Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ölkəmizdə yeni istehsal sahələrinin inkişafı  

 

Ölkəmizdə sahibkarlığın inkişafı, əlverişli biznes mühitinin yaradılması məqsədilə əsaslı şəkildə islahatların aparılması xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ardıcıl olaraq həyata keçirilən iqtisadi inkişaf strategiyasının tələblərindən irəli gəlir və onun mərkəzində durur. Ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafının təmin edilməsi, regionların inkişafının sürətləndirilməsi ölkəmizin sosial-iqtisadi inkişafının hazırkı mərhələsinin prioritet vəzifələrindəndir və qəbul edilmiş məqsədli dövlət proqramları çərçivəsində uğurla yerinə etirilməkdədir. Uğurların əldə edilməsində özəl sektor əhəmiyyətli rol oynamaqdadır ki, bu da həyata keçirilən məqsədyönlü siyasət nəticəsində biznes mühitin əlverişliliyinin artırılması ilə şərtlənmişdir. 

Bölgələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sahibkarlıq fəaliyyəti genişlənmişdir. Özəl sektorun ÜDM payının 89% artması sahibkarların fəaliyyətinə göstərilən diqqət və qayğının nəticəsidirsə, həm də bu sektorun inkişaf göstəricisidir. Hazırda muxtar respublikada yaradılmış yeni istehsal müəssisələri təkcə yeni iş yerlərinin açılması deyil, həm də əhalinin istehlak tələbatının ödənilməsi, ölkənin ixrac potensialının genişləndirilməsinə də imkan verir. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ən iri şirkətlərdən biri - Gəmiqaya Holdinq hazırda nəinki Azərbaycanın, ümumilikdə regionun məşhur brendlərindən birinə çevrilməkdədir. Holdinq öz adını Naxçıvanın Ordubad rayonu ərazisində yerləşən Gəmiqaya zirvəsindən alıb. Min illərdir ki,  Gəmiqaya yaylaqları Naxçıvan əhalisinin iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edib. İndi isə Gəmiqaya Holdinq bu məkanın iqtisadiyyatında ən önəmli iştirakçilardan biridir. Gəmiqaya Holdinq Azərbaycan iqtisadiyyatında əminliklə öz kursu ilə üzən, daim irəliyə doğru yol tutan nəhəng şirkətlər qrupudur. Gəmiqaya Holdinqin əsasını təşkil edən təşkilatlar öz fəaliyyətinə yenidənqurma və inşaat, bərpa və tikinti işləri sahəsində müxtəlif layihələrin icrası ilə başlayıb, lakin zaman keçdikcə, fəaliyyət sferasını genişləndirərək sənaye, dağ-mədən, turizm və qida sektorlarına da baş vurmaqla artıq şirkətlər qrupuna çevrilib. Hazırda öz uğurlu fəaliyyəti və nailiyyətləri ilə Gəmiqaya Holdinq mərkəzi Naxçıvan şəhəri olan bir beynəlxalq təşkilat adını qazanıb. Gəmiqaya Holdinq həm lokal, həm də beynəlxalq aləmdə fəaliyyətinə davam etməkdədir.
Bu gün insan qaynaqlarına daim sərmayə yatıran Gəmiqaya Holdinq öz işçilərinin peşə və fərdi inkişafına kömək etmək məqsədilə onlar üçün mütəmadi olaraq treninqlər təşkil edir. Gəmiqaya Holdinqin tərkibində Biləv Su Elektrik Stansiyası Layihəsi, Naxçıvan-Sədərək Beynəlxalq Quru Yol Layihəsi, Naxçıvan şəhərinin Su və Kanalizasiya Şəbəkəsinin Yenilənmə Layihəsi və digər uğurlu, səs-küy salan layihələri vardır.
Azərbaycanda digər sahələrin mühüm inkişafı ilə yanaşı, ən çox inkişaf edən sahələrdən biri də tikintidir. Həm dövlət investisiyalarının, həm yerli və xarici investisiyaların iştirakı ilə aparılan tikinti işləri göz qabağındadır. Hazırda Holdinqə daxil olan qurumlar tikinti materialları, metal və mebel sənayesi sahələrində, mərmər və plastik materialları, turizm, qida və mədənçilik sənayesi sketorunda ən aparıcı şirkətlər kimi çıxış edir. Bundan əlavə, Gəmiqaya Holdinq məktəb, ekoloji stansiya, tibb mərkəzləri, yaşayış binaları, su kanalı və idman komplekslərinin tikinti layihələrini icra edib.
Şirkətlər qrupunun əsas dəyərləri yüksək keyfiyyətə nail olmaq, etibarlı partnyor adını qorumaq, müasir, yeniliyə açıq işçilərdən ibarət komanda ilə irəliyə getmək, ətraf mühitə qayğı göstərməkdən ibarətdir. Təbii daş emalı və istehsalı sektorunda yerli marka olan AZMAR şirkəti 15 ildən artıqdır kı, Naxçıvanda qabaqcıl təşkilatlarından biridir. Təbiətin bizlərə mirası olan təbii daş modern texnologiyalarla yüksək keyfiyyətdə istehsal edildikdən sonra insanların istifadəsinə verilir. AZMAR Traverten və Mərmər ocaqlarının sahibi, həm də istehsalçısı olaraq dünyanın bir çox nöqtələrinə Azərbaycan Traverten və Azərbaycan Mərmərini ixrac etməkdədir. Naxçıvan Muxtar Respublikasının Qarabağlar Olive, Qarabağlar Traverten, Çalxanqala Bej və Yuxarı Buzqov Nero ocağı ərazilərindəki zəngin yataqlardan çıxarılan traverten və mərmər blokları emal üçün zavodlara, komplekslərə gətirilir. Komplekslərdə İtaliya istehsalı olan “Barsanti”, Türkiyə istehsalı olan “SESEMAK”,“TOKSEL”, “DEMMAK” və s. markalı avadanlıqların köməyilə “Noce Cross Cut”, “Noce Vein Cut”, “Light Cross Cut”, “Light Vein Cut”, “Classik Cross Cut” “Classik vein cut”, travertenlər və “Beige”, “Olive Maron”, “Nero” mərmər daşlarından müxtəlif ölçü və çeşidlərdə plitələr və mozaiklər istehsal edilir. Böyük və kiçik ölçülü traverten plitələrdən əsasən binaların fasadının və həyətyanı sahələrinin bəzədilməsində, mozaik travertenlərdən isə müxtəlif naxışlı bəzək üzlüklərin vurulmasında istifadə olunur.
Şirkətin əsas məqsədi istehsal etdiyi məhsulların keyfiyyət standartını davamlı olaraq yüksəltməklə yanaşı, xərcləri aşağı salmaqdır. Yalnız keyfiyyətli məhsul istehsalına və yüksək səviyyəli xidmətə üstünlük verən AZMAR milli müstəvidə fəaliyyətinə davam etməkdədir. Həmçinin Gəmiqaya Holdinq yerli mebel istehsalı sahəsində də xüsusi yer tutur. Son illər ölkəmizdə yerli mebel istehsalının inkişafına böyük diqqət verilir.  Belə ki, respublikanın daxili bazarlarına müxtəlif xarici ölkələrdən, o cümlədən İtaliyadan, Rumıniyadan, Polşadan, Çexiyadan, Malayziyadan, İrandan, Çindən, Türkiyədən müxtəlif çeşidli mebellər idxal olunur. Amma son illərdə respublikada daxili istehsalın artırılması və yerli məhsula üstünlük  verilməsi nəticəsində yerli mebel fabriklərinin sayı xeyli artmışdır. Yerli mebel idxal edilən mebeldən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və  insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdinqin nəzdində olan “Bellissa” mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda “Bellissa” 50000 kvadrat metrlik sahəyə malik olmaqla 286 nəfər işçisi, yüksək texnologiya və üstün keyfiyyət yanaşması ilə müxtəlif çeşiddə mebel: mətbəx, vanna otağı, yumşaq, qonaq və yataq otağı dəstləri və xüsusi taxta təchizatları istehsal edən nəhəng bir sənaye qurumudur. Məlumdur ki, mebel istehsalının inkişafında, genişləndirilməsində və keyfiyyətinin yaxşılaşdırılmasında mebel materiallarının rolu xüsusilə böyükdür. 
Gəmiqaya Holdinqin yerli su istehsalı sahəsində xüsusi yeri var. Bu gün Naxçıvan Muxtar Respublikasında 200-dən çox mineral su mənbələri mövcuddur. Onlardan biri də Şahbuz rayonunun Badamlı qəsəbəsi ərazisində çağlayan eyniadlı mineral sudur ki, bu təbiət möcüzəsi bir çox xüsusiyyətləri ilə qiymətlidir. İlk növbədə, əvəzsiz süfrə suyu olan “Badamlı” həm də müalicəvi əhəmiyyətə malikdir. Məlumat üçün qeyd edək ki, “Badamlı” mineral bulağı ötən əsrin ortalarında aşkar edilmişdir. “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti müəssisəyə bazar iqtisadiyyatının tələblərinə uyğun yeni həyat vermişdir. Naxçıvan şəhərində 2,1 hektar ərazini əhatə edən və ümumi sahəsi 9590, istehsal sahəsi isə 3600 kvadratmetr olan yeni istehsal müəssisəsi ölkə başçısı cənab İlham Əliyevin 2009-cu ilin 3-4 avqust tarixlərində muxtar respublikaya səfəri zamanı istifadəyə verilmişdir. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş zavod daxili bazarın tələbatına uyğun keyfiyyətli məhsul istehsal edərək rəqabətqabiliyyətli müəssisəyə çevrilmişdir. Müəssisəyə iki boru xətti çəkilmişdir. Qazlı mineral süfrə suyunu Badamlı yatağından nəql edən xəttin uzunluğu 25 km, qazsız süfrə suyu istehsalı üçün Batabat-Salvartı yaylağından çəkilən boru xəttinin uzunluğu 35 kilometrdir. Zavoda gələn su əvvəlcə mikrotəmizləyici qurğuya verilir və hər birinin tutumu 250 ton olan qapalı hovuzlara yığılır. Hovuzlarda su 2 gün saxlanılır, sonra filtrdən keçirilərək istehsal sexinə verilir. Mineral suyun butulkalara doldurulması üçün istehsal sahəsində Fransanın “SİDEL” şirkətinin istehsalı olan avadanlıqlar quraşdırılmışdır. Müəssisənin sexlərində müxtəlif həcmli plastik və şüşə butulkalarda olmaqla, 10 çeşiddə mineral su istehsal olunur. Plastik butulkalar və qapaqlar üçün 2011-ci ilin fevral ayında istifadəyə verilmiş “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin məhsullarından istifadə edilir.
Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulmuşdur. Laboratoriyada suyun minerallıq dərəcəsi, qələviliyi, ümumi analizləri yoxlanılır, keyfiyyətə zəmanət verilir. İstehsal prosesinin avtomatlaşdırıldığı müəssisədə standartlara uyğun, ekoloji cəhətdən təmiz, yüksək keyfiyyətli məhsul istehsalına nail olunmuşdur. Bunun nəticəsidir ki, “Badamlı”­ mineral suyu keçirilən beynəlxalq sər­gilərdə yüksək qiymətləndirilir. Məh­sulun keyfiyyətinin yüksək olması müəs­sisəni alıcı problemi ilə üzləşdirmir. Müəssisənin məhsulları muxtar res­publika ərazisində, Bakı şəhərində və res­publikamızın müxtəlif bölgələrində satışa çıxarılır. Onu da qeyd edək ki, “Badamlı” mineral süfrə suyunun muxtar respublika ərazisində satışı “Gəmiqaya Bərəkət Bazarlama” MMC, Bakı şəhərində və ölkəmizin digər regionlarında isə “Gəmiqaya Holding” Şirkətlər İttifaqının Bakı Satış Mərkəzi vasitəsilə həyata keçirilir. “Gəmiqaya Mineral Sular” MMC-də bütün istehsal prosesi İSO keyfiyyəti idarəetmə sistemi və qida təhlükəsizliyinin tələblərinə tam uyğun şəkildə təşkil edildiyi üçün müəssisə mərkəzi ofisi İngiltərədə yerləşən Beynəlxalq “Global Group” sertifikatlaşdırma təşkilatı tərəfindən 2009-cu ilin aprel ayında İSO-22000-2005, oktyabr ayında isə İSO-9001-2008 sertifikatına layiq görülmüşdür. Bu da “Badamlı” mineral süfrə suyunun yüksək keyfiyyətli istehsalının göstəricisi və dünya bazarına girişinin açarıdır.
Son illər Sahibkarlığa Kömək Fondunun vəsaitləri hesabına Naxçıvan Muxtar Respublikasında 43 investisiya layihəsi maliyyələşdirilib, bütövlükdə, sahibkarla 17 milyon 319 min 200 manat həcmində kreditlər verilib. Bunun nəticəsində yeni-yeni istehsal sahələri yaradılıb ki, bu da qeyri-neft sektorunu inkişaf etdirməklə bərabər, yüksək əməkhaqqı göstəricilərinə malik 6713 yeni iş yerinin açılmasına səbəb olub.

 

Nailə Cabbarova