Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti - 30 

 

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti 1986-cı ildən etibarən dövlət müəssisəsi olaraq 4 nömrəli Bakı kitab mətbəəsi kimi fəaliyyətə başlamışdır. 2001-ci ildə müəssisənin təşkilati-hüquqi forması dəyişdirilmiş və o, “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinə (ASC) çevrilmişdir.

“Şərq-Qərb” ASC-nin əsas fəaliyyət növü nəşr və çap işləridir. 

Hazırda müəssisədə nəşriyyat və poliqrafiya sahəsində respublikamızda və xaricdə təhsil almış yüksək ixtisasa və böyük təcrübəyə malik mütəxəssislər çalışırlar.

“Şərq-Qərb” ASC yüksək keyfiyyət standartlarına cavab verən məhsul istehsalına malikdir. Ən müasir və yeni poliqrafiya avadanlıqları ilə təchiz edilmiş müəssisə dizayn və səhifələmə sahəsində dünyanın ən qabaqcıl texnologiyalarından istifadə edir. Müəssisə hər il ümumi tirajı 2 milyondan çox olan və müasir tələblərə cavab verən çap məhsulları istehsal edir.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamının icrası ilə əlaqədar olaraq, “Şərq-Qərb” ASC tərəfindən yüzlərlə kitab nəşrə hazırlanmış, eləcə də “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” 24 avqust 2007-ci il tarixli digər sərəncamının icrası ilə əlaqədar olaraq, 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyası nəfis tərtibatla hazırda nəşr edilməkdədir.

2011-2014-cü illər ərzində “Şərq-Qərb” ASC məktəbəqədər və məktəbli uşaqlar üçün   100-dən çox müxtəlif adda kitablar, o cümlədən dərs vəsaitləri, iş dəftərləri, qiymətləndirmə vasitələri, sinif jurnalları və s. hazırlayaraq çap etmişdir. Artıq 3 ildir ki, “Məktəbli kitabçası”, tam yeni konsepsiya və dizaynda, gündəlik tarixlər göstərilməklə, məlumat bölmələri ilə, bir sıra digər yeniliklərlə “Şərq-Qərb” ASC tərəfindən hazırlanır və Azərbaycanda ilk dəfə tam rəngli çap olunur. 

“Şərq-Qərb” ASC 2007-ci ildə Moskva şəhərində keçirilmiş MDB ölkələrinin “Kitab mədəniyyəti” III Beynəlxalq müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür. Müəssisə Bakı Beynəlxalq sərgi-yarmarkalarında fəal iştirakına görə dəfələrlə diplomlarla təltif olunmuşdur. 2009-cu ildə “Şərq-Qərb” ASC “İlin mətbəəsi” adını almış, 2011-ci ildə “Azərbaycan Dövlət Bayrağı” mükafatına layiq görülmüşdür. 

“Şərq-Qərb” ASC-nin 2010-cu ilin sentyabr ayından etibarən Almaniyanın Frankfurt şəhərində xarici nümayəndəliyi fəaliyyət göstərməyə başlamışdır. "Şərq-Qərb" ASC son 2 ildə London Beynəlxalq kitab sərgisində də uğurla iştirak etmişdir.

Bu günlərdə 30 illiyini qeyd edən bu mətbəə Azərbaycan İqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzeti ilə 1994-1995-ci illərdən əməkdaşlığa başlamış və bu ünsiyyət, bu işbirliyi bu günə qədər də yüksək səviyyədə davam etməkdədir. Akademik Ziyad Səmədzadənin “Dağlıq Qarabağ: naməlum həqiqətlər” kitabı ilə başlanan və müəllifin rəhbərliyi ilə 7 cilddə çap olunan “Böyük İqtisadi Ensiklopediya” ilə davam edən bu işbirliyi böyük inkişaf yolu keçən  dostluğa  bariz nümunədir.

1999-cu ildən buraxılan “İqtisadiyyat” qəzetinin ilk nömrəsi  də məhz “Şərq-Qərb” ASC-də çapdan çıxmışdır.

30 il “Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyəti üçün çox qısa vaxtdır. Əminik ki, “Şərq-Qərb” hələ 50 il, 100 il də Azərbaycan mətbuatına, Azərbaycan mədəniyyətinə, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəkdir.

“Şərq-Qərb” Açıq Səhmdar Cəmiyyətinin böyük kollektivini 30 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, gördükləri böyük işlərdə uğurlar diləyirik.

 

Azərbaycan İqtisadçılar İttifaqı,

“İqtisadiyyat” qəzeti