Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Əsgər məktubu

Redaksiyamıza daxil olan məktublar arasında biri diqqətimizi çəkdi. Bu, əsgər məktubu idi. Məktubla tanış olduqdan sonra onu oxucularımızla paylaşmaq istədik. Məktub özü hər şeyi deyir...

Hörmətli Aytən xanım!

Salam. Bəlkə bu məktubu alarkən məni tanımadınız. Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Mahmud Sadıqov - rəhbərlik etdiyiniz “İqtisadiyyat” qəzetində mənim bir neçə məqaləm işıq üzü görüb. Yəqin, indi tanıdınız. Hörmətli Aytən xanım, necəsiniz? Redaksiyada vəziyyət  necədir? Hər kəsə məndən salam deyin. Xüsusilə də müavininiz Yeganə xanıma. İnanırsınız, o doğma “İqtisadiyyat”  qəzeti və onun mehriban, qayğıkeş kollektivindən ötrü necə  darıxmışam?!

Hörmətli Aytən xanım, sizin mənə göstərdiyiniz qayğı, hörmət və izzətin nəticəsi olaraq həyatda ən yaxın dostum olan qələmə daha sıx bağlanmışam. Tələbə ola-ola siz mənə qayğı göstərdiniz, yazılarımın respublika səviyyəli qəzet olan “İqtisadiyyat” qəzetində çapına icazə verdiniz. Məni həvəsləndirdiniz. Qısa bir zaman kəsiyində məni doğma qəzetim - “İqtisadiyyat” qəzeti vasitəsilə təhsil aldığım  akademiyada bütün professor-müəllim heyəti tanıdı və hörmətlə yanaşdılar. Hələ hörmətli deputatımız, gözəl ağsaqqal və elm insanı olan akademik Ziyad Səmədzadə ilə olan görüşümdə o insanın mənə verdiyi nəsihət və tövsiyələri heç zaman unuda bilmərəm. Yaxın dostum və böyüyüm professor İmran Cəfərzadə mənə sizlər haqqında və Ziyad müəllimlə dostluğundan çox danışıb. İmran müəllimin Ziyad müəllim haqqında dediyi o gözəl sözlər əsl həqiqətmiş. Və sizlərlə tanışlığıma çox şadam. Artıq 4 ildir ki, sizləri tanıyıram və o doğma redaksiyaya  gələrkən məni gülərüz qarşılamağınız və öz şəxsi kabinetinizə dəvət etməniz məni çox sevindirirdi. Sizdən əsl  insanlıq hörməti və analıq qayğısı gördüm. İşıq üzü görmüş 10-na  yaxın yazımı, inanın ki, bir xəzinə kimi qoruyub saxlayıram. Bir sözlə, sizlər və “İqtisadiyyat” qəzeti mənə yeni bir dünya və yeni həyat verdiniz.

Nəzərinizə çatdırım ki, Neft Akademiyasını qırmızı diplomla bitirdim. Azərbaycan Dövlət İqtisad Universitetinin magistr təhsil pilləsinə qəbul olmuşam. Hal-hazırda Daxili Qoşunların Zaqatala rayonunda  yerləşən 17074 saylı hərbi hissəsində həqiqi hərbi xidmətdəyəm. Buna görə uzun müddətdir ki, sizlərlə əlaqə qura bilmirəm. Bir neçə dəfə məktub yazmağı  planlaşdırdım. Düzü, bir az utancaqlıq edib yaza bilmədim. Amma axırda bu məktubu yazdım. Aytən xanım, hərbi hissəmizdə mənə bir ziyalı və fəal əsgər kimi bütün komandir heyəti böyük hörmət gostərir. Hərbi xidmətimin sonuna 3 ay qalıb. İyulun 1-də təxris oluram. İnşallah, sentyabrda o doğma redaksiyaya gələcəyəm.

Bir daha hər kəsə salamlarımı çatdırıram. Əllərinizdən öpub, “hələlik”, - deyirəm...

 

Dərin hörmətlə,

tələbəniz, əsgər Sadıqov Mahmud

DaxiliQoşunlar 17074 saylı hərbihissə,

Zaqatala rayonu Mazıx kəndi

26.03.2016