Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Uğurun xəritəsi" – uğura gedən yol

 

“İnsan daim problemlə rastlaşırsa, beyin də daim çıxış yolları istehsal edir”. Bu sözləri "Bank of Baku"nun "Məhdudiyyətlərə meydan oxuyaq" layihəsinin iştirakçısı və Bankın əməkdaşı Murad Məmmədov "Uğurun xəritəsi" adlı ilk kitabının təqdimat mərasimi zamanı qeyd edib. O, bildirib ki, kitab təkcə fiziki məhdudiyyəti olan şəxslər üçün deyil, eyni zamanda, sağlamlığında heç bir problem olmayan, həyatda qarşılaşdığı çətinlikləri dəf etməkdə özünəinam və motivasiyaya ehtiyacı olan hər kəs üçün nəzərdə tutulub.

M.Məmmədov kitabın işıq üzü görməsində ona dəstək olan “Bank of Baku”ya da öz xüsusi təşəkkürünü bildirmişdir: “Bank of Baku hər zaman dəstəyə ehtiyacı olan şəxslərə lazımi dəstəyi göstərməklə, cəmiyyətə və insanlığa böyük bir töhfə vermişdir. Bank, bu gün də öz missiyasını davam etdirərək, həm mənim yaşadığım və şahidi olduğum hadisələri kitab şəklində insanlara çatdırmaq məqsədimin gerçəkləşdirilməsində, həm də kitabı əldə edəcək şəxslərin uğur qazanmaları üçün böyük fürsət yaradaraq bu sosial layihənin həyata keçirilməsini öz üzərinə götürdü”.

Kitabı yazmağa 2015-ci ilin oktyabrından başlayan Murad onu yazmaqda əsas məqsədinin insanların, xüsusən də fiziki qüsurlu şəxslərin həyatda yaşadığı çətinliklərinin həllini tapmağa kömək etmək, güclü bir varlıq olduqlarını xatırlatmaq, qarşılaşdıqları çətinliklərin həlli üçün mübarizəkar olmağa həvəsləndirmək və cəmiyyətə töhfə verməkdir.

Kitabda "Cəhdləriniz ətrafdakıların fikirlərindən daha önəmli və etibarlıdır", "Hədəf və məqsədlərə çatmağın planlaması", "Özünə inamı artırmağın 4 üsulu", "Möhtəşəm ikilik: vərdiş və özünü məcburetmə", “Mübarizkar olmaq”, “Məqsədə çatmaq”, “Uğur əldə etmək” və s. kimi mövzular var.

 

Mətanət