Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

"Təhsil-tədqiqat-innovasiya" formatında UNEC: qlobal çağırışlar və real imkanlar

 

“İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, o uğurların təməlində intellektual potensial, texnoloji tərəqqi, elmin inkişafı və təhsil səviyyəsi dayanır.

İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

 

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda insan kapitalinin inkişafı, bilik və innovasiyalara əsaslanan inkişaf prioritet təşkil edir. Eləcə də “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının qanunları da ölkədə təhsil və elmin inkişafına xidmət edən mühüm dövlət sənədləridir.
Ali təhsil müəssisələrində yetişdirilən mütəxəssislər dövlətin və şirkətlərin idarə olunmasında, daha çox əlavə dəyərin yaranmasında, iqtisadi artımda və əmək məhsuldarlığının yüksəldilməsində fəal iştirak edirlər.
Azərbaycan Respublikasında milli iqtisadiyyat perspektivi üzrə strateji yol xəritəsi Azərbaycanda iqtisadi və sosial baxımdan daha səmərəli ali təhsil sisteminin formalaşdırılması prosesinə start verdi.
Bunu nəzərə alaraq, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi təsdiq edildi.
Bunun üçün ali təhsilin keyfiyyətinin yüksəldilməsi, qlobal təhsil məkanına inteqrasiya, ali təhsilli kadrlara tələbatın ödənilməsi, habelə ali təhsilin informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması istiqamətində islahatlar sürətləndiriləcəkdir.
UNEC məhz bu kontekstdə dünya təhsil xidmətləri bazarında rəqabətqabiliyyətli brend universitet yaratmaqla yüksəkixtisaslı iqtisadçı və menecerlərin hazırlanması, fundamental və tətbiqi elmi tədqiqatların aparılması, “biliklər iqtisadiyyatı”nın inkişafına və ölkəmizin sosial-iqtisadi tərəqqisinə töhfələr verməyi hədəfləmişdir.
Dünya təcrübəsi də təsdiqləyir ki, bu məqsədə çatmağın əsas şərtlərindən biri, tədris ilə ali məktəb elminin sıx əlaqəsinin təmin olunması, elmi tədqiqatların daha yüksək səviyyədə aparılması və praktiki məsələlərin həllinə yönəldilməsidir.
Unec-də “Elm, təhsil və innovasiya”
üçbucaqlı modelə keçid
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını rəhbər tutaraq, UNEC-də e-universitet modelinə keçid təmin olunmuş və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tam başa çatmışdır.
UNEC də elmi-tədqiqat işləri aparanların internetdə olan resurslardan istifadə etməsi üçün EBSCO bilik bazasına abunədir. Bazada 9000 adda (onlardan 7851-i resenziya olunan) iqtisadiyyat, ictimai, humanitar, kompüter, mühəndislik (neft,qaz və s.), fizika, kimya, nəqliyyat və s. sahələri əhatə edən jurnalların yerləşdiyi verilənlər bazası və onların CD/DVD formatında təminatı, 2913 adda elektron kitab və broşüralar təsvir olunub. Zəngin resurslara malik saytda elektron mühazirələr, video-dərsliklər, monoqrafiyalar, dərs vəsaitləri, müvəqqəti və daimi istifadəyə verilən məlumat bazalarına keçidlər, fənlər üzrə işçi tədris proqramları (silabuslar) yerləşdirilib. Bu bilik bazasında axtarış aparmaq üçün qaydalar və kitablardan istifadə üsulları haqqında ingilis dilində olan təlimat tərcümə edilib, universitetimizin elektron kitabxanasında elmi-tədqiqat işləri aparanların istifadə etməsi üçün yerləşdirilib.
2016-cı ildə artıq universitet “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası olan “Web of Science” platformasına abunə yazılıb. Dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters” şirkətinin təlimləri Azərbaycan ali təhsil müəssisələri arasında ilk dəfə UNEC-də təşkil olunub.
Proqramda yalnız UNEC-in deyil, ölkənin digər aparıcı ali təhsil müəssisələrinin nümayəndələrinin də iştirakı yüksək dəyərləndirilib. İki gün davam edən təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikata sahib olanlar “Web of Science” platformasından istifadə qaydalarına dair təlim keçmək hüququ əldə ediblər. Onlar bu platforma üzrə Azərbaycanda təlim keçirə biləcək ilk mütəxəssisdirlər. Elmi-tədqiqat işləri aparanların “Thomson Routers”in “Web of Science” platformasında sərbəst işləmələri üçün ingilis və rus dillərində olan təlimatları universitetin tərcümə mərkəzində Azərbaycan dilinə tərcümə edilmiş və geniş oxucu dairəsinin istifadəsi üçün elektron kitabxanaya yerləşdirilmişdir.
Bu baxımdan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasının qərarı ilə təsdiq olunan “Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında Qaydalar”ın icrasını təmin etmək məqsədilə daimi Komissiya fəaliyyət göstərir. Azərbaycan Dövlət İqtisad Universitetində professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndiriməsinə əsaslanan diferensial əməkhaqqı sisteminin tətbiqi haqqında Bu “Qaydalar”ın məqsədi professor-müəllim heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək əməkhaqqlarını diferensiallaşdırmaqla onların elmi-pedaqoji fəaliyyətlərinin ADİU-nun inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir. Bu sistemin üstünlüklərindən biri araşdırma yolu ilə bilik istehsal etmək və tədris yolu ilə savadlı kadrlar yetişdirməkdir. DƏHS vasitəsilə ictimaiyyətin bütün nümayəndələri, o cümlədən dünyanın istənilən məkanında fəaliyyət göstərən ali məktəb və reytinq təşkilatları UNEC-in fakültə və kafedralarının, eləcə də ayrı-ayrı professor-müəllim heyətinin elmi-pedaqoji fəaliyyəti haqqında faktlara söykənən sənədlərə əsaslanan məlumatlar əldə edə biləcəkdir. Bu məlumatlar əsasında, ilk növbədə universitet rəhbərliyi professor-müəllim heyətinin elmi fəaliyyətinə nəzarət edə biləcək.
Fakültələrin, kafedraların, professor-müəllim he­yətinin reytinq göstəricilərinə görə sıralanması, müəl­limlərin elmi nəşrləri və onların ictimaiyyətə təsir etmə gücü (impakt faktor), xarici ölkələrdə nəşr olunan elmi məqalələrin sayı, professor-müəllim heyətinin neçə faizinin elmi-tədqiqat işi ilə məşğul olması barədə məlumatlar da DƏNS-də öz əksini tapacaq. Bütün bu göstəricilər pedaqoji heyətin müəyyən vəzifələrə seçkisi və təyin olunması zamanı da nəzərə alına bilər.
UNEC-də tətbiqi tədqiqatları, eləcə də innovativ fəaliyyəti təşviqləndirən qrant maliyyələşdirməsinin tətbiqi sisteminə keçiləcəkdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) RF, Dağıstan Respublikasının Dərbənd şəhərində filialının rəsmi açılışı oldu. UNEC-in rektoru, professor Ədalət Muradov hər iki ölkə prezidentinin həyata keçirdiyi uğurlu siyasətin Azərbaycan-Rusiya münasibətlərinin hərtərəfli inkişafına zəmin yaratdığını bildirib. Rektor İqtisad Universiteti barədə ətraflı məlumat verərək, bildirib ki, ötən il rebrendinq nəticəsində UNEC brendi patentləşdirilib. QS reytinq agentliyinin göstəricilərinə görə, UNEC Şərqi Avropanın və Mərkəzi Asiyanın ən yaxşı iqtisadyönümlü universitetləri arasında dördüncü yerə yüksəlib. UNEC tələbə sayına görə Cənubi Qafqazda iqtisadyönümlü ən böyük ali təhsil ocağıdır. Burada 18 mindən çox tələbə Azərbaycan, türk, rus və ingilis dillərində təhsil alır. Tələbələrin istəyi nəzərə alınaraq, bu ilin sentyabrından UNEC-də Rus İqtisadiyyat Məktəbi yaradılıb. Təxminən 18% tələbəyə 11 ixtisas üzrə rus dilində təhsil verilir.
UNEC-in Dərbənd filialında maliyyə, mühasibat uçotu və audit, iqtisadiyyat və dünya iqtisadiyyatı olmaqla dörd ixtisas üzrə tədris aparılır. Tədris Plexanov adına Rusiya İqtisad Universitetinin tədris proqramları əsasında işlənib hazırlanıb. Ümumilikdə, filialın pedaqoji heyətinin əməkhaqqı Dağıstanın uyğun orta göstəricisindən iki dəfə çoxdur.
Dərbənd filialı təkcə Rusiyada deyil, bütün regionda yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üzrə aparıcı mərkəzlərdən biri olacaqdır.
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva UNEC-in Dərbənd filialının açılmasını əlamətdar hadisə kimi qiymətləndirib: “Özünü nüfuzlu reytinqlərdə təsdiq edən, Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetinin filialının Rusiya Federasiyası ərazisində açılması mühüm hadisədir. Sevindirici haldır ki, UNEC-də həm də Rus İqtisadiyyat Məktəbi fəaliyyət göstərir. Ümidvarıq ki, UNEC-in Dərbənd filialı Dağıstan üçün lazım olan iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmət göstərəcək. Bildirmək istəyirəm ki, Dərbənd filialında həqiqətən bacarıqlı və yüksək peşəkarlığa malik pedoqoji heyət fəaliyyət göstərir”. Rusiyalı nazir UNEC-in Dərbənd filialının açılışını vaxtında atılmış addım kimi qiymətləndirib.
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov qeyd edib ki, bu filialın açılması münasibətlərimizin inkişafının göstəricisidir. Xüsusi olaraq bildirmək istəyirəm ki, UNEC-in Dərbənd filialı Azərbaycanın Rusiyada rəsmi lisenziya ilə fəaliyyət göstərən yeganə ali təhsil müəssisəsidir.
Azərbaycan Respublikasının İnkişaf Konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə UNEC-də struktural dəyişikliklər, infrastrukturun gücləndərilməsi və xaricdə təhsil alan gənclərin elmi-pedaqoji işə alınması prosesi sürətləndirilmişdir.
UNEC-də e-universitet modelinə keçid təmin olunmuş və tədris prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi tam başa çatmışdır.
UNEC-də tədrisin əsas məqsədi səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan tədqiqat universitetini yaratmaqdır. UNEC-də tətbiq olunan dövlət təhsil proqramları aparıcı Avropa universitetlərinin standartlarına uyğunlaşdırılmışdır. Təhsil verənlərin peşəkarlıq səviyyəsinin daim yüksəlməsinin təminatı ilə əlaqədar UNEC-in professor-müəllim heyəti nüfuzlu Avropa, Rusiya, Türkiyə universitetlərinə ezam olunur. Səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əmək haqqı sistemi tətbiq olunur.
Əmək bazarının mütəmadi öyrənilməsi məqsədi ilə UNEC-in Elmi Şurasının 29.02.2016-cı il tarixli iclasının 143 №-li qərarı ilə Karyera Mərkəzi yaradılmışdır. Mərkəz Azərbaycan Dövlət İqtisad Univesiteti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Beynəlxalq Əmək Təşkilatının birgə layihəsidir. Gənclər üçün Karyera Mərkəzinin yaradılmasında başlıca məqsəd gənclərin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərinin həyata keçirilməsidir.
İqtisadi təhsilin məzmununun yeniləşməsi istiqamətində ali iqtisadi təhsil üzrə cari və yeni ixtisaslara dair yeni təhsil standartları hazırlanıb. Universitetdə tədris edilən ixtisas və istiqamətlər üzrə kurrikulumlar yenilənib, universitet bazasında fasiləsiz (ömürboyu) təhsilin təşkilati infrastrukturu yaradılıb (virtual təlim, media və məsafədən təlim modelləri daxil olmaqla) və texnoloji transferlər üzrə fəaliyyətin genişləndirilməsi, innovasiyalar mübadiləsinin təşkili, innovasiya fəaliyyətinin stimullaşdırılması prosesi sürətlənib. UNEC-də tədris prosesinin elmi-tədqiqatla əlaqələndirilməsi, elm və təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi, innovasiyaların tədris prosesinə tətbiqi, universitet və institut arasında elmi-tədqiqat və kadr hazırlığı sahəsində əməkdaşlığın yaradılması və inkişaf etdirilməsi qarşıya qoyulan prioritet məsələlərdən biridir. UNEC-də bu istiqamətdə görülən işlər öz əksini 16 monoqrafiya, 864 məqalə, 238 konfransda edilən məruzə və tezislərdə, o cümlədən 27 dərslik və 48 dərs vəsaitində əksini tapmış və 63 tamamlanmış büdcə təyinatlı tədqiqat işlərinin nəticələri bilavasitə tədris prosesində tətbiq olunur.
UNEC “ Biznes və menecment” fakültəsinin dekanı i.e.n., dos. Əhmədov M.M. AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “İnformasiya Texnologiyalarının İnkişafına Dövlət Fondu” tərəfindən “Texnologiya transferi mexanizminin təkmilləşdirilməsində web resurslarının işlənməsi və tətbiqi layihəsi” mövzusunda qrant qazanmışdır.
UNEC-in pedaqoji heyətinin elmi fəaliyyətinin artırılmasında professor-müəllim heyətinin elmi baxımdan qiymətləndirilməsi sistemi əsas hədəflərdən biridir. 2016-cı il hesabat dövrünə müvafiq olaraq UNEC-in jurnalları EBSCO və digər beynəlxalq nüfuzlu indekslərdə yer almışdır. Bu jurnallar aşağı­dakılardır:
1. Beynəlxalq reytinqli “The journal of economic sciences: theory and practice” (İSSN 2220-8739) (“İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı) - jurnala universitetin rektoru prof. Ə.C.Muradov rəhbərlik edir.
Jurnalın səhifələrində iqtisad elminin ən müxtəlif sahələrini əhatə edən, nəzəri və praktik əhəmiyyətə malik, müasir dövrün gerçəkliyini elmi cəhətdən əks etdirən sanballı məqalələr nəşr olunur. Artıq jurnalın beynəlxalq səviyyədə tanınması yönümündə konkret nəticələr əldə olunmuşdur. “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı EBSCO Databases və Journal of Economic Literature in American Economic Association Publications kimi tanınmış indekslərdə qeydiyyatdadır. Bu jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dissertasiyaların əsas nəticələrinin dərc olunması üçün tövsiyə etdiyi dövri elmi nəşrlər siyahısındadır.
2. Prezident yanında Ali Attestasiya Komissiyasında qeydiyyatdan keçmiş “Azərbaycan Dövlət İqtisad Universitetinin elmi xəbərləri” jurnalı.
Bu jurnalın məqsədi iqtisad və digər sosial elmlərin (tarix, beynəlxalq münasibətlər, fəlsəfə, sosiologiya və s.) müasir və ümumkonseptual problemlərini optimal nəzəri və praktiki uzlaşmada elmi-metodoloji cəhətdən ifadə edən orijinal məqalələrin dərcinə üstünlük verməkdən ibarətdir.

(davamı gələn sayımızda)

i.e.d., prof. Zahid Fərrux Məmmədov,
Azərbaycan Dövlət İqtisad Universitetinin
“Elm” şöbəsinin müdiri, “Maliyyə və maliyyə institutları işi” kafedrasının professoru