Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Vergi Məcəlləsinə edilən dəyişikliklər vergi yükünün azaldılmasına şərait yaradacaq

 

2016-cı il dekabrın 29-da Vergilər Nazirliyində ölkənin aparıcı KİV nümayəndələrinin iştirakı ilə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə həsr olunmuş mətbuat konfransı keçirilib.
Mətbuat konfransında çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış «Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında» Qanun vergi sistemində həm həcm, həm də mahiyyət baxımından olduqca ciddi islahatların həyata keçirilməsi üçün əsas yaradır. Qeyd olunub ki, Məcəlləyə 115 yeni maddə əlavə olunub, 83 maddədə dəyişiklik edilib, 3 maddə ləğv edilib. Dəyişikliklərdən 123-ü vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34-ü vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8-i vergi yükünün azaldılması, vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Sahib Ələkbərov vurğulayıb ki, ölkə Prezidentinin 2016-cı ilin avqust ayın­da imzaladığı «2016-cı ildə vergi sahəsində aparılacaq islahatların isti­qamətləri»nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haq­qında» sərəncamına uyğun olaraq hazırlanmış əlavə və dəyişikliklərin əsas məqsədi sahibkarlığın, xüsusilə də kiçik və orta biznesin inkişafı üçün daha əlverişli şəraitin yaradılması, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın formalaşdırılması, nağdsız əməliyyatların həcminin və vergi mühitinin cəlb¬ediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, ixracın stimullaşdırılması, dürüst və şəffaf uçotun qurulmasıdır.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin əsas istiqamətləri barədə məlumat verən Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva KİV təmsilçilərinin nəzərinə çatdırıb ki, Vergi Məcəlləsində nəzərdə tutulan vergi güzəştləri və azadolmalarla bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacaq, sahibkarlığın inkişafına dəstək verəcək. Qeyd edilib ki, icbari tibbi sığorta və səhiyyə (tibb) xidmətləri göstərən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun, dövlət adından yaradılan səhiyyə (tibb) müəssisələrinin gəlirləri mənfəət vergisindən müddətsiz, buğdanın idxalı və satışı, buğda unu və çörəyin istehsalı və satışı, quş ətinin satışı isə 3 il müddətində ƏDV-dən azad edilib. Bankların restrukturizasiya və sağlamlaşdırma tədbirləri çərçivəsində qeyri-işlək (toksik) aktivlərinin təqdim edilməsi 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividendin, diskont və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 2023-cü ilin fevral ayınadək artırılıb. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə vəsaitlərinə qənaət edilməsi, habelə ixracı stimullaşdırmaq məqsədilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətləri də azaldılıb.
Məcəlləyə edilmiş mühüm dəyişikliklərdən biri də sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin həyata keçirilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunmasıdır. Bu tələb ƏDV ödəyiciləri və vergi tu¬tulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçün isə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək.
Məcəlləyə güzəştli vergi tutulan ölkə­lərdə təsis edilmiş (qeydiyyatdan keç­miş) subyektlərə rezidentlər və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərin Azərbaycan mənbəyindən gəlirlərə aid olunmasını və həmin ödənişlərdən ödəmə mənbəyində əlavə 10 faiz dərəcə ilə vergi tutulmasını nəzərdə tutan müddəalar daxil edilib.
Elektron ticarətin vergiyə cəlb olunması ilə bağlı qanunvericiliyə edilmiş əlavə və dəyişiklikləri şərh edən S.Musayeva bildirib ki, elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsi, habelə elektron qaydada təşkil olunan lotereyaların, digər yarışların və müsabiqələrin keçirilməsinə görə ƏDV alıcının olduğu yerdə tətbiq ediləcək. Bu dəyişikliyin əsas məqsədi rəqabət şərtlərinin eyniləşdirilməsini və uçot sisteminin qurulmasını təmin etməkdir. Məcəlləyə edilmiş dəyişikliklərdən biri də kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması ilə bağlıdır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları vergilərdən azad edilsə də, onların məhsulları ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən bu məhsulların tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilirdi ki, bu da bir sıra suallara səbəb olurdu. Qeyd edilənləri nəzərə alaraq, kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühiti yaratmaq və vergi yükünü optimallaşdırmaq məqsədilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən Azərbaycanda istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanacaq.
Vergi Məcəlləsində daha bir yenilik sabit verginin tətbiqi ilə bağlıdır. Sabit vergi fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən müəyyən fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslərə tətbiq ediləcək. Belə ödəyicilər əsasən kiçik həcmdə gəlirlərə malik şəxslərdir. Qüvvədə olan vergi qanunvericiliyinə görə, onlar vergi uçotuna alınaraq gəlirləri haqqında bəyannamə təqdim etməli, vergilərini hesablayıb dövlət büdcəsinə ödəməlidirlər. Bəzi fəaliyyət növlərinin sabit vergiyə cəlb olunması ilə bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin əsas məqsədi bu sahədə uçotun sadələşdirilməsi və belə şəxslərin vergi yükünün minimallaşdırılması məqsədini daşıyır. Bundan sonra bu cür fəaliyyətlə məşğul olan fiziki şəxslər əldə etdikləri gəlirlərin məbləği nəzərə alınmadan, bəyannamə təqdim etmədən, kiçik bir sabit məbləğ ödəməklə həyata keçirə biləcəklər.
Sonra nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.