Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

İnformasiya-kommunikasiya texnologiyalarından istifadənin mövcud vəziyyəti və təhsil sistemində tətbiqinin üstünlükləri

İKT-nin təhsil sistemində tətbiqinin xüsusiyyətləri

 

Böyüməkdə olan  gənc nəslin təlim-tərbiyəsi təhsilin bütün dövrlərində cəmiyyətin diqqət yetirdiyi başlıca məsələlərdən biri olub və bu gün də belədir. Ölkəmizdə dövlət  müstəqilliyi bərpa olunduqdan sonra təhsilə yanaşma tərzi kökündən dəyişdi.

1993-cü ildən etibarən təhsildə əsaslı dəyişikliklərin həyata keçirilməsinə, ikipilləli kadr hazırlığına, ali təhsilin strukturu, məzmunu, idarə olunması və bir çox  digər sahələrdə ciddi islahatlara başlandı. Son  illərdə təhsil sahəsinin dinamik  inkişafı burada qazanılan uğurlar, nailiyyətlər ümummilli ilder Heydər Əliyevin  müəyyənləşdirdiyi strateji kurs və İlham Əliyevin bu kursu uğurla davam etdirməsi, onun təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində mümkün olub. Aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmizdə biliklərə əsaslanan iqtisadiyyat qurulur və bu siyasətin tərkib hissəsi kimi son illər Azərbaycanda  rabitə və informasiya texnologiyaları sektorunun inkişafı da geniş vüsət alıb.

Təsadüfi deyil ki, müasir dövrün mühüm xüsusiyyətlərindən biri həyatın bütün  sahələrinin informasiyalaşdırılması və informasiya cəmiyyətinin yaradılmasıdır. Ölkənin sosial-iqtisadi inkişafının əsas tələblərindən biri bütün təhsil alanlara  informasiya  texnologiyalarından istifadə vərdişlərini aşılamaqdır. Son illərdə, bütün  sahələrdə olduğu kimi, təhsil sahəsində də informasiya-kommunikasiya texnologiyaların (İKT-nin) tətbiqinə mühüm önəm verilib. Müasir informasiya-kommunikasiya texnologiyalarının təhsildə tətbiqi son 5 ildə əsas  uğurlardan biri hesab olunur.

İnformasiya cəmiyyətinin inkişafı təhsilə İKT-nin tətbiqini nəzərdə tutur. Bu da  bir sıra amillərlə müəyyən edilir:

1.İKT-nin təhsilə tətbiqi biliyin və toplanan texnologiya və sosial təcrübənin  ötürülməsini təmin edir;

2. Müasir İKT təhsilin keyfiyyətini artıraraq insana ətraf mühitə və sosial  dəyişikliklərə tez adaptasiya olmağa və lazım olan biliklərə yiyələnməyə imkan verir;

3. Texnologiyaların təhsilə tətbiqi informasiya cəmiyyətinin tələblərinə cavab  verən təhsil sistemini yaratmağın və  təhsil sisteminin, müasir cəmiyyətin tələblərinə uyğun islahatların əsas amilidir;

İKT-nin təhsilə tətbiqinin vacibliyi UNESCO-nun beynəlxalq ekspertləri tərəfindən hazirlanan “1999-2000-ci illər üçün kommunikasiya və informasiya üzrə  dünya məruzəsi”ndə qeyd edilmişdir. Məruzədə bildirilir ki, yeni texnologiyalar “yeni yaxşı dünyanın” yaranmasına zəmindir.

Kompyuter texnologiyalarının yeni kommunukasiya və avtomatlaşdırılmış informasiya mühitinin formalaşmasının bütün fəaliyyət sahələrinə qlobal tətbiqi təhsil  sisteminin dəyişilməsinin və informasiya cəmiyyətinin formalaşmasının əsasını  təşkil edir.

Təhsil sistemində islahatların vacibliyinin və məqsədəuyğunluğunun əsas amilləri bunlardır:

  • Cəmiyyətin biliklərə və İKT-yə əsaslanan yeni strategiya keçidinin  vacibliyi;
  •  Cəmiyətin təhsil tərəfindən formalaşan şəxsiyyətlərin qabiliyyət və  keyfiyyətlərindən fundamental asılılığı;
  • Cəmiyyətin təhsil və İKT-yə əsaslanan inkişafdan asılılığı;
  • Millətin həyat səviyyəsi, dövlətin təhlükəsizliyi, təhsilin vəziyyəti və İKT tətbiqi arasında sıx əlaqə.  İqtisadi dəyişiklər mərhələsində olan Azərbaycanda təhsil sisteminin  formalaşmasının əsas istiqamətləri aşağıdakılardır:
    •  təhsilin fundamentallaşması, insanın böyük həcmdə və sürətlə elmin yeni nailiyyətləri ilə informasiyalaşdırılması yolları ilə təhsilin keyfiyyətinin artırılması;
    • təhsilin informasiya cəmiyyətinin yeni texnologiyalarına, ilk növbədə İKT-yə  istiqamətləndirilməsinin təmin edilməsi;
    • təhsilin əhalinin bütün qruplarına şamil edilməsi;
    •  təhsildə yaradıcı başlanğıcın artırılması, kompyuterin tətbiqi təhsilin keyfiyyətini yüksəltməyə imkan verən yeni informasiya təhsil texnologiyalar nəslinin yaranmasına gətirdi.   Kompyuterin təhsilə tətbiqi təhsilin ənənəvi metod və texnologiyalarının yenidən qurulmasının əsasını qoydu. Bu mərhələdə əsas rolu təhsil prosesinin idarə  edilməsində tətbiq edilən kommunikasiya texnologiyaları oynayır.
    • Azərbaycanın təhsil sistemində İKT-nin tətbiqində 3 mərhələni qeyd edə bilərik:
    • başlanğıc, təhsil sisteminin təşkili, onun idarə edilməsi və informasiyanın saxlanılmasının kompyuterin fərdi istifadəsi;
    • müasir kompyuter sistemi, internet və informasiya və kommunikasiya texnologiyalarının yaradılması ilə əlaqəsi;
    • gələcər, yəni İKT-nin təhsil texnologiyalarına əsaslanması.
    • Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və  kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi  potensialının vacib göstəricilərindən biridir. Tam əminliklə demək olar ki, bu gün  qloballaşan dünyada ölkələrin rəqabət qabiliyyəti ilk növbədə onların İKT-dən  cəmərəli istifadəsi ilə müəyyənləşməklə formalaşır.
    • İKT-nin təhsildə tətbiqi Azəebaycan vətəndaşlarının müasir  biliklərə və  bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək  mahiyyətli məsələdor. Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf  etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları cəviyyəsinə çatdırılması  ölkəmizdə priopitet istiqamətlərdən biri olub. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif layihə və tədbirlər hazirlanıb həyata keçirilib ki, bu da  ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərindən biri olmaqla  təhsil ocaqlarında İKT infrastrukturunun  qurulmasına  yönəlib. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev tərəfindən İKT-nin 2012-ci bllərə qədər cəmiyyətin müxtəlif sahələrində tətbiqi ilə baglı Milli Strategiya qəbul olunub. Həmin siyasi kursun lfdfmı olaraq Prezident İlham Əliyev tərəfindən lə ölkəmizdə informasiya  cəmiyyətinin artıq praktiki müstəvidə, bir konkret fəaliyyət planı çərçivəsində icra  olunması üçün müəyyən tədbirlər həyata kecirilir.

Məlum olduğu kimi ölkə başçısı respublikamızda, ümumiyyətlə, informasiya cəmiyyətinin qurulması ilə əlaqədar bir “Elektron Azərbaycan Dövlət Proqramı”  qəbul edib. Proqramın icrasından əldə olunan nəticələrin davam etdirilməsi və  genişləndirilməsi məqsədilə bu ilin avqustunda Prezident İlham Əliyev “Azərbaycan  respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci  illər üçün” Dövlət Proqramı”nı (Elektron Azərbaycan) təsdiqləyir. Dövlət Proqramı dörd əsas istiqamət üzrə reallaşdırılacaq: bunlar telekommunikasiya və poçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli idarəetmə orqanlarında  informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron öidmətlərin inkişafı, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, eləcə də İKT ixrac və rəqabətə davamlılığın gücləndirilməsidir. Dövlət proqramında təhsil, səhiyyə , mədəniyyət, ədiliyyə, vergilər və digər sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən  həyata keçirilməsi  planlaşdırılan  ölkə əhəmiyyətli İKT layihələri daxil edilib. Xatirladaq ki, Azərbaycan Prezidentinin sərəncamı dövlət proqramının yerinə  yetirilməsinin əlaqələndirilməsi ilə Rabitə və İnformasiya Texnologiyaları  Nazirliyinə (hazirda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) – RYTN) tapşırılıb.

Bunula yanaşı, cəmiyyətin ayri-ayri müxtəlif sahələrində də İKT geniş  tətbiqi üçün müxtəlif proqramlar qəbul olunur. Cəmiyyətdə təhsilin missiyası,  təhsilin üzərinə düşən dəzifələr çox mühüm əhəmiyyətə malikdir. Təbii ki, təhsilin qarşısındakı vəzifələrin həyata keçirilməsi, təhsilin bu günün tələblərinə cavab  verməsi məqsədilə İKT mühüm vasitə rolunu oynayır. Məhz bu nöqteyi-nəzərdən ilkin olaraq 2005-ci ilin avqustunda “Azərbaycan Respublikasının ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı” (2005-2007-ci illər) qəbul olunub. Həmin proqramin hədəfi orta ümumtəhsil məktəblərinin kompüterləşdirilməsi idi. Xüsusən də hər 29 şagird bir kompüterin düşməsi bu proqramın qarşısında duran əsas vəzifələrdən biri idi. Bu proqram çərçivəsində 2005-2007-ci illərdə 3693 məktəb 31677 kompyuter, 1103 noutbuk proyektor dəsti, 2059 UPS, 2060 çap qurğusu və digər İKT avadanlığı, 28661 kompyuter masası, 23346 stuk ilə təchiz olunub, məktəblərdə 1722 kompyuter sinfi  yaradılıb. Beləliklə, ümumtəhsil məktəblərinin V-XI siniflərdə hər 29 şagirdə 1  kompyuter nisbəti təmin edilib. Halbuki bu proqrama qədər göstərici 1000 şagirdə 1 kompyuter nisbətində idi. Amma bildiyimiz ki, təkcə kompyuterləşdirmə ilə bu işləri bitirmək olmaz. Çünki informasiya cəmiyyəti təkcə kompyuterləşdirmə ilə yox, eyni zamanda bu kompyuterlərin müasir bir şəbəkə infrastrukturunda qoşulmasını təmin etməkdir. Ona gorə də Prezident İlham Əliyev bu zərurəti və əvvəlki görülmüş işlər nəzərə alınmaqla 2008-ci ilin iyun ayında “2008-2012-ci illərdə Azərbaycan respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqda sərəncam imzalayıb.

Dövlət proqramı qeyd olunan məsələlərin səmərəli və kompleks şəkildə həllinə  yönəldilib. Proqramın əsas məqsədi təhsilin bütün pillələrində müasir informasiya və  kommunikasiya texnologiyalarının səmərəli tətbiqi və istifadəsi ilə vahid ümummilli təhsil mühitinin formalaşdırılması və bu zəmində əhalinin bütün təbəqələri üçün  keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi, habelə ölkənin təhsil sisteminin dünya təhsil məkanına inteqrasiya olunması üçün şərait yaradılmasıdır.

Məlumdur ki, təhsil sisteminin informasiyalaşdırılmasının əsas istiqamətlərindən biri də infrastrukturun inkişafıdır. Bu prosesdə RYTN və Təhsil Nazirliyi yaxından əmərdaşlıq edərək regionda analoqu olmayan “Azərbaycan Təhsil  Şəbəkəsi”ni (AZEDUNET) yaradıblar. Dövlət Proqramı çərçivəsində yaradılan AZEDUNET-in  ölkəmizin təhsil sisteminin vahid bir informasiya məkanında  birləşdirmək məqsədi daşıdışını vurğulayıb. AZEDUNET-in əsas məqsədi ölkənin bütün təhsil ocaqlarını vahid yüksəksürətli internet şəbəkəsi çərçivəsində birləşdirməkdən ibarətdir.

(ardı var...)

 

BDU-nun dosenti, i.e.n

i.e.n.dos.P.Ə.Həsənova