Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İcarəyə götürülən əmlakın uçotu

 

Təsərrüfat sövdələşmələrinin ən geniş yayılmış formalarından biri icarədir. İcarə icarəyə verən subyekt tərəfindən hər hansı aktivdən razılaşdırılmış zaman müddətində istifadə hüququnun ödəniş və ya ardıcıl ödəniş müqabilində icarəçiyə ötürülməsi haqqında bağlanmış müqavilədir. Belə ki, icarə müqavilələri bu və ya digər müəssisələrə böyük investisiya tələb edilən aktivlərə müvəqqəti və ya güzəştli şərtlərlə sahib olmaq imkanı verir. İcarəyə götürülmüş aktivin istifadə edilməsi zamanı əldə edilən gəlirin bir hissəsi icarə haqqının ödənilməsinə yönəldilir. İcarə həm icarəyə götürən, həm də icarəyə verən üçün bir çox müsbət cəhətləri ilə xarakterizə edilir. Belə ki, bəzi hallarda müxtəlif subyektlər sahibliyində olan aktivləri istifadə etmədiyi səbəbindən saxlanma xərcləri tələb edilir ki, bu da icarə əsasında aktivlərin icarəyə verilməsi zamanı həm saxlanma xərclərinə qənaət edilməsinə, həmçinin də əlavə gəlir əldə etməyə imkan verir. Bazar iqtisadiyyatı şəraitində icarə münasibətləri daha da genişlənmişdir. Bu da praktikada icarə vasitəsi ilə əldə edilən aktivlərin mühasibat və vergi uçotu baxımından uçota alınmasında müəyyən çətinliklər yaradır.

İcarə iki formada: maliyyə icarəsi və əməliyyat icarəsi formasında ola bilər. Maliyyə icarəsi aktiv üzrə mülkiyyət hüquqlarına aid bütün risk və mükafatların ötürülməsini təmin edən icarə növüdür. Maliyyə icarəsinin sonunda mülkiyyət hüququ həm keçə, həm də keçməyə bilər. Əməliyyat icarəsi isə maliyyə icarəsindən fərqli olan hər hansı digər icarə növüdür.

İcarənin maliyyə və ya əməliyyat icarəsi üzrə təsnifləşdirilməsi aktivə sahiblikdən irəli gələn risk və mükafatların hansı hissəsinin icarəçinin və icarəyə verən subyektin üzərinə düşməsinə əsaslanır.

Əgər icarəyə verilən aktivin mülkiyyətçiliyi ilə bağlı risk və mükafatların təqribən böyük hissəsi icarəyə götürənə ötürülərsə, bu, maliyyə icarəsi kimi təsnifləşdirilməlidir. İcarəyə götürülən aktivin mülkiyyətçiliyi ilə bağlı təqribən bütün risk və mükafatlar ötürülmürsə, bu zaman icarə əməliyyat icarəsi kimi təsnifləşdirilməlidir.

İcarənin maliyyə icarəsi kimi təsnif edilməsi üçün aşağıdakı şərtlər təmin edilməlidir:

  • İcarəyə verilmiş aktiv üzrə mülkiyyət hüququ icarə müddətinin sonunda icarəçiyə keçir;
  • Əgər icarəçinin aktivi ədalətli dəyərindən əhəmiyyətli dərəcədə aşağı qiymətə almaq hüququndan istifadə edəcəyini icarə müddətinin əvvəlində əsaslandırılmış şəkildə göstərmək mümkündürsə və bu qiymət qeyd edilən hüququn reallaşması tarixinə mövcuddursa, o halda minimal icarə ödənişlərindən və bu hüququn reallaşdırılması üçün tələb olunan ödənişin cəmindən ibarətdir.
  • Sonda mülkiyyət hüququ icarəçiyə ötürülməsə belə, icarə müddəti aktivin faydalı istifadə müddətinin əhəmiyyətli dərəcədə çox hissəsini təşkil edir;
  • Minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyəri icarə şərtlərinin qəbul edilməsi tarixində icarəyə götürülən aktivin ən azı ədalətli dəyərinə tam olaraq bərabərdir;
  • Səciyyəvi xüsusiyyətə malik olan icarəyə götürülən aktivin tərkib hissəsi modifikasiya edilmədən yalnız bu icarəçi tərəfindən istifadə edilə bilər.

İcarə müddətinin başlanması tarixində icarəçi maliyyə icarəsini öz balansında icarəyə götürülmüş əmlakın ədalətli dəyərinə bərabər olan məbləğlə və ya bu məbləğ aşağıdırsa, minimal icarə ödənişlərinin hər birinin icarə şərtlərinin qəbul edilməsi tarixində müəyyən edilmiş diskontlaşdırılmış dəyərlə aktiv və öhdəlik kimi tanımalıdır. Minimal icarə ödənişlərinin diskontlaşdırılmış dəyərinin hesablanmasında istifadə edilən diskont dərəcəsi icarə müqaviləsində nəzərdə tutulan faiz dərəcəsidir.

Əməliyyatlar və digər hadisələr yalnız hüquqi forma üzrə deyil, onların məzmunu və maliyyə gerçəkliklərinə uyğun olaraq uçota alınmalı və təqdim edilməlidir. Maliyyə icarəsi halında icarənin hüquqi forması ondan ibarət ola bilər ki, icarəçi icarəyə götürdüyü aktiv üzrə qanuni mülkiyyət hüququna malik olmasın, lakin buna baxmayaraq, icarənin məzmunu və maliyyə gerçəkliyi ondan ibarətdir ki, icarəçi icarə şərtlərinin qəbul edilməsi tarixində aktivin ədalətli dəyərinə bərabər olan məbləğin və müvafiq maliyyə xərclərinin ödənilməsi öhdəliyini öz üzərinə götürərək, icarəyə götürdüyü aktivin iqtisadi istifadə müddətinin əksər hissəsinin istifadəsindən iqtisadi səmərəni əldə edir.

Əgər belə əməliyyatlar icarəçinin balansında əks olunmayıbsa, iqtisadi resurslar və müəssisənin öhdəliklər səviyyəsi azaldılmış olur və beləliklə də, maliyyə əmsalları pozulur. Bu səbəbdən maliyyə icarəsinin icarəçi tərəfindən öz mühasibat balansında həm aktiv kimi, həm də icarə üzrə gələcək ödənişləri əks etdirmək məqsədi ilə öhdəlik kimi tanınması məqsədəuyğun hesab edilir.

İcarəyə verən subyektlər maliyyə icarəsində olan aktivləri öz balans hesabatlarında tanımalı və onları icarə obyektinə qoyulmuş xalis investisiya dəyərinə bərabər məbləğdə debitor borcları kimi təqdim etməlidir.

Maliyyə icarəsi zamanı qanuni mülkiyyət hüququna aid olan risk və mükafatların təqribən hamısı icarəyə verən subyekt tərəfindən ötürülür və beləliklə icarə ödənişləri üzrə debitor borcları icarəyə verən subyektin investisiya qoyuluşlarının və göstərdiyi xidmətlərin müqabilində mükafatlandırılması məqsədi ilə icarəyə verən subyekt tərəfindən investisiyanın əsas məbləği və maliyyə gəlirinin ödənilməsi kimi qəbul edilir.

Göründüyü kimi, icarəyə götürülən aktivin icarəçinin balansında əks etdirilməsi daha məqsədəuyğundur. Belə ki, aktivin istifadəsi nəticəsində gəliri icarəçi əldə edir, icarədar isə yalnız icarəyə verdiyi aktivə görə ödənişlər qazanır. Həmçinin, qeyd etmək lazımdır ki, maliyyə hesabatlarında əks etdirilən əməliyyatların və digər hadisələrin düzgün olması üçün həmin əməliyyatlar və hadisələr onların iqtisadi mahiyyətinin hüquqi formasından üstünlük prinsipi əsasında təqdim olunmalıdır.

İcarəyə götürülən aktiv icarəçinin balansında uçota alınmalı olduğundan vergitutma məqsədləri baxımından amortizasiya hesablanmalı, Vergi Məcəlləsi ilə müəyyən edilən hədlər daxilində təmir xərclərini gəlirdən çıxmalı və eləcə də əmlak vergisini hesablayıb qanunla müəyyən edilmiş müddətdə hesablanmış vergi məbləğini büdcəyə köçürməlidir.

Belə ki, Vergi Məcəlləsinin 197.1.3-cü maddəsinə əsasən,  “müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri” əmlak vergisi üzrə vergitutma obyektidir.

Əmlak vergisinin ödəyicisi olan, icarəyə götürən təşkilat mülkiyyətində olan əsas vəsaitlərlərlə birlikdə mülkiyyətində olmayan, lakin balansında olan icarəyə götürülmüş əsas vəsaitlərin də qalıq dəyərini nəzərə almaqla əmlak vergisini hesablamaq üçün orta illik qalıq dəyərini hesablamalıdır. Məhz ona görə də Vergi Məcəlləsinin 197.1.3-cü maddəsində vergitutma obyekti kimi müəssisələrin mülkiyyətində deyil, balansında olan əsas vəsaitlərin orta illik dəyəri nəzərdə tutulub. Qeyd edilməlidir ki, icarəyə götürən icarəyə götürdüyü əsas vəsaitlərə tətbiq etdiyi amortizasiya nəticəsində yaranan məbləğləri mənfəət vergisinin məqsədləri üçün nəzərdə tutulan xərclərin tərkibinə daxil edə bilər.

 

Xəyal İsmayılov,

Vergilər Nazirliyinin Tədris Mərkəzinin

baş iqtisadçısı, 3-cü dərəcəli müfəttiş