Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Turizmin inkişafı diqqət mərkəzindədir

 

İnsanlar il boyu işləyərək topladıqları yorğunluğu istirahətlərini ən yaxşı şəkildə dəyərləndirərək çıxarmağa çalışırlar. Bunun üçün isə təbii olaraq gözəl istirahətin əsas amili sayılan turizm obyektlərinə üz tuturlar. Hər il çoxsayda insan səyahət üçün müxtəlif yerlərə yollanır, bir-birindən fərqli turizm obyektləri ilə tanış olur. 

 

Daxili turizmə maraq artır

Müasir dövrdə turizm artıq iqtisadiyyatın əsas istiqamətlərindən birinə çevrilmişdir. Turizm sadəcə maraq deyil, son illərdə insanların həyat tərzinin ayrılmaz hissəsi də olmuşdur. Maraqlı hal isə ondan ibarətdir ki, əvvəllər istirahət üçün xarici ölkələrə üz tutan ölkə vətəndaşları son illərdə daha çox daxili turizmə önəm verir və ölkə daxilindəki turizm obyektlərinə yollanırlar. Ümumiyyətlə, Azərbaycan hələ qədim zamanlardan da özünün təbii coğrafi və iqlim şəraiti, zəngin təbii sərvətləri, göz oxşayan mənzərəsi ilə diqqət çəkmişdir. Lakin sonradan həyata keçrilən tədbirlər, qəbul edilən qanun və sərəncamlar, ölkəmizin beynəlxalq aləmdə get-gedə tanınması, iqtisadi qüdrətinin artması, bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, həyata keçirilən məqsədyönlü tədbirlər bu sərvətlərdən düzgün istifadəyə imkan vermiş, nəticədə Azərbaycan əsas turizm ölkələrindən birinə çevrilmişdir.

Xüsusilə, Azərbaycanda qeyri-neft sektorunun inkişafına diqqətin artırılması  ölkə turizminin də sürətli inkişafına təkan vermişdir.  Turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindəndir. Dünyada əmək qabiliyyətli əhalinin əksər hissəsi turizm və onunla bağlı sahələrdə çalışır.Məhz bundandır ki, Azərbaycanda da bu sahəyə xüsusi qayğı və diqqət özünü göstərir.

Əlverişli təbii şəraitə və zəngin mədəni-tarixi irsə malik ölkəmizdə turizmin inkişafı üçün böyük perspektivlər də mövcuddur. Son illərdə qazanılan nailiyyətlər, sürətli sosial-iqtisadi tərəqqi turizmin müxtəlif sahələrinin hərtərəfli inkişafına təkan vermişdir.

 

Turizmdə özəl bölmənin rolu yüksəlir

 Turizm hər zaman diqqət mərkəzində olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın  təsdiqi, daha sonra isə ölkə başçısı İlham Əliyevin 2010-cu ildə imzaladığı sərəncamla təsdiq olunan “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” dövlət tərərfindən bu sahənin inkişafına göstırilən qayğının bariz nümunəsidir. Bu proqramlardan irəli gələn vəzifələrin uğurla həyata keçirilməsinin  nəticəsidir ki, son illər Azərbaycanda əldə olunmuş sosial-iqtisadi irəliləyişdə turizm sektorunun payı əhəmiyyətli dərəcədə artmış, yeni-yeni turizm obyektləri, otellər, mehmanxanalar istifadəyə verilmişdir.

Bu sahənin inkişafında dövlət qayğısı xüsusi mülkiyyət, özəl sektor daxilində də hiss olunur. Xüsusilə ölkə başçısının azad sahibkarlığa dəstəyi və özəl turizm obyektlərinin inkişafına şərait yaratması ölkə iqtisadiyyatının inkişafında sahibkarların rolunu artırır. Turizm, demək olar ki, bütün istiqamətlərdə  yüksələn xətlə inkişaf edir. Belə sahələrindən birini isə mehmanxana biznesi təşkil edir. Ölkə başçısı İlham Əliyev də çıxışlarının birində turizmin, xüsusilə mehmanxana biznesinin inkişafı ilə bağlı demişdir: “Turizm sektorunun inkişafına böyük diqqət göstərilir. Hesab edirəm ki, növbəti illərdə turizm sektoru Azərbaycanın iqtisadi potensialında mühüm yer tutacaqdır. İnkişaf etmiş, xüsusən də zəngin təbiətə malik olan ölkələrin iqtisadiyyatında turizm mühüm yer tutur. Azərbaycan zəngin ölkədir, turizmin inkişafı üçün gözəl yerlər vardır və biz bu imkanlardan istifadə etməliyik.

İndi bütün bölgələrdə yeni, gözəl, müasir mehmanxanalar, turizm məntəqələri açılır. Əlbəttə ki, ən gözəl otellər Bakı şəhərində fəaliyyətə başlayır”. 

 

Ciddi rəqabət mühiti formalaşır

Hazırda Azərbaycanda 500-dən çox mehmanxana və mehmanxana tipli obyekt mövcuddur ki, bunların da 450-dən çoxu xüsusi mülkiyyət növünün payına düşür. Ölkədəki mehmanxanaların əksəriyyəti Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşir. Azərbaycanda otel sənayesinin gələcək inkişafına köməkliyin göstərilməsi, turizm iqtisadiyyatında mehmanxana biznesinin aparıcı rolunun möhkəmlənməsi, mehmanxana xidmətlərinin keyfiyyətinin yaxşılaşdırılması, mehmanxana və digər yerləşdirmə obyektlərinin doldurulmasının artırılması  istiqamətində ciddi işlər görülür.

Ölkədə turizmin bu qolunun yüksək inkişafı azad sahibkarlığın inkişafına təsir göstərməklə bərabər, ciddi rəqabət mühitinin yaranmasına da səbəb olmuşdur. Bunun nəticəsidir ki, ölkədə öz möhtəşəmliyi ilə fərqlənən otellər şəbəsi günü-gündən genişlənir. Bunlara nümunə olaraq “Excelsior”, Kempinski Hotel-Badamdar, Hilton Baku, Jumeirah Bilgah Beach Hotel, JW Marriott Absheron, Park İNN, Hyatt Regency, Four Seasons Hotel Baku, Bulvar İNN Hotel, Divan Express Hotel, Safran Hotel, Elite Hotel Baku, Karvan Palace Hotel & Resort, Du Port Hotel, Emerald, Alp İnn Hotel, Shah Palace Hotel, Sea Breeze Hotel, Rigs Hotel, Qafqaz Point Hotel və s. göstərmək olar.  

 

Ulduzlar nədən xəbər verir?

Mehmanxanaları fərqləndirən əsas cəhətlərdən biri onların ulduzluluq kateqoriyasıdır. Ölkədə fəaliyyət göstərən mehmanxanalar bir-birlərindən yalnız dizayn, arxitektura, xidmət, rahatlıq, personal, texniki imkanlar və digər cəhətlərinə görə deyil, həm də ulduzlarının sayına görə fərqlənirlər. Belə ki, bu sahədə rəqabətdə qazanmaq və daha çox turisti cəlb etmək üçün hər sahibkar fərqli dizaynda, beynəlxalq standartlara bütünlükdə cavab verən, ulduzu daha çox olan mehmanxana tikintisinə can atır. Hazırda Azərbaycanda bir, iki, üç, dörd və beş ulduzlu otellər fəaliyyət göstərir.

Sahibkarların bir qismi daha çox beş ulduzlu mehmanxanaların inşasında maraqlıdır. Beş ulduzlu otellərin tikintisinə daha çox önəm verilməsinin səbəbi isə bu tip obyektlərin xərcinin daha tez çıxarılması və yüksək gəlirlilik göstəriciləri ilə bağlıdır. Otellərin beş ulduz kateqoriyası alması üçün bir sıra standartlara cavab verməsi vacibdir. Bura telefon, faks, internet xidmətləri, qapalı və açıq hovuzlar, ən azı 100 nəfərlik kinoteatrlar, konfrans salonu, salonla bağlı ən azı iki iş otağı, gecə klubu, diskoteka və ya bənzər əyləncə imkanı yaradan ayrı bir salon, gimnastika zalı, bilyard salonu, sauna, hamam, mini qolf, tennis və ya voleybol meydançaları, trambolin, boulinq salonu, xizək və dəniz idmanları daxildir. Təbii ki bunlar da öz növbəsində qiymətlərə təsir göstərir.

Sahibkarların bir qismi isə 3 və 4 ulduzlu mehmanxanaların tikintisinə üstünlük verirlər. Səbəb 5 ulduzlu, bahalı brend mehmanxanalarda yaşamağın ölkəmizə gələn turistlərin bir çoxunun büdcəsinə uyğun olmamasıdır.

 

Mehmanxana biznesinin inkişafı işsizlik probleminə də təsir edir

Ölkədə daha çox azad sahibkarlığa dayanan mehmanxana biznesinin inkişafı yalnız ölkə iqtisadiyyatının inkişafı baxımından deyil, həm də işsizlik probleminin aradan qaldırılması cəhətdən də əhəmiyyətlidir. Belə ki, mehmanxana biznesi turizm sənayesinin əsas elementlərindən olduğundan, onların düzgün idarə olunmasında əsas rolu kadr potensialı oynayır. Çünki böyük maliyyə vəasiti hesabına başa gələn bu biznes sahəsinin uğuru ixtisaslı kadr hazırlığından da çox asılıdır.  Buna görə də otel biznesində əsas meyar qohum-əqraba, tanışlıq deyil, bacarıq, bilik və səriştə kimi amillər olmalıdır.

Azərbaycanda mehmanxana biznesi sürətlə inkişaf edir. Buna dövlət proqramları, yüksək səviyyəli mehmanxana və mehmanxana tipli obyektlərin inşası, turizm şirkətləri və turistlərin say artımı da təsir göstərir. Turizmin inkişafı məqsədilə verilən kreditlər, fonddan ayrılan vəsaitlərin çoxalması, iri infrastruktur layihələrin həyata keçirilməsi, turistlər üçün vizanın sadələşdirilməsi Azərbaycanda bu sahənin inkişafı məqsədilə atılan addımlardandır. Təbii ki, bütün bunlar  beynəlxalq şirkətlərin Azərbaycan bazarına maraq göstərməsinə də səbəb olur. Özlüyündə isə bu inkişaf ölkəmizdə həm yerli, həm də xarici iqtisadi qurumlar üçün yaradılan əlverişli investisiya mühitindən xəbər verir. Yerli və xarici sahibkarlara dövlətin dəstəyi isə Azərbaycanda iqtisadi layihələr həyata keçirmək, bu sahəyə sərmayə yatırmaq istəyənləri daha da həvəsləndirir. Beləliklə də, qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirildiyi respublikamızda turizmin inkişafı sürətlənir, otel biznesi isə daha da genişlənir. Yerli turist firmalarının göstərdiyi xidmət səviyyəsinin yüksəlməsi, turizm infrastrukturunun genişlənməsi, regionlarda aeroportların, magistral yolların yenidən qurulması isə  ölkəyə turist axınını gücləndirməklə bərabər, son illərdə xarici ölkələrə səfər edən azərbaycanlı turistlərin sayının azalması və əhalinin daha çox ölkə daxilində istirahətə üstünlük verməsilə nəticələnmişdir.   

 

 

Mətanət Hüseynova