Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
14-20 noyabr 2019-cu il
45 (1092)
7-13 noyabr 2019-cu il
44 (1091)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

TİBBİ TURİZMİN İNKİŞAFINDA SAHİBKARLIĞIN ROLU

 

Ölkəmizdə səhiyyəildən-ilə yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ən müasir tələblərə cavab verən səhiyyə infrastrukturunun yaradılması, yeni xəstəxanaların tikilməsi, mövcud tibb müəssisələrinin yenidən qurulması geniş vüsət alır. Tibb ocaqları şəbəkəsinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasında mühüm uğurlar əldə edilir.

Dünyanın 60 ölkəsində bioloji klinikalar fəaliyyət göstərir. Bu klinikaların mərkəzi 1936-cı ildən Almaniyada  yerləşir. Belə müəssisələr Rusiyada 1993-cü ildən, Ukraynada 1995-ci ildən, Gürcüstanda 1996-cı ildən, Azərbaycanda isə 2001-ci ildən fəaliyyət göstərir.

Hazırda Bakıda bioloji müalicə metodlarına əsaslanan "Bioloji Təbabət" klinikası 8 ilə yaxındır ki, əhaliyə xidmət edir. Klinikada Almaniya, İsveçrə, İtaliya, Ukrayna, Rusiya kimi müxtəlif ölkələrdən gələn mütəxəssislər çalışır.  Almaniyada təşkil olunmuş beynəlxalq homotoksikologiya kurslarını bitirmiş yüksək ixtisaslı, peşəkar həkimlər bu klinikada xəstələri qəbul edirlər. Bioloji təbabət XXI əsrin təbabəti sayılır və burda yanaşma fərqlidir. Bioloji təbabət diaqnozu və simptomları deyil, bütövlükdə insanı  müalicə edir, çünki insan orqanizmi yaranışının bütün pillələrində - molekulyardan hüceyrə, toxuma, üzv, sistem və orqanizm səviyyəsinə qədər - bütöv bioloji  sistem  kimi qiymətləndirilir. İnsan orqanizminin funksiyalarının adaptiv idarə olunmasının əsasını həyat fəaliyyəti proseslərinin fizioloji gedişatını  bioloji  tənzimləyən  sistem təşkil  edir.  Bu  sistem psixoneyroendokrin- immun (PNEİ) sistemdir; insan orqanizmini stabil dinamik homeostatik balansda saxlayır. PNEİ sisteminin istənilən yarımsisteminə müdaxilə avtomatik olaraq digərlərində reaksiyaya  səbəb olur. Funksional sistemlər nəzəriyyəsinin bugünkü inkişaf səviyyəsi insan orqanizmində fizioloji proseslərin tənziminin yeni anlamını verir və eyni zamanda, həkim-mütəxəsislərin ənənəvi "üzv" səviyyəsində düşüncələrinin dəyişməsinə qulluq edir. Bioloji təbabət müalicə üsullarında innovasiya - tarazlıqdan çıxmış fizioloji, təbii (PNEI) sistemlərin nanofarmakoterapiya ilə yenidən proqramlaşmasıdır. Bioloji təbabət özündə unikal biotənzimləmə üsullarını birləşdirir - biotənzimləyici terapiya, izopatik terapiya, mikrobioloji terapiya, ortomolekulyar  terapiya, hirudoterapiya, homeo-siniatriya  və  s.  Bioloji  təbabətin  kompleks tənzimləyici yanaşması orqanizmi bütöv görərək, tipik patoloji proseslərin terapiya və profilaktikasına əsaslanır. Belə yanaşma ürək-damar, mədə-bağırsaq, sidik-cinsiyyət, sümük-əzələ, sinir sistemləri, dermatoloji xəstəliklər, neoplastik proseslər və yeni törəmələrin uğurlu terapiyasına zəmin yaradır. Biotənzimləyici terapiya orqanizmin bütün tənzimləmə səviyyələrinə təsir göstərməklə,  yumşaq terapevtik təsiri təmin edir, orqanizmə toksiki farmakoloji təsiri azaldır, pasiyentin həyat keyfiyyətini yüksəldir və cavanlaşmaya təkan verir. Bioloji təbabətin terapiya üsulları  aşağıdakılara  yönəlib: patoloji prosesin çoxməqsədli tənzimlənməsinə (təbiətdə olduğu kimi), pasiyentin biotənzimləyici proseslərinin stimulyasiyasına, orqanizmin bioloji tarazlığının bərpasına.

Çoxməqsədli tənzimləmə

Bioloji sistemlər, o cümlədən insan və ali heyvanların orqanizmi tarazlığı qorumaq məqsədilə bir-birilə qarşılıqlı münasibətdə olan mürəkkəb sistemlərdir. Xəstəlik zamanı bu sistemlər tarazlıq vəziyyətindən çıxdığına görə korreksiya olunmalıdırlar. Tarazlığın bərpasının optimal yolu eyni vaxtda bir neçə hədəfə yönəlmiş dərman preparatlarının istifadəsidir. Bitki və digər bioloji materiallar mürəkkəb kimyəvi tərkiblə xarakterizə olunur, yəni bir bitkidə çoxsaylı bioloji aktiv maddələr olur.  Kompleks  preparatların  tərkibindəki bitki və materialların kombinasiyasına əsaslanaraq bu preparatların təsiri ilə bir çox aspektləri əhatə etmək və harmonik yolla tarazlığı bərpa etmək olar.

Orqanizmin bioloji tarazlığının  bərpası

İnsan orqanizmi təbiətən çox mükəmməl yaranmışdır. Əgər o, sağlamdırsa, özü və ətraf ilə harmoniyada yaşayır. Bu tarazlıq pozulduqda insan xəstələnir. Burada biz orqanizmin sanogenetik mexanizmlərini aktivləşdirən preparatların köməyindən istifadə edərək, orqanizmə xəstəliklə mübarizədə və bioloji tarazlığın bərpasında yardımçı oluruq.

Bioloji təbabət fizioloji tənzimləmə təbabətidir, molekulyar biologiya elminə əsaslanır və müalicə üsulları psixo-neyro-endokrin-immun sisteminə (PNEİ) təsir etməkdən ibarətdir. Bioloji təbabət tibb elminə inqilabi yenilik gətirdi: özünütənzimləməsi pozulmuş xəstə orqanizmi  xəstəliyi törədən bioloji aktiv molekulların (neyropeptid, hormon, interleykin, ferment və boy faktorları) köməyi ilə ilkin fizioloji vəziyyətə qaytarmaq.

Müalicəyə belə yanaşma xüsusi əczacılıq üsulu ilə hazırlanmış preparatların köməyi ilə mümkündür. Alimlərin bir kəşfi çox böyük marağa səbəb oldu: durulaşdırma və potensiyalaşdırma üsulu ilə hazırlanmış bioloji molekullar orqanizmə eyni maddələrin farmakoloji dozaları kimi təsir edir. Lakin bir mühüm fərq ilə: bu preparatların yan təsirləri yoxdur. Məsələn, siz mədəaltı vəzin fermentini əvəzləyən ferment alırsınız və əvvəlcə həzm prosesinin yaxşılaşmasına görə özünüzü çox yaxşı hiss edirsiniz. Lakin zaman keçdikcə xaricdən dəstək olduğu üçün mədəaltı vəz öz fermentlərinin hasilatını azaldır və həkim məcburən preparatın dozasını artırır. Orqanın funksiyası yaxşılaşmaq əvəzinə daha da pisləşir. Eyni fermentlərin aşağı  dozaları tam fərqli təsir göstərir. Biotənzimləyici təbabətin preparatlarının təsiri hərtərəfli olduğu üçün tək mədəaltı vəzin fermentativ funksiyasının bərpasına yox, həmçinin funksiya pozulmasına səbəb olmuş dəyişikliklərin korreksiyasına yönəlib. Bioloji preparatlarla müalicədən bir müddət sonra orqanın aktivlik göstəriciləri xeyli yaxşılaşır, funksiyası bərpa olur. Bu zaman dozanı aşma halları və yan təsirlər müşahidə olunmur.

Biotənzimləyici təbabət təbabətin perspektivli və sürətlə inkişaf edən, müasir elmi-tədqiqat bazasına söykənən bir istiqamətidir. Bu təbabət pasiyentin sağlamlığının qorunması və bərpası  sahəsində  həkimlərin  imkanını  xeyli genişləndirir.   

 Azərbaycanda tibbi turizmin inkişafı 

Hazırda dünyada, xüsusilə dünyanın qabaqcıl ölkələrində tibbi turizm inkişaf edir. Tibbi turizmin ən geniş yayıldığı ölkələr ABŞ, Macarıstan, Almaniya, İsrail, Türkiyə, Cənubi Koreya, Hindistan, Tailand, Sinqapur, Filippin, Kuba, Kolumbiya və  Meksikadır.

Azərbaycanda da tibbi turizmin imkanları və son illər bu sahədə həyata keçirilmiş işlərdən çox danışılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə tibbi turizmin inkişafına xüsusi qayğı və diqqət göstərirQeyd edək ki, 2002-2005 və 2010-2015-ci illərdə turizmin inkişafı üzrə dövlət proqramlarının həyata keçirilməsi, 2011-ci ilin ölkədə “Turizm ili” kimi elan edilməsi və Azərbaycanda 2009-2018-ci illərdə kurortların inkişafı üzrə Dövlət proqramının qəbul edilməsi nəticəsində turizm, eləcə də tibbi-müalicəvi turizm üçün münasib şərait yaranıb.Azərbaycanın müxtəlif bölgələrində müalicə xarakterli təbii resurslar (mineral sular, müalicəvi palçıq və neft, duz mağaraları) ölkəmizi kurort diyarı adlandırmağa imkan verir. Naftalan, Duzdağ, İstisu, Qalaaltı və s. məşhur yerli müalicəvi kurortlar barədə  xatırlatmaq kifayət edər. Azərbaycanda tibbi-müalicəvi turizmin inkişafına məhz Naftalanda start verilmişdir. Naxçıvandakı duz mağaraları, digər tibbi əhəmiyyətli təbii resurslarımız xarici vətəndaşlar üçün maraqlı olmuşdur və onların bizim ölkəyə gəlməklə bu təbii əhəmiyyətli resurslardan faydalanmaları üçün hər cür şərait yaradılmışdır.Lakin postsovet məkanında yalnız Azərbaycanda fəaliyyət göstərən bioloji təbabət üzrə ixtisaslaşmış klinikalara edilə biləcək müraciətlər tibbi turizmin inkişafında yeni mərhələ və bu sahənin genişlənməsi üçün dəstək ola bilər.  Türkiyə və İran kimi qonşu dövlətlərdən məhz bioloji təbabət üsulları ilə müalicə olunmaq istəyən vətəndaşlar elə də çox məsafə qət etmədən və artıq maliyyə sərf etmədən məhz bizim ölkəmizdə bu təbabətdən yararlana bilərlər. Bioloji təbabət üzrə ixtisaslaşmış klinikalar və həkimlər dünyanın Almaniya, İsveçrə, Ukrayna, Kolumbiya, İtaliya kimi inkişaf etmiş ölkələrində mövcud olmaqla yanaşı, ölkəmizdə də çox uğurla fəaliyyət göstərirlər. Müasir dövrün degenerativ xəstəliklərinin və xroniki proseslərinin stress və immun zəifliyi fonunda çətinləşmiş müalicələrinin yalnız bioloji təbabət üsulları ilə davam etdirilməsi və uğurlu nəticələrin əldə edilməsi alternativ təbabətin üstünlüyüdür. Çox sevindirici haldır ki, bu gün məhz bizim ölkəmizdə - Azərbaycanda da belə bir sahə mövcuddur. Həm öz xalqımıza, həm də dünyanın istənilən ölkəsindən müraciət edə biləcək xarici vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək iqtidarında olan "Bioloji Təbabət" klinikası xalqın xidmətindədir.  Və klinika tibbin uğurlu inkişafı naminə yeni proqram  və bir sıra ideyalar üzərində öz çalışmalarını davam etdirməkdədir.

 

Nailə Cabbarova