Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Gərək nəbzin Vətənin nəbzi ilə vursun

 

Kim müxalifətdə durursa-dursun, ancaq, Vətəninə, xalqına, mənəviyyatına,

məsləkinə müxalifətdə durmasın. 

Heydər Əliyev.

Vətənpərvərlik hissi vətənini sevmək və vətəni üçün hər cür fədakarlığa hazır olmaq  duyğusudur. Ancaq, sözün həqiqi mənasında, vətən torpağının  nə olduğu, kimlərin bu vətənin həqqiqi vətəndaşı sayıla biləcəyi, bu insanların vətən üçün nə kimi xidmət və fədakarlıqlar etməyə borclu olduqları və “vətənpərvərlik” sözünün qarşılığında tam olaraq necə bir ictimai davranışa ehtiyac olduğu haqqında  ortaq fikrə gəlmək bir qədər çətindir. Hətta vətənpərvərlik duyğusunun əsas qaynağını araşdıran psixoloqlar da bu mövzuda qəti bir fikrə gəlməkdə çətinlik çəkmişlər. Yəni, deyilənlər nəinki insanlarda vətənpərvərlik hissinin formlaşamasının, hətta o fikri tam şəkildə qavramağın da çox mürəkkəb bir proses olduğunu göstərir.
Vətənpərvərlik bu gün daha çox torpağa, vətənə bağlılıq mənasını ifadə edir və özünü vətənə həsr etmək kimi başa düşülür.  Çox maraqlıdır ki, vətənpərvərlik insanları eyni “dam” altında birləşdirən bir hiss olmaqla bərabər, həm də separatçı məna daşıyır. Belə ki, öz vətənini sevən insanlar birləşdiyi zaman,  həm də parçalanma baş verir. Vətənpərvərlik o qədər güclü bir duyğudur ki, burada öz vətəninə bağlılığın ölçüsü  digər “vətənlərə” qarşı düşmanlıq kimi də başa düşülə bilər.  Bu da onu göstərir ki,  birinin öz ölkəsinin vətəndaşlarına olan sevgisi və başqa millətlərə qarşı duyduğu məmnunsuzluq hissi eyni psixoloji mənbədən qaynaqlanır.
Bəs, insanlarda vətənpərvərlik hisslərinin formlaşaması nə zamandan başlayır? Bu hissin formalaşma dövrü nə vaxtdır? Vətənpərvərlik hissi dünyaya göz açdığımız ilk andan formalaşmağa başlayır. Əslində, insanın dünyaya gəlib və üzünə açılan yeni dünyanı tanımağa başladığı dövr onun özü, eləcə də cəmiyyət üçün çox önəmlidir. Çünki fərqli bir aləmə düşən insan ilk andan düşdüyü mühiti qavramağa, onu anlamağa və dərk etməyə çalışır. İnsanın formalaşmasıdakı ən böyük amillərin də onun ilk andan öyrəndikləri olduğunu desək, heç də yanılmarıq. Buna görə də dünyaya yeni göz açmış körpədə belə artıq vətənpərlik hissləri yarana bilər, təbii ki, burada da əsas olan o hissi düzgün tərbiyə edə bilməkdir.
Dünyaya gəlməzdən əvvəl də bizi dünya ilə bağlayan biri olur ki, bu da ANAmızdır. Dünyaya gəldikdən sonra da biz onun qayğı və sevgisini hiss edirik, özü də bir ömür boyu. Bəlkə də bundandır ki, vətən və ana sözləri bir götürülür, eyni qədər dəyərlidir. Buna görə də körpənin Anaya bağlılığı, onun laylasının sehrinə qərq olması, anlaşılması çətin bir sevgiylə bir-birlərini başa düşməsi bəlkə də gələcəyin vətənpərvər övladının ilk vətənpərvərlik duyğularıdır.
“Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək, şübhəsiz ki, xalq qarşısında böyük qəbahətdir”. Ulu öndər Heydər Əliyevin ana dili haqqında dediyi bu sözlər də vətənpərvərlik duyğusunun formlaşamasında ana dilinin önəmini bir daha təsdiq edir. Dil bir xalqın və cəmiyyətin ən dəyərli mənəvi sərvətidir. Buna görə də bir insanın vətənpərvərlik duyğularının təməlində həm də onun öz dilinə olan sevgi və münasibəti dayanır. Hazırda dünya birliyinə inteqrasiya, Azərbaycanın beynəlxalq arenada rolunun artması, beynəlxalq əlaqələrin inkişafı, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi istər-istəməz başqa dillərə də ehtiyacı artırmışdır. Lakin bu, heç də öz dilimizin əhəmiyyətini azaltmır, əksinə öz dilimizi yaranan bu fürsətlərdən istifadə edərək tanıtmağa səy göstərmək, bu dilə maraq yaratmaq lazımdır. Təbii ki, ciddi işgüzar tədbirlərdə deyil, lakin qeyri-rəsmi görüşlərdə bəzən qarşındakının anlaması üçün onun dilində danışmaqdansa, anlaması üçün onun sənin dilini bilməsinə də çalışmaq lazımdır. Təəssüf ki, bu vəziyyətə çox nadir hallarda rast gəlinir. Bəlkə qonaqpərvərlik, bəlkə də intellektdən irəli gələn bu amil daha çox bizim qarşı tərəfin dilində danışmağımızla nəticənir. Lakin təəssüflə qeyd edilməlidir ki, bəzən öz dilində danışmaqdan utananlara da təsadüf olunur.  Bu məqamda gözəl şairimiz, mərhum Bəxtiyar Vahabzadənin o müdrik sətirləri yada düşür:   www.bilikli.net

Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır, onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək!
Ey öz doğma dilində danışmağı ar bilən
fasonlu ədabazlar,
Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.
Bunlar qoy mənim olsun,
Ancaq Vətən çörəyi,
Sizlərə qənim olsun!

Gənc nəsildə vətənpərvərlik duyğularının formalaşması ətraf mühitdən də çox asılıdır. Adicə oxunan əsərlər də o hisslərin formalaşmasına öz təsirini göstərir. Çünki oxunan hər əsərlə, tanıdığı hər qəhrəmanla formalaşmaqda olan bir nəsil həm də öz milli mənliyini dərk etməyə başlayır. Bu, xüsusilə tarixi həqiqətlərin əks olunduğu, milli tarixin bütün gerçəkliyi ilə səhifələndiyi əsərlərə aiddir. Oxuduğu əsərlərdə insan istər-istəməz özünü oradakı baş qəhrəmanın yerinə qoyaraq, onun yaşadığı hissləri yaşamağa, onun kimi düşünməyə, hətta çox zaman onun kimi davranmağa başlayır. Buna görə də milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin formlaşması baxımından əsərlərə, xüsusilə oradakı baş qəhrəmanlara diqqət yetirilməlidir. Bizim bu baxımdan çox əhəmiyyətli xalq dastanlarımız, nağıllarımız, şifahi xalq ədəbiyyatı nümunələrimiz vardır ki, məhz bunlarda vətənə sevgi, məhəbbət duyğuları, qəhrəmanlıq hissləri bütün çalarları ilə əks olunmuşdur. Bu da öz növbəsində onu oxuyanların vətənpərvər ruhda böyüməsinə təsir göstərir. Götürək elə “Koroğlu” dastanını. Azərbaycan xalqının sevimli dastanlarından olan “Koroğlu” xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizələrdən bəhs edir. Təkcə Koroğlu adının özü igidlik, mübarizlik və vətənpərvərlik simvoludur. Bu gün övladlarına Koroğlu adı qoymaqla valideynlər bir növ onların gələcəkdə Vətənini, xalqını sevən, torpağı uğrunda mərdliklə savaşan bir qəhərman olmağını arzulayırlar.

Hazırda ölkəmiz müharibə şəraitində yaşayır. Belə bir vəziyyətdə isə ən mühüm məsələlərdən biri gənclərə vətənpərvərlik hisslərinin aşılanması, onların milli ruhda tərbiyə olunmasıdır. Bu baxımdan gənclərə hərb sənətinin incəliklərinin öyrədilməsi, bu sahədə davamlı tədbirlərin həyata keçirilməsi çox vacibdir. Xüsusilə informasiya-kommunikasiya texnologiyalarının geniş yayıldığı indiki dövrdə belə təbliğati işlərin aparılmasında həmin texnologiyalardan istifadəyə üstünlük verilməlidir. Bu məqsədlə milli qəhrəmanlarımızın igidliklərindən bəhs edən televiziya və radio verilişləri hazırlanmalı, məqalələr, əsərlər, kitab və jurnallar nəşr etdirilməli, rəsm və musiqi əsərləri ərsəyə gətirilməlidir. Milli mənlik şüurunun inkişafı, vətənpərvərlik duyğularının güclənməsi, aşılanması məqsədilə müxtəlif müsabiqələrin təşkili də bu istiqamətdə stimullaşdırıcı amillərdən ola bilər.

Ümumiyyətlə, vətənpərvərlikdən, vətənə sevgi hisslərindən danışarkən təkcə ulu öndər, ümummilli lider Heydər Əliyevin adını çəkmək, onun zəngin irsini xatırlamaq, təbliğ etmək də kifayətdir. Bu gün Azərbaycanın müstəqil və suveren dövlət olmasında, qazandığı nailiyyətlərdə əsl vətənpərvər Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. O, bütün həyatını xalqına, dövlət müstəqilliyinin bərqərar olmasına həsr etmişdir. Hətta sonralar hakimiyyətə qayıtdığı dövrlə bağlı təəssüratlarını dilə gətirərkən onun dediyi sözlər də əsl vətənpərvər olduğunu bir daha təsdiqləyir: “Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin, ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu, dağılır, şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim, məsuliyyəti öz üzərimə götürdüm”.

“Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır”, deyən ulu öndərin adı, həqiqətən də,öz vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə xidmətin əsl nümunəsidir.  Buna görə də əminliklə demək olar ki, Heydər Əliyevin Azərbaycan, onun müstəqilliyi və tərəqqisi naminə etdikləri həm indiki, həm də gələcək nəsillər üçün əsl vətənpərvərlik örnəyidir. Bu gün böyük qürur hissi ilə qeyd edə bilərik ki, müstəqil Azərbaycan dövləti ulu öndərimizin şah əsəri, onun öz xalqı qarşısında əvəzsiz tarixi xidmətlərinin nəticəsidir.Bütün varlığı ilə vətəninə bağlı olan bu insanın “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” kəlamı da bunu əyani şəkildə təsdiqləyir.

Ulu öndərin vətəninə sevgi və bağlılığı yalnız öz doğma torpağı uğrunda etdiyi bu fədakarlıqla bitmir. O, həm də mədəni irsimizin qorunub saxlanmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində böyük rol oynayaraq əsl vətənpərvərlik nümayiş etdirmişdir.  Məhz onun Azərbaycanın mədəni irsinin, zəngin mədəniyyətinin bütün dünyaya təbliği sayəsində göstərdiyi səylər dövlətimizin mədəni həyatında da əsaslı yüksəlişə səbəb olmuşdur. Ümummilli lider Heydər Əliyev milli mədəniyyətimizin əsl himayədarı idi. Onun vətəninə, xalqına, dövlətinə bağlı əsl vətənpərvər olmasının biz hazırda həyatımızın bütün sahələrində hər gün daha da çox hiss olunan nəticələrini görür, əvəzsiz xidmətləri qarşısında baş əyirik.

 

Mətanət Hüseynova