Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Fındıqçılıq  ölkəmizə valyuta gətirən  sahədir

 

Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı geniş imkanlar mövcuddur. Bu sırada ölkəyə valyuta gətirə bilən ixracyönlü məhsullar xüsusi paya malikdir ki, bunların arasında qərzəkli meyvələr mühüm yer tutur. Qərzəkli meyvələrdən danışarkən daha çox fındıq nəzərdə tutulur. Fındığın ən çox yayıldığı areal respublikamızın şimal-qərb bölgəsidir.

Açığını demək lazımdır ki, fındıqçılığın hazırki durumu qaneedici səviyyədə deyil. Bunlar bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Həmin səbəblər haqqında danışacağıq. Öncə ölkəmizdə bütövlükdə fındıqçılıqla bağlı ümumi mənzərəyə nəzər yetirək.

Artıq uzun illərdir ki, Azərbaycan Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda digər bitkilərlə yanaşı, qərzəkli meyvələr üzrə də elmi-tədqiqat işləri aparılır. Genefond olaraq qorunub saxlanılan kolleksiya təsərrüfatlarında fındığın 100-dən artıq sortu becərilir. İnstitutda Azərbaycanın özünün seleksiya sortları ilə yanaşı, həm də Avropa, Şimali Qafqaz, Türkiyə, Gürcüstan, ABŞ və İrandan introdukasiya olunmuş sortlar üzərində elmi-tədqiqat işləri aparılır.

Azərbaycanın yerli perspektiv fındıq sortları bunlardır: «Atababa», «Saçaxlı», «Qalib», «Qızıl», «Gəncə», «Topqara», «Fivavan», «Ataulla», «Etibarlı», «Barlı», «Daş fındıq», «Arzu», «Yağlı fındıq», «Əşrəli» və s. Bu fındıq sortları adlarına görə fərqləndikləri kimi, yağlılıq, zülal, ləpə sıxımı, faizi və bir koldan yığılan məhsulun həcminə görə də fərqlənirlər.

Dünya üzrə fındıq istehsalına görə, 72 faiz olmaqla hazırda Türkiyə Respublikası birinci yerdədir. İtaliya 9 faizlə ikinci yerdə, Azərbaycan, Gürcüstan və ABŞ hər biri 3 faizlə üçüncü, İspaniya 2 faizlə dördüncü yeri, digər fındıq istehsalçıları olan ölkələr isə ümumilikdə 8 faizlə sonrakı yerləri bölüşürlər. Azərbaycanda fındıq bağlarının statistik göstəriciləri üzrə dinamika müşahidə edilir. Belə ki, 2010-cu ildə 29 min hektara yaxın fındıq sahələri var idisə, hazırda bu rəqəm 31 min hektara yaxındır. Bu baxımdan Şəki-Zaqatala iqtisadi rayonu liderdir. Quba-Xaçmaz iqtisadi rayonu ikinci, Gəncə-Qazax və Aran iqtisadi rayonu üçüncü yerdədir.

Fındıqçılığın üstünlüyünü artıran bir çox amillər var. Bunlar fındıq bitkisinin şoran torpaqlar istisna olmaqla, digər bütün torpaqlarda becərilməsi, tərkibinin zəngin olması, əkin materialının əldə edilməsinin asanlığı və bazarda yüksək tələbin olması ilə şərtlənir. Fındıq qənnadı sənayesi üçün əvəzedilməz xammaldır, ləpəsindən xalq təbabətində, ağacından mebel sənayesində, qabığından yanacaq kimi istifadə edilir. Fındıq məhsulunun, eyni zamanda, daşınması asandır, xəstəlik və zərərvericilərə, şaxtaya və quraqlığa nisbi davamlıdır, ekoloji təmiz məhsuldur. Amma fındıqçılıq təsərrüfatlarının özünəməxsus problemləri də vardır. Bu, hər şeydən öncə, istehsalın elmi cəhətdən işlənməsi, aqrotexniki qulluq tədbirinin həyata keçirilməsi, suvarma sistemlərinin mövcudluğu ilə əlaqədardır. Problemlərdən danışarkən buraya torpaqların aqrokimyəvi analiz edilməməsi, cərgəarası becərmədə müasir texnika və aqreqatlardan istifadə olunmaması, bitkilərin kimyəvi mühafizəsinin yetərincə aparılmaması, yeni bağlar salınarkən əkin materiallarının qarışıq olması, məhsulun yüksək nəmliyə malik olması daxildir.

Yuxarıda göstərilən qaydalara əməl etməyən təsərrüfatçılar rentabelli işləyə bilmir. Nəticədə fındıq kolları yabanılaşır, məhsuldarlıq minimum səviyyəyə düşür, keyfiyyət göstəriciləri bazarın tələbinə uyğun gəlmir. Təəssüf doğuran haldır ki, bəzi fındıqçılıq təsərrüfatlarında bu problemlər yaşanır. İstehsal olunan məhsulun təxminən 80-90 faizi xaricə satılan fındıqçılıqda, vəziyyətin bu cür olması yolverilməzdir. Bu sahədə ciddi tədbirlərin görülməsinə zərurət duyulur.

Müqayisə üçün qeyd edək ki, qonşu Gürcüstanda əvvəllər ildə 15-20 min ton qabıqlı fındıq istehsal edilirdisə, hazırda İtaliya şirkətləri tərəfindən yatırılan investisiya hesabına ildə istehsal 50-52 min tonu ötüb keçib. Araşdırmalar və aparılan təhlillər göstərir ki, laqeyd münasibət nəticəsində Azərbaycanda ildə 25-30 milyon dollarlıq fındıq məhsulu çürüyüb yararsız hala düşür.

Respublikamızda ən iri fındıqçılıq müəssisəsi Zaqatala Fındıq Zavodudur. Emal olunan məhsul, əsasən Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından tədarük edilib gətirilir. Hər bir istehsalçı qoyulan tələbləri yaxşı bilir. Məhsul saf, təmiz olmalı, ölçüləri standarta cavab verməli, içərisi boş olmamalıdır. Zaqatala Fındıq Zavodunun istehsalat sahələri yüksək texnologiyalara uyğun şəkildə qurulub. Məhsulun qəbulundan ləpə istehsalına qədər bütün proseslər avtomatlaşdırılıb.

Hazır məhsullar, əsasən Almaniya, İtaliya və Rusiya Federasiyasına ixrac edilir. İtaliya ilə bağlanan müqavilə daha çox məhsulun satılmasını təmin edir. Zavodda mövsüm zamanı 150 nəfər işçi çalışır. Daimi işçilərin sayı cəmi 22 nəfərdir. Qarşıya çıxan problemlərdən biri də fındığın qurudulması ilə bağlıdır. Bu cəhətdən fermerlər çətinlik çəkirlər. Anlaşıqlı olmaq üçün qeyd edək ki, Türkiyədə nəmliyi 6 faizdən yüksək olan məhsul zavoda daxil ola bilməz. Çünki quru fındıq daha yararlıdır və onu təxminən 1 il saxlamaq mümkündür. Hətta Türkiyədə qabıqlı fındığı 4-5 il saxlaya bilirlər. Azərbaycanda isə məhsul zavoda  mövsümün başlanğıcında 25-30 faiz nəmliklə daxil olur. Ona görə də qurudulma prosesi zavodun qurutma sexində həyata keçirilir.

Fikrimizcə, belə qurutma sexlərinin iri fındıqçılıq təsərrüfatları olan ərazilərdə yaradılmasına ciddi ehtiyac vardır. Bu həm məhsul itkisinin, həm də onun keyfiyyətinin aşağı düşməsinin qarşısının alınmasında əhəmiyyətli rol oynayardı. Deyildiyi kimi, Zaqatala Fındıq Zavodu bu sahə üzrə respublikamızda ən böyük emal müəssisəsidir. Amma rayonlarda fındıq emalı ilə məşğul olan irili-xırdalı 40-a yaxın müəssisə mövcuddur. Lakin həmin müəssisələrin bir çoxu xaricə ixrac oluna biləcək standartlar səviyyəsində məhsul istehsal edə bilmirlər. Zaqatala Fındıq zavoduna gəlincə, keçən il burada 1082 ton ləpə istehsal edilərək xaricə satılıb. Lakin cari ildə həmin hədəfə çatmaq real görünmür. Ortada müqavilələr var, lakin dünyada baş verən iqtisadi çətinliklər fındığın satışına da təsirsiz ötüşməyib. Qiymətlər isə Türkiyənin müvafiq qurumları tərəfindən tənzimlənir. Məlumat üçün qeyd edək ki, Türkiyədə fındıq üzrə 10 iri birja fəaliyyət göstərir ki, qiymətləri həmin birjalar müəyyənləşdirir. Belə birjaların Azərbaycanda da yaradılmasının vaxtı çatmışdır.

Azərbaycan üçün bütün dövrlərdə fındıq ləpəsinin və qabıqlı fındığın əsas bazarı Rusiya Federasiyası olub. Bunun da əsas səbəbi respublikamızda istehsal olunan fındığın Türkiyə istehsalçılarına nisbətən təxminən hər kiloqrama görə 1 dollar aşağı qiymətə təklif edilməsi ilə bağlıdır. İqtisadi böhranın yaşanması məhsulun bu ölkəyə satılmasına ciddi təsir göstərib. Avropaya çıxış isə bir sıra çətinliklərdən keçir. Belə ki, məhsulun keyfiyyət standartlarına yüksək tələblər qoyulur. Müsbət hal budur ki, artıq Azərbaycan fındığı keyfiyyətli məhsul kimi Avropa ölkələrində tanınmağa başlayıb.

Fındığın qiymətinin müəyyən edilməsinin bir özəlliyi də var. Qiymətlər mart ayında, fındıq çiçək açarkən müəyyən edilir. Çiçəklərin bol və zəif olmasına görə gözlənilən məhsulun həcmini təxmin etmək mümkün olur. Bu il respublikamızda bol məhsulun olacağı proqnozlaşdırılır. Hətta İtaliyalı mütəxəssislər bu yaxınlıqda Zaqatalada olmuş və fındıq bağlarına baxış keçirmişlər. Onların gəldikləri qənaətə görə, cari ildə fındığın tədarükündə və emalında artım baş verəcək.

2015-ci ilin son aylarında fındığın dəyəri fantastik qiymətlərlə artaraq 1 kiloqram ləpənin qiyməti təxminən 15 dollara qalxdı. Zaqatala Fındıq Zavodunun bağladığı sonuncu müqavilədə isə qiymət bir kiloqram üçün təxminən 6,32 dollardır ki, bu da real bazar konyukturasına uyğun gəlmir və yeni razılaşmaların aparılmasını zərurətə çevirir.

Cənab prezidentin göstərişlərinə uyğun olaraq, ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ciddi islahatlara başlanılıb. Həm də burada diqqətdən kənarda qalan sahə, fəaliyyət növü yoxdur. Bu diqqət və qayğı fındıqçılığa da aiddir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı «Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında» 18 yanvar 2016-cı il tarixli Sərəncam hər bir sahibkarlıq subyektinin, o cümlədən fındıq istehsalçılarının ürəyincə oldu. Həmin sərəncama əsasən, ölkəmizə valyuta gətirən, ixracatla məşğul olan sahibkarlıq subyektlərinə dövlət əlavə olaraq dövriyyəsinin 3 faizi qədər köməklik göstərəcək. Bütün strateji məhsulların istehsalı və dünya bazarlarına çıxışında çevik mexanizmlər işə salınacaq. Pambıq istehsalının bir il ərzində 100 min tona çatdırılması, sonrakı illərdə bir neçə dəfə artırılması, tütünçülükdə, çayçılıqda,  üzümçülükdə, taxılçılıqda ciddi artıma nail olunması, bütün əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın aradan qaldırılması, kənd təsərrüfatı məhsullarının istehsalında, tədarükündə və satışında modernləşdirmə tədbirlərinin görülməsi və bu işləri tənzimləyən aqroparkların və birjaların yaradılması yaxın illər üçün Azərbaycan dövlətinin əsas hədəf seçdiyi vəzifələrdir. Fındıqçılıq da bu istiqamətlər sırasında özünə yer alıb. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər bir sahibkarın yolu açıqdır. Dövlət dəstəyi var, məhsulun alıcısı var, nəhayət, münbit torpaqlarımız var. Təki ürəkdə təpər, qolda qüvvət olsun. Xariqələr yaratmaq olar!

 

ZülfüİLYASOV,

bölgəmüxbiri,

Zaqatalarayonu