Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ulu Tanri o yerləri bizə vətən torpağı kimi ərməğan edib

 

Azərbaycan dövlətinin regional inkişaf konsepsiyasının daxili struk­tu­runda işğaldan azad edilmiş bölgələrin bərpası və dirçəldilməsi, həmin əra­zilərdə kənd təsərrüfatının inkişafı və əlverişli biznes mühitinin yaradılması da özünə yer almışdır. Belə rayonlardan biri də Füzulidir. Bu bölgə mühari­bədən əvvəlki dövrdə ən güclü kənd təsərrüfatı rayonlarından biri olub. Hazırda Füzuli rayonu ərazisinin bir hissəsi mənfur düşmənin tapdağı altındadır. Buna baxmayaraq, azad edilmiş kəndlərdə kənd təsərrüfatı inkişaf edir, istehsalın həcmi artır. Xüsusilə taxılçılıq sahəsində ciddi irəliləyiş özünü göstərir.

Füzuli Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Burada əkinçiliyin və heyvandarlığın tarixi minilliklərə gedib çıxır. Qədim mağara və kurqanlardan tapılan buğda qalıqları bunu bir daha sübut edir. Tarixin yaxın dövrlərində də  Füzulidə bol məhsul yetişdirilib. İkinci dünya müharibəsində və sonuncu illərdə Qarabağ əhalisini Füzuli taxılı aclıqdan xilas edib. Ulu öndər Heydər Əliyevin keçən əsrin 70-ci illərində respublikaya rəhbərlik etdiyi vaxtlarda Füzuli sözün əsl mənasında inkişaf etmiş kənd təsərrüfatı rayonuna çevrildi. Məhz həmin dövrdə burada üzümçülük, pambıqçılıq, taxılçılıq, baramaçılıq və heyvandarlıq yüksək inkişaf səviyyəsinə gətirilib çıxarıldı.

Müharibə, işğal, hərc-mərclik və xaos Füzulinin ehtişamlı, şad-xürrəm günlərini əlindən aldı. Yalnız Heydər Əliyevin əzmi, iradəsi nəticəsində torpaqların bir hissəsini işğaldan azad etmək mümkün oldu, qaçqın və köçkün soydaşlarımız doğma yurd yerlərinə qaytarıldı. Beləliklə, uçmuş evlər dikəldildi, dağılmış təsərrüfatlar bərpa olundu, həyat öz axarına düşməyə başladı.

Ulu öndərin təşəbbüsü ilə 1997-ci ildən uğurla həyata keçirilən aqrar islahatlar kəndlinin torpaq üzərində mülkiyyətini tanıdı, hər kəs öz istədiyi məhsulu əkib biçmək imkanı qazandı. Bu işlərin həyata keçirilməsində dövlət öz qayğı və dəstəyini əsirgəmədi. Bütün görülən tədbirlər nəticəsində rayon nəinki özünü ərzaq məhsulları ilə təmin etdi, eyni zamanda ölkə bazarına iri həcmdə kənd təsərrüfatı məhsulları çıxarmağa nail oldu. Son illər ölkə başçısının aqrar sahənin inkişafı ilə bağlı imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar öz müsbət nəticəsini vermişdir. Həmin qərarlarda  aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun hədəflərin müəyyən edilməsi və zəruri addımların atılması ön plana çəkilmişdir. Bütün bunlar Füzuli əməkçilərinin inamını artırmış və fəallıqlarının yüksəlməsinə səbəb olmuşdur.

Cari ildə rayonun təsərrüfatlarından 120 min tondan çox taxıl tədarük edilərək emal müəssisələrinə göndərilmişdir.

Keçən il rayon üzrə əkinə yararlı 41080 hektar torpaq əkilmişdisə, cari ildə əkin sahələri 3383 hektar artırılaraq 44310 hektara çatdırılmışdır. Biçin qısa müddətdə və itkisiz aparılmış, 23905 hektardan 79481 ton buğda, 11923 hektardan isə 40852 ton arpa biçilmişdir.

Əkin altında olan 44431 hektar sahənin 35828 hektarında taxıl, 165 hektarında qarğıdalı, 505 hektarında pambıq, 141 hektarında kartof, 486 hektarında bostan, 618 hektarında tərəvəz, 37 hektarında günəbaxan, 6040 hektarında yem bitkiləri və 521 hektarında şəkər çuğunduru əkilmişdir. İstehsalın həcminin artımı ilə yanaşı, həm də məhsulun ixracı ilə bağlı ölkə prezidentinin müəyyən etdiyi stimullaşdırıcı tədbirlər nəticəsində ixracın müxtəlif seqmentlər üzrə artımı özünü göstərmişdir. Belə ki, 2016-cı ilin altı ayı ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə meyvə ixracı üzrə 13,1 faiz, tərəvəz məhsulları ixracı üzrə isə 31,3 faiz artım əldə olunmuşdur.

Ölkə rəhbərliyinin heyvandarlıq sahəsində qarşıya qoyduğu hədəf heyvanların cins tərkibini dəyişdirməklə stasionar bəsləmə şəraitinə keçirmək, örüş və otlaq sahələrini əkin kateqoriyasına daxil edərək yem bitkilərinin istehsalını genişləndirmək və güclü yem ehtiyatı yaratmaqdan ibarətdir. Burada əsas məqsəd örüş və otlaq sahələrindən səmərəli istifadə olunmasına nail olmaq və bu sahədə mütərəqqi metodların tətbiqini həyata keçirməkdir. Bu yolda məhsuldarlığı 5-6 dəfə yüksəltmək və heyvanların baş sayını 3-4 dəfə artırmaq olar ki, bu da dünyanın qabaqcıl ölkələri sırasına gəlib çatmaq deməkdir.

Stimullaşdırıcı tədbirlərdən biri kimi doğulan hər baş cins buzova görə fermerlərə 100 manat məbləğində subsidiyanın verilməsi rayonda heyvan­darlıq sahəsində çalışan hər kəsin ürəyincə olmuşdur. Rayonda bitkiçilik üzrə qarşıya qoyulan əsas vəzifə torpaqların hər tərəfli analizinin aparılmasıdır. Bu tədbirlər görülmədən, əslində əkin sahələrinə hansı növ və nə qədər miqdarda kübrənin verilməsini müəyyən etmək çox çətindir. Artıq bu istiqamətdə rayonda müvafiq işlər görülmüşdür. Müəyyən olunmuşdur ki, Füzuli rayonunda ümumi torpaq sahəsi 139392 hektarı təşkil edir. Bunun 67692 hektarı işğal altında, 71700 hektarı öz əlimizdədir. Əlimizdə olan torpaqların 51000 hektarı əkinə yararlıdır. Həmin torpaqların 100098 hektarı öz axını ilə, 16044 hektarı isə nasos və artezian quyuları vasitəsi ilə suvarılır. Yerdə qalan 24858 hektar torpaq isə dəmiyə kateqoriyasına daxildir.

Rayon miqyasında cari ildə həyata keçirilən müsbət tədbirlərdən biri də pambıq əkin sahələrinin genişləndirilməsi ilə bağlıdır. Əslində buna genişləndirmə demək olmaz. Çünki ötən illərdə cəmi 5-6 hektar sahədə pambıq əkilmişdi, yəni yox dərəcəsində idi. Dünya bazarlarında pambıq ehtiyatlarının azalması, qiymətlərin qalxması fonunda pambıqçılığın inkişafı zəruri vəzifə kimi ortaya qoyulmuşdur. Həm də pambıqçılıq Füzuli rayonu üçün yeni sahə deyil, burada uzun illər pambıq əkilib-səpilib və yaxşı təcrübə formalaşıb. Cari ildə 506 hektar sahədə pambıq əkilib. Yetişdirilən məhsulun vaxtında yığılması və tədarükü məqsədilə bütün zəruri tədbirlər görülüb. Bu il tarlalardan 1000 tondan artıq məhsul götürülməsi nəzərdə tutulur ki, bu da təsərrüfat subyektlərinin yaxşı gəlir əldə etməsinə və məşğulluq probleminin həllinə kömək edəcək. Gələn il pambıq əkin sahələrinin bir neçə dəfə artırılaraq 2000-2500 hektara çatdırılması hədəf götürülüb. Bu isə ərazinin yarısı işğal vəziyyətində olan Füzuli rayonu əhalisinin bir çox sosial problemlərinin həllində öz müsbət təsirini göstərəcək, yeni iş yerləri açılacaq, rayondan çıxıb gedənlərin qarşısı alınacaq.

İpəkçiliyə də dünya bazarlarında tələbat artıb. Rayonda yüzlərlə ailənin işlə təminatını nəzərə alaraq bu ildən barama istehsalına başlanılıb və bu istiqamətdə müvafiq infrastruktur tədbirləri həyata keçirilir. Keçən il istehsalı sıfıra bərabər olmuş barama istehsalına cari ildə uğurlu başlanğıcla – 3030 kiloqram məhsulla start verilib.

 Cari ildə pambıq, tütün və barama xammalının tədarük qiymətlərinin artırılması, hər hektar pambıq və tütün əkininə görə əlavə 40 manat, cəmi 90 manat, tədarük edilən hər kiloqram baramaya görə 2 manat subsidiyanın verilməsi və barama toxumlarının əvəzi ödənilmədən istehsalçılar arasında paylanması bu sahədə nikbin proqnozlar vəd edir. Başqa bir ciddi problem də öz həllini tapmaqdadır. Bir neçə il öncə məhsulun sahələrdən birbaşa satışı ilə istehlak bazarında satışı arasında olan qiymətlərdə 3-5 dəfə fərq var idi. Son vaxtlar görülən tədbirlər nəticəsində bazar infrastrukturu təkmilləşdirilmiş və həmin fərq 2 dəfəyədək aşağı düşmüşdür.

Bundan başqa, torpaq sahələrinin, xüsusilə bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi mexanizminin sadələşdirilməsinə, işğal faktı ilə bağlı dövlət mülkiyyətində saxlanılan və əhali tərəfindən əkilib becərilən əkin sahələrinə görə subsidiyaların verilməsi üçün hüquqi əsasların yaradılmasına ciddi zərurət vardır.

Respublika miqyasında əkin dövriyyəsinə daxil olan torpaqlardan istifadə mexanizmin qısa müddətdə işlənib hazırlanması, aqrokimya laboratoriyalarının yenidən qurulması və ən müasir avadanlıqlarla təchiz edilməsi, istehsal olunan məhsulun keyfiyyətinə nəzarətin gücləndirilməsi, istehsal olunan məhsulun, həmçinin əkin sahələrinin dəqiq və şəffaf uçotunun aparılması da vacib məsələlər sırasındadır. Bundan başqa, Füzuli rayonunda aqrar bölmənin texniki və elektron təminatı, kadr hazırlığı sahəsində də problemlər mövcuddur və həmin problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac duyulur.

Toxumçuluğun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni toxum materiallarının yaradılması, baramaçılığın inkişafını təmin etmək üçün çəkil plantasiyalarının salınması sahəsində də görüləsi işlər çoxdur və yaxın illərdə mərhələlərlə lazım olan tədbirlərin hamısı görüləcək.

Torpaq halallıq sevir. Füzulilər nə əksə də, nə səpsə də bitib göyərəcək, yaxşı bəhrə, bol məhsul verəcək. Torpaq haram əldən düşən dəni cücərtməz. İşğal altında olan torpaqlarımız kimi. Tezliklə o yerlərə dönəcəyik. Bu həmin əraziləri halallıqla, xeyir-dua ilə bizə Vətən torpağı kimi ərməğan edən ulu Tanrının hökmüdür!

 

Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri

Füzuli rayonu