Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tikintidə sahibkarlığin rolu

 

Uzun illərdir ki, dövlət sahibkarlığın inkişafına kömək göstərir, həm siyasi, həm metodoloji dəstək verir. İqtisadiyyat Nazirliyi bütün layihələr üzrə biznes planları hazırlayır və maliyyə dəstəyi verir. Son 12 il ərzində sahibkarlara güzəştli şərtlərlə 1 milyard 700 milyon manat kredit verilmişdir və bu ili nəzərə alsaq, bu, 2 milyard manat təşkil edir.

Hazırda qeyri-neft sektorunun inkişafında sahibkarların rolu böyükdür. Bu baxımdan  son illərdə ölkədə tikinti sektorunun inkişaf etdirilməsi sayəsində bir sıra yeni istehsal obyektləri fəaliyyətə başlamışdır. Məhz bu dövrdə “Akkord Tikinti İnvestisiya Korporasiyası” Qaradağ rayonu ərazisində Mərmər Qranit zavodunun əsasını qoymağa müvəffəq olmuşdur. Yalnız respublikanın deyil, bütövlükdə regionun mərmər və qranit emalı üzrə ən böyük müəssisəsi sayılan Akkord Mərmər Qranit zavodunun açılışı olmuşdur. Mərmər Qranit zavodu yalnız Azərbaycanın deyil, bütövlükdə regionun mərmər və qranit emalı üzrə ən böyük müəssisəsidir.

Ölkəmizdə qranit və mərmər məhsullarının istifadəsinə artan tələbat bu istehsal sahəsinin genişləndirilməsi zərurətini yaratmışdı. Bu məqsədlə “Akkord” Şirkətlər Qrupu tərəfindən genişmiqyaslı tikinti-yenidənqurma işləri həyata keçirilmiş, daha müasir avadanlıqla təchiz olunan və geniş istehsal imkanlarına malik zavod inşa edilmişdir. Zavodun tikilməsi və yenidən qurulmasına 19 milyon manat vəsait sərf olunub ki, bunun da 3,5 milyon manatını İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti və Şirkətlər Qrupunun sərmayəsi təşkil etmişdir.

2010-cu  il  9 avqustunda  Prezident İlham Əliyev Qaradağ rayonu ərazisində yerləşən "AKKORD" Mərmər-Qranit zavodunun açılış mərasimində iştirak etmişdir. Dövlətimizin başçısı əvvəlcə zavodun sərgi salonu ilə tanış olmuşdur.  Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin müxtəlif istehsal müəssisələrinin açılış mərasimlərində iştirakından bəhs edən fotostend də yaradılmışdır. Prezident burada qranit və mərmərdən hazırlanmış məhsullarilə tanish olmuşdur.

Qeyd edək ki, qranit-mərmər zavodunun Azərbaycanda 2 Aqlay yatağı, Türkiyədə Bej mərmər ocağı, Ukraynada isə qranit yataqları vardır. Zavodda məhsul istehsalında, həmçinin dünyanın bir sıra ölkələrindən gətirilən müxtəlif növ mərmər və qranit bloklardan, oniks və travertendən istifadə edilir.

“Akkord Mərmər Qranit” MMC 2010-cu ildən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin tərkibində, 2014-cü ilin oktyabr ayından isə müstəqil olaraq fəaliyyətdədir. Müəssisə İtaliya, İspaniya, Brazilya, Norveç, Rusiya, Türkiyə, İran, Çin, Hindistan və başqa ölkələrdən gətirilmiş mərmər, qranit və travertin daşlarından hazırlanmış hər növ və ölçüdə məhsulları təqdim edir. Keyfiyyət siyasətini qoruyan müəssisədə yerli xammal kimi aqlay daşından hazırlanan fiqurlar və  Daşkəsən mərməri istehsal olunur. Müəssisə Avropanın qabaqcıl texnologiyaları ilə təchiz olunmuşdur və sifarişlər əsasında dünyanın hər bir nöqtəsindən  gətirilən təbii daşları istehsal etmək gücünə malikdir. Müəssisə yolkənarı bordyurlar, kub daşlar, döşəmə və üzlük üçün plitələr, pəncərəaltılar, və pilləkənlik üçün müxtəlif növ mərmər, qranit və travertindən hazırlanmış məhsulları təklif  edir. Müəssisədə yerli xammal kimi aqlay daşından hazırlanan fiqurlar və  Daşkəsən mərməri istehsal olunur.

 Zavodda emal edilən məhsullar təkcə yerli bazar və şirkətin öz tələbatı üçün deyil, eyni zamanda ixrac üçün də nəzərdə tutulub. Müəssisə müasir avadanlıqlarla təchiz olunmuş və geniş istehsal imkanlarına malik 18 min kv.metr qapalı sahəyə, ümumilikdə isə 80 min kv.metr sahəyə malikdir. Ən son dünya standartlarına cavab verən İtaliya və Türkiyədən gətirilmiş avadanlıqlarla təchiz edilmiş müəssisədə mərmər, travertin və aqlay bloklarının kəsilməsi, cilalanması, bölünməsi və yandırılması (qranit listlərin) qabaqcıl texnologiyalar əsasında həyata keçirilməkdədir.

Bu gün  müştərilərə seçim imkanı üçün 60 növdə mərmər, 40 növdə qranit, 6 növdə trevertin və aqlay təklif edilir.

Müştərilərin rahatlığı üçün 2 sərgi salonu onların ixtiyarına verilib. Keyfiyyət siyasətini qoruyan müəssisə peşəkar xidməti, keyfiyyətli və standartın hər bir tələbinə cavab verən məhsulları ilə bu sektorda olan bütün rəqiblərindən seçilməyi bacarıb. Hal –hazırda  müəssisənin aylıq istehsal gücü 60000 kv.m-lə, illik istehsal gücü isə yetərincə böyük layihələrin  qısa zaman ərzində başa çatdırılmasına imkan verir. 2010-cu ildən aparıcı Satış Mərkəzi olaraq zavodun ərazisində sahəsi 860 kv.m olan 3 mərtəbəli Sərgi salonu inşa edilmişdir. 2015-ci ilin əvvəlində daha iki Sərgi salonu və satış mərkəzi müştəriərin ixtiyarına verilmişdir. Şirkət nüfuzunu yüksək qiymətləndirir və  uzunmüddətli əməkdaşlıq etmək niyyətindədir, buna görə də alınan məhsulların keyfiyyətinə və qiymətinə ciddi yanaşır. Akkord Mərmər Qranit MMC ilə ən böyük tikinti şirkətləri  və fiziki şəxslər əməkdaşlıq edirlər. Bu Akkord Mərmər Qranit MMC-nin bütün əməkdaşlarının yüksək peşəkarlığının və keyfiyyətli işinin əsas göstəricisidir.

İndiyə qədər Akkord Mərmər Qranit MMC-nin istehsal etdiyi məhsullar bir çox layihələrin tikintisində istifadə edilmişdir. Bu layihələr sırasında  “Ağ şəhər” “Qələbə Meydanı Tunel Tipli Yol Qovşağı Layihəsi” (4 ədəd piyada keçidi), “Avesta Concern” “Park AZURE”, “Akkord Xirdalan Metal Konstruksiya”, “Kristal Abşeron” MTK və“SMTS” MMC-ni göstərmək olar.

Zavodda ən müasir dəzgahlardan istifadə olunur. Kompüterlərin köməkliyi ilə idarə olunan avadanlıqlarda yüksək keyfiyyətli məhsullar istehsal olunur.

Şirkət məhsulların çeşidinin yenilənməsi və müştəri xidmətinin təkmilləşdirilməsi istiqamətində daima çalışır. Hər bir müştəriyə fərdi yanaşılır və onlarla qarışılıqlı əməkdaşlıq etmək üçün optimal şərait yaratmağa və qarşılamağa hazırıdır. “Hər bir sifarişə yüksək məsuliyyət” – bu, şərt rəqabətqabiliyyətli mərmər-qranit sektorunda öz məhsulları ilə insanların etibarını qazanmış “Akkord Mərmər Qranit” MMC-nin əsas iş prinsipidir. Şirkət məhsulların çeşidinin tez-tez yenilənməsi və müştəri xidmətinin təkmilləşdirilməsi istiqamətində daima çalışır.

2015-ci ildə Qazaxıstanın Almatı şəhərində Atakent Beynəlxalq Sərgi Mərkəzində Kazbuild-2015 Tikinti Sərgisi keçirilmişdir. «Akkord Mərmər Qranit» MMC sərgidə  Brillone, Marmara, Emprador Light, Red Travertine, Santiaqo Red və s. kimi təbii daşlar nümayiş etdirilmişdir. Onu da qeyd etrmek lazimdir ki, sərgidə şirkət tərəfindən nümayiş etdirilən məhsul və xidmətlər sərgi təşkilatçılarının və ziyarətçilərinin böyük marağına səbəb olmuşdur. 

Bu gün qeyri-neft sektorunun sürətli yüksəlişi həm də daxili investisiyaların həcminin artımında özünü göstərir. 

Nailə CABBAROVA