Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"...Bu istiqamət bizə uğurlar gətirir"

 

“Hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara köməklik göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Sahibkarlara yalnız köməklik göstərmək lazımdır ki, öz işlərini daha da səmərəli şəkildə qura bilsinlər”. Dövlət başçısı İlham Əliyevin bu sözləri ölkəmizdə sahibkarlıq sahəsinə ayrılan diqqətin və dövlət qayğısının bariz nümunəsidir. Bunun nəticəsidir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir və bu sahədə qanunvericiliyin, inzibati prosedurların və dövlət-sahibkar münasibətlərinin təkmilləşdirilməsi istiqamətində son illər dövlət tərəfindən kompleks tədbirlər həyata keçirilmişdir. Hazırda ölkəmizdə sahibkarlıq fəaliyyəti müxtəlif istiqamətlərdə inkişaf edir. Təbii ki, bu da Prezident İlham Əliyevin “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir” ifadəsində də öz əksini tapmışdır.
Hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün ilk olaraq insanların həyat və sağlamlıqları əsas şərtlərdəndir. Məhz bunları əsas götürən “PAŞA Həyat Sığorta” şirkəti bu sahədə fəaliyyət göstərməklə həm də onları həyatları ilə bağlı yarana biləcək və yaranmış problemlərdən də sığortalayır.
2011-ci ilin fevral ayından fəaliyyətə başlayan “PAŞA Həyat” Azərbaycan sığorta bazarının həyat sığortası üzrə ixtisaslaşmış ən iri şirkətidir. Müştərilərə həyat sığortasının bütün sahələri üzrə xidmətlər göstərən şirkət həyat sığortası bazarına, eləcə də fərdi və korporativ müştərilərə sərfəli şərtlərlə müxtəlif növ həyat sığortası məhsulları təklif edir: “Daimi qayğı” (“fərdi həyat sığortası”), “Yığım investisiya” (“həyatın yaşam tərkibli yığım sığortası”), “Həyata bağlan” (“sağalmaz xəstəliklərdən sığorta”) və “Kredit götürən şəxslərin həyat sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta”.
“PAŞA Holding” şirkətlər qrupunun həyat sığortası sahəsi üzrə ixtisaslaşmış müstəqil maliyyə təşkilatı olan “PAŞA Həyat” brendi nəinki Azərbaycanda, hətta xarici ölkələrdə belə tanınır. Güclü maliyyə dayanıqlığına malik olan şirkət sığorta əməliyyatlarının operativliyi, yəni sığorta müqavilələrinin hazırlanması, onun dərhal müştəriyə çatdırılması, həmçinin sığorta ödənişlərinin qanunvericiliyə uyğun qaydada və müddətdə ödənilməsi baxımından da seçilir. Bazardakı payının durmadan artması, sərfəli şərtlərlə bazara təqdim olunan həyat sığortası məhsullarının çeşidinin çox olması, eləcə də müştərilərə göstərilən yüksək xidmət və bu xidmət nəticəsində müştəri məmnuniyyətinin qazanılması “PAŞA Həyat”ı fərqləndirən əsas cəhətlərdəndir.
Ümumiyyətlə, sığorta şirkəti seçilərkən ilk olaraq şirkətin brendinə, onun maliyyə durumuna, əsas maliyyə göstəricilərinə, sığorta ödənişlərinin vaxtında ödənilməsi və bu ödənişlərin həcminə diqqət yetirilməlidir. Yalnız bu meyarlar əsasında müştəri ən yaxşı sığorta şirkətini müəyyən edə bilər ki, “PAŞA Həyat” da bu mövcud meyarlara cavab verir.
Müddətsiz lisenziyaya malik olan şirkət biznes göstəricilərinə, həmçinin aktivlərinin səviyyəsinə, investisiya portfelinin və sığorta ehtiyatlarının həcminə görə də Azərbaycanın ümumi sığorta bazarında ən iri şirkətdir.
Şirkətin müştərilərinə gəldikdə isə, burada korporativ müştərilərlə yanaşı, fərdi müştərilərlə də yaxından əməkdaşlıq edilir. Ümumiyyətlə, şirkətin müştəri bazası çox genişdir. Bu da, təbii ki, “PAŞA Həyat” brendinə olan inam və etibardan irəli gəlir.
“PAŞA Həyat”ın əsas üstünlüklərindən biri də şirkətin maliyyə sahəsi ilə yanaşı, ölkənin ictimai və sosial həyatında fəal iştirakıdır. “PAŞA Həyat” fəaliyyəti dövründə müasir tələblərdən irəli gələrək, cəmiyyət üçün mühüm əhəmiyyət daşıyan tarixi-mədəni irsin qorunması, idmanın inkişafı üçün bir çox maraqlı sosial layihələr həyata keçirməkdədir. Bu baxımdan “PAŞA Həyat” “İRS Publishing House” nəşriyyat evinin dəstəyi ilə Azərbaycanın zəngin tarixi-mədəni irsinin, həmçinin müasir inkişafının dünyaya çatdırılması istiqamətində, İçərişəhərə aid “Qədim qalanın yuxuları”, “Qobustan-Minilliklərin Kitabı”, Azərbaycan miniatür sənətindən bəhs edən “Təbrizin Sehrli Nağılları”, Şəkiyə həsr edilmiş “Məftun Edən Şəhər” və Bakının mədəni irsi və müasir nailiyyətlərinə aid “Bakı Simfoniyası” adlı kitabların işıq üzü görməsində, onların oxucu kütləsinə çatdırılmasında yaxından dəstək olub. Məhz bu xidmətlərinə görə, “PAŞA Həyat” “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin “Milli İrs” mükafatı ilə təltif edilmişdir.
Şirkət yalnız bu sosial layihələrlə kifayətlənmir. Gənclərin uğurlu gələcəyinə, onların sağlam ruhda böyüməsinə, həmçinin ölkədə sağlam gənc nəslin formalaşdırılması siyasətinə daim dəstək olan şirkət bunun təzahürü olaraq, gənc və yeniyetmə şagirdlərin futbola cəlb edilməsi, futbolsevərlər arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlam həyata yönləndirmək məqsədi ilə Sumqayıt şəhərində və onun ətrafında yerləşən bütün orta təhsil ocaqlarında “Futbol və Sağlam Həyat” layihəsi, eyni zamanda, Sumqayıt məktəblilərinin yay tətillərini səmərəli və daha maraqlı keçirməsi üçün “Yay Futbol Düşərgəsi” layihəsi, habelə gənclərin sığortaya olan marağını artırmaq məqsədi ilə tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” adlı pulsuz maarifləndirici təlim layihələri həyata keçirib.
Bunlarla yanaşı, şirkət valideyn himayəsindən məhrum olan uşaqları da daim diqqətdə saxlayır və müxtəlif tədbirlər həyata keçirir.
“PAŞA Həyat”ın ən tanınmış sosial layihələrindən biri də ötən ilin noyabr ayında Bakıda keçirilən “İnsan Resursları Forumu - Bakı 2016” adlı beynəlxalq forum olmuşdur. Şirkətin təşkilatçılığı və təşəbbüsü ilə hər il keçirilən forumda insan resurları sahəsinə aid müxtəlif mövzular müzakirə edilir. Ötən ilki forumun da əsas mövzusu insan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılmasına həsr edilmişdi.
Şirkətin “Təcrübəni Bölüş” adlı maarifləndirici layihəsi də mövcuddur ki, burada məqsəd həyat sığortasının təbliği ilə yanaşı, şirkətdə çalışan uğurlu iş adamlarının tələbələrlə öz karyera təcrübəsini bölüşərək onlara gələcək iş həyatlarında faydalı məsləhətlər verərək, karyera imkanlarını daha düzgün istiqamətə yönəltməkdən ibarətdir.
Qeyd edilən layihələrin bəziləri xüsusilə Azərbaycanda yeni xidmət növlərindən sayılan həyat sığortası haqqında məlumatsız əhalinin daha əhatəli biliyə malik olması baxımından da əhəmiyyətlidir. Gənc sektor olan həyat sığortası bütün insanlar, o cümlədən ailələr üçün çox vacibdir. Çünki qəfil baş verən bədbəxt hadisə nəticəsində ailə başçısını itirən və ya əlil olan şəxslərin həyatında uzunmüddətli maddi çətinliklər yaşanır ki, bu zaman da həyat sığortası ailənin köməyinə çatacaq bir mexanizm rolunu oynayır. Dünya praktikası göstərir ki, istənilən sektorda müəyyən inkişaf səviyyəsinə çatmaq üçün müəyyən dövrə və zamana ehtiyac vardır. Azərbaycanda da həyat sığortasının inkişafının sürətləndirilməsi və tanıdılması işlərinə müvafiq dövlət qurumları ilə yanaşı, “PAŞA Həyat” da öz töhfəsini verməkdədir. Əhalinin həyat sığortası barədə maarifləndirilməsi üçün şirkət tərəfindən 2012-ci ilin iyul ayından başlayaraq ölkənin bütün ali təhsil ocaqlarının tələbələri üçün “Sığorta və sığorta mədəniyyəti” adlı peşəyönümlü sosial layihələr həyata keçirilir. Layihədə əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqlarını, həmçinin bu sahədə bilik, bacarıq və qabiliyyətlərini daha da artırmaqdır. “Sığorta və sığorta mədəniyyəti” layihəsi Azərbaycanda həyat sığortasının təbliği ilə bağlı keyfiyyəti və uzunmüddətliliyi ilə seçilən yeganə layihə kimi tanınır.
“PAŞA Həyat” Azərbaycanın tarixi-mədəni irsinin dünyaya çatdırılması istiqamətində apardığı işlərə görə Mədəniyyət və Turizm Nazirliyinin “Milli İrs” mükafatına, həmçinin Rumıniyanın nüfuzlu “Media-XPRIMM” qurumu tərəfindən əhəmiyyətli nominasiyalar üzrə (2015-ci ildə “Azərbaycanda Lider Həyat Sığortası Şirkəti” və 2016-cı ildə “Ən Yaxşı Müştəri Münasibətləri” 2016 ) ardıcıl olaraq 2 dəfə xüsusi beynəlxalq mükafatlara, eləcə də bu ilin may ayında Böyük Britaniyanın nüfuzlu “Luxury Lifestyle” şirkəti tərəfindən “Customer Relationship Excellence Azerbaijan” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.
Şirkətin regionlarda da filialları fəaliyyət göstərir. Hazırda “PAŞA Həyat”ın iki regional filialı var ki, bunlar da ölkənin şimal rayonlarını əhatə edən “Şimal filialı” (Sumqayıt şəhəri), qərb və digər rayonları əhaətə edən, inzibati ofisi Gəncə şəhərində yerləşən “Qərb filialı”dır.
Filiallarda baş ofisdə olduğu kimi həyat sığortası üzrə bütün xidmətlər, icbari və könüllü həyat sığortası məhsulları, o cümlədən istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsullarının satışı həyata keçirilir.

Mətanət Hüseynova