Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Made in Azerbaijan” markası ölkə hüdudlarından kənarda

 

Müasir dövrdə şirkətlər sürətlə dəyişən bazar dinamikası, texnoloji dəyişkənlik, daha yaxşı məhsul istehsalı və ölkə daxili istehsalı inkişaf etdirmək məqsədilə ciddi rəqabət şəraitində fəaliyyət göstərirlər. Belə çətin mübarizədə mövcud ola bilmək, daimiliyi təmin etmək şirkətlər üçün də ciddi problemlərdən birinə çevrilmişdir. Çünki onlar həm də yeni, fərqli bir rəqabət şəraitində mövcudluqlarını davam etdirmək məcburiyyətindədirlər.

Qlobal rəqabət şəraitində istehsal tələbləri də daim dəyişməkdədir. Hər bir sahibkar daha keyfiyyətli məhsul istehsal etmək, istehsal xərclərini artıran əlavə dəyərlərdən xilas olmaq yollarını araşdırır, ölkə daxili istehsalı inkişaf etdirərək milli iqtisadiyyata öz töhfəsini verməyə çalışır. Bu baxımdan beynəlxalq rəqabətdə israrlı olan, istehsal fəaliyyətlərinin bütün mərhələlərində keyfiyyət amilini əsas tutan “Azərsun Holding”in  adını qeyd etmək olar.

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Azərbaycanın qida sektorunda istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holding" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı, geniş ixracat şəbəkəsinə malikdir.
Fəaliyyətə başladığı gündən şirkət öz qarşısına bir sıra öhdəliklərin yerinə yetirilməsini əsas missiya olaraq qoymuşdur. Bu öhdəliklərə isə etibarlı və nümunəvi beynəlxalq ticari məhsullar və xidmətlər təqdim etmək, payçıların mənfəətlərini davamlı olaraq artırmaq, işçilərini inkişaf etdirən və işçiləri ilə birgə inkişaf edən bir qurum olmaq, cəmiyyətə verdikləri faydanı davamlı artırmaq və fəaliyyətdə ətraf mühitin qorunmasını ön planda tutmaq, fəaliyyəti keyfiyyət çərçivəsində həyata keçirərkən insan sağlamlığını da diqqət mərkəzində saxlamaq daxildir. Ölkə iqtisadiyyatının inkişafına dəstək olan şirkət  Azərbaycanın milli mədəni  dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi də özünün əsas missiyasının bir hissəsi hesab edir.

Əsas məqsəd kimi fəaliyyət göstərdiyi coğrafiyada müştərilərin ehtiyaclarına cavab verəcək ən yaxşı məhsul və xidmətləri təklif etmək, iş gücü və texniki infrastruktur ilə yeni standartlar yaratmağı hədəfləyən şirkət sosial və ekoloji məsələlərdə də məsuliyyətli olmağa çalışır, nüfuzlu, etibarlı və ədalətli bir qurum kimi fəaliyyət göstərməyi əsas prinsiplərindən sayır.

Çox sevindirici haldır ki, “Azərsun Holding”ə məxsus milli markalarımız ölkəmizin hüdudlarını aşaraq, üzərində olan “Made in Azerbaijan”  yazısını  dünyanın bir çox ölkəsinə şərəflə daşıyır. Araşdırma və yenilikçiliyə böyük həssaslıqla yanaşan “Azərsun Holding” fəaliyyət sferasında qazandığı nailiyyətlərlə cəmiyyət tərəfindən də təqdirlə qarşılanır.

Şirkət özünün zəngin məhsul qrupları ilə geniş çeşidli fəaliyyət göstərməkdədir. Bura kənd təsərrüfatı məhsulları, konservləşdirilmiş məhsullar, süd məhsulları, şəkər, duz, çay, bitki yağları, kərə və spred yağlar, mayonez və ketçup, şokolad, dənli və paxlalı bitkilər, kağız məhsulları və s. daxildir.

Ötən il dünya iqtisadiyyatında xoşagəlməz halların yaşanması, neftin qiymətinin kəskin ucuzlaşması və digər məqamlar ölkəmizdən də yan keçmədi. Manatın məzənnəsi dollarla nisbətdə ucuzlaşaraq müəyyən çətinlik yaratsa da, ölkə rəhbərləyinin çevik qərarları, yürütdüyü düzgün siyasət nəticəsində vəziyyəti nəzarətdə saxlamaq mümkün oldu. Azərbaycanda istehsal olunan məhsulların həcminin artırılması, idxal edilən xammaldan asılılığın azaldılması və yerli məhsulların xarici bazarlara çıxarılmasını prioritet məsələlərdən hesab edən “Azərsun Holding” ölkə rəhbərliyinin yürütdüyü siyasətə uyğun olaraq lazımi addımlar atdı və hazırda da müxtəlif layihələrin reallaşdırılması istiqamətində ciddi cəhdlə səy göstərir.

Belə ki, bu günlərdə şəkər çuğundurunun yetişdirilməsi istiqamətində çox vacib bir layihə reallaşdırılıb. Şəkər istehsalının xammalının ölkə daxili imkanlar hesabına genişləndirilməsi məqsədi ilə “Azərsun Holding”də  çalışan mütəxəssislərin apardıqları aqrar tədqiqatlar nəticəsində qış mövsümündə şəkər çuğundurunun yetişdirilməsi istiqamətində böyük uğura imza atılıb və qışlıq çuğundur əkimlərinin təcrübə sınağı uğurla həyata keçirilib.  Bununla da artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək ki, nəticədə İmişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq. Əgər əvvəllər adıçəkilən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verilirdisə, indi bu say ikiyə çatdırılacaq. Digər tərəfdən isə valyuta axının qarşısının alınmasına müsbət təsir göstərəcək bir addım atılıb.

 2015-ci ildə - Kənd Təsərrüfatı ili ərzində “Azərsun Holding” tərəfindən reallaşdırılmış daha bir layihə - dənli bitkilər və buğda üçün yeni əkin sahələrinin yaradılması artıq özünü doğrultmağa başlayıb. Beyləqan ərazisində toplam 583,5 ha ərazidə dənli bitki, buğda səpini həyata keçirilmişdir ki, bunun bir hissəsi tam yetişkənlik dövrünə çatdığı üçün artıq  biçin başlanılıb və  143,1 ha sahədə məhsul yığımı tamamlanaraq ümumilikdə 673,3 ton məhsul əldə edilib. “Azərsun Holding”in bütün məhsullarında olduğu kimi, bu bitkilərin də keyfiyyətinə xüsusi nəzarət olunur. Məhsulun yapışqanlığı 28-30 faizə bərabərdir ki, bu da çox müsbət göstərici hesab edilir.

Ölkəmizdə qeyri-neft sektorunun  şaxələndirilməsi, yerli istehsalın həcminin artırılması və yeni iş yerlərinin və istehsal sahələrinin yaradılması istiqamətində çox ciddi addımlar atan “Azərsun Holding” aprel ayında daha bir layihənin bünövrəsini qoydu. Belə ki, Azərbaycan və İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası tərəfindən təşkil edilən səfər çərçivəsində “Azərsun Holding” və İranın “Darou Pakhsh” şirkətləri arasında ölkəmizdə dərman istehsalı ilə əlaqədar razılaşma əldə olundu.

Bundan əlavə, Qazaxıstanın Aktau şəhərində Logistika Mərkəzi inşa edilib istifadəyə verildi ki, bununla da azərbaycanlı iş adamlarının Orta Asiya bazarlarına məhsul ixrac etmələri və ixrac həcminin artırılması üçün böyük dəstək verildi. Aktau “Xüsusi İqtisadi Zonası”nın rəsmi iştirakçısı şəhadətnaməsini almış  mərkəz 5000 m2 quru anbardan, 5000 m2 soyuq anbardan və digər infrastrukturdan ibarətdir. Logistika mərkəzi Almaniya, Niderland və İtaliya istehsalı olan müasir sistemlər, müxtəlif anbar avadanlıqları, iri və xırda tonajlı nəqliyyat vasitələri ilə təchiz edilib və bu vilayətdə ikinci belə bir müəssisə mövcud deyil.

Azərbaycanda çayçılığın inkişafında müstəsna rol oynayan “Azərsun Holding” bu sahənin inkişaf etdirilməsi üçün müxtəlif layihələr reallaşdırmağa davam edir. Cənab prezidentin çayçılıqla bağlı tapşırıq və göstərişlərinə əsasən, şirkət ölkəmizdə daha çox çay məhsullarının istehsal edilməsi üçün zəruri addımlar atır. Plantasiyaların sayını artırıraraq ərazilərini genişləndirən şirkət milli markalarımızın bütün dünyada tanınmasını prioritet məsələlərdən hesab edir. Ötən il Masallıda yaradılan 100 hektarlıq sahədə çay kollarının yetişdirilməsi üçün müasir suvarma sistemləri və digər avadanlıqlardan istifadə olunur.  Bundan əlavə, “Azərsun Holding” ölkəmizdə çayçılığın inkişafı və yerli fermerlər arasında çayçılığı təşviq etmək üçün onları maddi və texniki vəsaitlərlə də təmin edir. SSRİ-nin çöküşündən sonra onilliklərlə yaşı olan çay plantasiyaları insanlar tərəfindən məhv edildiyindən Azərbaycan çayçılığı uzun illər boyu eniş dövrünü yaşayıb. Lakin son illər ərzində bu sahəyə dövlət səviyyəsində qayğının göstərilməsi və “Azərsun Holding” tərəfindən reallaşdırılan müxtəlif layihələr və atılan addımlar bu sahənin inkişaf etməsinə çox böyük töhfə verir. Masallıda dəniz səviyyəsindən 700-800 metr yüksəkdə salınan bu plantasiyada yetişdirilən  çay bir neçə ildən sonra yüksək keyfiyyəti ilə bütün dünyada fərqlənə bilər.   Buna burada olan ekoloji şərait də imkan verir. “Azərsun Holding” tərəfindən istehsal edilən “Azərçay” markası isə artıq ölkəmizin hüdudlarından kənarda da çox yüksək qiymətləndirilir və böyük rəğbətlə qarşılanır. Bundan əlavə,  “Azərsun Holding” Avropanın dünyaca məşhur “Heinemann” şirkəti ilə də müqavilə bağlayıb ki, bunun da nəticəsində 50-dən artıq ölkənin hava limanlarında “Azərçay”ın satışı həyata keçirilir. Qeyd edək ki, mütəxəssislər 8-10 ildən sonra Azərbaycan çayçılığında yüksək məhsuldarlıq dövrünün başlayacağını və ölkənin daxili tələbatının ödənilməsi ilə bərabər, xaricə də böyük həcmdə çay məhsullarının ixrac ediləcəyini bildirirlər.

Yarandığı gündən araşdırma və inkişafı özünün əsas istiqamətlərindən biri olaraq seçən “Azərsun Holding”in bütün müəssisələrində laboratoriyaların mövcudluğu ilə bərabər, mərkəzdə böyük və çoxşaxəli Araşdırma və İnkişaf Departamenti fəaliyyət göstərir. Hər gün mərkəz və yerlərdə yüzlərlə mütəxəssis - qida mühəndisləri, texnoloq, kimyaçı, mikrobioloqlar bazarın artan tələblərini araşdırır, şirkətlər qrupunun fəaliyyət göstərdiyi sahələrdə innovativ sıçrayışı təmin etmək üçün yeni məhsul tədqiqatları, reseptlər, proses şərtləri üzərində yeniliklər edirlər.

“Azərsun Holding”in nəzdində fəaliyyət göstərən bütün müəssisələrin yüksək keyfiyyətli məhsul istehsal etdiyi və bütün zəruri qaydalara ən yüksək səviyyədə riayət edildiyi sertifikatlarla da təsdiq edilib. Şirkətlər Qrupu mütəmadi olaraq mövcud sertifikatların yenilənməsi və yenilərinin əldə edilməsi üçün dünyanın aparıcı sertifikatlaşdırma mərkəzləri ilə əməkdaşlıq edir.

Şirkətlər Qrupuna məxsus zavod və fabriklər İSO 9001:2008, ISO 9001:2000, İSO 14001, İSO 22000:2005, İSO 18001, İSO 22000, IQNET, BRC Global Standard for Food Safety, FSSC 22000, ISO 17025:2005 , “CRES Certification of Enviromental Standard” və digər sertifikatlara malikdirlər.

 

Mətanət Hüseynova