Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir

 

Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə bir çox sahələr kimi, özəl sahəyə də diqqət artdı. Özəl sektorun formalaşması daha əvvəlki dövrlərdə baş versə də, kifayət qə­dər vəsaitin olmaması genişmiqyaslı infrastruktur və sənaye təşəbbüslərinin həyata keçi­rilməsinə imkan vermirdi. Bu gün isə vəziyyət tamamilə fərqlidir. Özəl şirkətlərin ölkədəki bir­gə istehsal payı 80 faizi ötür. Hazırda bir çox layihələr özəl mən­bələr­ hesabına maliyyələşdirilir.

So­sial mə­sələlərlə yanaşı, yeni iş yerlə­ri­nin­ yaradılması da bu gün üçün aktual məsələlərdən biridir. Burada da əsas ağırlıq­ ilk olaraq özəl böl­mə­nin üzərinə düşür. Ölkədə mövcud iş yerlərinin dörddə üçündən çoxunu özəl sektor təmin edir ki, bu göstərici də günü-gündən artmaqda, yeni açılan iş yerlərinin sayı çoxalmaqdadır. İş qabiliyyətinə ma­lik əhalinin əksər hissəsi isə gənclərdir.­

 Sürətlə inkişaf edən ölkələrindən biri kimi Azərbaycanda sahibkarlığın inkişafına dövlət tərəfindən göstərilən daimi diqqət və qayğı özəl biznes mühiti üçün çox yaxşı imkanlar açmışdır ki, bu da həmin sahənin üzərinə düşən ağırlığın müəyyən qədər yumşaldılmasına şərait yaradır. Bu baxımdan ölkədə sahibkarlığın inkişafı, dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyinin artırılması   sahəsində kompleks tədbirlər həyata keçirilməkdədir.

Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı Azərbaycanda özəl bölmənin inkişafa təkan verən əsas amillərdən biridir. Bu sahədə ümummilli lider Heydər Əliyev tərəfindən çox möhkəm əsaslar formalaşdırılmışdır. Ulu öndər Heydər Əliyev bazar iqtisadiyyatı prinsiplərinə sadiq qalaraq, Azərbaycanın gələcək dövr üçün prioritetlərini müəyyənləşdirmiş və ölkənin iqtisadi inkişafı istiqamətində bir sıra böyük işlər görmüşdür. Onun "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı da bunu bir daha təsdiqləyir. Ulu öndər çox gözəl anlayırdı ki, dövlətin güclü əsaslar üzərində inkişafı ilk olaraq iqtisadiyyatın inkişafından asılıdır. Məhz buna görə də Heydər Əliyev ölkə iqtisadiyyatının inkişafı istiqamətində ciddi addımlar atdı və tarixi qərarlar verərək, onların reallaşmasına yönəlik mühüm tədbirlər həyata keçirdi.

İqtisadiyyatın inkişafı sahibkarların fəaliyyətindən də əhəmiyyətli dərəcədə asılıdır. Ulu öndər Heydər Əliyev də hər zaman azad sahibkarlığın inkişafına qayğı göstərmiş və ölkənin sosial-iqtisadi inkişafını sahibkarlıqla, eyni zamanda, onun tərəqqisi ilə əlaqələndirmişdir. Bunun nəticəsidir ki, ölkədə iqtisadiyyatın bütün sahələrinin, o cümlədən sahibkarlığın inkişafına da böyük diqqət ayrılıb və ayrılmaqdadır. Özəl sektorun inkişafı ilə bağlı verilən fərman və sərəncamlar, qəbul edilən qərarlar da  sahibkarlığın inkişafına öz töhfələrini verir. Bu baxımdan ulu öndər Heydər Əliyev tərəfindən təsdiq olunmuş dövlət proqramları da böyük əhəmiyyət kəsb edir. 1993-cü ildə təsdiq edilmiş "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" və 1997-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa dövlət köməyi proqramı (1997-2000-ci illər)” da xüsusilə qeyd olunmalıdır.  

Ölkədə sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının yaradılması, sahibkarlığa hüquqi zəmin yaradılması və rəqabət mühitinin formalaşması bu sahənin daha dinamik inkişafına şərait yaratmışdır. Dünya təcrübəsindən də məlumdur ki, bazar iqtisadiyyatına keçid ilk növbədə  dövlət mülkiyyətinin  özəlləşdirilməsindən asılıdır.  Bu da azad sahibkarlığın inkişafına şərait yaradır. Dövlətin azad sahibkarlığın inkişafına göstərdiyi dəstək Azərbaycan Respublikasının “Sahibkarlıq haqqında” (1996) , “Torpaq islahatı haqqında” (1996) qanunlarının qəbul olunması ilə də bir daha öz təsdiqini tamış oldu.

Sahibkarlara və sahibkarlıq sahəsinə dövlət qayğısını yalnız yerli deyil, həm də xarici iş adamları hiss etməkdədirlər. Bu isə ölkəmizdə həm yerli, həm də xarici vətəndaşlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən hər kəs üçün əlverişli şəraitin formalaşdığını göstərir. Ölkə iqtisadiyyatına çoxsaylı investisiyaların cəlb edilməsində təsərrüfat subyektləri və qurulan sağlam iqtisadi əlaqələr mühüm əhəmiyyətə malikdir. Burada əsas məqsəd sərmayələrin yalnız cəlb edilməsi ilə deyil, həm də onlardan səmərəli istifadə olunmasıdır. Həmçinin, ölkəyə xarici sərmayədarlarla birlikdə yeni texnologiya və iş üsullarının da gətirildiyini nəzərə alsaq, ölkə iqtisadiyyatının inkişafı baxımından xarici investorların rolunu bir daha açıq-aydın şəkildə görmüş olarıq.  Yerli investorlar kimi, xarici investorlar da ölkə iqtisadiyyatına maraq göstərir, bu sahənin inkişafına öz töhfələrini verirlər.

Sahibkarlığa Dəstək Milli Fondunun (SDMF) və Azərbaycan İn­vestisiya Şirkətinin (AİŞ) xətti ilə maliyyələşdirmə, güclü aqrolizinq strukturunun yaradılması, kənd təsərrüfatı istehsalçılarına maddi yardım göstərilməsi, texnoparklardakı sərmayədara uzun­müddətli imtiyaz və üstünlüklərin verilməsi və s. bu kimi, hələ siyahısı tamamlanmayan stimullar vasitəsi ilə dövlət özəl bölməyə investisiya cəlb etməkdədir. Bunun sayəsində də artıq ölkədə güclü emal və yeyinti sənayeləri yaradılıb ki, bu da istehlak olunan ərzağın ümumi həc­mi­nin beşdə dördünün məhz həmin sənaye sahələri vasitəsilə təmin olunması ilə nəticələnir.

Sahibkarlığın inkişafı Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı baxımından da əhəmiyyətli amillərdəndir. Qeyri-neft sektorunun inkişaf etdirilməsində isə sahibkarların böyük rolu var.  Bunun nəticəsidir ki, özəl sektor dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri kimi qiymətləndirilir və   onun hərtərəfli dəstəklənməsi, daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi vacib sayılır.

Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi məhz çoxsaylı rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılması, çoxminli sahibkarlar sinfinin formalaşması nəticəsində mümkün olmuşdur. Sahibkarlığın  stimullaşdırılmasında isə güzəştli kreditlər, fermerlərə subsidiyalar, lizinq və başqa amilləri də bu sahəyə dövlət qayğısının əsas göstəriciləri kimi qeyd etmək olar.

Təbiidir ki, ölkədə sahibkarlığa verilən dəstək onun uğurlu inkişafını da təmin etmiş olur. Dövlət başçısı İlham Əliyev də daim sahibkarlarla görüşür, müəssisələrin açılışlarında iştirak edir. Sahibkarlara və ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının nəticəsidir ki, 2012-ci ildə sahibkarlığın inkişafı üçün ayrılmış güzəştli kreditlərin həcmi artmış, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 2419 sahibkarlıq subyektinə 218 milyon manat güzəştli kredit verilmiş, güzəştli kredit vəsaitlərinin daha məqsədəuyğun yerləşdirilməsinə və sahibkarlıq subyektlərinin bu kreditlərdən səmərəli istifadə etməsinə əlverişli şərait yaradılmışdır. Kreditlərin isə 68 faizi aqrar sektorun, 32 faizi isə sənaye və turizmin inkişafına ayrılmışdır. Ümumilikdə isə bu, 9100-dək yeni iş yerinin kreditlər hesabına yaradılması deməkdir.

Prezident İlham Əliyev özəl böl­məyə hərtərəfli dəstək verilmə­sini iqtisadi strategiyamızın əsas parametri kimi qiymətləndirir. Azərbaycan dövləti tərəfindən ölkəmizin davamlı inkişafında, ictimai-siyasi və makroiqtisadi sabitliyin təmin olunmasında, sosial məsələlərin həllində özəl bölmənin rolunu hər zaman yüksək qiymətləndirir. Sahibkarlığın inkişafına dövlət başçısının xüsusi qayğısını çıxışlarının birində dilə gətirdiyi aşağıdakı sözlərdən də görmək olar: “Həm bölgələrdə, həm böyük şəhərlərdə sahibkarlığın inkişafı ölkəmizin uğurlu inkişafını təmin edəcəkdir. Bizim seçdiyimiz yol bazar iqtisadiyyatı, liberal iqtisadiyyat yoludur”.

Müasir dövrdə Azərbaycanda sahibkarlığın inkişafının yeni təşkilati-iqtisadi modellərinin - xüsusi iqtisadi zonaların, sənaye şəhərciklərinin və biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Həmçinin, dövlət tərəfindən  istehsal sferasında sahibkarlıq strukturlarının yaradılmasının məqsədəuyğun istiqamətləndirilməsi və stimullaşdırılması vasitəsilə innovasiyaya əsaslanan yüksək keyfiyyətli əmtəə və xidmətlərin təklifinin sabit artımına da lazımi şərait yaradılmışdır. Ötən illərdə vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması, dövlət qeydiyyatında və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrində “bir pəncərə” prinsipinin tətbiqi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi özəl sektorun inkişafını daha da sürətləndirmişdir.

 “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da əsas məqsəd olaraq respublika iqtisadiyyatının inkişafı, mövcud müsbət meyillərin daha da  sürətləndirilməsi, mövcud potensialdan səmərəli şəkildə istifadə məsələləri nəzərə alınmışdır. Bütün bunlar isə rəqabətqabiliyyətli və ixracyönümlü iqtisadiyyatın formalaşdırılması, mütərəqqi təcrübəyə əsaslanan sənaye zonalarının yaradılması, müəssisələrin texnoloji cəhətdən yeniləşdirilməsi və səmərəli metodların tətbiqinin daha da genişləndirilməsi ilə bilavasitə əlaqədardır.

Mətanət Hüseynova