Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 Radiodaverilənelanlarrahatdır, bir qeyd olaraq dövr imətbuatda kiçik partiyada malların reklamının aparılması məqsədəuyğun deyil.

Demək olar ki, bütün qrupdan olan malları radioda reklam etmək olar. Lakin radio reklamın verilməsi zamanı aşağıdakı müddəalar rəhbər tutulmalıdır: elə əmtəələri seçmək lazımdır ki, onlar haqqında  aydın və bədii şəkildə danışmaq olar; bir halda ki, radio geniş  auditoriyaya malikdir, əhalinin əksəriyyətinin geniş tələbi olduğu, alıcıların müxtəlif kateqoriyaları tərəfindən tez-tez və müntəzəm aldığı malların reklamı üçün ondan istifadə edilməsi tövsiyə olunur; potensial alıcının əmtəənin alınması haqqında qərarın qəbul edilməsindən əvvəl bu  əmtəə haqqında  bitkin informasiyaya malik olması üçün radio  reklam verilişinin hər hansı bir növündə əmtəələrin qiymətini hökmən xatırlatmaq lazımdır.

Radioda reklamın ən geniş yaylımış  növlərinə radio  elanları, müxtəlif radio jurnalları,  radio reportajları və radio çarxları aiddir.

Radio elanı diktor tərəfindən oxunan informasiyadır.  Radio jurnal informasiya reklam xarakterli tematik radio verilişidir və onun ayrı-ayrı  elementləri qısa konfrans ilə birləşir.

Hər hansı bir yarmarka, satış sərgisi və ya digər hadisələr haqqında radio reportajlar həm birbaşa, həm də dolayı  reklamı (alınmış mallar haqqında istehlakçıların təəssüratı, yeni mallar haqqında məlumatlar və s.)  ehtiva edə bilər.

Reklamın ayrı-ayrı səs trekləri çarxlar və ya spotlar (ing.spot - a short presentation or commercial on televizion or radio beetwin major  programs) adlanır.

Radio çarxları xüsusi hazırlanmış səhnə üçün yararlı (oyun xarakterli) radio süjetdir və o, orijinal  manerada (çox  zaman hazırcavab zarafat və ya intriqalı dialoq formasında) və  bir qayda olaraq,  musiqinin müşayiəti ilə təklif olunan məhsul, əmtəə və ya xidmət haqqında informasiyanı izah və şərh edir.  Bəzən reklam radioçarxları hətta kiçik reklam şlyager mahnısı formasında ola bilər.

Reklam çarxlarının (spotlarının) aşağıdakı növləri  var:

  • sadə informasiya çarxları  (spotları). Çox zaman  musiqinin müşayiətilə, yaxud musiqinin müşayiəti olmadan diktor tərəfindən (və ya növbə ilə bir neçə  diktor tərəfindən) mətnin oxunması deməkdir. Çox zaman  belə çarxlarda əlavə səs effektləri olmur.
  • oyun çarxları. Kiçik radio tamaşalar deməkdir. Hər hansı bir kiçik səhnə oynanıla bilər: dostların və  rəfiqələrin danışığı, mağazada səhnə, küçə səhnəsinin, paradın, konsertin, sirkin imitasiyası, hətta  radio proqramın (o cümlədən xəbərlərin) imitasiyası çox zaman oyun çarxları təcrübədə zarafat formasında olur.
  • imic çarxları. Söhbət permanent (fasiləsiz) aksiyalar və ya güzəştlər haqqında yox, kompaniyanın tərzinin yaradılmasına, onun missiyasının izahına, brendin möhkəmlənməsinə yönələn çarxlardan gedir. Bu çarxlara, bir qayda olaraq ciddi kompaniyaların və brendlərin çarxları aiddir.
  • musiqi loqotipləri. Bu, kompaniyanın qısa musiqi sloqanıdır, yəni reklam çarxı firmanın oxunmuş adı və ya  onun sloqanı, yaxud da qısa mesajıdır. Ən məşhur loqotip kimi “Always Coco-Cola” cinqli (zəngi səsi) əsaslı hesab  etmək olar.
  • cinqlər. Cinql (oing “Jingle” – “zəng səsi”, “çadır çiçəyi”, zəng vuran” deməkdir) qısa reklam mahnılarıdır. 20 saniyədən bir neçə dəqiqəyə qədər səslənir. Çox zaman onlar  təngə  gətirən, zəhlə tökən oyun havalarına çevrilir.
  • korporativ himnlər. Bu mahnılar bir neçə kupletdən  (şeir, mahnıda bənd) ibarətdir və çox zaman radioda translyasiya üçün yox, müstəsna olaraq korporativ tədbirlər üçün yaradılır. Lakin radioda da translyasiya ola bilər.

Radio reklamı çoxsaylı müxtəlif formalara malikdir:

  • Ayrı-ayrı verilişlər arasında fasilələrdə adətən bir və ya iki diktor tərəfindən oxunan reklam xəbərləri;
  • Reklam çağırışı (sloqan);
  • İki və ya daha artıq şəxsin reklam söhbəti, onların  məqsədi məlumatsız həmsöhbətin köməyilə reklamın  məzmunu ilə dinləyicini tanış etməkdir;
  • Nüfuzlu şəxsin radioda çıxış etməsi;
  • Verilişlər arasında fasilələrdə səslənə bilən reklam məzmunlu mahnı;
  • Reklam müsabiqəsi;
  • Radioda müxtəlif radio verilişlərə daxil olan gizli reklam.

Həcminə və əhatə dairəsinə görə aşağıdakılar  fərqləndirilir:

  • “dəqiq” radio reklamı. Bu zaman elanlar ayrıca bir  radiostansiyada yerləşdirilir. O, bütün radio reklamın 80%-ni təşkil edir, onun geniş yayılması çevikliyin nəticəsidir;
  • radio şəbəkələri: Bunlar məftilli kanallar üzrə  bir və ya bir neçə şəbəkələrlə, rabitə vasitəsilə verilişlərin eyni zamanda translyasiyasını təmin edən  bir qrup yerli filiallardır.                        Tətbiq yerinə görə radiostansiyalarda, metroda, yerüstü nəqliyyatda, idarə və təşkilatlarda, mağazalarda, topdansatış yarmarkalarında, sərgilərdə və vernisajlarda, teatrlarda və kinoteatrlarda radio reklamı ayırırlar.
  • Buradek  Əksəriyyət radiostansiyalar tərəfindən  reklamvericilərinə təqdim edilən radio reklamın bir  neçə geniş yayılmış forması mövcuddur. Baxmayaraq ki, radio reklamın  yeni səmərəli formalarının axtarışı daimi olaraq aparılır, ənənəvi və  sınaqdan keçirilmiş reklam vasitələri ən tələb olunanlar arasında aparıcı yer tutur:
  • 1. Reklam blokunda reklam çarx. Reklamverici reklam blokunda yer alır və o, proqramda və ya proqramlararası fasilədə reklam pauzasında (fasiləsində) translyasiya olunur. Alınmış zaman (10, 15 , 20, 30 və 60 saniyəyə qədər müddət) ərzində reklam keçicisinin təqdim etdiyi reklam çarxı translyasiya olunur. Translyasiyaların  miqdarı və onların vaxtı, eləcə də  çlokda çarxın yeri (başlanğıcı, ortası və sonu) reklam vaxtının alqısı (satqısı) üçün müqavilənin (kontraktın) bağlanması prosesində tərəflərin razılaşdırdığı media-planın son redaksiyasında müəyyən olunur.

2. Radio proqramın sponsorluğu. Radiostansiya tərəfindən translyasiya olunan proqram sponsorun pulu hesabına tam və ya qismən icra oluna bilər və o,  buna görə öz reklamını yerləşdirmək üçün  müəyyən miqdar vaxt əldə edir (proqramın əvvəlində, ortasında, sonunda, eləcə də anonslar vaxtı). Bəzi hallarda sponsor digər reklam imkanları əldə edir: proqramın aparıcısı tərəfindən sponsorların və ya reklam  obyektinin elan olunması, proqrama reklam obyektinin (product Placement) inteqrasiya olinması, interaktiv layihələrdə (müsabiqələrdə, viktorinalarda)  sponsorun və ya reklam obyektinin elan olunması, proqrama reklam obyektinin (Product Placement) inteqrasiya olunması, interaktiv layihələrdə (müsabiqələrdə, viktorinalarda) sponsorun iştirakı, public (ictimai) tədbirlərin sponsor və radiostansiyalar tərəfindən birgə təşkili və s. Reklam blokunda fərqli olaraq, sponsor xəbəri, bir qayda olaraq, proqramın tam qiymətli və mükəmməl  hissəsidir. Sponsor doldurulması (tamamlanması) radioda sponsorluq edilən proqramın xronometrajından, mövzusundan və məzmunundan asılıdır.

3. Radio translyasiyanım sponsorluğu. Yüksək reytinqlə proqnozlaşdırılan bəzi nüfuzlu reportaj  proqramları (məsələn, idman oyunları) translyasiyanın sponsorluğu praktikasını tətbiq edirlər, bu o deməkdir ki, bu zaman sponsor translyasiya hüquqlarının alınması üçün və öz reklamını yerləşdirmək məqsədilə müəyyən vaxt əvəzində olmaqla onun texniki dəstəyinin təmin edilməsi üçün bütün  xərcləri ödəyir. Hadisəyə maraq çox yüksək olan hallarda  (həmçinin translyasiya hüquqlarının qiyməti yüksək olan  zaman) sponsor pulunda (inhisar növlərindən biri)  sponsor paketinə verdiyi öz töhfəsindən asılı olaraq öz aralarında reklam vaxtını bölüşdürən birbaşa rəqiblər olmayan bir neçə şirkət birləşir.

4. Dəqiq radio reklamı. Reklam  vericisi ümumi reklam blokundan kənarda bir müəyyən edilmiş  proqramda (məsələn, hava proqnozunda) reklam  çarxının translyasiyası vaxtını (və ya özünün xatırlanmasının hər hansı bir xüsusi formasını əldə etmək hüququnu) alır.

 

BDU-nun dosenti F.M.Qarayev