Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İqtisadiyyatın inkişafında özəl sektorun rolu durmadan artır

 

 

Ölkə iqtisadiyyatının inkişaf etdirilməsi çərçivəsində özəl sektorun payının artırılması, xüsusilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi hazırda bazar iqtisadiyyatının ən vacib komponentlərindən biridir. Kiçik və orta sahibkarlığın inkişafı dövlətin iqtisadi sabitliyinin əsas şərtlərindən biri kimi  əsas amillərdəndir. Bu gün Azərbaycan üçün də dövlətin əsas hədəflərdən biri sahibkarlığın daha da inkişafı, ölkə iqtisadiyyatının inkişafında özəl sektorun rolunun artırılmasıdır.

Dövlət büdcəsindən sahibkarlığın inkişafına ayrılan vəsaitin həcminin ilbəil artırılması da bu sahənin ölkə başçısının diqqət mərkəzində olduğunun göstəricisidir. Xüsusilə, Prezident İlham Əliyevin 3 mart 2014-cü il tarixdə imzaladığı “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ölkədə sahibkarlığın inkişafını stimullaşdırmaq, özəl bölmənin investisiya imkanlarını genişləndirmək, sərmayə mühitini daha da optimallaşdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir. Bu Fərmanla bir çox sahələrdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınaraq, müxtəlif istiqamətlər üzrə nümunəvi modellər təhlil olunub, onların ölkəmizdə tətbiqi imkanları araşdırılıb və əlaqədar qurumların qarşısına konkret vəzifələr qoyulub.

Hazırda dövlətlə özəl sektor arasında yeni, çox sağlam münasibətlər formalaşır. Həm dövlət, həm də özəl sektorun kapitalı hesabına bir çox  layihələr  həyata keçirilir. Qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən "Azersun Holding" MMC də özəl sektorda xüsusi yeri olan qabaqcıl şirkətlərdəndir. Daha əvvəlki məqalələrdə bu şirkətin müxtəlif faəliyyət istiqamətlərindən söz açmışıq. Bu dəfə isə şirkətin sırf məhsul qruplarına diqqət çəkəcəyik.

Qida sektorunda Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holding" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş məhsul qrupları şəbəkəsinə malikdir.
Bu baxımdan “Azersun Holding"in  tarladan süfrəyədək bütün prosesi əhatə edən iri kənd təsərrüfatı kompleksi xüsusilə diqqətəlayiqdir. Şirkət tərəfindən 10 min hektardan çox ərazidə əkinlər həyata keçirilir. İri layihələrdən biri kimi Biləsuvar rayonunda 3400 ha əkinə yararsız ərazidə rekultivasiya işlərinin aparılmasını, drenaj kanallarının çəkilməsini, müasir damcılama və yağmurlama üsullu suvarma sistemlərinin tətbiq olunmasını göstərmək olar. Burada Global GAP sertifikatı əsasında soya, pomidor, arpa, buğda, yaşıl noxud, qarğıdalı, günəbaxan, xiyar, badımcan, bibər, patisson və digər tərəvəzlərin əkini həyata keçirilir. Tarlalarda orqanik tərəvəz və bostan bitkiləri də əkilir. Ərazidə 400 mindən artıq nar ağacının da əkini həyata keçirilmişdir. Burada qurulmuş orqanik gübrə istehsal müəssisəsi torpaqların münbitliyini daha da artırır. Kənd təsərrüfatı kompleksi nəzdində Zaqatalada yerləşən, illik emal gücü 5 000 ton olan fındıq zavodu da fəaliyyət göstərir.

Becərilən meyvə və tərəvəzlər kompleksin ərazisində yerləşən konserv zavodunda emal olunur. “Azərsun Holding” Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə illik istehsal gücü 300 mln. şərti banka vahidi olan 4 konserv emal zavoduna   sahibdir. Şirkətlər qrupunun ilk konserv zavodu – Qafqaz Konserv Zavodu Azərbaycanın şimal hissəsində Xaçmaz şəhərində 2003-cü ildən fəaliyyətə başlamışdır. Zavodun illik istehsal gücü 30 000 tondur. Burada ət və müxtəlif hazır yemək konservləri, mürəbbə, cem və pürelər, kompot, turşu və tomat pastası istehsal edilir.

Şirkətin Biləsuvar Konserv Zavodu isə 2010-cu ildə fəaliyyətə başlamışdır. Burada becərilən müxtəlif kənd təsərrüfatı məhsulları toplanaraq, heç bir yol qət etmədən və zaman itirmədən təzə-tər şəkildə birbaşa emala göndərilir. Zavodda yaşıl noxud, patisson, kornişon, pomidor konservləri, ketçup, eyni zamanda, nar şirəsi və narşərab istehsal olunur. Müəssisənin illik istehsal gücü 50 000 tondur. Zavodun xammalı 100% şirkətlər qrupunun tərkibində fəaliyyət göstərən kənd təsərrüfatı kompleksi tərəfindən təmin olunur. 

Azərbaycanın cənub bölgəsində yerləşən, subtropik iqlimi və zəngin bitkiçilik-meyvəçilik çeşidləri ilə tanınan Lənkəran şəhərində fəaliyyət göstərən Lənkəran Konserv Zavodu bölgə fermerlərindən tədarük edilən meyvə və tərəvəzlərin emalı, xüsusilə közlənmiş tərəvəz konservləri, kompot və turşu istehsalı üzrə ixtisaslaşıb. Zavodun illik istehsal gücü 12 000 tondur.

2012-ci ildən fəaliyyətə başlayan Qazax Konserv Zavodu isə qənnadı-şirniyyat sektorunda geniş istifadə edilən, qış mövsümündə də təzəliyini və vitaminlərini qoruyub saxlayan dondurulmuş meyvə və giləmeyvə istehsalı ilə məşğul olur. Zavodda, eyni zamanda fast food şəbəkələri üçün kartof yarımməmulatı da istehsal olunur. Müəssisənin illik istehsal gücü 8 000 ton təşkil edir.

Konserv zavodlarının xammalı şirkətlər qrupunun kənd təsərrüfatı kompleksindən və regiondakı 3000-dən artıq fermerdən məhsul qəbulu hesabına təmin olunur.

Şirkət süd məhsulları istehsalı sahəsində Kürdəmirdə fəaliyyət göstərən və günlük emal gücü 120 ton süd olan, GEA və UHT texnologiyaları ilə təchiz olunmuş süd kompleksinə də malikdir. Kompleks Almaniya və Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı cins mal-qaranın bəslənildiyi heyvandarlıq fermasından və mal-qaranın yem tələbatını təmin edən (Kürdəmirdə 1300 ha, Ağsuda 5000 ha) əkin ərazilərindən ibarətdir. Zavodda pasterizə olunmuş günlük süd, UHT-tetrapak süd, ayran, kəsmik, qatıq, meyvəli yoqurt, qatılaşdırılmış süd, pendir çeşidləri istehsal olunur. Zavodun xammal tələbatı, eyni zamanda, əhalidən toplanan süd hesabına qarşılanır.

Şirkətin 2006-ci ildə istifadəyə verilən Azərbaycan Şəkər İstehsalat Birliyi (AŞİB) ölkə və regionu yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə iqtisadiyyatımız üçün yeni sənaye sahələsi yaratdı. İllik istehsal gücü 700 000 ton olan şəkər zavodu xammalının bir qismi şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçiləri, digər hissəsi isə idxal olunan xam şəkər hesabına təmin edilir. Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şəkər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki istehsalçılarının şəkər tərəfdaşı və tədarükçüsüdür. Azərbaycan Şəkər İstehsalat Birliyi nəzdində illik istehsal potensialı 60 000 ton olan bitki yağlarının ilkin emal müəssisəsi, 60 000 ton kəllə qənd, 12000 ton kəsmə şəkər fabrikləri fəaliyyət göstərir.

2010-cu ildən fəaliyyət göstərən və Abşeron yarımadasında yerləşən Masazır Duz Zavodu da ən son texnoloji avadanlıqlarla təchiz olunmaqla, ölkə və regionu yodlaşdırılmış duz ilə təmin edir. Müəssisənin illik istehsal gücü 90 000 tondur. Masazır Duz Zavodu yüksək keyfiyyətli yodlaşdırılmış süfrə və xörək duzları ilə yanaşı, tutma və marinadlarda istifadə olunması üçün turşu duzu, heyvandarlıqda istifadə olunması üçün yalama duzları, sənayedə istifadə olunması üçün tablet duz, filtr sistemləri üçün duzlar  istehsal edir.

“Azərsun Holding”in Azərbaycandakı ilk investisiya layihəsi olaraq 1994-cü ildə Bakıda fəaliyyətə başlamış “Sun Tea” çay fabriki bu gün məşhur çay markalarının istehsalçısıdır. Müəssisə illik ortalama 15 000 ton istehsal gücünə malik, qara çay, yaşıl çay, meyvəli çayların istehsalı ilə məşğuldur.

Şirkətlər qrupunun Azərbaycanın cənubunda Lənkəran və Astarada paketləmə müəssisələri də fəaliyyət göstərir. Azərbaycanın ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək “Azerçay” markası ilə dünya bazarına təqdim edən müəssisə Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Şirkətlər qrupunun Şri-Lankadakı “İnter Tea” müəssisəsi broker olaraq birjalarda ən keyfiyyətli Seylon çaylarını tədarük edir. Holdinq, eyni zamanda, dünyaca məşhur Hindistan, Vyetnam və Keniya çaylarını birbaşa çay istehsalçılarından satın alaraq, emal müəssisələrinin xammal ehtiyacını təmin edir.

“Azərsun Holding”in 1996-cı ildən fəaliyyət göstərən Bakı və Sumqayıt yağ fabrikləri də böyük istehsal potensialına malik olan müəssisələrdir. Müasir deodorizə və ventirizə sistemləri ilə təchiz olunmuş fabriklər ətraf mühitə tam zərərsiz şəkildə çalışaraq, “əl dəyməyən”  texnologiya ilə fəaliyyət göstərir. Müəssisələrdə yüksək keyfiyyətli günəbaxan və qarğıdalı duru yağları, paketləşdirilmiş bitki yağı, əridilmiş GHEE yağları, eyni zamanda qənnadı, şirniyyat fabrikləri üçün sənaye yağları istehsal olunur. İllik istehsal gücü 270 000 ton olan müəssisələr Azərbaycanın tam tələbatını qarşılayır və böyük ixrac imkanına malikdir. Şirkətlər qrupunun nəzdində fəaliyyət göstərən yağ fabrikində Yeni Zelandiyadan gətirilmiş yüksək keyfiyyətli kərə yağları zavodda müxtəlif qramajlarda paketlənərək istehsal olunur. Kərə yağı istehlakçılara xörək bişirmədə əvəzsiz olan əridilmiş şəkildə də təqdim olunur.

2002-ci ildən Zeytun emalı müəssisəsini yaradan şirkətlər qrupu Abşeron yarımadasının ənənəvi bitkisi olan zeytundan yüksək keyfiyyətli açıq yaşıl və qızılı rəngli, zərif və xoş ətirli yağ istehsalına da başladı. Bununla da Abşeron yarımadasında zeytunçuluq ilə məşğul olan təsərrüfatların inkişafına şərait yaratdı. Müəssisənin illik istehsal gücü 3 000 tondur. “Azərsun Holding”, həmçinin dünyaca məşhur fast-food şəbəkəsinin yağ tərəfdaşı  və tədarükçüsüdür.

 “Azərsun Holding” 2009-cu ildən etibarən sous bazarına da daxil oldu. Müxtəlif salatların, ət yeməklərinin və qarnirlərin əvəzsiz komponenti olan, uşaq və böyüklərin sevimli sousları olan ketçup və mayonez “doypack” və digər müxtəlif qablaşdırmalarda şirkətlər qrupunun müəssisələrində istehsal olunur. Mayonezin əsas xammal mənbəyi şirkətlər qrupunun istehsalı olan yağlardır. Ketçup məhsulunda isə tarlalarda təbii yetişdirilən pomidorlardan istifadə olunur. 100% təbii Azərbaycan pomidorlarından əldə olunan ketçupların dadı və keyfiyyəti də məhz bu baxımdan fərqlidir.

 “Azərsun Holding” şokolad fabriki inşa etməklə sənaye şokoladı istehsalında da öz mövqeyini möhkəmləndirdi. Şokolad sahəsinə, şirkətlər qrupu ilk olaraq şokoladlı fındıqlı krem ilə daxil oldu.

Holdinqin qida istehsalı və kənd təsərrüfatı ilə yanaşı, təmsil olunduğu əsas sahələrdən biri də kağız, karton və tənəkə qutu istehsal sənayesidir. İlk olaraq 1997-ci ildə illik istehsal gücü 2 mln. qutu olan kağız istehsalı müəssisəsi, hazırda hər növ kağız dəsmalı, tualet kağızı, qutu və mətbəx dəsmalları, nəm salfetlər istehsal edir. Müəssisənin istehsal etdiyi məhsullar bütün seqmentləri əhatə edir və ən yüksək standartlara cavab verir.

Heç də təsadüfi deyil ki, bu gün qida sektorunda aparıcı şirkətlərdən olan  “Azərsun Holding”in ixrac siyahısında xüsusi çəkisi də hiss edilməkdədir.  Hazırda şirkətin məhsulları Rusiya Federasiyası, Ukrayna, Belarus Respublikası, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Özbəkistan,  BƏƏ, Litva, Polşa, İraq, Almaniya, ABŞ, Türkiyə, İsrail və Çinə uğurla ixrac olunmaqdadır. İxrac edilən məhsullar sırasına çay, konservləşdirilmiş məhsullar, yağ, kağız məhsulları, duz, şəkər, fındıq və  digər  qida məhsulları daxildir.

 

Mətanət Hüseynova