Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Sərgilər reklamin vacib elementi kimi

 

BDU-nun dosenti F.M.Qarayev

 

Sərgilər reklamın təsir vasitələri arsenalında xüsusi yer tutur və  alıcılarla birbaşa təmasların müəyyən edilməsi üçün reklam edilən məmulatların nümayiş etdirilməsinin çox geniş imkanları  təəssüratını yaradır.

Yanaşı reklam tədbirləri (təqdimatların, mətbuat konfranslarının, dəyirmi masaların, mütəxəssislərlə görüşlərin və s. keçirilməsi ilə mətbuatda reklam kompaniyası)  ilə əlaqədar sərgi tədbirləri xüsusilə səmərəlidir. Reklamın bu vasitələrinin yüksək səmərəliliyi onunla  təsdiqlənir ki, hər il dünyada xeyli məsrəf tələb edən minlərlə iri sərgi tədbirləri keçirilir.

Sərgilər bəşəriyyətin bu və ya digər nailiyyətlərinin publik nümayiş etdirilməsi vasitəsi kimi yaranmışdır, əvvəllər xalis maarifləndirici xarakter daşıyırdı, lakin inkişaf etdikcə həmçinin parlaq ifadə edilmiş kommersiya istiqamətini aldı.

Bunları əsas götürərək sərgiyə aşağıdakı tərifləri vermək olar.

Sərgi  hər şeydən əvvəl cəmiyyətin maddi və mənəvi həyat  sferasının bu və ya digər sahələrinin nailiyyətlərinin publik nümayiş etdirilməsidir ki, bunun da əsas məqsədi  kommersiya işinin eyni zamanda keçirilməsi zamanı ideyaların, bəşəriyyətin, biliklərin mübadiləsidir.

Sərgi iqtisadiyyat, elm, texnika, mədəniyyət, incəsənət və ictimai həyatın digər  sahələrində nailiyyətlərin publik təqdim edilməsidir. Sərgilərin yerli, milli, beynəlxalq və ümumdünya, eləcə də insan həyatının bütün sahələrini əhatə edən ümumi növlərini  fərqləndirirlər. İxtisaslaşdırılmış sərgilərə bədii, sənaye və kənd təsərrüfatı sərgilərini aid edirlər. Həmçinin, dövri  (müvəqqəti) və daimi sərgiləri də ayırmaq olar. 

Sərgi  (“Beynəlxalq sərgilər bürosunun” tərifinə görə) tələbatların ödənilməsi üçün bəşəriyyətin sərəncamında olan vasitələrin təqdim edilməsi yolu ilə, eləcə də onun fəaliyyətinin bir və ya bir neçə sahəsində tərəqqi məqsədilə  necə olursa olsun göstərilməsidir.

Şərti olaraq bütün sərgi tədbirlərini aşağıdakı şəkildə təsnifləşdirmək olar.

Beynəlxalq sərgilər  bir qayda olaraq, dünyanın bir çox ölkələrindən böyük miqdarda iştirakçıları yığan  müntəzəm sərgi tədbirləridir. Onları ümumsahə və  ixtisaslaşdırılmış sərgilərə bölmək olar. Ümumsahə sərgilərdə  iqtisadiyyatın ən müxtəlif sahələrinin məmulat və məhsulları, ixtisaslaşdırılmış sərgilərdə isə bir və ya bir neçə yaxın və ya qarşılıqlı tamamlanan sahələrin eksponatları nümayiş etdirilir.

Beynəlxalq  sərgilərdə eksponatların nümayiş etdirilməsi həm milli əlamət üzrə (milli  pavilyonlar və ekspozisiyalar çərçivəsində), həm də  sahə  prinsipi üzrə (bu zaman ekspozisiyalar əmtəə qrupları üzrə formalaşır) keçirilir.

Milli sərgilər  həyatın ən müxtəlif sahələrində ölkənin nailiyyətlərini əks etdirən xüsusi təşkil olunmuş ekspozisiyalardır (bir qayda olaraq, elmi-texniki və mədəni mübadilələr və s. çərçivədə yubiley günləri). Belə sərgilər həm ölkə daxilində, həm də xaricdə keçirilir. Milli sərgilər stasionar  və ya səyyar sərgilərə bölünür. İldən-ilə milli sərgilərdən reklam və kommresiya işinin keçirilməsi üçün daha səmərəli istifadə olunur.

Reklam  vericisinin ixtisaslaşdırılmış sərgiləri sifarişçi təşkilat tərəfindən təşkil olunur və  maliyyələşir. Onlar qeyd edildiyi kimi, stasionar və səyyar nəvlərə bölünür. Ölkənin təşkilatlarının reklam işi təcrübəsində daxili bazarda satış sərgilərinin təşkili xüsisi inkişaf əldə etmişdir, burada məhsulun  reklamı  və nümayiş etdirilməsi ilə eyni zamanda onun satışı həyata keçirilir.

İxtisaslaşdırılmış sərgilərin təşkili ilə əlaqədar xeyli məsrəflərə baxmayaraq, bu tədbirlərin  səmərəliliyi, bir qayda olaraq, kifayət qədər yüksəkdir.

 Daim fəaliyyətdə olan ekspozisiyalar (nümunələrin kabinetləri, nümayiş zallarl və s.) – çox zaman müəssisə və birliklərin inzibati  binalarinda təşkil olunur. Bir çox konsernlər,  korporasiyalar, iri istehsal birlikləri buraxilan  məhsulun nümunələrinin nümayiş etdirilməsi üçün  öz daim fəaliyyətdə olun eknozisiyalarına malikdirlər.

Hər bir fəaliyyət sferasına, sənayenin hər bir sahəsinə hər il beynəlxalq, milli və yerli sərgilərin və ekspozisiyaların gedişində nəyisə dərk  etmək, nəyisə qiymətləndirmək və nəyisə satmaq üçün əlverişli imkanları verilir. Bütün iştirakçılar üçün bu – sadəcə forma və ya bazara nisbətən daha yüksək şeydir.  Bir neçə gün ərzində  köhnə dostluq əlaqələrinin və yeni təçasların möhkəmlənməsu, yeni məhsul daşımalarının və informasiya mənbələrinin aşkar edilməsi, yeni meyillərin ideyaların və ya əmtəələrin müzakirəsi, ticarət  tərəfindən münasibətlərin aşkar edilməsi, yeniliklərin açıq elan edilməsi və yeni bazarların  axtarılması baş verir.

Hər şeyi bilmək istəyən, maraqlanan, mütərəqqi düşüncəli iş adamları üçün sərgilərin vacibliyini qiymətləndirməmək mümkün deyil. Xirda firmalar üçün sərgilər – informasiyanın əldə olunmasında  həqiqi maraqlı olan, yeni əmtəə və xidmətlər həqiqi maraqlı olan, yeni əmtəə və xidmətlər axtaran, ola bilsin dərhal sifarişi yerləşdirməyə hazir olan alıcılar və ya mütəxəssis texnologiyalar ilə görüş yerinin və ümumi  tanınmanın qazanılması vasitəsidir.

 

 Ekspertlər yüksək vəzifəli rəhbərlərlə görüşmək imkanına malik olurlar, çünki onlarla görüşmək və  söhbət etmək üçün  bundan əlverişli yol yoxdur. Söhbətlər sakit və qeyri-rəsmi şəkildə  tabeçiliyində olan şəxslərsiz və telefon zənglərsiz keçirilir.

Əlin altinda izah və ya təsvir etmək üçün  lazım olan displey, videotexnika və digər köməkçi materiallar olur.

Əgər sərgiyə geniş ictimaiyyət gəlirsə, istehsalçıda son alıcıların böyük miqdarı ilə birbaşa  ünsiyyət saxlamaq, onların fikri ilə maraqlanmaq nadir şansi yaranır.

Sərgilər formaların öz bazrları ilə sıx ünsiyyətə daxil olmasını təmin edir. Çox zaman  sərgilərdə yeni əmtəələr və ya yeni müəssisələr nümayiş etdirilir. Müvafiq jurnallarda adətən sərgilər haqqında ilkin və ictimai məqalələri dərc  olunur, avtomobilləri, qayiqları, yaxataları və digər oxşar əmtəələri göstərməklə əsl iri milli nümayişləriy işini isə mətbuat, televiziya və radio geniş işıqlandırır.

Buna görə də bazara yeni məhsulun buraxılışının ölanlaşdırılması zamanı hər hansı bir əhəmiyyətli  sərgidə bu yeni məhsulun təqdim edilməsi sayəsində sizin əldə edəcəyiniz əlavə üstünlükləri  yaddan çıxarmaq olmaz.

Əgər sərgilərin yaranmasına nəzər salsaq o, orta əsrlərdə yaranmışdır.

Sərgilər öz başlanğıcını fransız muzeylərindən götürür və onların əsasını hələ Mazarini və Kalber qöymuşlar.  Lakin müasir sərgiləri öatırladan ilk sərgi 1763-cü ildə təşkil edilmiş “Ecole des beaux-zrts” olmuşdur. Onun ardınca Dzezden (1763), Berlin (1786), Mün hen (1788) və digər sərgilər təşkil olundu.

Birinci ümumdünya sənaye sərgisi 1851-ci ildə Londonda qurukmuşdur.

Hazırda sərgilər çoxmilyardlı dövriyyəli bütöv bir sahəni – sərgi biznesini dogrultmuşdur.

Müasir sərgilər UFİ kimi təşkilatların sərgi auditinə məruz qalirlar. 25639 İSO Standart qrupları sərgi fəaliyyətinin müxtəlif tərəflərini müəyyən edirlər.

Beynəlxalq sərgi sənayesi assosiasiyası (UFİ) –sərgi sənayesi sahəsində beynəlxalq və milli assosiasiyaları və onların tərəfdaşlarını əhatə edən dünyada fəaliyyət göstərən sərgi sənayesinin  sahə təşkilatıdır.

UFİ 6 qitədə, 85 ölkədə, 239 şəhərdə 684 təşkilat üxvüni əhatə edir. Bu təşkilat onun üzvlərinin təşkil etdiyi 827-dən artıq keyfiyyət nişanına malikdir. UFİ-nin üzvləri məcmu haqda hər il 4500 profil  tədbiri təşkil edirlər və bunlar 1000000 eksponentləri və 150000 cərgiyə gələnləri cəlb edir. Baş ofis Parisdə  yerləşir. Regional ofislər Honkonqda və BƏƏ-nin üçüncü ən böyük şəhəri Şardyada yerləşir.

Assosiasiya 1925-ci ildə yaradılmışdır və hazırda peşəkar sərgi sənayesi sahəsində liderlik edən dünya  assosiasiyasıdır. UFİ-nin ali orqanı Konqresdir. Onun işi arasında fəsillərdə icra orqanı- baş katiblik fəaliyyət göstərir. Assosiasiyaya prezident rəhbərlik edir.

Assosiasiyanın başlıca məqsədi bütün dünya üzrə öz üzvlərinin və sərgi sənayesinin irəliləməsidir. O, bir  sira vəzifələri yerinə yetirir:

  • sərgi sənayesinin təşkili sahəsində təcrübə ideyalarının mübadiləsi üzrə təşkilatın üzvləri arasında səmərəli dialoq üçün şəbəkə platformasi rolunu oynayır;
  • - marketinq və kommunikasiyalar sahəsində nadir vəsait kimi sərgilərin irəliləməsi ilə məşguldur;
  • - sərgi sənayesinin müxtəlif aspektlərinin təqdim edilməsi məqsədilə öz üzvləri üçün treninqlər,  seminarlar və təhsil prqoramları təşkil edirdi;
  • Mövcus problemləri nəzərdən keçirir və işçi komitələrində və regional qruplarda sərgi sənayesinin mümkün perspektiv inkişafını müzakirə edir.
  • Assosiasiyanın fəaliyyətinin əsas tərkib hissələrindən biri ümumdünya sərgi sənayesi assosiasiyası  tərəfindən keçirilən beynəlxalq sərgilər, konqreslər və tədbirlər sahəsində hadisələr işıqlandırmaq, üçün  nəzərdə tutulan informasiya bülletenlərinin buraxılışı olmuşdur.
  • ... Ümümdünya sərgisi beynəlxalq sahədə sərgilərin yaradılmasında mühüm mərhələdir.
  • Ümumdünya  sərgisi və ya Ekspo yaxud Expo- beynəlxalq sərgilər ki, texniki və texnoloji nailiyyətlərin nümayiş etdirilməsi üçün sənayeləşmə simvolu və açıq meydançadır.
  • 1928-ci ildə Beynəlxalq Sərgilər Konvensiyası imzalandıqdan sonra Beynəlxalq Sərgilər Bürosu (BİE, Bureau İnternational des Expositions) üç tip  sərgilərin -  universal, beynəlxalq və ixtisaslaşdırılmış cərgilərin keçirilməsində tənzimləyici orqandır. Belə sərgilər 3 aydan 6 aya qədər davam edir.
  • Beynəlxalq sərgilərin keçirilməsi ənənəsi fransız milli sərgilərin inkişafı fonunda yaranmışdır və bunun kuliminasiya 1844-cü ildə təşkil olunan  beynəlxalq sərgi olmuşdur.
  • Birinci ümumdünya sərgisi 1851-ci ildə  Şahzadə Albertin təşəbbüsü ilə Londonda Hayd-Parkda keçirilmişdir. Sərginin başlıca görməli yeri Cozef Pakstonun dəmir və şüşədən  tikdirdiyi Billur  saray idi. Həmin ildən başlayaraq ümumdünya sərgilərinin xarakterini üç dövrə bölmək olar: sənaye dövrü, mədəni mübadilə dövrü və milli brendinq dövrü.
  • Sənayeləşmə dövrü  də (1851-1938) sərgilər əsasən ticarətə həsr olunmuşdu və texnoloji nailiyyətləri və  kəşfləri nümayiş etdirirdi. Məsələn, telefon kimi bir  ixtira bu dairədə təqdim edilmişdi. Bu dövr beynəlxalq sərgilərin qavranılmasında böyük töhvə vermişdir.
  • Mədəni mübadilə dovrü (1938-1987). 1939-cu ildə  Nyu-Yorkda Ümumdünya sərgisi başlandıqdan sonra sərgilərin başlanğıc xarakteri dəyişdi və  onlar cəmiyyətin işıqlı gələcəyini proqnozlaşdıraraq, daha konkret mədəni mövzulara həsr olunmağa başladı. Teznoloji ixtiralar ikinci plana  keçdi. 1938-ci ildə sərginin mövzusu “Sabahkı Günün dünyasını Qurmaq”, 1964-cü ildə isə “Qarşılıqlı Anlaşmadan keçən Dünya” oldu. Sərgilər  inovasiyaların mübadiləsi məqsədilə aktiv mədəniyyətlər arası ünsiyyəti dəstəkləyirdi.
  • Milli bredinq (1989-ci ildən indiyə qədər olat dövr) 1988-ci ildən başlayaraq, ölkələr çox zaman sərgilərdən) öz sərgi pavilyonları sayəsində onların milli  imicini yaxşılaşdırmaq üsulu kimi istifadə  etməyə başladılar. Hannoverdə sərgi ətrafında  “Tjaco Walvis” qrupunun tətbiüi göstərdi ki, 73% ölkələr üçün başlıca məqsəd dövlətin imicinin yaxşılaşması idi.

Ölkələrin öz arxitekturalarının qurduqları 2000-ci  ildəki Hannover sərgisində hər pavilyona orta hesabla 12 milyon avro xərcləmişdi. Belə dəyərləri nəzərz alaraq, bəzi ölkələr sərgidə iştirakını şübhə altına aldılar, çünki çox zaman xərclər gəliri üstələyirdi. Konkret təsiri müəyyən etmək mürəkkəbdir, lakin Ekspo 2000-də Hollandiya pavilyonu üçün müstəqil tədqiqat qiymətləndirdi ki,  pavilyon (dəyəri 35 milyon avro təşkil edirdi) Hollandiya  iqtisadiyyatı üçün 350 milyon avro potensial mənfəət yatarmişdı.

Hazirda sərgilərin iki əsas növü vardır: qeydiyyata alinmış və tanınmış.

Qeydiyyata alınmış sərgilər tədbirlərin miqyasına görə ən iri sərgilərdir. əvvəllər qeydiyyata alınmış sərgilər “Universal Sərgilər” adlandırılırdı. Bu tip sərgilər hər 5 ildən bir keçirilir,  çox zaman pavilyonların layihələndirilməsi isə və qurulması  ilə əlaqədar yüksək dəyərli olması  ilə fərqlənir. Nəticədə, ölkələr ən xatırlanan struktur titulu uğrunda yarışlar, tanınmış sərgilərölçülərinə və ümumi xeyirinə görə kiçikdir və  davamiyyətinə görə qısadır (3 həftədən 3 aya qədər). İştirakçıların məsrəfləri aşağıdır, belə  ki,  onlara əvvəl tikilmiş pavilyonu təşkilatçıdan icarəyə götürmək kifayət edir. Sonradan onlara öz xüsusu rənglərini, dizaynı və xassələri əlavə  etmək imkanı verilir.

1851-ci ildən başlayaraq 2016-cı ilə qədər  66 ümumdünya sərgisi keçirilmişdir.

Ən çox ümumdünya sərgiləri ABŞ-da (19 dəfə)  Belçikada (10 dəfə), Fransada (6 dəfə) keçirilmişdir.

Ümümdünya sərgisi 2017-ci ildə Astanada (Qazaxıstan) və 2020-ci ildə Dubayda (BƏƏ)  keçiriləcəkdir.  Hər il Bakıda müxtəlif mövzularda onlarla sərgilər keçirilir. 2016-cı ildə Bakıda keçirilmiş və keçiriləcək sərgilərin siyahısı belədir.

  • X Yubiley Azərbaycan Beynəlxalq kənd təsərrüfatı “CaspianAqa 2016” Sərgiyə 1921 may 2016-ci il).
  • Azərbaycan Decor Expo 2016 Beynəlxalq Hebel, Ev Tekstili və Ev Avadanlıqları sərgisi (2830 aprel 2016-cı il). 
  • 15-ci Yubiley Azərbaycan beynəlxalq Turizm və Cəyahətlər Cərgisi (7-9 aprel 2016-cı il).
  • 10-cu Yubiley Qafqaz  Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq və Ləvazimatlar Sərgisi (7-9 aprel 2016-cı il).
  • 3-cü Xəzər  Beynəlxalq Kater və Yaxtalar sərgisi (11-13 may 2016-cı il).
  • 15-ci Yubiley Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Loqistika Cərgisi (11-13 may 2016-cı il).
  • 6-cı Xəzər Beynəlxalq Yol İnfrast