Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Valter Kofler: Azərbaycan alimlərin texnologiyası əsasında evlər İtaliyada tikiləcək 

 

“Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyasının prezidenti, professor Valter Kofler verdiyi müsahibədə azərbaycanlı alimlər tərəfindən ixtira edilmiş yeni tikinti texnologiyası - "Safe Buildings" barədə danışıb.

- Hörmətli professor Kofler, H&E Beynəlxalq Elmlər Akademiyası Azərbaycanda ixtira edilmiş texnologiya əsasında İtaliyada seysmik cəhətdən davamlı evlərin tikilməsini təklif edib. Nə üçün belə bir qərar qəbul olunub?

“Sağlamlıq və Ekologiya” Beynəlxalq Elmlər Akademiyası adından 2016-cı il avqustun 24-ü və oktyabrın 24-də baş verən güclü zəlzələlər nəticəsində çoxlu sayda insan itkisi ilə əlaqədar İtaliya xalqına dərin hüznlə başsağlığı verirəm.

Beynəlxalq elm ictimaiyyəti zəlzələ nəticəsində İtaliya xalqının üzləşdiyi faciəyə kənardan baxa bilməz.

Anlayırıq ki, İtaliya seysmik cəhətdən fəal ərazidə yerləşir və bu ərazidə güclü zəlzələlərin gələcəkdə də baş verməsi mümkündür. Bu səbəblə köhnə evlərin yerində tikiləcək yeniləri seysmik baxımdan davamlı olmalıdır.

İtaliyanın baş naziri Matteo Rensi 2016-cı il avqustun 26-da etdiyi çıxışda yeni seysmik cəhətdən davamlı evlərin tikilməsini təklif edib. “İtaliya evləri” planı təkcə söz deyil, ciddi təşəbbüsdür. Bu layihə çox yaxşı sistemləşdiriləcək. Əvvəlki hökumətlər bunu etməyə müvəffəq ola bilmədiyi üçün bu insanlara yardım etməyə cəhd göstərməmək üçün əsas deyil.

Beynəlxalq Elmlər Akademiyasının zəlzələlərin proqnozlaşdırılması və tədqiqi elmi-tədqiqat institutunda seysmik baxımdan davamlı yeni tikinti texnologiyalarının yaradılması üzərində iş aparılaraq “Safe Buildings" ("SB") adlı yeni effektiv seysmik davamlı tikinti texnologiyası ixtira edilib. Layihə uğurla baş çatdırılıb və beynəlxalq ekspertlər tərəfindən qəbul edilib. Yeni texnologiya üzrə tikilmiş bina güclü zəlzələləri imitasiya edən seysmik platformada təcrübə sınaqlarından uğurla keçib. Təcrübə nəticəsində aydınlaşıb ki, bina MSK-64 şkalası üzrə 10 baldan yuxarı intensivliyə malik zəlzələlər zamanı dağılmır.

Yeni texnologiya əhalinin geniş təbəqəsi üçün kütləvi tikintiyə hesablanıb və onun əsas üstünlüyü yüksək seysmik davamlılıq, sadəlik, adi evlərin dəyərindən artıq olmayan aşağı qiymət və sürətli tikinti prosesidir.

Biz humanitar təşəbbüslə çıxış etdik və İtaliyada seysmik davamlı evlərin tikintisi üçün maksimal güzəştli şərtlərlə yeni texnologiyadan istifadəni təklif etdik.

“Safe Buildings” layihəsinin realizəsi üzrə Azərbaycanda baş tərəfdaşımız bütün dünyada “SB” texnologiyasının tətbiqi hüququ verilən "MAKS company"dir.

Yeni texnologiyanın üstünlüyü barədə danışardınız. 

- Seysmik davamlı yeni tikinti texnologiyası yeni effektiv texnologiyanın hazırlanmasına yönələn beynəlxalq elmi-tədqiqat layihəsinin həyata keçirilməsinin nəticəsidir. Bu layihədə böyük rol başdaa professor Elçin Xəlilov olmaqla Zəlzələlərin proqnozlaşdırılması və tədqiqi üzrə elmi-tədqiqat institutuna məxsusdur.

Layihənin əsas ideyası seysmik davamlı kərpic evlərin güclü zəlzələlər və müxtəlif təbiətli güclü partlayışlar nəticəsində dağılmasının qarşısını almaq, bu obrazla qurbanların sayını minimuma endirmək üçün divar və digər konstruksiyaların layihələndirilməsi və tikintisinin sadə və əlçatan metodikasını hazırlamaq və tətbiq etməkdən ibarətdir. 

Hazırlanmış texnologiya "Dancing Building Technology" (DBT) patentləşdirilmiş kommersiya adına malikdir. Güclü zəlzələlər zamanı belə binaların dağılmaması, sadəcə, əyilməsi faktı və bu deformasiyaların rəqs hərəkətlərini xatırlatması texnologiyanın adında əks olunur. Texnologiyanın digər adı “Safe Buildings”dir (“Təhlükəsiz binalar”). Bu texnologiya MSK-64 şkalası üzrə 10 baldan artıq intensivliyə malik güclü zəlzələlərə və partlayışların zərbə dalğasına tab gətirə biləcək 1-3 mərtəbəli seysmik davamlı evlərin tikintisinə imkan verən sadə texnologiyanın hazırlanmasıdır. Seysmik davamlı binaların aşağı maya dəyəri bir çox yerli sakin üçün belə binaların tikintisini əlçatan edir.

Tapşırıqlarımızdan biri maraqlanan müəssisə və idarələr üçün realizə məqsədilə hazırlana biləcək seysmik baxımdan davamlı blokların istehsalı üzrə yığcam müəssisənin yaradılmasıdır.

Azərbaycanda adıçəkilən texnologiya ilə bağlı milli texniki şərtlər hazırlanıb və təsdiqlənib. Bu, ölkənizdə sadalanan texnologiyanın tətbiqinə imkan verir.

Qürurla söyləyə bilərik ki, ilkin olaraq təyin edilən hədəflərlə məhdudlaşmadan planlaşdırdığımız hər şeyi həyata keçirmişik. İlkin olaraq nəzərdə tutulmayan müxtəlif iqlim şəraitləri üçün bir neçə seysmik davamlı blok modifikasiyası hazırlamış və sınaqdan keçirmişik. Biz ixtira etdik və seysmik bloklar üçün bloklar arasında istifadə ediləcək dempferedici qat istehsalına başladıq (yarımmaye dempferedici maddəyə əlavə olaraq).

- Azərbaycanda bu texnologiyanın tətbiqi nə dərəcədə aktualdır və bu tətbiq nə dərəcədə miqyaslı ola bilər?

- “Təhlükəsiz binalar”, yəqin ki, seysmik cəhətdən təkcə regionlar üçün deyil, həm də lokal münaqişə və hərbi əməliyyat zonaları üçün də aktualdır. Belə ki, bu tikililər binada yaşayan insanları mərmilər və partlayışlardan, mexaniki zədələnmələrdən maksimal dərəcədə qoruya bilər. Onlar karyerlər, dağ-mədən zonaları, güclü titrəyişlər yaradan müəssisələr, güclü nasos stansiyaları, hidrotexniki tikililərin yaxınlığında da aktualdır.

Xüsusilə vurğulamaq istərdim ki, bu binalardan Azərbaycandan aztəminatlı ailələr üçün sosial evlərin yaradılması üzrə Dövlət proqramı çərçivəsində istifadə edilə bilər. Şəhərlərdə bu məqsədlər üçün hündürmərtəbəli binalar tikilirsə, dağlıq kəndlər və rayonlarda da adıçəkilən texnologiya üzrə “təhlükəsiz binalar” tikilə bilər. Onlar kənd rayonlarında məktəb, uşaq bağçası, xəstəxana, dövlət müəssisələri kimi sosial obyektlərin tikintisi üçün əvəzolunmazdır.

Aztəminatlı əhali üçün sosial evlərin tikintisi ilk növbədə Azərbaycan xalqının həyat səviyyəsinin yüksəldilməsinə, onun ən mühüm problemlərinin həllinə yönəlib.

Qarabağın işğalı zamanı zərər çəkmiş məcburi köçkünlərin ailələrini sosial evlərlə təmin etmək tapşırığı xüsusilə aktualdır.

Azərbayca prezidenti İlham Əliyevin göstərdiyi böyük səylər Qarabağın işğal olunmuş hissələrinin yaxın zamanda Azərbaycana geri qaytarılacağı ilə bağlı böyük ümid hissi yaradır. Bu ərazilərin böyük hissəsini kənd rayonları təşkil edir və bu ərazilər üçün kərpicdən tikilmiş azmərtəbəli evlər ənənəvidir. Artıq indidən doğma torpaqlarına qayıdacaq ailələr üçün işğaldan azad edilmiş ərazilərdə sosial evlərin tikintisinə hazırlaşmaq lazımdır. Bütün Qarabağ ərazisinin 8-9 ballıq seysmik zonada yerləşdiyini nəzərə alaraq, yüksək keyfiyyətli ucuz seysmik cəhətdən davamlı evlərin tikintisini əvvəlcədən nəzərə almaq lazımdır.

Biz "MAKS Company" şirkətinin köməyi ilə bu texnologiyanı İtaliya, Türkiyə, İndoneziya və digər Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrində tətbiq etməyi planlaşdırırıq. Planetimizin əhalisinin böyük hissəsi bu texnologiyaya ehtiyac duyur.

Məsələ burasındadır ki, şəhərlər və kəndlərdə binaların tikintisi tikinti texnologiyası və bina tipləri nöqteyi-nəzərindən nəzərəçarpacaq fərqlərə malikdir. Əgər şəhərlər və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli evlərin tikintisi daha sərfəli və effektivdirsə, kəndlər üçün bu, qəbuledilməzdir, belə ki, bu rayonların sakinlərinin əksəriyyəti ənənəvi olaraq qarşısında həyətyanı sahəsi olan 1-2 mərtəbəli evlərdə yaşayır, təsərrüfatla məşğul olur.

Bundan başqa, onlar şəhər tipli evlərdə yaşamağa öyrəşməyiblər, onlar üçün ayrı kənd evində yaşamaq daha rahatdır. Digər faktor kəndlərin əksəriyyəti çətin relyeflə kəsişən yerlərdə yerləşir. Belə yerlərdə hündür evlərin tikintisi çətindir və iqtisadi baxımdan sərfəli deyil.

Kənd yerlərində aztəminatlı ailələr üçün sosial evlərin tikinti proqramının realizəsi daha bir vacib problemi həll etməyə imkan verəcək: Azərbaycanda yeni iş yerləri açılacaq.