Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycanın milli brendi: Ulduz şokoladları

 

Şokolad istehsalı dünyada  ən mürəkkəb və qabaqcıl texnologiyalarla təchiz edilmiş sahələrdən biridir. Qətiyyətlə demək olar ki, şokolad və şokolad məmulatları istehsalı biznesin ən maraqlı və gəlirli istiqamətlərindəndir.

Keyfiyyətli şokolad əldə yox, ağızda əriyir, hamar, parlaq örtüyə malik olub, gözəl kakao ətri verir. “Şokolad” beynəlxalq söz olmasa da, bütün dillərdə anlaşılır. Şokolad qədim zamanlardan bütün dünyada çoxlu sayda qənnadı məmulatları arasında milyonlarla insanların həmişə sevdiyi ləziz qida məhsulu olmuşdur.

Lakin bu gözəl məhsul yalnız unikal dada malik deyil, o, həm də insan sağlamlığına birbaşa təsir göstərir. Ona görə də qətiyyətlə demək olar ki, bəşəriyyətin sağlam gələcəyi ekoloji təmiz məhsulların istehsalından bilavasitə asılıdır. İndi dünyanın bir çox ölkələrində ekoloji təmiz qida məhsullarının istehsalına və idxalına xüsusi diqqət yetirilir. Elə Azərbaycanda da ekoloji təmiz qida məhsulları istehsalı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmizdə qida sənayesinin inkişafı böyük önəm daşıyır.

Bu gün Azərbaycan dünyanın ən sürətlə inkişaf edən və rəqabətədavamlı iqtisadiyyata malik ölkələrindəndir, beynəlxalq reytinqlərin hesabatlarında müsbət mənada daim ön sırada dayanır. Ölkədə sahibkarlara yaradılan münbit şərait, əlverişli iqtisadi mühit və möhkəm hüquqi əsasları olan qanunvericilik bazası iqtisadiyyatın bütün sahələrində olduğu kimi, qida sənayesinin də inkişafına təkan verir. Prezident İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğı, sahibkarların müdafiəsi ilə bağlı etdiyi son çıxışlar, müvafiq fərman və sərəncamlar ölkə sahibkarlarını daha yaxşı işləməyə sövq edir. Yerli sahibkarlığın inkişaf etdirilməsi, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması ölkə başçısının daim diqqət mərkəzindədir və bu istiqamətdə iş adamlarına lazımi şərait yaradılmışdır.

Elə  bu yaxınlarda, aprelin 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı demişdir: “Azərbaycanda qeyri-neft sənayesinin beş faizdən çox artması, əlbəttə, həm göstəricidir, həm də yaxşı ümidlər verir ki, Azərbaycanda qeyri-neft sektoru daha da sürətlə inkişaf edəcək. Qeyri-neft sektoru bu gün Azərbaycan iqtisadiyyatının əsas hissəsini təşkil edir. Biz buna nail olmuşuq və gələcəkdə, əlbəttə, çalışmalıyıq ki, qeyri-neft sektoru bizim ixrac strukturumuzda da daha böyük çəkiyə malik olsun. Azad sahibkarlığın, azad rəqabətin inkişafı sürətlə gedir. Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək”.

Azərbaycanda şokolad istehsalının inkişafı ötən əsrin ikinci yarısına təsadüf edir. Bu, elə bir dövr idi ki, ölkə iqtisadiyyatı inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçirdi və bunun üçün də müəyyən vaxt lazım idi. Ölkədə iqtisadi islahatların aparılması, yerli və xarici sahibkarlara münbit şəraitin yaradılması bu işi sürətləndirdi. XXI əsrin ilk addımları doğma respublikamız üçün uğurlu oldu.

Düzdür, əvvəllər əhali Rusiya, Polşa, Ukrayna, Moldova istehsalı olan şirniyyatlara üstünlük verirdi.  Bəzən ölkəyə keyfiyyətsiz, saxlama müddəti ötmüş məhsullar da gətirilirdi. Lakin indi yüksək keyfiyyətli, ləziz Azərbaycan şokoladı, nəinki milli brendə çevrilmiş, habelə xarici bazarlara da yol tapmışdır. Bu missiyanı öz üzərinə respublikamızda özəl sektorun ilklərindən olan “Veysəloğlu” şirkətlər qrupunun tərkibinə daxil olan “Ulduz” şokolad fabriki götürmüş və bu gün bu işin öhdəsindən layiqincə gəlməkdədir.

2001-ci ildə bu fabrik fəaliyyətə başlamaqla daxili istehsala, qənnadı məmulatları və qida məhsulları sənayesinə yeni keyfiyyət, yeni dad gətirdi. Yerli bazara müxtəlif çeşiddə şokoladlar təklif edən fabrikin məhsulları qısa bir vaxt ərzində istehlakçıların rəğbətini qazandı. Fabrikin məhsullarına olan tələbat gündən-günə artdı. Keyfiyyətli məhsul, göz oxşayan qablaşdırma, çeşid bolluğu, sərfəli qiymət və yüksək xidmət istehlakçıların sayının sürətlə artmasına səbəb oldu.

İndi  “Ulduz” şokolad fabriki ən müasir standartlara cavab verən, ekoloji təmiz, gigiyenik baxımdan təhlükəsiz şirniyyatlar, çeşidli karamellər istehsal edən müəssisə olub,  keyfiyyətli məhsulları ilə istehlakçıların xidmətindədir. 
Fabrik yarandığı gündən Azərbaycanın qida sənayesində mühüm yer tutan, istehlakçıların etibar etdiyi, eyni zamanda, beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edən müəssisələrdəndir. 15 il əvvəl fəaliyyətə başlamış fabrik ölkə iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafında mühüm rol oynamaqla, bu sahənin rəqibi olmayan liderinə çevrilmişdir.

Fabrikdə tam avtomatlaşdırılmış müasir avadanlıqların tətbiqi sayəsində məhsul istehsalı xeyli artmış və dünyanın ən qabaqcıl müəssisələri ilə rəqabət apara biləcək iş şəraiti yaradılmışdır.  “Ulduz” şokolad fabriki “Ritm”, “Rocky”, “Tango”, “Xonça”, “Seasons”, “Sema”, “Wedding” və digər məhsulların müxtəlif çeşidləri ilə xarici bazarlarda da böyük nüfuz qazanıb. 2014-cü ilin əvvəlindən “Topnut” markalı “Draje” və “Çırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı “Karamel” xətlərinin işə salınması ilə müəssisə öz fəaliyyət sahəsini daha da genişləndirmişdir.

Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.

Keyfiyyətə daim önəm verən müəssisə rəhbərliyi dünya təcrübəsindən də bəhrələnir.  Müəssisənin əməkdaşları Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmişlər. Müəssisə rəhbərliyi iş prosesində keyfiyyət məsələsini daim diqqət mərkəzində saxlayır. Fabrikin məhsulları beynəlxalq standartların bütün tələblərinə cavab verir və həm yerli, həm də xarici bazarlarda istehlakçı etibarı qazanmışdır. Belə ki, “Ulduz” fabriki beynəlxalq İSO 9001:2008-Keyfiyyət İdarəetmə Sistemi, İFS (Beynəlxalq Qida Standartı), BRC (İngilis Pərakəndəçilər Birliyi Standartı), İSO 22000:2005 (Qida Təhlükəsizliyi İdarəetmə Sistemi Standartı), İSO 10002:2004 (Müştəri Məmnuniyyəti Standartı), OHSAS 18001:2007 (Əməyin Mühafizəsi və Texniki Təhlükəsizlik) və digər sertifikatları almış özəl şirkətdir. Hazırda “Ulduz” şokolad fabrikinin fəaliyyəti FSSC 22000 (Qida Təhlükəsizliyi Sistemi Standartı), PAS 220 (Qida İstehsalçıları üçün Yeni Qida Təhlükəsizliyi Standartı) standartlarına tam uyğundur.
Onu da qeyd etmək lazımdır ki, “Ulduz” fabriki BRC, İFS standartlarını alan ilk Azərbaycan müəssisəsidir. FSSC 22000 və PAS 220 standartları dünyanın qabaqcıl şirkətləri olan NESTLE, UNILEVER, DANONE və KRAFT tərəfindən hazırlanıb və həmin standartların tətbiqinə görə “Ulduz” fabriki Azərbaycanda ilk olaraq bu sertifikata layiq görülüb. Bu gün müəssisədə  200-dən artıq işçi çalışır. Məhsul istehsaldan istehlaka qədər mərhələ-mərhələ yüksək ixtisaslı mütəxəssislərin nəzarəti və müayinəsi ilə hazırlanır. Müəssisədə hazırlanan məhsulların analizi üçün peşəkar laboratoriya fəaliyyət göstərir.

Fabrikdə qida və qeyri-qida məhsullarının saxlanılması üçün ən müasir avadanlıqlar ilə təchiz olunmuş anbar binası bu sahənin ekspertləri tərəfindən yüksək qiymətləndirilmişdir. Fabrikin müxtəlif çeşiddə məhsulları həm Azərbaycanın bütün bölgələrinə göndərilir, həm də dünyanın 20-dən çox ölkəsinə, o cümlədən Rusiya Federasiyasının iri şəhərlərinə, həmçinin Ukrayna, Belarus, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Yəmən, Fələstin, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrə ixrac edilir. 

 “Ulduz” şokolad fabriki hər il Almaniya, Rusiya, Hollandiya, İran və Birləşmiş Ərəb Əmirliklərində  keçirilən beynəlxalq sərgilərdə ölkəmizi layiqincə təmsil edir. Belə ki, müəssisə Rusiya, Türkiyə, Almaniya, Hollandiya və BƏƏ-də keçirilən beynəlxalq sərgilərdə uğurla iştirak edərək, həmin ölkələrin müvafiq təşkilatları ilə tərəfdaşlıq müqavilələri də imzalayıb. 

Fabrikin ən böyük uğurlarından biri Moskvada  57 ölkənin 1850 şirkətinin qatıldığı “Prodekspo-2009” sərgisində innovasiya məhsulu müsabiqəsinin qızıl medalını qazanması olmuşdur. Bu sərgidə dünyanın hər yerindən gəlmiş ekspertlər “Ulduz” şokolad fabrikinin məhsullarını bəyənmiş, yüksək qiymət vermişlər. Müəssisənin mükafatları çoxdur. 2010-cu ilin fevralında “Azeri Business Award” Milli Mükafatının təqdimat mərasimində 2009-cu il ərzində iqtisadi artım göstəricisinə görə  “Ulduz” şokolad fabriki “İlin xalq markası” mükafatını almışdır.

2014-cü ildə isə fabrik Moskvada (“World Food Moscow 2014”) və Tehranda (“13th İran İnternational Confectionery Fair”) keçirilən sərgilərdə iştirak edərək, Azərbaycanın qida sektorunu layiqincə təmsil etmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstək nəticəsində müəssisənin 15 il ərzində istehsal gücü bir neçə dəfə artırılmışdır.

Lakin son illər bütün dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. İqtisadiyyatın bütün sahələrində, o cümlədən qida sektoruna da böhran öz təsirini göstərdi. Manatın devalvasiyası və üzən məzənnə siyasətinə keçdikdən sonra “Ulduz” şokolad fabriki də özünün qiymət siyasətinə yenidən baxdı. ABŞ dollarının kursunun kəskin artması, manatın devalvasiyası bu müəssisəni də bir sıra çətinliklər qarşısında qoydu. Bu azmış kimi, idxal edilən xammalın da qiyməti artdı. Bütün bunları nəzərə alan Veysəloğlu şirkəti xaricdən idxal edilən mallara 30%-dək, “Ulduz” fabrikinin istehsal etdiyi məhsullara isə 20%-dək qiymət artımını yol verilən hesab edir.

Yaxın illərdə müəssisədə yeni məhsulların istehsalı, istehsalat sahələrinin genişləndirilməsi nəzərdə tutulur. İstehsal həcminin artması yeni iş yerlərinin yaranmasına imkan verəcəkdir.

 

Yeganə MƏMMƏDOVA