Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Paytaxtda yaşayış fondunun yenilənməsi

Qəza vəziyyətində olan binalar söküləcək

    Bakının şəhərsalma tarixinə qısa bir baxış kifayət edir əmin olaq ki, keçən 10-15 il ərzində şəhər rəngarəng və cəlbedici yeni sima qazanmışdır. Lakin buna baxmayaraq, biz hərdən yenə də yöndəmsiz birmərtəbəli tikililərin ultramüasir binalarla qonşuluğunun şahidi oluruq.

    Hələ sovetlər dövründə tikilən evlərin sökülməsi dalğası artıq çoxdandır ki, bizim şəhərin sakinlərinin başını artıqlamasıyla örtmüşdür. Bir çoxları üçün doğma evin sökülməsi onun həyatını kökündən çevirməklə əsl faciə olmuşdur. Əlbəttə, elə vətəndaşlar da vardır ki, belə söküntüyə yalnız sevinirlər, deyək ki, misal üçün o səbəbdən ki, onlara yeni tikililərdə daha böyük sahəsi olan, təmir edilmiş mənzillər verilmişdir. Lakin belə “məmnunların” sayı, açıq söyləsək, narazı salınanların sayından azdır.

    Belə hallar da baş verir ki, vətəndaşların bu və ya digər yerlərdən köçürülməsi məcburi tədbirə çevrilir, həmin vətəndaşların ucaltdıqları tikililər qanunsuz hesab olunur. Belə ki, insanların binaların yanından keçən qatarların səs-küyü altında yatıb-durmağa və ya elektrik gərginliyi xətlərinin bilavasitə yaxınlığında yaşamasının əyani şahidi oluruq. Belə olan hallarda söküntü yeganə düzgün qərara çevrilir...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 fevral 2016-cı il tarixli Sərəncamına əsasən Bakının bir sıra rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsi üzrə əlavə tədbirlər haqqındakı qərar bütün bu problemləri həll etməyə yönəlmişdir. Bu Sərəncamda nəzərdə tutulmuş işlərin həyata keçirilməsi Azərbaycan Respublikası Nazirlər kabinetinin 25 fevral tarixli 86 saylı qərarına uyğun aparılacaqdır.

  Qərara əsasən, Bakının 12 inzibati rayonundan 9-da yaşayış fondunun inkişafı üzrə tapşırıqlar verilmişdir. Belə ki, bu qərarda abadlaşdırma üzrə işlərin davam etdirilməsini, qəza vəziyyətində olan binaların sökülməsini və onların yerində yeni, müasir tələblərə cavab verən binaların ucadılmasını, eləcə də Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı və Xəzər rayonları ərazisində qəza vəziyyətində olan evlərdə yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutur. Yaşayış və qeyri-yaşayış binalarının sökülməsi və tikiliməsi üzrə bütün proseslər beş il ərzində yekunlaşmalıdır. Eyni zamanda, çoxlu sayda istismar üçün yararsız olan və qəza vəziyyətindəki yaşayış binalarının olduğu qeyd edilir.

 Tezliklə şəhər rəhbərliyi yaşayış və qeyri-yaşayış binalarının sökülməsi nəzərdə tutulan proqramın yerinə yetirilməsinə başlayacaq.

   Renovasiya olunacaq rayonların seçimi şəhər tikintisi potensialının hesablanması əsasında həyata keçiriləcəkdir ki, bunun üçün də əsas tələb sakinlərin razılığı olacaqdır.

 Söküləcək binaların yerində müasir yaşayış binalarının ucaldılması üçün tikinti şirkətlərinə şərait yaradılacaqdır. Öz növbəsində tikinti şirkətləri həmin evlərdə yaşamış və yeni tikiləcək binalarda mənzillərlə təmin ediləcək vətəndaşların mənzil kirayəsi haqqının ödənilməsini təmin etməyə borclu olacaqlar.  Bundan əlavə, tikinti işlərinə başlamamışdan əvvəl memarlığa aid olan razılaşdırma sənədləri də daxil olmaqla müvafiq sənədləşdirmə aparılmalıdır.

  Keçən əsrin 40-60-cı illərində Azərbaycanda bir çox binalar tikilmişdir ki, onlar artıq öz bioloji dövrlərini tamamlamış və sökülməlidirlər. Təhlil göstərir ki, bu binalar yaşayış binalarının ümumi sayının 10-12% təşkil edir. Sökülməli olan obyektlərin siyahısını yeraltı kommunikasiyalara və magistral şəbəkələrə yaxınlıqları səbindən fərqlənən – küçələr və yollar boyunca yerləşmiş evlər tamamlayır. Eləcə də “söküləcəklər” seriyasına taxta və qamış evlər də aid edilir (onların istismar müddətləri 20-25 ildir). Sözsüz ki, onlar yararsız haldadırlar, onların sökülməsi tələb olunur. Eyni zamanda, istismar müddəti 30 il təşkil edən, keçən yüzilliyin ortalarında çiy kərpic və palçıqdan tikilmiş evlər də yararsız yaşayış evləri siyahısına daxil edilmişdir.

    Qeyd etmək lazımdır ki, xaricdən daşla hörülmüş, lakin daxili arakəsmələri taxtadan olan evlər də mövcuddur. Yəni, divarları bu gün də qalmaqda davam edir, lakin arakəsmələr uçub dağıla bilər. Onların da istismar müddəti çoxdan keçmişdir. Bu gün ölkəmizin paytaxtında qəza vəziyyətində olan binaların sayı respublikaların regionlarında olan evlərdən çoxdur.

Yararsız və şəhərsalma normalarına cavab verməyən yaşayış evlərinin sökülməsi və əvəz edilməsini nəzərdə tutan proqrama əsasən Suraxanı-63, Nəsimi-226, Xətai-99, Nərimanov-219, Nizami-131, Yasamal-18, Səbail-41, Piallahı rayonundan isə 297 ev daxil edilmişdir. Gördüyünüz kimi, siyahıya əsasən ən çox yararsız vəziyyətdə olan bina Nəsimi rayonunda, ən az isə Yasamal rayonundadır. Ehtimal edilir ki, Azərbaycanda 600 minə yaxın vətəndaş sökülməsi nəzərdə tutulan binalarda yaşayırlar.

   Qeyd edək ki, əvvəllər Nazirlər kabineti Sabunçu, Binəqədi və Qaradağ rayonları üzrə də analoji qərarlar qəbul etmişdi. Beləliklə, beş il ərzində Bakının bütün rayonlarında qəza vəziyyətində bütün binalar, yaşayış və qeyri-yaşayış obyektləri söküləcəkdir.

   Bəzi rayonlarda sökülmə proqramı qismən artıq yerinə yetirilmişdir.

   Xatırladaq ki, sakinlərin köçürülməsi və qəza vəziyyətində olan binaların sökülməsinə Bakının Qaradağ rayonundan start verilmişdir.

    Ümumilikdə Qaradağ rayonu ərazisində Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonu – XX əsrin əvvəllərində tikilmiş 10 mindən çox adam yaşayan 274 qamış və taxta evlərin də sökülməsi nəzərdə tutulur.

    Nərimanov rayonunda Heydər Əliyev prospekti üzrə istismar müddəti keçmiş 8 bina sökülmüşdür. Onların yerində milli memarlıq üslubunda 4 yeni bina tikilmişdir ki, onlar da bu yaxınlarda sakinlərin istifadəsinə təhvil veriləcəkdir. Eləcə də H.Əliyev prospekti 64 və K.Rəhimov 3A ünvanında yerləşən binalar istismar üçün tamamilə hazırlanmış və istifadəyə təhvil verilmişdir. Vətəndaşlar köhnə yaşayış sahəsindən xeyli böyük, yaraşıqlı olan, tam təmir edilmiş binaları istifadə üçün əldə edəcəklər. Tikinti işləri dövründə şirkət sakinlərə qalacaqları mənzillərin kirayə haqqına görə pul ödəyəcəkdir. Nərimanov rayonunda 11301 nəfərin yaşadığı 3028 mənzilin daxil olduğu 219 binanın sökülməsi planlaşdırılır.

    Nazirlər kabinetinin qərarına əsasən Binəqədi rayonunda 1247 ailənin yaşadığı 49 çoxmənzilli binanın sökülməsi və rekonstruksiya edilməsi həyata keçirilməlidir. Həmin binalar qəza vəziyyətində olan və şəhərsalma normalarının tələblərinə cavab verməyən binalar kimi qeydə alınmışlar.. Bundan əlavə, Biləcəri qəsəbəsində yeraltı qaz sızması zonasında 166 fərdi evin sökülməsi həyata keçirilməlidir.

  Lökbatan qəsəbəsində artıq sakinlərin qəza vəziyyətində olan evlərdən köçürülməsi prosesi başladılmışdır. Seymur Orucov küçəsində yerləşən 14 evdən sahiblərinin köçürülməsi üzrə razılaşmalar imzalanmışdır, sakinlər kirayə mənzillərlə təmin ediləcəkdir.

 Rayon İcra hakimiyyətinin bildirdiyinə görə yeni binaların tikilməsindən sonra sökülmüş tikililərin sahibləri təmir edilmiş mənzillərlə təmin ediləcəklər ki, onların sahəsi əvvəlki yaşayış sahələrindən 10 kvadrat metr çox olacaqdır.

 Xəzər rayonunun icra hakimiyyətinə yaxın günlərdə mənzil-məişət şəraitinin yaxşılaşdırılması və vətəndaşların təhlükəsizliyi üzrə fəaliyyət proqramını hazırlanmış və  Nazirlər kabinetinə təqdim edilməsi tapşırılmışdır.

    Eyni zamanda qeyd etmək lazımdır ki, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər barədə qərarın icrası ilə bağlı 2016-cı il mart ayının 4-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Xəzər və Pirallagı rayonlarının İcra Hakimiyyətinin başçıları və müavinləri, o cümlədən həmin rayonların Baş memarlarının iştirakı ilə toplantı keçirilmişdir.

Komitənin sədri Abbas Ələsgərov toplantı açaraq bildirmişdir ki, bu toplantının keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 26 fevral tarixli Sərəncamının və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarının icrası ilə bağlı müzakirələr aparmaq və Komitə tərəfindən metodiki yardım göstərilməsini təmin etməkdir.

A.Ələsgərov qeyd etdi ki, burada əsas məqsəd sahibkarlar üçün maneələrin aradan qaldırılmasıdır. Bu da gələcəkdə yeni iş yerlərinin yaradılması deməkdir. Sahibkarlar isə öz növbəsində şəhərsalma və tikinti normalarına riayət etməlidirlər.

Komitə sədri A.Ələsgərov bu sahədə müəyyən problemlərin mövcud olduğunu bildirdi və vurğuladı ki, “Bunlar əsasən tikintinin sıxlığı və tikinti əmsalına riayət olunmamasıdır. Ən yüksək sıxlıq Nəsimi rayonunda müşahidə olunur. Bununla ələqədar söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsi daha məqsədəuyğundur. Planlaşdırma işləri üçün 1(bir) hektardan 7 (yeddi) hektaradək ərazinin ayrılması tövsiyə olunur. Yaşayış binalarının tikinti layihələrində mənzillərin havalandırılması və işıqlandırılması qaydaları pozulur, bəzən tikilən binaların 4 divarına cəmi 1 pəncərə düşür, mərtəbələrdə mənzillərin sayı isə 8-dən çoxdur və mərtəbənin yaşayış sahəsi yol verilən normadan artıqdır. Məgər biz şəhərin mərkəzində çoxmərtəbəli yataqxanalar yaradırıq?! Bunlara daha icazə vermək olmaz”.

Komitə sədri A.Ələsgərov toplantı iştirakçılarına müraciət edərək bildirdi ki, müfəssəl planların hazırlanması ilə bağlı Komitə hər cür yardım göstərməyə hazırdır. Ərazi planlaşdırma sənədlərinin hazırlanması sadələşdirilməklə onların qiymətləri əhəmiyyətli dərəcədə azaldılacaqdır.

Sonra ərazi planlaşdırma sənədləri, müfəssəl planlar barədə nümunələr, o cümlədən Bakı şəhəri üçün işlənilmiş ərazi planlaşdırma sənədləri barədə təqdimat nümayiş olundu və nümayiş olunan sənədlərlə bağlı geniş məlumatlar toplantı iştirakçılarının diqqətinə çatdırıldı. Nümunə üçün şəhərin Nizami rayonunun ərazisində 5,9 hektar ərazini təşkil edən sökülməsi nəzərdə tutulan məhəllənin ərazi planlaşdırılması layihə təklifi də nümayiş olundu. Nümayis olunan ərazi planlaşdırılması layihəsində sökülməsi nəzərdə tutulan binalar ilə yanaşı mövcud binaların perspektiv inkişafı fonunda ərazinin tikinti sıxlığı və tikinti əmsalı, mərtəbəliliyi, abadlaşdırılması və sair öz əksini tapmışdır. Bu da mövcud müfəssəl planda düzəlişlər olunması deməkdir. Həmçinin söküləcək ərazilərdə yaşıllıq və sosial-infrastruktur obyektlərinin yerləşdirilməsinin daha məqsədəuyğunluğu tövsiyyə olundu. 

  “Xruşovkalar” sökülməlidirmi?

    Sovet vətəndaşlarının ayrıca mənzil haqqındakı xəyallarının təzahürü olan – “xruşovkalar” – bu gün yalnız keçmişin qalığı kimi qəbul edilir və müasir yaşayış mikrorayonlarının fonunda bir yaramazlığa çevrilmişdir. Müharibədən sonrakı illərdə milyonlarla ailə bütün ölkə boyunca zirzəmilərdə, kommunal mənzillərdə və barak növlü yataqxanalarda yaşamağa məcbur idi. 1950-ci illərin əvvəllərində keçmiş Sovet İttifaqı hökuməti memarlar qarşısında kütləvi yaşayış evləri tikintisini işə sala biləcək layihələr hazırlamaq vəzifəsi qoymuşdu. Bu halda maksimum dərəcədə dövlət vəsaitlərinin qənaətinə də nail olmaq lazım idi. Yığma evlər üçün dəstləyici detalların hazırlanması üzrə zavodların tikintisi ideyasını Fransadan əxz etdilər. Tikinti qiymətinin ucuzlaşdırılması üçün bütün mövcud yaşayış standartlarını radikal şəkildə aşağı salmaq qərarı qəbul edilmişdi. Beləliklə, 5-6 kv.m. mətbəxi, qarışıq sanitariya qovşağı, iç-içə xırda otaqları olan evlər peyda oldu. Lakin həmin binalar özlərini olduqca davamlı kimi göstərə bildi, belə ki, həmin binalarda cari təmir işlərini aparmaq və kommunikasiyaları yeniləmək mümkün olarsa onlar hələ bir iyirmi il də xidmət göstərə bilər. Beşmərtəbələr qəza vəziyyətində olan hesab edilmir və mövcud söküntü və köçürmə proqramına daxil deyil, lakin onlar yaşamaq üçün rahatsızdır. Güman ki, gələcək perspektivdə bu gün sökülməyənlər kateqoriyasına aid olan binalardan da qurtulmaq zamanı gələcəkdir.

  Bakıda köhnəlmiş yaşayış binalarının sökülməsi proqramı 2030-cu ilə qədər tamamilə başa çatdırılmalıdır.

(ardı var...)

 

İradə Bəkirzadə,

Ərazilərin mühəndis təminatı,

layihə işləri və elm şöbəsinin əməkdaşı