Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Tikinti sektorunda aparılan irimiqyaslı işlər davamlı inkişaf imkanlarını artırır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə son 10 ildə baş verən prosesləri xarakterizə edərək demişdir: “Azərbaycan xalqı öz taleyinin sahibidir və Azərbaycan heç vaxt tarixdə bu qədər güclü olmamışdır. Heç vaxt müstəqilliyimiz bu qədər möhkəm olmamışdır. Biz hamımız bundan sonra da çalışmalıyıq və çalışacağıq ki, ölkəmizi inkişaf etdirək, müstəqilliyimizi əbədi, dönməz edək”.

Azərbaycan dövlətinin uğurları o qədər miqyaslı, əzəmətlidir ki, bu nailiyyətlərə çoxsaylı dövlətlər neçə-neçə onilliklər nail ola bilməyiblər. Belə bir dinamik inkişafın ən başlıca səbəbi odur ki, Azərbaycan dövləti müstəqil, milli maraqlara cavab verən siyasət yeridir, özünün davamlı və keyfiyyətli inkişafını təmin etmək, xaricdən asılılığa yol verməmək, malik olduğu insan kapitalı, zəngin təbii resurslardan səmərəli istifadə etməklə inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlmək siyasəti yeridir.

1994-cü il 20 sentyabrda Azərbaycan dövləti müstəqilliyimizin, iqtisadiyyatımızın gələcək inkişafı üçün həlledici amil olan “Əsrin müqaviləsi”ni imzaladı.

Həmin mərasimdə ulu öndər Heydər Əliyevin çıxışından  bir fikri qeyd etmək istəyirik: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk. Biz müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla dünyaya bir daha nümayiş etdiririk ki, müstəqil Azərbaycan Respublikası demokratik və hüquqi dövlətdir. Azərbaycanda demokratik prinsiplərin bərqərar olması və inkişaf etməsi üçün geniş meydan açılmışdır. Azərbaycan Respublikası bazar iqtisadiyyatı yolu ilə getmək əzmindədir. Bu müqavilənin imzalanması bazar iqtisadiyyatının Azərbaycanda həyata  keçirilməsi üçün ilk böyük addımdır. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər sahələrdə çalışan şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq, müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatında və ictimai-siyasi həyatında hökm sürən sabitliyi dünyaya bir daha nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla müqavilədə iştirak edən şirkətlərin mənsub olduqları böyük ölkələrlə - Amerika Birləşmiş Ştatları, Rusiya, İngiltərə, Türkiyə, Norveç kimi dövlətlərlə dostluq əlaqələrinin, iqtisadi əməkdaşlığın və ümumiyyətlə, bütün sahələrdə əlaqələrin möhkəmlənəcəyinə ümid bəsləyirik”. Sonra ölkəmizə güclü investisiya axını başladı ki, bunun da 85-90 faizi neft sektorunun payına düşürdü. Bu gün dövlətin əldə etdiyi uğurlar, ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuz bir daha ulu öndər Heydər Əliyevin uzaqgörənliyini, müstəqilliyimizin dönməz və əbədi olduğunu sübut edir. Neft strategiyasının müvəffəqiyyətlə reallaşması iqtisadiyyatın digər sahələrinin inkişafı üçün əlverişli şərait yaratdı.

Ölkə iqtisadiyyatının inkişafına bir çox amillər təsir edir ki, bunlardan da biri iqtisadi sahəyə ayrılan əsaslı vəsait qoyuluşunun artması ilə bilavasitə əlaqədardır. Son 15 ildə Azərbaycan iqtisadiyyatına ayrılan əsaslı vəsait qoyuluşunun  həcmi 100 milyard manatdan çox olmuşdur. Nəticə etibarilə ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər əldə edilmiş, yeni zavod və fabriklər işə salınmış, geniş miqyasda sosial-mədəni obyektlər istifadəyə verilmiş, irimiqyaslı infrastruktur layihələri həyata keçirilmişdir.

Bu gün inşaat kompleksi Azərbaycan iqtisadiyyatının mühüm bir sahəsinə çevrilmişdir. Müstəqillik dövründə inşaat komplekinsdə ilk növbədə azad bazar münasibətlərinin prinsipləri geniş miqyasda tətbiq edilmiş, irimiqyaslı özəlləşmə tədbirləri aparılmışdır. Keçmiş Sovetlər sistemində inşaat kompleksinin, demək olar ki, 90 faizdən çoxu dövlət mülkiyyətinin, qalanı isə kolxoz-kooperativ mülkiyyətinin payına düşürdü. Hazırda azad bazar iqtisadiyyatı şəraitində inşaat kompleksinin mülkiyyətinin xeyli hissəsi özəl sektorun payına düşür və bu meyil ildən-ilə güclənir.

Əgər 2000-2004-cü illərdə  özəl sektorun payı əsaslı vəsait qoyuluşunun 3,1 milyard manatını təşkil edirdisə, 2011-2014-cü illərdə bu rəqəm 22,1 milyard manat olmuş, yəni 7 dəfə artmışdır. Təkcə 2014-cü  ildə özəl sektor tərəfindən iqtisadiyyata 4,1 milyard manat məbləğində əsaslı vəsait yönəldilmişdir ki, bu da 2005-2007-ci illər üzrə müvafiq göstəricilərdən 1,2 dəfə çox olmuşdur. Görülən tədbirlər sayəsində əsaslı tikintidə xeyli mütərəqqi dəyişikliklər baş vermiş, onun texniki-iqtisadi göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. 2005-2014-cü illərdə tikinti işlərinin həcmi 5,5 dəfə artmış, 80 milyard manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, onun da 47 milyard manatı özəl sektorun (təqribən 59%), 33 milyard manatı isə dövlətin payına (41%) düşmüşdür.

Son 10 ildə əsas kapitala yönəlmiş daxili vəsaitlərin həcmi 6 dəfədən çox artmışdır ki, bu da ölkə iqtisadiyyatının sürətli inkişafının nəticəsidir. Ümumilikdə, 2004-2014-cü illərdə daxili investisiyalar 14,6 dəfə, qeyri-neft sektoruna investisiyalar 12,9 dəfə artmış, regionlara bütün mənbələr hesabına 50,7 milyard manat vəsait yönəldilmişdir. Daxili vəsaitlər hesabına respublikanın şəhər və rayonlarında çoxsaylı özəl sənaye müəssisələri, yaşayış kompleksləri, məktəb, səhiyyə, idman kompleksləri, yeni yollar, digər infrastruktur obyektləri işə salınmışdır. Eyni zamanda, qlobal dünya iqtisadiyyatında baş verən ciddi sarsıntılar dünya bazarında neftin bir neçə dəfə ucuzlaşması və bununla əlaqədar olaraq neft gəlirlərinin azalması şəraitində ölkəyə xarici kapitalın axmasını əhəmiyyətli dərəcədə gerçəkləşdirir.

Bu gün tikinti müəssisələrində 100 min nəfərdən çox işçi çalışır ki, onun da təxminən 90 faizi iri müəssisələrin payına düşür. Son zamanlarda investisiya xərclərinin azalması ilə əlaqədar tikinti işlərində müəyyən azalmalar müşahidə edilir. Dövlət başçısı cənab İ.Əliyev 2016-cı ildə ölkə iqtisadiyyatının 6 aylıq fəaliyyəti ilə bağlı keçirdiyi müşavirədə işçilərin ixtisarına həssaslıqla yanaşmağı bir daha vurğulamışdır. Dövlət başçısının bu mövqeyi, hesab edirik ki, bir daha prezidentimizin insanlara qayğısının və işçilərin ixtisarına həssaslıqla yanaşmağının bariz nümunəsidir.

Bu gün Azərbaycan iqtisadiyyatına Britaniya, ABŞ, Yaponiya, Norveç, Fransa, Cənubi Koreya, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı, İran, Rusiya, Çexiya kimi ölkələr sərmayə qoyur. Bu ölkələrin coğrafiyası ildən-ilə genişlənir. Eyni zamanda, Azərbaycan şirkətləri Türkiyə, Gürcüstan, Rusiya, Ukrayna, Qazaxıstan və s. iqtisadiyyatına sərmayə qoyur, birgə iş fəaliyyəti qururlar. Heç şübhəsiz ki, hər iki tərəfin maraqlarına cavab verən bu kimi əlaqələr bundan sonra da inkişaf edəcəkdir. Dövlət başçısı onu da vacib hesab edir  ki, xarici investisiyaların gələcəkdə digər sahələrə, xüsusilə də qeyri-neft sektoruna, müasir texnologiyalara, ixracyönümlü sahələrə, aqrar sektora qoyulması diqqət mərkəzində saxlanılmalıdır.

Azərbaycanın inşaat kompleksinin daha sürətli və səmərəli inkişaf etdirilməsi imkanları çox böyükdür və onların reallaşdırılması üçün dövlət başçısı İlham Əliyev bütün səylərin səfərbər edilməsini vacib sayır. Odur ki, son vaxtlar bu sahədə özünü göstərən fəallığın azalmasına son qoymaq, kompleksdə əsaslı dönüşü təmin etmək üçün tam mənada bütün tədbirləri görmək lazımdır.

Əsaslı tikintinin yaxşılaşdırılmasına  onun sahə strukturu bilavasitə təsir edir. Əsaslı vəsait qoyuluşunun sahə strukturu hər bir dövrdə iqtisadi və sosial inkişafın vəzifələri və istiqamətləri ilə müəyyən edilir.

2014-cü ilin məlumatına görə, daxili investisiyaların 25-27 faizi sənayeyə, o cümlədən mədənçıxarma, emal sənayesinə, elektrik enerjisi, qaz istehsalı, bölüşdürülməsi, su təchizatına və digər sahələrə yönəldilmişdir. Azərbaycan dövləti tikinti işlərinin ildən-ilə genişləndirilməsi məqsədilə bu sahəyə ayrılan vəsaitlərin artırılması və onlardan səmərəli istifadəsi üçün ölkədə əlverişli investisiya mühitini yaratmağa nail olmuşdur.

Dövlət başçısı İlham Əliyevin qeyri-neft sektorunun üstün inkişafı istiqamətində atdığı cəsarətli addımlar öz müsbət nəticəsini verir. Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Masallı və digər şəhər və rayonlarda sənaye məhəllələri, texnoparklar yaradılır, iri kimya, maşınqayırma, yüngül sənaye obyektlərinin istifadəyə verilməsi ilə bağlı intensiv işlər görülür. Son illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrinin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır.

Bu məsələyə toxunan dövlət başçısı İlham Əliyev deyir: “Mən iri layihələr arasında, əlbəttə ki, Sumqayıt Kimya Sənaye Parkında həyata keçirilən layihələri qeyd etmək istəyirəm. Onların arasında SOCAR Polimer kompleksinin tikintisi xüsusi yer tutur. Buraya böyük investisiya - təqribən 700 milyon dollardan çox sərmayə qoyulur. İki ildən sonra artıq bu müəssisə hazır məhsul istehsal edəcək. İdxaldan asılılıq tamamilə aradan götürüləcək və böyük ixrac potensialı yaranacaqdır. Gələcək fəaliyyətimiz üçün bu, əsas istiqamət, prioritet olmalıdır. İdxaldan maksimum dərəcədə asılılığımızı aradan götürmək, ixrac potensialımızı artırmaq və bununla paralel olaraq, ixrac bazarlarının araşdırılması və müəyyən edilməsi istiqamətində də ciddi işlər aparılmalıdır.

Eyni zamanda, 2018-ci ildə azot gübrələri zavodunun istismara verilməsi planlaşdırılır. Bu da gübrələrə olan tələbatımızı tam təmin edəcək, idxala artıq ehtiyac olmayacaq və böyük həcmdə ixrac potensialı yaranacaqdır. Burada da üstünlük ondan ibarətdir ki, bu məhsulların satışı ilə bağlı heç bir problem olmayacaq”.

Tikinti sektorunun inkişafını xarakterizə edən göstıricilərdən biri ölkədə mənzil tikintisinin aparılmasıdır. Son 10 ildə respublikamızda mənzil tikintisi də geniş vüsət almışdır. Təkcə 2010-2014-cü illərdə ümumi sahəsi 10,8 milyon kvm yaşayış sahəsi istifadəyə verilmişdir. İstifadəyə verilən yaşayış evlərinin 90%-i özəl sektorun payına düşmüşdür. Əhalinin dinamik artan pul gəlirləri hesabına tikilən yaşayış evlərinin sayı da artmağa meyil edir. 2010-2014-cü illərdə istifadəyə verilən evlərin 80%-dən çoxu əhalinin şəxsi vəsaitləri hesabına olmuşdur. Bununla belə Azərbaycan dövlətinin sosial siyasətinin ali məqsədlərindən biri də ondan ibarətdir ki, əhalinin mənzillə təminatı ildən-ilə yaxşılaşsın, aztəminatlı ailələr əlverişli qiymətlərlə yeni mənzillərlə təmin edilsin. Bu problemin uğurlu həlli üçün dövlət başçısının sərəncamı ilə yeni bir qurum yaradılıb ki, onun da yaxın vaxtlarda fəaliyyətə başlaması üçün bütün hazırlıq işləri aparılır. Aztəminatlı ailələrin mənzil şəraitinin yaxşılaşmasını ən vacib problemlərdən biri hesab edən Prezident İ.Əliyev Nazirlər Kabinetinin bu yaxınlarda keçirilən iclasında demişdir: “Bu il biz sosial mənzillərin inşasına başlamaq fikrindəyik. Mənzil İnşaatı Dövlət Agentliyi - MİDA yaradılıb. Onun əsas vəzifəsi aztəminatlı ailələrə çox əlverişli şərtlərlə mənzillərin verilməsidir. Eyni zamanda, bu proses kütləvi xarakter alandan sonra bunun inşaat və tikinti materialları istehsalı sektorlarına və beləliklə, sənaye potensialımıza çox müsbət təsiri olacaq”.

Dövlət başçısı İlham Əliyevin bu fikirləri, heç şübhəsiz ki, sosial mənzil tikintisi proqramının uğurla həyata keçirilməsi inşaat kompleksinə də yeni nəfəs verəcək, minlərlə iş yerləri yaradılacaq, tikintidə ixtisaslaşdırılmış müəssisələrin texniki-iqtisadi göstəriciləri yaxşılaşacaq, inşaatla əlaqədar olan sahələrin inkişaf imkanları, xüsusilə tikinti materialları istehsalı daha sürətlə artacaqdır. Ən başlıcası, on minlərlə ailə yeni mənzillərində sevinc dolu illər yaşayacaq.

Son illər respublikamızın şəhər və rayonlarında yüzlərlə müasir binalar, sənaye müəssisələri, yaşayış məhəllələri, turizm, idman kompleksləri, otellər tikilib istifadəyə verilmişdir. Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 12 il ərzində 10 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 310-dan çox yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir.

Bu gün Azərbaycanın tranzit potensialının daha da artırılması istiqamətində, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilir ki, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyinin, iqtisadi qüdrətinin artması üçün müstəsna əhəmiyyət kəsb edir.

İnşaatçılar qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı Prezident İlham Əliyevin müəyyən etdiyi tədbirlərin həyata keçirilməsində də fəal iştirak edirlər. Bu gün ölkəmizdə bir dənə də olsun çadır şəhərciyi qalmamış, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşlər. Tikinti sektorunun işçiləri 2001-2016-cı illərdə 30 mindən çox ailə və ya 140 min nəfərdən çox daimi məskunlaşmamış qaçqın və məcburi köçkün üçün 80 qəsəbə, hündürmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikmişlər. Ümumilikdə, qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2016-cı illərdə 6,0 milyard dollardan çox vəsait xərclənmişdir.

Hazırda respublikada 416-420 ixtisaslaşdırılmış tikinti işləri aparan müəssisə fəaliyyət göstərir ki, onlardan 112-si iri, 304-ü isə kiçik müəssisə hesab edilir. Öz gücləri ilə yerinə yetirilmiş işlərin 95%-i iri, 5%-i isə kiçik müəssisələrin payına düşmüşdür. Tikinti müəssisələrində maliyyə nəticələri  ildən-ilə yaxşılaşır. 2015-ci ildə tikinti müəssisələri üzrə cəmi mənfəət 500 milyon manat, orta aylıq əmək haqqı isə 626,9 manat təşkil etmişdir. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə bu rəqəmlər 92,9 milyon manat və 237,6 manat olmuşdur.

Əlbəttə, iri tikinti şirkətləri texnika, professional işçi qüvvəsi ilə daha yaxşı təmin olunur, ixtisaslaşma, müasir texnologiyalardan istifadə etmək, məhsul vahidinə düşən istehsal xərclərini azaltmaq imkanlarına malikdirlər. Bununla yanaşı, inşaat kompleksində kiçik sahibkarlığın inkişaf imkanları böyükdür. Tikintidə kiçik sahibkarlıq ölkədə turizmin inkişafı, istifadəyə verilmiş yaşayış binalarına, ofislərə ayrı-ayrı xidmət növlərinin göstərilməsi ilə bağlı işlərin görülməsində daha fəal iştirak edə bilər.  

Prezident İlham Əliyevin müəyyən etdiyi dövlət investisiya siyasətində aşağıdakı əsas istiqamətlər xüsusi olaraq vurğulanır: investisiyaların qeyri-neft sektorunun və regionların sürətli və tarazlı inkişafına  yönəldilməsi; ölkənin investisiya siyasətinin müasir inkişaf meyillərinə, davamlı və keyfiyyətli inkişaf strategiyasına uyğun olaraq müəyyənləşdirilməsi; ölkədə investisiya fəaliyyətinin  sosial istiqamətinin daha da gücləndirilməsi, insan kapitalına qoyulan investisiyaların prioritetliyinin təmin edilməsi; nanotexnologiyalar və azkarbonlu istehsal sahəsinə dövlət investisiyalarının qoyuluşunun ön plana çəkilməsi; iqtisadiyyatın aparıcı sahələrinə, o cümlədən ixracyönümlü və əlavə dəyərin xüsusi çəkisi yüksək olan sahələrdə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi.

Göründüyü kimi, qarşıdakı illərdə real sektorun daha sürətli inkişafı, idxaldan asılılığın azaldılması, bir sıra sənaye, tikinti, ərzaq məhsullarının daxili istehsal hesabına ödənilməsi, müasir sənaye xidmət müəssisələrinin tikilib istifadəyə verilməsi inşaat kompleksinin aparıcı istiqamətləri  olacaqdır. Bununla əlaqədar olaraq 50 ilə yaxın fəaliyyət göstərən Azəraqrar  tikinti səhmdar cəmiyyətinin kollektivi ölkəmizin iqtisadi inkişafı üçün son dərəcə vacib olan bu işlərdə əzmkarlıqla çalışmağa hazırdırlar.

Fəaliyyət göstərdiyi yarım əsrdə “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən respublikamızın bütün bölgələrində - şəhər və rayonlarında, əksər kəndlərində müxtəlif təyinatlı kənd təsərrüfatı obyektləri, təhsil, səhiyyə və sosial obyektlər, yaşayış evləri, ictimai binalar və sair obyektlər inşa olunmuşdur. “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti icra etdiyi müqavilələrin həcminə və mütrəkkəbliyinə görə respublikada ön sıralarda olan tikinti təşkilatlarından biridir. Cəmiyyətlə yüksək ixtisaslı kadr potensialı cəmləşmişdir. Onun icra aparatında və filiallarında  öz peşəsinin vurğunu olan yüzlərlə yüksək ixtisaslı mühəndislər, memarlar və digər peşə sahibləri çalışırlar. Məhz onların gərgin əmək və səylərinin nəticəsidir ki, son illər “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin fəaliyyət dairəsi genişlənmişdir – artıq kollektiv daha mürəkkəb  və daha unikal obyektlər üzrə müxtəlif növ işləri yerinə yetirir və bu sahədə uğurlar davam etməkdədir.

“Azəraqrartikinti” Səhmdar Cəmiyyəti respublikanın tikinti kompleksində öz dəst-xətti və xüsusi çəkisi olan respublika əhəmiyyətli təşkilatlardan biridir. Səhmdar Cəmiyyət respublikada aparılan genişmiqyaslı, tikinti, quraşdırma, yenidənqurma işlərində yaxından iştirak edir. Xalqımızın ümummilli lideri Heydər Əliyev və ölkə prezidenti cənab İlham Əliyev dəfələrlə “Azəraqrartikinti” Səhmdar Cəmiyyətinin inşa etdiyi obyektlərdə olmuş, inşaatçılarla görüşlərdə onların əməyini yüksək qiymətləndirərək öz tövsiyələrini bildirmişlər. Son bir neçə ildə “Azəraqrartikinti” Səhmdar Cəmiyyəti tərəfindən Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidənqurulması üzrə Agentliyinin, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin, digər sifarişçilərin xətti ilə xeyli sayda müqavilə icra olunaraq başa çatdırılmış, yaxud icra olunmaqdadır. Səhmdar Cəmiyyətin əsas məqsədi inşaat sahəsi üzrə dünyanın qabaqcıl ölkələrinin ən mütərəqqi və qabaqcıl texnologiyalarını, daha müasir material və avadanlıqlarını iş prosesində tətbiq etmək, milli memarlıq ənənələrini qorumaqla estetik cəhətdən daha gözəl və baxımlı layihələri həyata keçirmək, bununla da müstəqil Azərbaycanımızın günü-gündən daha da gözəlləşməsinə öz layiqli töhfəsini verməkdir.

Respublikamızın inşaat kompleksində aparılan tikinti işlərinin getdikcə daha geniş miqyasda  sənaye təməli üzərinə keçirilməsi, tikinti proseslərinin fasiləsiz konveyerə, binaların və qurğuların hazır konstruksiyalardan və hissələrdən mexanikləşdirilmiş qaydada quraşdırılan konveyerə çevrilməsi, maşın parkından daha səmərəli istifadə olunması, istehsal proseslərinin mexanikləşdirilməsi və kompleks mexanikləşdirilməsi səviyyəsinin yüksəldilməsi qarşıda duran vəzifələrdir.

Onu da qeyd etməliyik ki, müasir tələblər baxımından inşaat kompleksinin  işçi qüvvəsi ilə, xüsusən ixtisaslı işçilərlə daha yaxşı təmin edilməsinə ciddi ehtiyac vardır. Ona görə də Dövlət başçısı İlham Əliyevin Təhsil Nazirliyinin yanında peşə-texniki təhsil agentliyinin yaradılması barədə göstərişləri tikinti sektorunun da ixtisaslı işçilərlə təmin edilməsinə müsbət təsir edəcəkdir.

Azad bazar münasibətlərinin bərqərar olduğu, əsaslı tikintidə görülən işlərin həcmində özəl sektorun xüsusi çəkisinin artdığı bir şəraitdə hər bir şirkət, sahibkar çalışır ki, tikdiyi obyekt vaxtında istifadəyə verilsin, qoyulan sərmayə mənfəət gətirsin, milli iqtisadiyyatın inkişafına dəstək olsun. Qeyd edim ki, inşaat kompleksində bu cür yanaşma üstünlük təşkil edir və son 12 ildə dövlət başçısının bilavasitə diqqət mərkəzində olan müxtəlif təyinatlı obyektlər vaxtında, yüksək keyfiyyətlə tikilib istifadəyə verilmişdir.

Bu müddət ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilmiş, yeni müəssisələr yaradılmış, müəssisələrinin istehsal potensialı artırılmış, ölkə sənayesində 2,7 dəfə artım qeydə alınmışdır. Sənaye məhsulunun ümumi həcmində qeyri-dövlət müəssisələrinin məhsulunun payı 2003-cü ildə 56,8 faiz, hazırda isə 81,4 faiz təşkil edir. Bütün bunlar sənayedə işgüzar fəallığın artmasına, yeni iş yerlərinin açılmasına, kiçik sahibkarlığın inkişafına güclü təkan vermişdir.

Ötən müddətdə Bakı ilə yanaşı, regionlarda da turizm komplekslərinin, otellərin, istirahət mərkəzlərinin istifadəyə verilməsi turizmin inkişafına, əhalinin istirahətinə geniş imkanlar yaratmışdır. Son 10 ildə 14-ü regionlarda olmaqla, 35 beş ulduzlu otel istifadəyə verilmişdir və bu istiqamətdə işlər uğurla davam etdirilir.

Son illərdə inkişaf edən infrastruktur sahələrindən biri də nəqliyyat sektorudur ki, bu sahəyə davamlı və irihəcmli investisiyaların yönəldilməsi nəticəsində nəqliyyatın hərəkət heyətinin yeniləşməsi, körpülərin tikilməsi, yeni avtomobil yollarının çəkilişi, yenidən qurulması və s. işlər davam etdirilmiş, strateji əhəmiyyətli layihələrin səmərəli fəaliyyəti sahənin inkişafına öz müsbət təsirini göstərmiş, ümumilikdə bu sahədə 2,5 dəfə artıma nail olunmuşdur.

Regional İnkişaf Dövlət Proqramlarının icrası çərçivəsində son 12 il ərzində 10 min kilometr respublika və yerli əhəmiyyətli avtomobil yolları tikilmiş və ya təmir olunmuş, regionlarda 310-dan çox yeni körpü və yol ötürücüsü tikilmiş və ya təmir edilmiş, Naxçıvan, Gəncə, Lənkəran, Zaqatala, Qəbələ və Yevlax şəhərlərində hava limanları istifadəyə verilmişdir. Bakı şəhərində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır.

Bununla yanaşı, ölkənin tranzit potensialının reallaşdırılması istiqamətində tədbirlər, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri həyata keçirilir.

Hazırda “Neftsiz dövrün” formalaşması və inkişafı istiqamətində uğurlu addımlar atılır. Qeyri-neft sənayesinin üstün inkişafına xidmət edən zavod və fabriklər işə salınır, aqrar sektorun potensiallığından daha səmərəli istifadə olunması məqsədilə ixtisaslaşma, iri təsərrüfatların yaradılması, əsassız istifadə olunmayan torpaqların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, infrastruktur və sosial layihələrin vaxtında icrası ilə bağlı tədbirlər geniş vüsət alır. Bütün bu müsbət dəyişikliklər, heç şübhəsiz ki, 2016-cı ildə sosial iqtisadi inkişafla bağlı nəzərdə tutulmuş məqsəd və vəzifələrin uğurla yerinə yetirilməsini təmin edəcək, ölkəmizin davamlı inkişaf imkanlarını daha da artıracaqdır.

 

Ağalar VƏLİYEV,

 Milli Məclisin İqtisadi siyasət,

sənaye və sahibkarlıq komitəsinin sədr müavini,

“Azəraqrartikinti” ASC-nin müşahidə şurasının sədri