Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ümummilli liderin kitab və kitab nəşri haqqında müdrik fikirləri kitab halında oxuculara təqdim edildi

 

"Mən orta məktəbdə oxuyarkən Azərbaycan şairlərinin, yazıçılarının bütün əsərlərini sevə-sevə oxumuşdum, onları bu gün də unutmamışam. Bəlkə də bu əsərlərin bəzilərini ondan sonra oxumamışam, ancaq o illərdə - o uşaqlıq, gənclik illərində onlar mənə o qədər təsir edib ki, mən onları unutmamışam. Bu “oxumuşam, unutmamışam” sözləri sadəcə bir fikir deyil. Yəni onlar mənə təsir edib, mən onlardan bəhrələnmişəm, mənəvi qida almışam, ədəbiyyatla, mədəniyyətlə daim bağlı olmuşam."

Heydər Əliyev,

Ümummilli lider


 

Bu yaxınlarda "Mürtəcim" Nəşriyyat-Poliqrafiya Mərkəzində "Ulu Öndər Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri" adlı kitab çap olunmuşdur.

Qeyd etmək lazımdır ki, ümummilli liderin kitab və kitab nəşri haqqında müdrik fikirləri ilk dəfədir ki, toplu halında çap olunur.

Kitabda Azərbaycan tarixini, mədəniyyətini və ədəbiyyatını dərindən bilən, onu böyük məhəbbətlə sevən və yüksək qiymətləndirən xalqımızın ümummili lideri, müstəqilliyimizin memarı, dünya şöhrətli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin kitab və kitab nəşri haqqında müdrik fikirləri toplanmışdır.

Ulu öndər xüsusi olaraq vurğulayırdı ki: - “Həm kitabları yazıb-yaratmaq, həm də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün mümkün olan bütün tədbirləri görməliyik. Mən respublikanın prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram”.

  • "Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir".
  • "Kitabi-Dədə Qorqud" nitqimizin, dilimizin, mənəviyyatımızın, ruhumuzun nəğməsi kimi də böyük mədəni-estetik əhəmiyyət kəsb edir".
  • "Kitabi-Dədə Qorqud" milli varlığımızın mötəbər qaynağıdır".
  • "Kitabi-Dədə Qorqud" ensiklopediyasının yaranma ideyası da məhz Anara məxsusdur".
  • "Kitabi-Dədə Qorqud" dastanı bütün türk dünyasına məxsusdur, onun vətəni Azərbaycan, sahibi Azərbaycan xalqıdır, müstəqil Azərbaycan dövlətidir".
  • "Biz öz tariximizlə, mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və fəxr etməyə haqqımız vardır. Həqiqətən də, "Kitabi-Dədə Qorqud" dastanı kimi böyük elm, mədəniyyət, ədəbiyyat abidəsi olan xalq öz tarixi ilə fəxr edə bilər".
  • "Kitabi-Dədə Qorqud" eposunun Almaniyanın Drezden şəhərinin Kral Kitabxanasında saxlanılan əlyazmasının Azərbaycan Respublikası Prezidentinə bağışlanmış faksimilesi Azərbaycan Elmlər Akademiyasının Məhəmməd Füzuli adma Əlyazmalar İnstitutuna verilsin".
  • "O vaxt yubiley günlərində biz "Dədə Qorqud" eposunun, Azərbaycan dilində yazılmış eposun Drezden kitabxanasında saxlanılan nüsxəsinin surətini almaq istəyirdik. O, indi gəlib çatıbdır. Mən onu sizə təqdim etmək istəyirəm. Hesab edirəm ki, Azərbaycanın bu günü və gələcəyi üçün ən böyük nailiyyətlərdən biridir ki, biz "Dədə Qorqud"u repressiyadan xilas etdik, xalqımıza qaytardıq. Nəhayət, onun əlyazmasının, indiyə qədər Drezden kitabxanasında qorunub-saxlanılan əlyazmasının surətini biz Azərbaycana gətirmişik. Mən bunu Əlyazmalar İnstitutuna təqdim edirəm".
  • “Mən Tretyakov Qalereyasının 25 cildlik kitablar külliyyatından qədim rus rəngkarlığına dair birinci cildi lütfkarlıqla mənə hədiyyə etdiyinə görə, habelə Tretyakov Qalereyası əsərlərinin Bakıda sərgisinə görə Dövlət Tretyakov Qalereyasının direktor müavini Raisa Litvinovaya təşəkkürümü bildirirəm və hesab edirəm ki, bu sərgini əsl mənada böyük hadisə adlandırmaq olar”.

Kitab Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının 19.02.2016-cı il tarixli iclasının qərarına (protokol № 9) əsasən çap olunmuşdur.

Layihənin rəhbəri Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, fəlsəfə doktoru, dosent Knyaz Aslandır. Tərtib edəni filologiya üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti Kitabxanaşünaslıq və nəşriyyat işi kafedrasının dosenti Rasim Süleymanovdur. Redaktoru filologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının dosenti Əliş Mirzallıdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

 

B.A.Ələsgərov

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin

vitse-prezidenti, elmlər doktoru