Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Səhiyyədə uğurlarımız artmaqdadır

 

Sağlamlıq hər kəsin həyatı boyu ehtiyac duyduğu əsas amillərdəndir. Hər bir insanın sağlam olması və ya sağlamlığının bərpası isə səhiyyə sisteminin, tibbin inkişafından bilavasitə asılıdır. Tarix boyunca dünyanın müxtəlif yerlərində tibbin fərqli növlərindən istifadə edilmişdir. Zamanla digər sahələr kimi səhiyyə də öz əhatə dairəsini genişləndirmiş və özünün müasir, eyni zamanda, yüksək inkişaf səviyyəsinə çatmışdır.

 

Bu gün artıq Azərbaycan da səhiyyə sahəsində yüksək irəliləyişlər əldə etmiş, müasir tələblərə cavab verən səhiyyə sisteminin qurulması, yeni xəstəxanaların tikilib istifadəyə verilməsi, mövcud tibb  müəssisələrinin yenidən qurulması istiqamətində əhəmiyyətli addımlar atmışdır. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə insanların sağlamlığının qorunması və tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində ciddi nailiyyətlər qazanılmışdır.

Səhiyyə sistemi insan amilini, insanların sağlamlığını dövlətin prioritetlərindən sayan ölkə başçısı, prezident İlham Əliyevin də hər zaman diqqət mərkəzində olmuşdur. O, bu sahədə əldə olunmuş nəticələri çıxışlarında həmişə yüksək qiymətləndirmişdir: “Son illər bütövlükdə səhiyyə sahəsində nəticələr yaxşıdır. Bunu həm biz deyirik, həm də beynəlxalq qurumlar və onların arasında dünya miqyasında bu məsələlərlə məşğul olan Dünya Səhiyyə Təşkilatı bunu qeyd edir.

...Azərbaycanda səhiyyə sahəsində böyük irəliləyiş əldə edilmişdir. Bunu statistik göstəricilər də təsdiqləyir”.

Dünyadakı ən son yeniliklər Azərbaycanda da tətbiq olunmalıdır

Xüsusilə, ölkə başçısının sahibkarlığın inkişafına göstərdiyi qayğı və diqqət ölkədə fəaliyyət göstərən özəl tibb müəssisələrinin də sayının artmasına səbəb olmuşdur. Bu cür özəl müəssisələrdən biri kimi Zəfəran Hospitalı da qeyd etmək olar.  Öz fəaliyyətində keyfiyyəti və tibb sahəsində mövcud olan yenilikləri üstün tutan Zəfəran Hospital  müasir təbabətin bütün normativlərini əsas meyar olaraq götürmüşdür. Prezident İlham Əliyev də səhiyyə sahəsində bu cür meyarlara hər zaman xüsusi olaraq diqqət çəkir: “Dünya səhiyyə elminin uğurlu inkişafı insanların sağlamlığına bilavasitə bir töhfədir. Biz çalışmalıyıq ki, dünyada bu sahədə gedən ən son yeniliklər, ixtiralar Azərbaycanda da tətbiq olunsun. Biz buna hazır olmalıyıq. Yaradılan maddi-texniki baza, müasir avadanlıq belə imkanları verir”.

 Zəfəran hospital geniş profilli özəl tibb mərkəzidir. Bu mərkəz təcili yardım, poliklinika, qeyri-invaziv və invaziv radiologiya, ürək-damar cərrahiyyəsi, laboratoriya, cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələrindən ibarətdir. Şöbələrdə tam peşəkar və məsuliyyətli tibbi personal fəaliyyət göstərir. Ən son avadanlıqla təchiz olunmuş mərkəzdə pasientlərə yüksək keyfiyyətli, 24 saatlıq təcili tibbi yardım xidməti, xəstələrin transferi xidməti, evdə tibbi manipulya­siyalar, 24 saat laboratoriya, stasionar xidmət, bütün növ tibbi manipulyasiyalar və müxtəlif diaqnostik və radioloji tibbi xidmətlər göstərilir.

Yeni yaranmasına baxmayaraq, bu klinikada həm poliklinik, həm də cərrahiyə xidməti mövcuddur. İlk olaraq kardioloji yönümlü fəaliyyət göstərməyi planlaşdıran klinikanın gələcəkdə ümumi spektrlə fəaliyyət göstərməsi nəzərdə tutulur.

Əsas məqsəd keyfiyyətdir

Bütün səhiyyə mərkəzlərində sanitar-gigiyenik qaydalara əməl olunması əsas amillərdəndir. Bunu nəzərə alaraq klinikada əməliyyat blokunun yüksək standartlarla təşkilini xüsusi qeyd etmək lazımdır.  Çünki bu əməliyyat bloku steril şərait yaradır və xüsusi havalandırma sistemi ilə havadakı  kiçik toz hissəciklərini belə minimuma endirir. Klinikanın direktoru Nadir Novruzovun da qeyd etdiyi kimi, kifayət qədər vəsait tələb edən bu sistemin qurulmasında əsas məqsəd keyfiyyətli xidmət göstərmək və insan sağlamlığını hər cür təhlükədən müdafiə etməkdir.

Hər bir sahibkar öz müəssisəsini qurarkən təbiidir ki, günün tələblərindən çıxış edir və həmin müəssisəni mövcud tələblərə uyğun qurur. Zəfəran Hospital isə yalnız bu günün deyil, həm də gələcəyin tələbləri nəzərə alınaraq qurulmuş bir müəssisədir.

Devalvasiyanın səhiyyə sisteminə əsas təsirləri

Ötən il ölkədə bir-birinin ardınca baş verən devalvasiyaların təsiri, demək olar ki, hər bir sahədə, hər bir müəssisədə, xüsusilə özəl sahibkarlıq obyektlərində hiss olundu. Bir çox müəssisələr bağlandı və ya qiymət artımına getməli oldu. Təbiidir ki, bu,  xarici ölkələrdən avadanlıq və dərman preparatları alan tibb müəssisələrinə də  təsirsiz ötüşmədi və xidmətlərdə qiymət artımı ilə nəticələndi. Lakin Zəfəran Hospitalda devalvasiyanın bu cür mənfi fəsadına heç də rast gəlinmir. Klinikanın əsas özəlliklərindən biri də elə  qiymətlərin münasib olmasıdır. Burada qiymətlər və xidmətlər bütün təbəqələr nəzərə alınaraq tənzimlənib. Məhz bütün bunların nəticəsidir ki, yeni açılmasına baxmayaraq, artıq bura xəstələr müraciət edirlər.

Klinikanın direktoru bildirir ki, devalvasiyanın mənfi fəsadı qiymət artımında hiss olunmasa da, insanların müraciətində özünü göstərir. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq insanlar büdcələrini əlavə xərclərdən azad edərkən öz sağlamlıqlarını da ikinci plana atmış olurlar ki, bu da düzgün deyil. Çünki sağlamlıq hər şeydən daha önəmlidir.

Ölkə iqtisadiyyatına təsir göstərən devalvasiyanın səhiyyə sisteminə əsas təsirlərindən biri isə xaricdən mütəxəssis cəlbi sahəsində yaşanır. Belə ki, əvvəllər dolların manat qarşısında daha aşağı olduğunu nəzərə alan mütəxəssislər hazırda manatın dollar qarşısında daha aşağı məzənnədə olmasına da önəm verirlər. Bunları nəzərə alaraq Zəfəran Hospitalda xaricdə təhsil almış, öz işinin peşəkarı olan yerli həkimlərə üstünlük verilir və onlara güvənərək müxtəlif tibbi xidmətlər göstərilir. Klinikanın gələcək planlarında xaricdən mütəxəssis cəlbi də nəzərdə tutulur.

Xarici klinikalara axan sərmayələr...

Ölkəmizdə kifayət qədər tibb müəssisəsinin olmasına baxmayaraq, yenə də müalicə üçün xaricə üz tutan və xarici ölkələrin tibb müəssisələrində əməliyyat olunan, müalicə alan insanlara rast gəlinir. Bu, yalnız səhiyyə deyil, həmçinin iqtisadi baxımdan da önəmli amildir. Yəni, insanların xarici ölkəyə üz tutması həm səhiyyə sahəsində mövcud olan boşluqlardan və onların hələ də həll olunmadığından xəbər verməklə yanaşı, xarici ölkə iqtisadiyyatına da maliyyə axını deməkdir. Klinikanın direktoru da bu amilə xüsusi diqqət çəkərək bildirir ki, keyfiyyətli və peşəkar xidmət göstərərək biz həm ölkə daxilində səhiyyə sistemini irəliyə apara, həm də insanların müalicə üçün xaricə axınının qarşısını alaraq ölkə iqtisadiyyatına xeyir vermiş olarıq. Bu amil ölkə başçısı İlham Əliyevin çıxışlarında da xüsusi qeyd olunur: “Həkimlərin peşəkarlığı, bilikləri artmalıdır. Həkimlər daim öz fəaliyyətləri, işləri ilə elə etməlidirlər ki, daha da bilikli olsunlar. Elə edək ki, Azərbaycanda istənilən ən ağır əməliyyat aparıla bilsin. Son illərdə deyə bilərəm ki, biz buna nail ola bilmişik. Çünki bu gün Azərbaycanda ən ağır ürək-damar əməliyyatları, orqan transplantasiyaları aparılır. Ancaq sirr deyil ki, bəzi insanlar, xüsusilə imkanlı insanlar müalicə üçün hələ də daha çox xaricə üz tuturlar. Biz elə bir vəziyyət yaratmalıyıq ki, buna ehtiyac olmasın. Azərbaycanda ən yüksək tibbi xidmət, ən yüksək peşəkarlıq olmalıdır. Mən əminəm ki, birgə səylər, həm dövlət tərəfindən aparılan siyasət, yeni tibb ocaqlarının yaradılması, müasir avadanlığın mövcudluğu və həm də həkimlərin peşəkarlığı, təkmilləşməsi bizi bu məqsədə nail olmağa gətirib çıxaracaqdır”.

Tibbi sığortanın tətbiqinə ehtiyac var

Azərbaycanda klinikaların fəaliyyəti üçün hazırda sağlam mühit formalaşmaqdadır. Xüsusilə bu sahədə tibbi sığortanın əhəmiyyətini qeyd etmək lazımdır. Zəfəran Hospitalda da yaxın gələcəkdə tibbi sığorta xidmətinin tətbiqi nəzərdə tutulur. Tibbi sığortanın tətbiqini çox  mühüm və düzgün addımlardan sayan klinika rəhbəri Nadir Novruzov bu sahədə  cənab prezidentin səylərini də xüsusi vurğulayaraq bildirir ki, Azərbaycanda tibbi sığorta olmadıqca səhiyyənin tam inkişafından söhbət gedə bilməz.

Peşəkar kadr birbaşa müəssisənin uğurudur

Hər bir müəssisənin uğuru mütləq şəkildə orada çalışan kadrların fəaliyyətindən də əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də Zəfəran Hospitalda  kadr seçimində bir sıra cəhətlər xüsusi olaraq nəzərə alınır.  İlk olaraq klinika onlarla çalışacaq olan əməkdaşların peşəkarlıq meyarlarına üstünlük verir,  ikinci amil kimi mənəvi cəhətlər əsas götürülür. Üçüncü amil isə bəlkə də bir çox müəssisələrdə kadr seçimində nəzərə alınmayan, lakin digər amillər qədər önəm daşıyan Azərbaycan dövləti və dövlətçiliyinə münasibət məsələsidir.

Zəfəran Hospitalın öz professionallığı ilə seçilən həkimləri həmçinin müxtəlif treninq və seminarlara da göndərilir, onların daim yenilənən tibbi avadanlıqlar sahəsində ixtisaslaşmasına, tibbi biliklərinin artırılmasına cəhd göstərilir. Hətta klinikada müxtəlif bayram günləri ilə əlaqədar xəstələrin pulsuz qəbulu və müayinəsi də həyata keçirilir.  Klinikada gələcəkdə açıq ürək əməliyyatlarının keçirilməsi də nəzərdə tutulur.

 

Mətanət Hüseynova