Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Şirkətlər faktorinq ilə satışlarını artırırlar

Kiçik və orta sahibkarlar dövriyyə vəsaiti ehtiyaclarını  faktorinq ilə qarşılaya bilərlər 

Məhsulunu nağd şəkildə satmaq hər bir sahibkarın arzusudur. Reallıqda isə həmişə bu mümkün olmur, satıcı sahibkar alıcı sahibkarın tələblərinə əməl etmək məcburiyyətində qalır. Məhsul və ya xidmət nisyə satılır. Əlində olan pulunu satdığı məhsulun istehsalında xərcləmiş sahibkar, bir çox hallarda ödənişi alana qədər yeni sifariş qəbul edə bilmir. Bu müddətdə satıcı sahibkarın dövriyyə vəsaitinə ehtiyacı yaranır. Çoxları bilmir ki, satıcı alıcının borcunu ödəyəcəyi vaxta qədər gözləməyə də bilər, həmin vəsaiti faktorinq vasitəsilə asanlıqla əldə etmək olar.

“PAŞA Bank” ASC-nin Debitorların Maliyyələşməsi şöbəsinin rəhbəri Aynura Piriyevadan faktorinq xidməti barədə ətraflı məlumat almışıq.

ŞİRKƏTLƏDƏ DÖVRİYYƏ VƏSAİTİ ÇATIŞMAZLIĞI VAR

Aynura Piriyeva bildirdi ki, mövcud iqtisadi vəziyyətlə bağlı olaraq şirkətlərin dövriyyə vəsaitlərinə daha çox ehtiyacı var. Belə ki, satılan məhsul və ya xidmətə görə ödəmə müddətləri uzanıb, sahibkarlar pulu daha gec müddətə alırlar. Satıcı isə pulu vaxtında almaqda maraqlıdır. Çünki yenidən xammal alınmalı, işçilərə əməkhaqqı ödənməli və digər öhdəliklər yerinə yetirilməlidir:

“Hazırkı bazar şəraiti ilə bağlı olaraq alıcıların ödəmə qabiliyyətində müəyyən zəifləmə müşahidə olunur. Əvvəl müqavilələrdə alıcının satıcıya malın və ya xidmətin dəyərinin 30-60 gün ərzində ödəniləcəyi göstərilirdi, indi isə bu göstərici 60-90 günə qalxıb. Yəni, əvvəllər “A” şirkəti “B” şirkətinə aldığı malın və ya xidmətin dəyərini 30 günə ödəyirdisə, bu gün həmin müddət 60 günə qədər uzanır. Səbəb satışların aşağı düşməsidir.

Göndərdiyi malın və ya göstərdiyi xidmətin pulunu vaxtında ala bilməyən sahibkar biznesini genişləndirə bilmir. Çünki satıcı sahibkar pulunun böyük hissəsini göndərdiyi malın və ya xidmətin istehsalı üçün xərcləyib.

PAŞA Bank bizneslərin maliyyə tərəfdaşı mövqeyindən irəli gələrək, bu problemin həlli üçün faktorinq məhsulu işləyib hazırlamışdır. Belə ki, müqavilə əsasında mal göndərən və ya xidmət göstərən sahibkarlar hesab-fakturanı və təhvil-təslim aktını “PAŞA Bank”a təqdim edərək müqavilə məbləğinin 95%-nədək vəsait ala bilərlər. Ödənişin vaxtı çatanda isə alıcıdan vəsaiti tam alaraq qalan 5%-i də satıcıya ödəyirik.

FAKTORİNQDƏN İSTİFADƏ ÜÇÜN ƏSAS ŞƏRTLƏR

Aynura xanım qeyd etdi ki, faktorinq prosesi zamanı bank alıcının borcunu satıcıya ödəyir və vaxtı çatdıqda alıcı da borcunu banka qaytarır. Bank bu xidmətin müqabilində cüzi komissiya alır. Faktorinq vasitəsilə maliyyə vəsaiti almaq üçün satıcı şirkət banka müraciət etməlidir:

“Faktorinqdən istifadə üçün əsas şərt alıcı və satıcı arasında rəsmi müqavilənin bağlanmasıdır. Həmçinin, malın göndərildiyini və ya xidmətin göstərildiyini təsdiq edən qaimə-faktura, təhvil-təslim aktı olmalıdır. Bundan başqa, faktorinq xidmətindən istifadə etmək üçün alıcı və satıcı şirkət bazarda müəyyən zaman fəaliyyət göstərməlidir. Ən azı 4-6 ay real fəaliyyəti olmalıdır. Bazarda öz yerini tutmuş, rəsmi şəkildə mühasibatlığı olan şirkətlər faktorinqdən rahat istifadə edə bilərlər”.

FAKTORİNQİN XƏRCİ

Aynura xanım bildirdi ki, faktorinq məbləği şirkətdən-şirkətə fərqlənir: Faktorinq qiymət baxımından da sahibkarlar üçün sərfəlidir. Kredit götürən zaman sahibkar çoxlu sayda sənədlər təqdim etməli və banka girov qoymalıdır. Faktorinqdə isə istisna hallar xaric, girov tələb olunmur. Müqavilə əsasında  rəsmi çalışan, malları və xidmətləri çatdırmaq qabiliyyətində olan şirkətləri dövriyyə vəsaitlərilə təmin edə bilərik. Məsələn, müştəriyə 30 günlük verilən maliyyənin xərci cəmi 1,5-2 %-a qədər təşkil edir”.

VƏSAİT 1 GÜN ƏRZİNDƏ ALINA BİLİR

Aynura Piriyeva bunu da qeyd etdi ki, müştəri faktorinq üçün ilk dəfə müraciət etdikdə maksimum 10 gün ərzində ona cavab verilir: “Hər şey tələb etdiyimiz sənədləri müştərinin vaxtında təqdim etməsindən asılıdır. Əgər müştəriyə müsbət cavab verilərsə, ona bir limit müəyyən olunur. Müştəri 1 il ərzində hesab-fakturalarını banka təqdim etməklə həmin limit daxilində maliyyə ala bilər. Müştəri təhvil-təslim aktını və hesab-fakturanı səhər banka təqdim etdikdə axşama qədər pulu alır. Mal və xidmətlər mütləq çatdırılmalı, digər tərəfin öhdəliyi yaranmalıdır. Biz bu növ öhdəliyi maliyyələşdiririk”.

“YERLİ BAZARDA ALICI VƏ SATICILARI YAXŞI TANIYIRIQ”

Əslində faktorinq banklar üçün risklidir. Alıcının borcunu ödəməməsi riski var:

“PAŞA Bankda mütəmadi olaraq bazar araşdırması aparan güclü analitik komanda var. Həmçinin, müştəri bazamız geniş olduğu üçün bir çox hallarda alıcı və satıcı artıq Bankla bu və ya digər şəkildə əməkdaşlıq edir. Bazar araşdırması olduğu və müştəriləri tanıdığımız üçün vəziyyəti düzgün qiymətləndirə bilirik”,- Aynura Piriyeva bildirdi.

FAKTORİNQDƏN İSTİFADƏ SATIŞLARI ARTIRIR

Aynura Piriyeva vurğuladı ki, faktorinq sahibkarların dövriyyələrini artırmağa çox kömək edir:

“Bir çox müştərilərimiz, faktorinqdən istifadə etdikləri müddətdə satışlarının artığını və bizneslərinin genişləndiyini qeyd edir. Elə müştərimiz var ki, bir il əvvəl onunla 50 min manatlıq limit ilə başlamışdıq, bu gün isə limit 500 min manatdır. Faktiki olaraq faktorinq onlara dövriyyələrini 10 dəfə artırmağa kömək edib. Biz həmin müştərilər ilə bir neçə aydan sonra ən azı 2 milyon manat limit ilə işləyəcəyimizi gözləyirik”.

6 AYDA 50 MİLYON MANATLIQ PORTFEL

Aynura Piriyeva dedi ki, çox böyük maraq olduğundan PAŞA Bankın faktorinq portfeli bu ilin 6 ayında 50 milyon manatı keçib:

“PAŞA Bank faktorinq məhsulunu 2015-ci ilin əvvəlindən təqdim edir. Cari ilin 6 ayı ərzində isə portfel 50 milyon manatı keçib. Son zamanlar iqtisadiyyatda müəyyən durğunluq olduğundan faktorinqə tələb daha da artıb və bu xidmət üçün müraciət edənlər daha çox kiçik və orta sahibkarlardır. Şirkətlər bazardan pullarını nəzərdə tutduqları vaxtda toplaya bilmirlər. Əvvəllər alıcılar aldıqları məhsulları rahat şəkildə sata bildiklərindən borclarını rahat şəkildə də ödəyə bilirdilər. Bu gün isə satışlar zəif olduğundan müqavilə üzrə ödəmə müddətləri də uzanıb. Buna görə, faktorinqin əhəmiyyəti artır. İlin sonunda PAŞA Bankın faktorinq portfelinin 100 milyon manata çatacağını gözləyirik”.

İXRACATÇILARA DƏSTƏK

PAŞA Bank daxili faktorinq ilə bərabər, eyni qaydada ixracatçılar üçün beynəlxalq faktorinq xidmətləri də təklif edir:

“Biz sahibkarların ixracını da maliyyələşdirə bilərik. Bir təchizatçı xarici bazarlara çıxan zaman qarşısında iki əsas narahatlıq durur. Birinci, xaricə mal satan sahibkar 60 və ya 90 gün sonra pulunu ala biləcəkmi? İkincisi, yeni alıcılara güvənə bilirmi? Biz faktorinq xidmətini təklif edərək hər iki problemi həll edirik. Biz alıcının ödəməmə riskinə təminat verə bilirik, çünki xaricdəki alıcının bankı da faktorinq əməliyyatına cəlb edilir. Həmin bank alıcını yaxşı tanıdığından PAŞA Banka ödəniş üçün təminat verir. Qısası, ixracatçı sahibkar nə 60-90 gün gözləyir, nə də pulunun ödənilməcəyinə görə narahat olur: malları göndərəndən sonra sənədləri Banka təqdim edir və pulunu alır. İnanırıq ki, beynəlxalq faktorinq xidmətimiz yerli istehsala dəstək olaraq qeyri-neft sektorunun inkişafı üçün geniş üfüqlərin açılmasına töhfə verəcək”.

BORC ÖDƏNMƏSƏ KİM QAYTARACAQ?

Faktorinqin iki növü var: reqres hüququ olan faktorinq və reqres hüququ olmayan faktorinq.

“Faktorinq borcun satın alınmasıdır. Bank satıcıdan borcu alır və alıcı həmin borcu Banka ödəyir. Reqres hüququ olmayan faktorinq zamanı alıcı məlumatlandırılır. Satıcı faktorinqə müraciət etdiyindən  alıcıya borcunu banka ödəyəcəyi bildirilir. Alıcı borcunu  ödəyə bilmədiyi halda, pulumuzu satıcıdan geri tələb edə bilmirik. Reqres hüququ olan faktorinqdə isə vaxtı çatdıqda alıcı borcunu ödəmədiyi halda, biz öz müştərimiz olan satıcıdan vəsaiti geri tələb edirik.  Biz çalışırıq ki, daha çox reqres hüququ olan faktorinqi sataq. Yəni, biz sadəcə satıcını maliyyələşdiririk”,- o dedi.

Reqres hüququ olmayan faktorinqin qiymətləndirilməsi individual yanaşma tələb edir. Bank alıcının ödəmə qabiliyyətinə tam əmin olduqdan sonra belə faktorinqə razılıq verir:

“Çox vaxt alıcını analiz etmək çətin olur. Bizim satıcını analiz etmək imkanımız var. Ola bilər ki, alıcının çox yaxşı reputasiyası olsun, bu zaman reqres hüququ olmayan faktorinq üçün komissiya haqqı da aşağı ola bilər.  Risk nə qədər az olarsa, qiymət də bir o qədər aşağı düşür”.

“PAŞA Bankın faktorinq xidmətindən ən çox ticarət, tikinti, qida sənayesi və xidmət sekoru faydalanır”, - Aynur Piriyeva vurğuladı.

Hazırladı: Seymur Yunusov