Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 

"Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün"


 

 

 Tarixi həqiqətləri təkzibedilməz faktlarla dünyaya çatdırmaq vətəndaşlıq borcumuzdur

 

Azərbaycanın ən mühüm və ağrılı problemlərindən biri tarixən ölkəmizin ərazisinin ayrılmaz hissəsi olan Qarabağın erməni silahlı qüvvələri tərəfindən işğal edilməsidir. İyirmi ildən artıqdır ki, Azərbaycanın həm Dağlıq Qarabağ bölgəsi, həm də onun ətrafındakı yeddi rayon işğal altındadır. Burada yaşayan bütün azərbaycanlı əhali qovulub, evlər, tarixi abidələr dağıdılıb. Təkcə münaqişə zonasından 700 mindən çox daxili köçkün var. Ermənistandan olan 250 mindən çox qaçqını da nəzərə alsaq, 1994-cü ildə atəşkəs barədə razılaşma əldə ediləndə bizdə qaçqınların və daxili köçkünlərin adambaşına sayı ən yüksək göstəricilərdən birini təşkil edirdi.

Ermənistan ilə Azərbaycan arasında münaqişənin tənzimlənməsi məsələsi isə uzun illərdir ki, öz həllini tapmır.

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının ilk səbəbi guya Dağlıq Qarabağda yaşayan erməni əhalisinin sosial-iqtisadi geriliyi ilə bağlı olmuşdur.

Akademik Ziyad Səmədzadənin 80-ci illərin sonlarında hazırladığı elmi təhlilləri və araşdırmaları öz əksini müəllifin “Dağlıq Qarabağ: naməlum həqiqətlər” və “Нагорный Карабах: Неизвестная правда” kitablarında tapdı. Akademik  bu kitablarla sübut etdi ki, Qarabağ münaqişəsinin əsl səbəbi  DQMV-nin erməni əhalisinin sosial-iqtisadi vəziyyətinin kəskinləşməsi deyil, əzəli Azərbaycan torpaqlarına qarşı açıq-aşkar ərazi iddiaları ilə əlaqədardır. O, elmi tədqiqatlarını  və analitik təhlillərini mərkəzə göndərsə də, onlar qulaqardına vurulur, geniş ictimaiyyətdən gizlədilirdi.

Azərbaycanlı alimlərdən akademik Tofiq Köçərli 2001-ci il aprelin 30-da Ermənistanın Birləşmiş Millətlər Təşkilatında yaydığı “Memorandum”la əlaqədr BMT-nin Baş Katibi Kofi Annana məktubuna cavab olaraq bu memorandumun az qala hər bir cümləsini yalan, şər, saxtakarlıq, diplomatik fitnəkarlıq və elmi nadanlıq  adlandırmış, BMT-nin baş katibinə ünvanladığı məktubu 2002-ci ildə “Erməni saxtakarlığı” adlı kitab şəklində nəşr etdirmişdi. Təəssüf ki, bu kitab da lazımi qiymətini almadı və yenə də Azərbaycanın haqq səsini eşidən olmadı...

Bu kitabların nəşri tarixindən illər ötsə də, bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.

İllər keçdi,  Azərbaycan müstəqillik illərinə qədəm qoyduqdan sonra böyük inkişafa start verdi. İndi bu inkişafı görməmək ən azından günahdır. Əvvəllər Azərbaycanın haqq səsini eşidənlər özlərini “karlığa” qoyurdusa, artıq həqiqətin bütün dünyaya çatdırılmasını zaman özü tələb edir. İndi azərbaycanlı alimlərlə yanaşı, az da olsa, digər ölkələrin tədqiqatçıları da Azərbaycan-Ermənistan münasibətlərini araşdırır, tarixi həqiqətləri üzə çıxarırlar. Ona görə də, Qarabağ münqaişəsinin ədalətli şəkildə həll edilməsinə ümidlər artır. Tarix insanları, xalqları, dövlətləri daha çox sınağa çəkdikcə onlar bir-birinə yaxınlaşırlar. Bütün hallarda Azərbaycanın nüfuzu artır, dövlətimizin maraqlarını müdafiə edən qüvvələr çoxalır, dünyanı idarə edən güc mərkəzləri artıq Azərbaycanla hesablaşır.

Bu ilin iyun ayında Brüsseldə "Khojaly Witness of a war crime - Armenia in the Dock" (Hərbi cinayətin Xocalı şahidi – Ermənistan müttəhimlər kürsüsündə") adlı kitabın təqdimat mərasimi keçirilmişdir. Şəhərin TEAS ofisinin direktoru Mark Vervilgen çıxışında tədbirin məqsədinin bir milyondan çox azərbaycanlının ədalətsizliyin qurbanı olduğunu, zor gücünə doğma evlərindən, torpaqlarından qaçqın düşdüklərini dünyaya çatdırmaq olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, Azərbaycan dünyada adambaşına ən çox sayda qaçqınları olan ölkədir.

Kitabın redaktoru Yan Pirt demişdir ki, bu nəşri yaratmaqla ilk növbədə, həqiqəti bərqərar etmək niyyətində olmuşlar. Qeyd edək ki, kitab Xocalı faciəsini dərindən öyrənmiş xarici mütəxəssislər tərəfindən təkzibedilməz sənədlərə və materiallara əsasən yazılmışdır.

Kitab ilk dəfə 2014-cü ildə ingilis dilində Londonda çap edilmiş, rus, türk və fransız dillərinə tərcümə edilmişdir. Bu kitab Xocalı faciəsi haqqında Qərb nəşriyyatları tərəfindən çap olunmuş ilk topludur.

Xarici mütxəssislərin Ermənistan-Azərbaycan münasibətlərinə marağı onları bu ölkələrin tarixini araşdırmağa sövq edir. Belə fikir formalaşmışdır ki, kənar alimlərin tədqiqatları bu məsələdə marağı olanların tədqiqatlarından daha qərəzsiz ola bilər. Buna misal kimi, rus tarixçisi, hüquqşünası, siyasətçisi və alimi, tarix elmləri doktoru Oleq Kuznetsovu göstərə bilərik. Ermənilərin gözündə düşmən, öz əsərlərində erməni xalqının siyasi elitasının maraqlarına xidmət edən saxta tarixləri ifşa edən Oleq Kuznetsovun  bu yaxınlarda – iyunun 15-də Moskvanın “Stolitsa” kitab nəşriyyatı tərəfindən çap olunmuş “XX yüzillikdə transmilli erməni terrorunun tarixi: Tarixi-cinayət tədqiqatı” monoqrafiyası  işıq üzü görmüşdür. Müəllif çoxsaylı sənədli mənbələr əsasında, digər tədqiqatlardan məlumatlar toplamaqla erməni terrorizminin dünya tarixində spesifik hal kimi meydana gəlməsi və inkişaf etməsinin kompleks mənzərəsini yaratmışdır.

Kitab inzibati maneələr və ermənilərin təzyiqləri altında çap olunub. Müəllifin sözlərinə görə, "Üç dəfə nəşrinə yasaq qoyulsa da, nəhayət ki, fundamental monoqrafiyanı çap etmək mənə müyəssər oldu. Kitab tarixi-kriminoloji araşdırma əsəridir. Bu kitabda söhbət nə İŞİD, nə də “Əl Qaidə” təşkilatından gedir. Yüzlərlə qurbanı olan bu cinayətlərin müəllifi adıçəkilən qruplaşmalardan daha öncə yaranan, milli sərhədlər tanımayan erməni terror təşkilatlarıdır. Dünyada çox xalqların terror təşkilatları var, məsələn, baskların, irlandların, fələstinlilərin... Rusiyada çeçen terrorizmi deyilən anlayış var. Amma adı çəkilən xalqlar terror aktlarını ancaq iddia etdikləri dövlət içərisində həyata keçirirlər. Erməni terrorizmi isə ona görə unikaldır ki, dünyanın hər yerində terror törədir. Ermənilərin ASALA terror təşkilatı Qərbin xüsusi xidmət orqanları tərəfindən, xüsusi ilə də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Sovetlər İttifaqını dağıtmaq üçün yaradılmış bir təşkilat idi. Təkcə 1975-1999-cu illər ərzində erməni terror təşkilatları dünyanın 22 ölkəsində 300-dən çox terror aktı törədib ki, nəticədə onlarla xalqın təmsilçisi – ruslar, fransızlar və ən əsası da, türklər və azərbaycanlılar bu cinayətlərin qurbanı olublar. Bütün bunlar elmi araşdırmamda faktlarla qeyd olunub”.

Müəllif Bakıda keçirilən mətbuat konfransında demişdir: “Mən erməni soyqırımını müzakirə etmək belə istəmirəm. Erməni soyqırımı ümumiyyətlə, olmayıb, bu barədə tonlarla təbliğat xarakterli ədəbiyyatdan başqa normal tarixi-hüquqi tədqiqat yoxdur...” Yeni kitabında Kuznetsov bütün bu məsələləri tarixi faktlarla sübuta yetirmişdir.

Qeyd edək ki, Moskvada kitabın ikinci – düzəldilmiş və tamamlanmış nəşri rus dilində çapdan çıxmışdır. Birinci kitab Bakıda ötən ilin aprelində işıq üzü görmüşdü. Bu il iyunun əvvəllərində ikinci kitab Berlində ingilis dilində çap edilmişdir. Artıq kitabın türk dilinə tərcüməsinə başlanmışdır.

Erməni terrorizminin iç-üzünü açan, tarixi həqiqətləri üzə çıxaran, Azərbaycanın və digər terror qurbanlarının haqq səsini dünyaya çatdıran bu kitabın müəllifi rus əsilli Oleq Kuznetsov özünün dediyinə görə, kitabın nəşrinə görə15 aya qədər təzyiqlərə məruz qaldıqdan sonra Rusiyada yaşayan azərbaycanlıların köməyi ilə bu kitabı böyük çətinliklərlə ərsəyə gətirmişdir. Bu barədə müəllif deyir: “Rusiya hüquq-mühafizə orqanları bu kitabın çapına uzun müddət əngəl törədib: “Bu kitaba görə məni ekstremizmdə ittiham etməyə cəhd etdilər. Vəzifəli şəxslər məni Qarabağ ətrafındakı dincliyi pozmaq cəhdində günahlandırdılar. Nijnı Novqorodda, sonra da Tulada bu kitabı çap etmək istəsək də, mətbəələrə qadağa qoyuldu. Nə yaxşı ki, Moskvanın “Stolitsa” mətbəəsi özündə cəsarət tapıb, kitabın nəşrinə razılıq verdi. Kitabla bağlı Rusiyadakı erməni diasporunun da təhqirlərini və hədələrini tez-tez eşitməli oluram, amma bütün bu maneələri adlaya bildik. Deyə bilərəm ki, bu kitab mənim 45 illik ömrümün ən böyük əsəridir”.

Alim ona kitabın nəşrində maddi kömək edən,  mənəvi dəstək olan bütün insanlara minnətdar olduğunu deyir. Onun sözlərinə görə, kitabın Rusiyada yenidən nəşrinin təşəbbüskarları da elə internetdə şəxsən tanımadığı sadə insanlar olmuşdur. Onlar müəllifə yazmış, kömək və vəsait ayırmışlar. O.Kuznetsov bu işdə ona yaxından köməklik göstərən insanları – Moskvadan Eldar Abbasovu, Nijni-Novqoroddan Vidadi Abbasovu, Ulyanovskdan İslam Hüseynovu və Azərbaycandan Tahir Orucovu da ümumi uğurun həmmüəllifləri adlandırır. Onlardan biri – kompüter və elektron avadanlığı mühəndisi, Bakı şəhərində fəvvarələrin istismarının idarə edilməsi üzrə mütəxəssis, hər şeydən əvvəl isə, bu işi bir Azərbaycan vətəndaşı kimi özünə borc bilən Tahir Orucovla əlaqə saxlayıb söhbətləşdik. Tahir müəllimin sözlərinə görə, bu işdə insanlar çox həvəslə iştirak edir, onun açdığı hesaba vəsait köçürürdülər. Bu kitab kollektiv iradənin və dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlıların öz vəsaitlərini göndərərək ümumi işə etdikləri töhfə idi. Belə ki, kitabın nəşri üçün pullar İtaliyadan, Estoniyadan, Finlandiyadan, Türkiyədən, Bakıdan daxil olurdu. Bu insanlar arasında İtaliyada yaşayan təqaüdçü Tahirə xanım Aslanbəyovanın göndərdiyi 100 avro isə Kuznetsovu kövrəltdi və onun üçün unudulmaz oldu...

Tahir müəllim monoqrafiyanın tezliklə yayılacağını, erməni terrorunun iç-üzünü bütün dünyaya çatdıracağını da qeyd etdi. Onun sözlərinə görə, müəllifin yaxın gələcəyə olan planlarında birinci yeri müxtəlif məqsədli auditoriyalar – alimlər, jurnalistlər, hüquq-mühafizə orqanları əməkdaşları üçün bir neçə prezentasiyanın keçirilməsinin təşkili tutur. Sonra kitab Rusiyadakı kitabxanalara, universitetlərə, ali məktəblərə, həmçinin marağı olan mütəxəssislərə göndəriləcək. Daha sonra kitab ticarət şəbəkələrinə daxil olacaq və yayılacaq. Bizim vətəndaşlıq borcumuz isə bu kitabı yaymaq, dünyaya çatdırmaqdır. Müəllifin sözləri ilə desək, “Mənim kitabım erməni terrorizmi haqqında tarixi həqiqətin bərpası olub, bu cinayətlərin əyani xatırlatması olacaq”.

Maraqlıdır ki, kitabın çapdan çıxması tarixi də əlamətdar günə təsadüf edib. Müəllif bu təsadüfü əlamətdar adlandırıb, belə ki, onun fikrincə, 15 iyun 1993-cü ildə Azərbaycan respublikasının milli qurtuluş günü elan edilmişdi, 15 iyun 2016-cı il isə qurbanları təkcə Rusiya, Azərbaycan və Türkiyə vətəndaşları deyil, Avropa və Şimalı Amerikanın da vətəndaşları olan erməni terrorizmi haqqında tarixi həqiqətlərin bərpası günü ola bilər.

Azərbaycan xalqı nə qədər qonaqpərvər, tolerant olduğunu artıq bütün dünyaya sübut etmişdir. Hazırda ölkəmizdə çoxlu erməni yaşayır. Bunu Ermənistan haqqında heç cür demək olmaz.  Erməni həyasızlığının həddi- hüdudu yoxdur. Yalanlarını bütün dünyaya həqiqət adı ilə car çəkən, “erməni soyqırımı” deyib-duran, saxta məlumatlar yayan ermənilər hamını öz yalanlarına inandırmağa çalışırlar.  İşğalçı erməni dövlətinin torpaq iddiaları bitmək bilmir. Artıq onlar təkcə Azərbaycana deyil, digər dövlətlərə də torpaq iddiasındadır. Bu xalqın gələcəyi, müqəddəratı sual altındadır. Bir qrup siyasətçinin əlində oyuncaq olan bu xalqı nə gözləyir görəsən?..

Nədənsə, erməni acgözlüyündən söhbət düşəndə, A.S.Puşkinin “Balıqçı və qızıl balıq” nağılı yadıma düşür. Balıqçı sonuncu dəfə balıqlar şahına yalvarır ki, qarısının arzusunu yerinə yetirsin, -

“Deyir, istəmirəm padşahlıq etmək,

Dənizlər sultanı olum mən gərək.

Dəryalar içində qəsrim qurulsun,

Qızıl balıq gərək nökərim olsun”.

Sonu isə bəllidir:

- Sahildə dayanıb qoca bir müddət

Gözlədi, gözlədi, getdi nəhayət.

Gördü köhnə qazma önündə yenə

Oturmuş qarısı, yanında təknə…

P.S. Məqalənin yazılmasında mənə yaxından köməklik göstərən Tahir Orucova və Moskvada Azərbaycan diasporunun Federal Milli-Mədəni Avtonomiyası – AZƏRROS-un üzvü Sevda Əhmədovaya dərin minnətdarlığımı bildirirəm.

 

Yeganə MƏMMƏDOVA