ödəyiciləri ilə partnyorluq münasibətlərinin dərinləşdirilməsi, intizamlı vergi ödəyiciləri üçün “Yaşıl dəhliz” prinsipinə əsaslanan şəffaf vergi xidmətlərinin göstərilməsi, bu prinsip əsasında göstərilən fərdi xidmətlər, uçot sisteminin şəffaflaşdırılması ilə bağlı məsələlər barədə məlumat verib.