Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnşaAllah və MaşaAllah zikrləri

 

Rəbbimiz sonsuz mərhəmət sahibidir. Həyatları boyu insan bənzərsiz nemətlər lütf edir. Allah hər şeyi möminlərin lehinə edir və onları müxtəlif yollarla dəstək-ləyir. Allah insanları Quran vasitəsilə düzgün yola dəvət edir və Quranla həyatımızı qurmağa çağırır. Allah Quranda hər bir incəliyə toxunub, hər bir sualı cavablandırıb. Onun hər bir kəlmələrində kəramət var. Bu kəlmələr arasında Quranda keçən “inşaAllah” və “maşaAllah” insanlar tərəfindən daha çox işlənilir. Bu sözlərdə böyük, dərin mə¬na və rəhmət var.

İnşaAllah ifadəsi - Allah istəsə, Allah qoysa deməkdir. Uca Allah bizə Qurani-Kərimin İnşaAllah deməyin vacib olduğunu belə bildirir.

18/23: Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!”– demə! 18:24: Ancaq: “Əgər Allah istəsə!” (“inşallah”- de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin”– de.

Peyğəmbərimiz də (s.ə.s.) inşAallah deməyin əhəmiyyətini bir çox hədislərdə bildirib: Bir adamın bütün sözlərində İnşaAllah deməsi onun imanının kamilliyindəndir (Taberani)

İnşAllah kəlməsi La İlahə İlləllah, SubhanAllah, Əlhəmdulillah kimi bir zikirdir.

MaşaAllah kəlməsinə Quranı-Kərimin Kəhf surəsinin 39-40-ci ayələrində rast gəlirik: 18/39: Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!”– deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, 18/40: ola bilsin ki, Rəbbim mənə sənin bağından daha yaxşısını versin, (sənin) (bağına) isə göydən bir bəla göndərsin və o, hamar bir yerə dönsün.

Bu ayədə Uca Yaradan "MaşaAllah" sözünün nə qədər vacib olduğunu göstərir. Möminlər Allahın yaratdığılarındakı sonsuz gözəllikləri və qüdrəti ifadə etmək istədikdə MaşaAllah, Allah nə gözəl yaradıb deyir və Allahı zikr edirlər.

MaşaAllah və İnşaAllah sözlərini tez-tez təkrarlamağın əhəmiyyəti

Baş verən bütün hadisələr Allahın istəyi və onun izni ilə həyata keçir. Bu ifadələri qəlbən hiss edərək söyləmək ətrafdakı insanlarada hər şeyin sahibinin Allah olduğunu və Allah istədikdə həyata keçəcəyini xatırladır. Bu kəlmələr şirki məhv edir. Allah hər şeyin mütləq hakimidir və hər şeyi öz qədərində yaradıb.

“Sabah mən bir iş görəcəyəm”, - desə və bunu Allahın yaradacağını unutsa, bu, şirk olar. Amma: “İnşaAllah, (Allah istəsə) bu işi edəcəm”, - desə, Allahın izni ilə ən böyük günah olan şirkdən xilas olar. Çünki Allah istəməsə sən yerindən tərpənmək qabiliyyətində olmazsan. Digər tərəfdən "nə gözəldir" deyərsən ona ilahiləşdirmiş olarsan, ancaq maşaAllah (Allah nə gözəl yaratmışdır) kəlməsi ilə öz hissini ifadə etmiş olsan bu zaman sən şirkdən uzaq olarsan.

Allah üçün keçmiş, gələcək və bu an – hamısı birdir və hamısı olub-bitmişdir. Biz xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün vahidləri tam və bir anda asanlıqla görə bildiyimiz kimi, Allah bizim bağlı olduğumuz zamanı əvvəldən sona qədər bilir. İnsanlar isə yalnız zamanı gələndə bu hadisələri yaşayır.

“İnşaAllah” zikri ilə bir işə niyyət etmək, hər şeyin Allahın idarəsində olduğunun xatırlamaq və ancaq Allahın diləməsi ilə həyata keçəcəyini bilmək insan üçün böyük şəfadır.

Lamiyə Nəbiyeva