Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
9-15 may 2019-cu il
18 (1066)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

“Büdcə xərclərinə nəzarəti və maliyyə intizamını gücləndirmək, gəlirlərdən səmərəli istifadəni təmin etmək cəmiyyəti daim qayğılandıran məsələlərdəndir. Şəffaflıq olmadan qazanılan iqtisadi uğurların davamlılığını və sosial rifahı təmin etmək mümkün deyildir. Əldə olunan iqtisadi nailiyyətlər və sosial tərəqqi müdrik Heydər Əliyev tərəfindən əsası qoyulan və hazırda uğurla davam etdirilən strategiya nəticəsində mümkün olmuşdur. Çox xoşdur ki, Azərbaycanın indiyə kimi qazandığı iqtisadi uğurlar və hazırda həyata keçirdiyimiz islahatlar dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən lazımınca qiymətləndirilir. Bu isə öz növbəsində, bizim hər birimizdən daha şəffaf və səmərəli işləməyi tələb edir. Şəffaflıq, eyni zamanda, korrupsiyaya qarşı mübarizədə nəzarət orqanlarının işini asanlaşdırır”.

İlham ƏLİYEV,

    Azərbaycan Respublikasının Prezidenti

 

Azərbaycan auditi 2015-ci ildə

Dünyada baş verən iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  həyata keçirilən məqsədyönlü iqtisadi islahatlar və uzaqgörən  iqtisadi siyasət nəticəsində 2015-ci ildə ölkə iqtisadiyyatı  uğurla inkişaf  etmiş və bir çox  nailiyyətlər əldə olunmuşdur.

Belə ki, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Bu da son illər ərzində aparılan iqtisadi islahatların, qeyri-neft sektorunun inkişafının nəticəsidir. 2015-ci ildə ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir.

Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də  bütün sosial proqnozlar icra edilmişdir. Heç bir ixtisar olmamış və insanlara daha da böyük məbləğdə, yəni 415 min nəfər şəxsdən ibarət olan ailələrə dövlət büdcəsinin vəsaiti hesabına 206,0 milyon manat məbləğində ünvanlı dövlət sosial yardımı verilmişdir. Yüz mindən çox yeni iş yerləri açılmışdır ki, onlardan 84 mini daimi iş yeridir. Dövlət İnvestisiya Proqramında nəzərdə  tutulmuş sosial  infrastruktur layihələrinin hamısı  icra edilmişdir.

Beynəlxalq iqtisadi və maliyyə  qurumları  Azərbaycanda iqtisadi sahədə aparılan siyasəti yüksək qiymətləndirirlər.  Dünyanın ən böyük və mötəbər qurumlarından biri olan Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabət  qabiliyyətliliyinə görə 40-cı yerə  layiq görmüşdür. Aparıcı reytinq  agentlikləri 2015-ci ildə  Azərbaycanın  müsbət  reytinqlərini bir daha təsdiq etmişlər. Bütün bunlar çox böyük nailiyyətlərdir.

Bu nailiyyətlər ölkə prezidentinin siyasi iradəsinin, ölkədə  biznes mühitinin əhəmiyyətli  dərəcədə  yaxşılaşdırılması üzrə  iqtisadi islahatların uğurla həyata  keçirilməsinin bariz nümunəsidir.

2015-ci hesabat ili bütün dünyada maliyyə nəzarətinin sivil forması kimi qəbul  edilən auditor xidmətinin inkişafı üçün də uğurlu  olmuşdur.

Auditorlar Palatası 2015-ci ildə öz fəaliyyətini “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na, habelə Palata Şurasının 2014-cü il 16 dekabr tarixli 258/1 saylı qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planına və Palata Şurasının 2015-ci il üzrə iş planına, Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasına (2012-2020-ci illər), eləcə də, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) həqiqi üzvü kimi üzərinə götürdüyü öhdəliklərə və digər sənədlərə müvafiq olaraq qurmuşdur.

Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planı auditin təşkili və tənzimlənməsi; xarici audit təcrübəsinin öyrənilməsi və beynəlxalq audit standartlarının tətbiqi; auditin keyfiyyətinə nəzarət və audit sahəsində şəffaflığın təminatı; müasir tələblərə cavab verən auditor kadrlarının hazırlanması və yenidən hazırlanması; auditor xidmətinin tədrisinə və təbliğinə dair sistemli tədbirlərin həyata keçirilməsi; Palata sistemində maliyyə-informasiya sisteminin təkmilləşdirilməsi kimi mühüm istiqamətləri əhatə etmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatası Əsasnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarla yanaşı, bir sıra mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramlarının icrasında da iştirak etmişdir. O cümlədən:

 Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı göstərə bilərik.

“Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Auditorlar Palatasının 2015-ci il üzrə iş planında Auditorlar Palatasının öz fəaliyyəti barədə ictimaiyyətə müntəzəm məlumat verilməsi, maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətində şəffaflığın artırılması, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi,  maraqlar toqquşmasının qarşısının alınması və maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, etik davranış qaydalarının təkmilləşdirilməsi, audit xidmətlərinin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirmə və digər sahələr üzrə fəaliyyət istiqamətləri nəzərdə tutulmuşdur. Hazırda göstərilən sahələr üzrə Auditorlar Palatası fəaliyyətini müntəzəm davam etdirir. 

Konkret olaraq, Milli Fəaliyyət Planının icrası istiqamətində aşağıdakı işlər görülmüşdür:

“Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin üzərində təkmilləşdirmə işləri aparılmış və layihənin müzakirəsinə həsr olunmuş “Dəyirmi masa” keçirilmişdir.

İctimai maraq kəsb edən qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikasının Ədliyyə, Vergilər, İqtisadiyyat Nazirliklərinin,  Mərkəzi Bankın, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Dövlət İqtisad Universitetinin, habelə auditor təşkilatlarının nümayəndələri iştirak etmişlər. Həmin qurumların rəy və təklifləri nəzərə alınaraq layihənin son versiyası onlara təqdim edilmiş və qanun layihəsinin başa çatdırılması üzrə işlər davam etdirilir.

      Auditorlar Palatasının iş planına uyğun olaraq, 2015-ci ildə  aşağıdakı normativ sənədlər hazırlanmış və Palata Şurasının müvafiq qərarları ilə təsdiq edilmişdir:

- “Auditor xidməti sahəsində araşdırma və intizam tədbirləri sistemi”;

- “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətinə ictimai nəzarətə dair” Əsasnamə;

- “Auditin dəyərinin müəyyənləşdirilməsi metodikası”;

- “Audit Komitəsi haqqında nümunəvi Əsasnamə”;

- “Turizm müəssisələrində audit aparılmasına dair proqram”

- “Əlaqəli xidmətlərin göstərilməsini tənzimləyən normativ metodik baza”;

- “Direktorlar Şurasının audit üzrə işinin təşkilinə dair” Metodik göstəriş;

- “Audit komitəsinin işi sahəsində ali idarəetmə orqanları ilə münasibətlərin təşkilinə dair” Tövsiyələr;

- “Milli audit təşkilatları üçün nümunəvi firmadaxili audit standartlarının hazırlanmasına dair”  Metodik göstəriş;

- “Azərbaycan Respublikasının Auditorlar Palatasına üzvlük haqqında” Əsasnamə;

-  “Auditin statistik göstəricilər sistemi”;

- “Azərbaycan Respublikasının  Auditorlar Palatasında çağrı mərkəzinin fəaliyyətinin təşkili  haqqında” Qaydalar;

- “Auditin aparılması və sənədləşdirilməsinə dair” Təlimat;

- “Azərbaycan Respublikasının Auditorlar Palatasında kargüzarlığın aparılmasına dair  Təlimat”;

- “Azərbaycan Respublikası   Auditorlar  Palatasının mükafatları haqqında» Əsasnamə.

“Dövlət orqanlarının öz fəaliyyəti barədə illik məruzələr tərtib etməsi və internet səhifələrində açıqlaması” bəndinə uyğun olaraq, Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin nəticələrinə dair hazırlanmış geniş hesabat 2015-ci ilin birinci rübündə jurnal formatında nəşr etdirilərək rəsmi qaydada Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmiş, habelə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Vergilər, İqtisadiyyat nazirliklərinə, Maliyyə Bazarlarına Nəzarət Palatasına, Mərkəzi Banka, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına, habelə ingilis dilinə tərcümə edilərək Palatanın əməkdaşlıq etdiyi  beynəlxalq təşkilatlara göndərilmiş və Palatanın internet səhifəsində yerləşdirilmişdir. 

 

“Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün

Milli Fəaliyyət Planı” üzrə:

“Dövlət qurumlarının rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaşların birbaşa, o cümlədən, səyyar qəbulunun təşkili” bəndinə uyğun olaraq hər ilin sonunda olduğu kimi, 2015-ci ilin sonunda Palata rəhbərliyinin 2016-cı il üzrə vətəndaşların birbaşa qəbulu ilə bağlı günlər və saatlar müəyyən olunmuş, qəbul qrafiki məlumat qaydasında Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmiş, Palatanın girişində hamının görə biləcəyi yerdə elan lövhəsində asılmış və Palatanın internet səhifəsində yerləşdirilmişdir.

“Maraqlar toqquşmasının qarşısının alınması üzrə treninqlərin təşkili”  bəndinə uyğun olaraq məqsədli  auditor xidməti bazarında haqsız rəqabət hallarının və maraqlar toqquşmasının tənzimlənməsinə yönəldilmiş tədbirlər görməkdən ibarət olan və Palata Şurasının müvafiq qərarı ilə təsdiq edilmiş “Auditor xidmətində haqsız rəqabət hallarının və maraqlar toqquşmasının qarşısının alınmasına dair Təlimat”ın şərhi ilə əlaqədar 2015-ci ilin ikinci yarımilliyində Auditorlar Palatasında  auditor təşkilatlarının və sərbəst auditorların iştirakı ilə seminar keçirilmişdir. 

Palatanın 2015-2017-ci illər üzrə  iş planına uyğun olaraq Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabat hazırlanmış və təsdiq edilərək  Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyəti Planı”nda və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin Auditorlar Palatası tərəfindən 2015-ci ildə yerinə yetirilməsinə dair hazırlanmış hesabata əlavə edilmiş və  Azərbaycan Respublikasının Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamının 3.1-ci bəndinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına göndərilmişdir.

Hesabat ili ərzində 3 auditor təşkilatı və 2 sərbəst auditor tərəfindən audit aparılarkən etik davranış qaydalarının pozulması halları müəyyən edilmişdir. Aşkar edilmiş hər bir fakt üzrə araşdırma aparılmış və nəticəsi  Auditorların Peşə Etikası Komitəsində, Keyfiyyətə nəzarət Komitəsində, Palata rəhbərliyinin yanında və Palata Şurasında müzakirə olunmuş, pozuntuya yol vermiş iki sərbəst auditora və iki auditor təşkilatının rəhbərliyinə rəsmi xəbərdarlıq olunmuş, o cümlədən, bir auditor təşkilatına nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün üç ay vaxt verilmiş və bir auditor təşkilatının lisenziyası ləğv edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Prezidentinin Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Auditorlar Palatası Şurasının 2015-ci il 1 oktyabr tarixli qərarına əsasən 2015-ci il 1 noyabr tarixindən etibarən “Sərbəst auditorların və auditor təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlamaları iki il müddətinə dayandırılmışdır.

Auditorlar Palatası tərəfindən auditor  xidimətinin təşkili və tənzimlənməsi 2015-ci il ərzində diqqət  mərkəzində duran məsələlərdən biri  olmuşdur.

Auditorlar Palatasında auditor təşkilatlarının və sərbəst auditorların akkreditasiyası və reyestri beynəlxalq təcrübə nəzərə alınmaqla hazırlanmış və Palata Şurasının 2014-cü il 27 dekabr tarixli 259/1 saylı qərarı ilə təsdiq edilmiş “Auditorların və auditor təşkilatlarının qeydiyyatına və akkreditasiyasına dair metodik göstəriş”ə uyğun olaraq aparılır.

2015-ci il ərzində 39 sərbəst auditorun, 56 auditor təşkilatının (o cümlədən, 4 xarici auditor təşkilatının filialı və nümayəndəliyi) və 18 xarici investisiyalı auditor təşkilatının auditor fəaliyyətini həyata keçirmək hüququ olmuşdur.

39 sərbəst auditor və 56 auditor təşkilatı tərəfindən Auditorlar Palatasına öz fəaliyyətlərinə dair hesabatlar təqdim edilmişdir. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilmişdir ki, hesabat dövründə təsərrüfat subyektləri ilə  49 106 089,0manat məbləğində  3094  müqavilə bağlanmışdır. 2014-cü il ilə müqayisədə 2015-ci ildə bağlanmış müqavilələrin sayı 3487-dən 3094-ə qədər, yəni 393 ədəd və ya 11,3% azalmış, məbləği isə 46 698 157,5 manatdan 49 106 089,0manata qədər, yəni 2 407 931,5 manat və ya 5,2% artmışdır. 2015-ci il ərzində bağlanmış müqavilələrdən 40 601 128,5 manat məbləğində 2649-u  və ya  85,6%-i yerinə yetirilmişdir.

2014-cü il ilə müqayisədə 2015-ci ildə yerinə yetirilmiş müqavilələrin sayı 2995-dən 2649-a qədər, yəni 346 ədəd və ya 11,6% azalmış, məbləği 38 664 155,2 manatdan 40 601 128,5 manata qədər, yəni  1 936 973,3 manat və ya 5,0%, orta məbləği isə 12 909,6  manatdan 15 327,0 manata qədər, yəni  2 417,4 manat və ya 18,7% artmışdır;

Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında” Əsasnamə rəhbər tutulmaqla Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının qərarlarının icrasını, Beynəlxalq Audit Standartlarının, Peşəkar Mühasiblərin Etika Məcəlləsinin, Palatanın üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) qarşısındakı üzvlük öhdəliklərinin tələblərini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə Qaydalar”a və “Azərbaycan Respublikası Auditorlar Palatasının Keyfiyyətə nəzarət komitəsinin Əsasnaməsi”nə uyğun olaraq həyata keçirilir.

Auditor xidmətinin keyfiyyətinə nəzarətin daha səmərəli təşkilini təmin etmək və Auditorlar Palatasının struktur bölmələri arasında iş bölgüsünü beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin “Azərbaycan Respublikası Auditorlar Palatasının strukturunun  təkmilləşdirilməsi  barədə” 2015-ci il 1 sentyabr tarixli 1/28 nömrəli sərəncamına əsasən, Auditorlar Palatasının strukturunda müstəqil “Auditin keyfiyyətinə nəzarət” şöbəsi yaradılmışdır.

Azərbaycanda beynəlxalq tələblərə uyğun fəaliyyət göstərməyə qadir olan auditor kadrlarının hazırlanması, onların peşə-ixtisas səviyyəsinin yüksəldilməsi və təkmilləşdirilməsi məsələləri Palatanın fəaliyyətində mühüm istiqamətlərdən birini təşkil edir.

Ümumilikdə,  2015-ci il ərzində auditor adı almaq üçün və lisenziyalarının müddəti başa çatmış auditorlara keçirilən imtahanlarda 18 nəfər iştirak etmiş, o cümlədən, 10 nəfər  imtahanda iştirak etməmiş, 8 nəfər isə müvəffəq nəticə əldə etmişdir.

Tədris və davamlı peşə təhsili proqramlarında qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla 2015-ci il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramı, qrafiki və auditorların qruplar üzrə siyahısı hazırlanmış və Palata Şurasının iclasında müzakirə edilərək təsdiq edilmişdir. Təsdiq edilmiş proqram və qrafikə əsasən auditorların I və II qrupları üçün 2015-ci il 1 sentyabr tarixindən 30 sentyabr tarixinədək, III, IV və V qruplar üçün 5 oktyabr tarixindən 30 oktyabr tarixinədək ixtisasartırma kursları təşkil edilmiş və  kursların nəticələrinə dair 2015-ci il 3 oktyabr və 31 oktyabr tarixlərində imtahanlar keçirilmişdir. İmtahanlarda 142 nəfər iştirak etmiş, 21 nəfər iştirak etməmiş, qaydaların pozulmasına görə imtahandan xaric edilən olmamış, imtahanı müvəffəq balla bitirmiş şəxslərin sayı 115 nəfər olmuş, imtahanı müvəffəq balla bitirməmiş şəxslərin sayı isə 27 nəfər olmuşdur.

IFAC-ın Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tələblərinə uyğun olaraq 2015-ci il ərzində Auditorlar Palatasında 5 dəfə 80 nəfər auditora andiçmə mərasimi  keçirilmişdir.

Təsərrüfat subyektlərinin idarə edilməsinin səmərəliliyinin artırılması məqsədi ilə daxili audit xidmətinin təşkilinin və həyata keçirilməsinin hüquqi əsaslarını, daxili auditorların hüquq və vəzifələrini müəyyən edən və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 29 iyun tarixli Fərmanı ilə qüvvəyə minən “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsini təmin etmək üçün Azərbaycan Respublikasının Auditorlar Palatası və Azərbaycan Daxili Auditorlar İnstitutu daxili auditor kadrlarının hazırlanması məqsədilə, 2014-cü  ilin 1 aprel tarixindən - 1 may tarixinədək müraciət etmiş 14 nəfərə, 2015-cü ilin 19 oktyabr tarixindən  19 noyabr tarixinədək müraciət etmiş 6 nəfərə, ümumilikdə isə 20 nəfərə “Daxili auditin əsasları” mövzusunda təsdiq edilmiş proqram üzrə kurslar keçirmişdir.                                                                               

Auditorlar Palatasının müvafiq iş planına uyğun olaraq, “Auditin əsasları” üzrə kursun tədris proqramı hazırlanmış və təsdiq edilmişdir. Həmin proqrama uyğun olaraq, bütün auditor təşkilatlarının rəhbərlərinə təşkilatlarında çalışan assistent və mütəxəssislərin ixtisasartırma kursunda iştirak etmələri ilə bağlı məktublar göndərilmiş, 35 auditor təşkilatından müraciət etmiş 59 nəfər əməkdaşa 2015-ci il 1 may tarixindən 26 may tarixinədək iki qrup kurs təşkil edilmiş, kursların nəticələrinə görə dinləyicilərə sertifikatlar təqdim edilmişdir.

      Auditorlar Palatası Şurasının 2015-ci il 22 iyun tarixli 264/2 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Auditorlar Palatasına üzvlük haqqında" Əsasnaməyə uyğun olaraq, Auditorlar Palatasının məqsəd və vəzifələrinin həllində mühüm töhfəsi olan 16 nəfər şəxsə “Fəxri üzv” statusu verilmişdir.

  Ölkə prezidentinin proqram xarakterli göstərişlərini rəhbər tutaraq, müstəqil maliyyə nəzarəti sahəsində mütərəqqi dünya təcrübəsini öyrənmək və milli iqtisadiyyatın xüsusiyyətlərini nəzərə almaqla ölkəmizdə tətbiqini genişləndirmək istiqamətində həyata keçirdiyi tədbirlərə, Auditorlar Palatasının Beynəlxalq Mühasiblər Federasiyası (IFAC) qarşısında götürdüyü üzvlük öhdəliklərinə  və Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının “Beynəlxalq Audit Standartlarının tətbiqinə dair silsilə seminarların keçirilməsi” bəndinə uyğun olaraq, ölkəmizdə auditor xidmətinin Beynəlxalq Audit Standartlarına uyğunlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Bu məqsədə nail olmaq üçün IFAC-ın təsdiq etdiyi Beynəlxalq Audit Standartlarının şərhinə dair Auditorlar Palatasının üzvləri üçün 2015-ci il ərzində 19 seminar keçirilmişdir.

 2015-ci ilin 23 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nın 13.2-ci bəndinə və “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyası”na (2012-2020-ci illər) müvafiq olaraq auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi məqsədi ilə Auditorlar Palatası tərəfindən hazırlanmış «Auditor fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsinə həsr olunmuş «Dəyirmi masa» keçirilmişdir.

Azərbaycan Respublikası Auditorlar Palatasının və Azərbaycan Turizm və Menecment Universitetinin birgə təşkilatçılığı ilə 2015-ci ilin 17 mart tarixində “Azərbaycanda audit fəaliyyəti və bu sahədə kadr hazırlığına tələblər” mövzusunda seminar keçirilmişdir.

Auditorlar Palatasının, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və Mərkəzi Bankın yanında Maliyyə Monitorinq Xidmətinin (sabiq) birgə təşkilatçılığı ilə 2015-ci ilin 30 aprel tarixində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizədə auditin qarşısında duran problemlər və onun həlli yolları” mövzusunda konfrans keçirilmişdir.

Konfransda “Korrupsiyaya qarşı mübarizədə Beynəlxalq Audit Standartlarının rolu və əhəmiyyəti”, ”Auditin keyfiyyətinin müasir vəziyyəti və onun yüksəldilməsi yolları”, “Korrupsiyanın azaldılmasında daxili auditin rolu və əhəmiyyəti: vəzifələr və öhdəliklər”, “Beynəlxalq audit təcrübəsində antikorrupsiya tədbirləri”, "Auditin qanunvericilik bazasının təkmilləşdirilməsi zərurəti” mövzularında məruzələr dinlənilmiş, mövzular ətrafında müzakirələr aparılmışdır.

Azərbaycan Respublikasının Auditorlar Palatasında auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsinə dair hesabatın müzakirəsinə dair 2015-ci ilin 30 iyun tarixində “Dəyirmi masa” təşkil edilmişdir. Tədbirdə Auditorlar Palatasının üzvləri, əməkdaşları və Palatanın Şurası yanında komitə sədrləri iştirak etmişlər. “Dəyirmi masa”nın nəticələri barədə məlumat “İqtisadiyyat” qəzetində dərc etdirilmişdir.

Auditorlar Palatasının əməkdaşları və üzvləri 2015-ci il ərzində aşağıdakı  beynəlxalq tədbirlərdə iştirak etmişlər:

  • 2015-ci il 27-28 aprel tarixlərində Audit və Mühasibatlıq Standartları üzrə Təcrübə Cəmiyyətinin “Avropa İttifaqının tələbləri və ən yaxşı beynəlxalq təcrübənin mübadiləsi üzrə mühasibat uçotu və audit qanunvericiliyinin müasirləşdirilməsi” mövzusunda keçirilmiş iclasında;
  • 2015-ci il 5 may tarixində ACCA (Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası) və ecoDA-nın (Direktorlar Assosiasiyalarının Avropa Konfederasiyası) birgə təşkilatçılığı ilə Brüssel şəhərində keçirilmiş korporativ idarəetmə tədbirində;
  • 2015-ci il 1 iyun tarixində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən «ATOMEKSPO 2015» VII Beynəlxalq Forumu çərçivəsində «Aşkarlıq şəraitində  daxili nəzarət» mövzusunda «dəyirmi masa»da;
  • «Rosatom» Dövlət Korporasiyasının Daxili nəzarət və audit üzrə direktoru - baş nəzarətçi Aleksandr Loktevin və «Rosatom»un təftiş-nəzarət fəaliyyəti departamentinin direktoru  İqor İqinin moderatorluq etdiyi «dəyirmi masa»da;

●  2015-ci il 25-26 iyun tarixlərində Portuqaliyanın Lissabon şəhərində keçirilən Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) İllik Ümumi Yığıncağında və EFAA ilə Portuqaliyanın Sertifikatlı Mühasiblər Birliyinin (OTOC) birgə  təşkil etdikləri “Qlobal iqtisadi böhran və onun aradan qaldırılması - Maliyyə hesabatlığına tənqidi baxış” mövzusunda beynəlxalq konfransda;

  • 2015-ci il 21-22 sentyabr tarixlərində Gürcüstan Auditorlar, Mühasiblər və Maliyyə meneceri Federasiyasının təşkilatçılığı ilə Gürcüstan Respublikasının paytaxtı Tbilisi şəhərində “Mühasibat uçotu və audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və sertifikatlaşdırma: Gürcüstan üçün beynəlxalq təcrübənin ön plana çəkilməsi” mövzusunda keçirdiyi beynəlxalq konfransda;  
  • 2015-ci il 11-12 noyabr tarixlərində Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Sinqapur şəhərində keçirilmiş şura iclasında;
  • 2015-ci il 18 noyabr tarixində CCAB-nin (Mühasibat Təşkilatlarının Məsləhət Komitəsi) təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüssel şəhərində “Çirkli Pulların Yuyulması və Terrorçuluğa qarşı mübarizə: maliyyə peşəkarlarının və mühasiblərin rolu” mövzusunda keçirilmiş tədbirdə.

         Hesabat ili ərzində Auditorlar Palatasının Şurası yanında Auditorların Peşə Etikası Komitəsi, Keyfiyyətə nəzarət komitəsi, Qanunvericilik və hüquqi məsələlər üzrə komitə, Beynəlxalq Standartlar üzrə komitə, Mübahisə və Apellyasiyalar üzrə komitə, İnformasiya və mətbuat üzrə komitə, Dövlət orqanları və ictimaiyyətlə əlaqələr üzrə komitə, Beynəlxalq əlaqələr üzrə komitə, Milli auditə dəstək üzrə komitə, Auditorların və mütəxəssislərin ixtisasının artırılması üzrə komitə, Metodik Komitə, Gənclərlə iş üzrə komitə və Üzvlük məsələləri üzrə komitə öz fəaliyyətlərini Palata Şurasının müvafiq qərarları ilə təsdiq edilmiş Əsasnamələrinə və iş planlarına əsasən təşkil etmişlər.

Auditorlar Palatasının Şurası yanında komitələr 2015-ci il üzrə  fəaliyyətləri barədə hesabatlarını və 2016-cı il üzrə iş planlarını Auditorlar Palatasına təqdim etmişlər. Həmin komitələrin hesabatları və iş planları Auditorlar Palatasının Şurasında müzakirə edilərək müvafiq qərar qəbul edilmişdir.

Auditorlar Palatasının idarəetmə orqanı olan Palata Şurasının auditor fəaliyyətini tənzimləyən normativ hüquqi sənədlərin, təlimatların, standartların və qaydaların müzakirəsi ilə əlaqədar 2015-ci ildə 13 iclası (fəaliyyətə başladığı dövrdən hesabat ilinin sonuna qədər iki yüz yetmiş iki iclas) keçirilmiş və müvafiq qərarlar qəbul edilmişdir.

Auditorlar Palatasının  2015-ci ildə gəliri 531222.00 manat məbləğində, xərci 505453.00 manat məbləğində olmaqla, hesabat ilini 25769.00 manat məbləğində mənfəətlə başa  vurmuşdur.                                                                                 

Palatanın 2015-ci il üzrə İş planının “Beynəlxalq Standartlarının tətbiqinə dair IFAC-ın və digər peşəkar qurumların metodiki vəsaitlərinin tərcüməsi və tətbiqi istiqamətində tədbirlərin həyata keçirilməsi” bəndinin “Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının tərcüməsi” və “IFAC-ın Peşə Etikası Məcəlləsinin tərcüməsi” yarımbəndlərinin icrası ilə əlaqədar tərcümələr başa çatdırılmış və həmin toplular nəşr etdirilmişdir.

2015-ci il ərzində Palatanın əməkdaşları və üzvləri tərəfindən təqdim edilmiş 16 məqalə müxtəlif jurnal və qəzetlərdə dərc etdirilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar Auditorlar Palatasının kollektivinə və üzvlərinə ünvanlandığı 2016-cı il 04 aprel tarixli təbrik məktubunda qeyd edilir: “Dövlət orqanlarının həyata keçirdiyi nəzarətlə yanaşı, ictimai nəzarətin, o cümlədən müstəqil auditin  rolu getdikcə artır. Müstəqil audit maliyyə və vergi intizamının gücləndirilməsində, vəsaitlərin təyinatına uyğun  və qənaətlə xərclənməsində aşkarlığı təmin edən vasitələrdən biridir. Eyni zamanda, yeni dövrün çağırışlarını nəzərə alaraq, iqtisadi islahatların indiki mərhələsində audit sistemini yenidən qurmaq, onun təsirliliyini artırmaq və beynəlxalq aləmə inteqrasiyasını gücləndirmək sahəsində çox iş görülməlidir.

Əminəm ki, Auditorlar Palatası bundan sonra da özünün səmərəli fəaliyyəti ilə ölkəmizdə müstəqil auditin  inkişaf və tərəqqisinə, şəffaflığın təmin edilməsinə və daha da artırılmasına öz töhfəsini verəcəkdir".

Ölkə Prezidentinin təbrik məktubundakı göstərişlərini rəhbər tutaraq, Auditorlar Palatası yuxarıda qeyd olunan istiqamətlər üzrə məqsədyönlü işlərini gələcəkdə də davam etdirəcəkdir.

 

Q.Bayramov,

Azərbaycan Respublikası

Auditorlar Palatası Aparatının rəhbəri