Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ərzaq bolluğu şəraitində rəqabətqabiliyyətli yerli məhsullara tələbat artır

 

Süd məhsulları istehsalı dünya aqrobiznesinin daha çox inkişaf etməkdə olan bölmələrindən biri kimi qalmaqdadır. Süd məhsullarının ən iri dünya istehsalçısı Yeni Zelandiyanın Fonterra şirkətidir. Bu şirkət  hər il 21,6 mln. ton süd emal edir.

Ekspertlərin fikrincə, 2017-ci ildə dünya süd bazarının ümumi dəyəri  505 mlrd. dollara çatacaq.

Bu sahənin ən böyük oyunçuları hər il istehsalı artırır və yeni bazarlar fəth edirlər. Məsələn, Yeni Zelandiyanın Fonterra şirkəti Çində, Nestle Mərakeşdə, Danone Ukrayna və Türkiyədə süd fermaları istismara vermiş, habelə Latın Amerikasının “Coca Cola” şirkəti Power Core südü əsasında innovasiyalı içki yaradaraq həmin süd məhsullarının populyarlığı hesabına mənfəətini artırmağa qərar vermişdir.

Almaniyanın İFCN elmi-tədqiqat mərkəzinin verdiyi məlumata görə, dünya bazarında 2012-ci ilin yekunlarına görə Fonterra kooperativi ən iri süd emalçısı olmuşdur. Şirkət öz gücü ilə 21,6 mln. ton süd emal etmişdir. İkinci yeri ABŞ-ın Dairy Farmers of America şirkəti tutur. Onun nəticəsi – 17,1 mln. ton süd emalı olmuşdur.  Lider üçlüyü Avropada süd məhsulları istehsalçısı, fransızların Lactalis (Parmalat),  şirkəti qapayır. Həmin il şirkət 15 mln. ton süd emal etmişdi.

Süd və süd məhsullarının insan orqanizminə böyük xeyri barədə çox danışmağa ehtiyac yoxdur. Belə ki, süd məhsulları maddələr mübadiləsinin tənzimləyir, həzm prosesini asanlaşdırır. Tərkibində B1, B2, B12 və D vitamini olan süd və süd məhsulları mədə-bağırsaq xəstəlikləri yaradan mikrobları məhv edir. Süd məhsullarının tərkibində mikroelementlər, dişləri və sümükləri möhkəmləndirən kalsium və fosfor var. Kalsium sinir sisteminin, ürək əzələsinin, gözlərin sağlamlığında böyük rol oynayır.
Süd məhsulları, həmçinin, insanın bağırsaq mikroflorasını yaxşılaşdırır.

2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq

məhsulları ilə etibarlı təminatına dair


Dövlət Proqramında deyilir: “Ət və süd məhsullarının emalı, heyvandarlıq məhsullarının emalı şəbəkəsinin genişləndirilməsi əsas vəzifələrdən biridir. Ölkədə 45 ət, 127 kiçik süd emalı müəssisəsi fəaliyyət göstərir. Bu emal müəssisələrinin gücü tələbatı tam ödəmir. Məsələn, süd emalı müəssisələrinin kifayət qədər olmamasına görə hər il ən azı 150 min ton süd keyfiyyətini itirir. Kəsilmiş ətin 14 faizi və ya 23 min tonu sənaye üsulu ilə emal edilmədən satılır. İstehsal olunan südün yalnız 43,5 faizi sənaye üsulu ilə emal edilir ki, bu da əhalinin kərə yağına, pendirə, kəsmiyə və xamaya olan ehtiyacının böyük hissəsinin idxal hesabına ödənilməsinə gətirib çıxarır. Bununla əlaqədar olaraq ölkədə müasir tələblərə cavab verən, xammal bazasına yaxın ərazilərdə ət və süd emal edən yeni müəssisələrin yaradılması və xammalın saxlanılması üçün soyuducuların tikilməsi üzrə özəl sektorun təklifləri dəstəklənməlidir”.

Dövlət Proqramından görünür ki, ölkəmizdə süd və süd məhsullarına tələbat artır və bu müəssisələrin artırılmasına böyük ehtiyac vardır.

“Özümüzü kərə yağı ilə tam təmin etmək üçün bizə əlavə 50-60 min cins mal-qara və əlbəttə, kərə yağı istehsal edən yeni müəssisələr lazımdır. Çünki süd və süd məhsullarının istehsalında biz özümüzü 80 faiz səviyyəsində təmin edirik, tezliklə 100 faizə çatmalıdır. Mövcud zavodlarda yeni xətlər qurulmalı, yeni müəssisələr tikilməli və Azərbaycanda süd məhsullarının bütün növləri 100 faiz istehsal olunmalıdır”. Bunu oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir. 

Hazırda Azərbaycanda süd məhsulları istehsal edən müəssisələr artmaqdadır. Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Lənkəran, Xırdalan, Şamaxı, Bərdə, Zərdab, Salyan və Siyəzəndə süd emalı müəssisələri fəaliyyət göstərir. Bakıda yerləşən müəssisələr arasında “Milk - Pro” MMC-nin süd zavodunu göstərmək olar. Bu zavod istismara verildiyi gündən Hövsan qəsəbəsində məşğulluğun artmasına müsbət təsir etməklə, əhalinin  süd məhsulları ilə təchiz edilməsində  böyük rol oynayır.

“Milk - Pro” MMC – süd və süd məhsulları istehsalında lider

 “Milk - Pro” MMC 1991 – ci ildə tibbi - bakterioloju süd məhsulları istehsal edən şirkət kimi təsis edilmişdir.
Əvvəllər şirkət müalicəvi-dietik süd məhsulları  istehsalı üzrə ixtisaslaşsa da, sonradan – 1994-cü ildən başlayaraq “Milk - Pro” MMC istehsal etdiyi müalicəvi süd məhsulları ilə yanaşı xama, kəsmik, qatıq və s. kimi ümumi süd məhsulları da istehsal etməyə başlamışdır. Elə o dövrdən başlayaraq, istehsal etdiyi məhsulların çeşidini 3 addan 50 ada qədər qaldırmış və nəticədə süd və süd məhsullarının satışı üzrə ölkədə və ölkə hüdudları xaricində Azərbaycanın bu sahəsinin liderinə çevrilmişdir.

«Milk-Pro» MMC-nin Hövsan qəsəbəsində yeni süd emalı zavodunun təməlqoyma mərasimi 2007-ci il noyabr ayının 30-da Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) maliyyə dəstəyi ilə keçirilib. O vaxt gündəlik istehsalat gücü 150 ton olacağı nəzərdə tutulan yeni emal zavodu ölkədə süd və süd məhsullarının istehsalı və ixracının genişləndirilməsinə xidmət edəcəkdi. Hövsan qəsəbəsində tikilən yeni süd emalı zavodunun və eyni zamanda Göyçay rayonunda mövcud süd emalı zavodunun yenidən qurulmasını nəzərdə tutan layihənin ümumi dəyəri 7 817 786 manat təşkil edirdi.
AİŞ-in Müşahidə Şurasının həmin il martın 30-da keçirilən iclasında «Milk-Pro» MMC-nin nizamnamə kapitalında 20%-lik iştirak payı müqabilində 4 620 887 manat investisiya qoyuluşu barəsində qərar qəbul edilmişdi. 

Nəhayət, 2012-ci ildə bu əlamətdar hadisə baş tutdu və Hövsan qəsəbəsində yeni süd zavodu istismara verildi. Bu layihənin ümumi dəyəri 12,230,000 dollar təşkil edirdi.     

Avropa Yenidənqurma və İnkişaf Bankının da iştirak etdiyi investisiya layihəsinə görə, müəssisənin qarşısında qoyulan əsas məqsədlər Bakı şəhərində təbii südün toplanması və emalı üzrə yeni zavodun inşasından, fəaliyyətdə olan Göyçay süd zavodunun istehsal gücünün artırılmasından, Gürcüstanda müvafiq istehsalatın qurulmasından və məhsulların çeşidinin genişləndirilməsindən ibarət idi.

Hal-hazırda şirkətin təsisçiləri arasında Avropa Yenidənqurma və İnkişaf Bankı və Azərbaycan İnvestitsiya şirkətləri də vardır. Şirkətin tərkibində 3 süd və 2 meyvə emalı zavodu fəaliyyət göstərir. 2012-ci ildə isə Hövsan qəsəbəsində şirkətin Bakı süd zavodunun istismara verilməsi ilə bu sahədə irəliləyiş müşahidə olunur. 
Burada bazarın konyukturası nəzərə alınaraq, 
ciddi texnoloji tələblərə uyğun olan hər bir istehsal olunan məhsul sertifikatlaşdırılmışdır. 2001–ci ildən isə “Milk - Pro” MMC şirkəti keyfiyyətin idarə olunması, Beynəlxalq Keyfiyyət Standartı İSO 9001 istehsalatda tətbiq edir.
“Milk - Pro” MMC geniş paylama şəbəkəsinə malikdir. Qeyd edək ki, bu məhsulları uzun müddət saxlamaq mümkün olmadığı üçün onların paylaşdırılması da vaxtında həyata keçirilməlidir. Şirkətin avtomobilləri bütün Azərbaycan üzrə hər gün təzə məhsulları yüksək dəqiqliklə paylaşdırır. Şirkətin diqqətçəkən addımlarından biri də şəxsi “Sevimli-Dad” adda mağazaların bazara girişi olmuşdur. Bu mağazalarda təzə ət məhsulları ilə yanaşı, ən yüksək keyfiyyətdə gündəlik təzə və tam çeşiddə süd və süd məhsulları münasib qiymətlərlə alıcılara təqdim edilir. Artıq əminliklə demək olar ki, bu milli brendimiz istehlakçılar arasında sevilir və tanınır. 

Şirkətin missiyası
geniş, müasir və tələbkar alıcı kütləsinin istəyini qarşılamaq üçün, yüksək texnoloqiyaların tətbiqi ilə, ən keyfiyyətli təbii süddən beynəlxalq standartlara uyğun məhsul istehsal etməkdir.

 “Milk - Pro” MMC şirkəti məhsullarının istehsal xüsusiyyətləri

Süd məhsulları istehsalı məsuliyyətli yanaşma və çoxlu xırdalıqlara riayət etməyi tələb edən mürəkkəb prosesdir. “Milk - Pro” MMC şirkətinin fəaliyyəti bunu əyani şəkildə təsdiq edir.

Məlumdur ki, süd məhsulları istehsalı müasir avadanlıqla təchiz olunmalı, istifadə olunan xammalın və hazır məhsulun keyfiyyətinə ciddi nəzarət edilməli və qablaşdırmanın müasir növlərindən istifadə olunmalıdır. “Milk - Pro” MMC şirkəti süd biznesinin ənənələrinə və müasir texnoloji proseslərə əsaslanaraq süd məhsulları istehsal etməyi qarşısına məqsəd qoymuşdur. Qeyd edək ki, istənilən məhsulun dadı və keyfiyyəti xammaldan çox asılıdır. Ona görə də, şirkətdə xammalın haradan gətirilməsinə, onun dadına və keyfiyyətinə ciddi nəzarət edilir.

Uşaqlıq illərindən tanış dad

“Milk - Pro” MMC şirkətinin süd məhsulları hqiqətən də, istər süd, istərsə pendir, istərsə də xama və kəsmik bizə uşaqlıq illərindən tanış olan, kənd evlərində böyük sevgi ilə hazırlanmış ərzaqların dadını verir. “Milk - Pro” MMC şirkəti qatqısız inək südündən yalnız natural süd məhsulları istehsal edir.  Şirkətin məhsullarına ərzağın uzun müddət xarab olmaması üçün qatılan konservantlar, stabilizatorlar  vurulmur. Buraxılan məhsulun stabil keyfiyyəti həm xammalın, həm də hazır məhsulun keyfiyyətinə nəzarət sistemi ilə təmin edilir.

Hazırda ərzaq bazarında ekoloji təmiz, kimyəvi qatqısız və yüksək keyfiyyətli məhsullara böyük ehtiyac duyulur. Əminik ki, “Milk - Pro” MMC şirkətinin məhsulları bu tələblərə tam cavab verir və insanlar bu məhsulları ehtiyat etmədən ala bilər.

 

Yeganə MƏMMƏDOVA