Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

2016-cı ilin 05-06 aprel tarixlərində Bakı şəhərində Azərbaycan Respublikası Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunmuş tədbir və «Müasir şəraitdə auditin tənzimlənməsinin aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir

 

Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 16 sentyabr tarixində imzaladığı “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 1996-cı ilin 5 aprel tarixində yaradılmış Azərbaycan Respublikası Auditorlar Palatası ölkəmizdə auditor xidmətinin təşkili və tənzimlənməsi sahəsində öz fəaliyyətini həyata keçirmişdir. Sivil maliyyə nəzarəti olan auditin ölkə iqtisadiyyatında müstəsna rolu hələ 1996-cı ildə ulu öndər Heydər Əliyevin imzaladığı "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" fərmanda parlaq əks etdirilmişdir. Məhz həmin fərmanda inzibati-amiranəlik metodlarına əsaslanan nəzarətin dünyada qəbul edilən müstəqil auditlə əvəzlənməsi zərurəti təsbit edilmişdir. 1990-cı illərin sonlarında qəbul edilmiş bir sıra  digər fərman və sərəncamlarda da auditin inkişafı dövlət quruculuğunun əsas istiqamətlərindən biri kimi dəyərləndirilmiş və onun qarşısında yeni vəzifələr qoyulmuşdur.

2003-cü ildən başlayaraq ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycan auditinə göstərdiyi daimi diqqət və qayğının nəticəsində audit keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş və ölkənin iqtisadi-sosial həyatında onun rolu və əhəmiyyəti daha da artmışdır. Hələ 12 il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev auditi belə dəyərləndirmişdir:

“Bu gün, Azərbaycanda audit xidməti iqtisadiyyatın və regionların inkişafı sahəsində genişmiqyaslı proqramların həyata keçirilməsi, ölkənin qeyri-neft sektoruna investisiya axının gücləndirilməsi, sahibkarlığın inkişafı, əhalinin məşğulluğunun yüksəldilməsi, yoxsulluğun azaldılması və xalqın rifah halının yaxşılaşdırılması ilə bağlı iqtisadi siyasətin aparılmasında mühüm rol oynayır. İndiki mərhələdə maliyyə intizamına ciddi əməl olunması, pul vəsaitlərindən səmərəli istifadə edilməsi xüsusi əhəmiyyət kəsb edir və bu baxımdan da audit həmin vəzifələrin uğurla yerinə yetirilməsində ön sıralarda olmalıdır”.

Azərbaycan Respublikasının Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirmək əzmindədir. Bu məqsədlə 2016-cı il 05 aprel tarixində Auditorlar Palatasının fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş yubiley tədbiri və tədbir çərçivəsində “Müasir şəraitdə auditin tənzimlənməsinin  aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.

Konfransda Auditorlar Palatasının əməkdaşlıq etdiyi yerli qurumların,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Milli Məclisin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət Sığorta Kommersiya Şirkətinin, Hesablama Palatasının, Dövlət Statistika Komitəsinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Aqrar Universitetinin,  Azərbaycan Turizm və Menecment Universitetinin, Azərbaycan Kooperasiya Universitetinin, Qafqaz Universitetinin, Bakı Biznes Universitetinin, Təfəkkür Universitetinin, Azərbaycan Daxili Auditorlar İnstitutunun, yerli və beynəlxalq audit şirkətlərinin, xarici qurumların, o cümlədən Almaniya, Rusiya, Türkiyə, Polşa, Rumıniya, Monteneqro, Qazaxıstan, Gürcüstanın audit və mühasibatlıq qurumlarının təmsilçiləri, ölkəmizin hökumət  və qeyri-hökumət təşkilatlarının, özəl sektorun, elmi-tədqiqat institutlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları “Fəxri Xiyaban”da xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət etmişlər.

“Park Inn” otelində keçirilən tədbiri giriş sözü ilə Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra isə Auditorlar Palatasının yaradılmasının 20-ci ildönümü münasibətilə Prezident İlham Əliyevin Palatanın kollektivinə və üzvlərinə ünvanladığı təbrik məktubu, həmçinin Auditorlar Palatası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 aprel 2016-cı il tarixli Sərəncamı  oxunmuşdur.

Auditorlar Palatasının sədri Vahid Novruzov Palatanın fəaliyyət istiqamətləri barədə geniş məlumat verərək qeyd etmişdir ki, Azərbaycanda auditor xidmətinin inkişafı və tətbiqinin genişləndirilməsi son dövrlərdə qəbul edilən və uğurla yerinə yetirilən bir sıra mühüm dövlət proqramlarında müstəqil auditin vacib problemlərinin müəyyənləşdirilməsi və həlli sayəsində mümkün olmuşdur. Auditorlar Palatası ötən 20 il ərzində auditin təbliği və yayılması istiqamətində bir çox işlər görmüş, o cümlədən, auditə dair 46 kitab, 43 Milli audit standartları, Beynəlxalq Audit Standartları - 2 nəşr, "Audit. Qanunvericilik və normativ sənədlər" toplusu- 8 cilddə, "Sahəvi auditlərin aparılmasına dair proqramlar" - 4 nəşr hazırlamış, "İqtisadiyyat və audit" jurnalını təsis etmiş, 20-dən çox Beynəlxalq elmi-praktik konfrans, simpozium, forum,  18-i regionlarda olmaqla 100-dək seminar və dəyirmi masa, həmçinin auditor xidməti bazarının genişləndirilməsi, auditin həcminin və keyfiyyətinin yüksəldilməsi, peşəkar auditor kadrlarının hazırlanması sahəsində kompleks tədbirlər həyata keçirmişdir. Auditorlar Palatası yarandığı ildən başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq qurumlarla birgə dövlətimizin mənafeyinin qorunması istiqamətində prinsipial mövqeyə əsaslanan fəaliyyətini bu gün də davam etdirir. Ötən dövrdə Auditorlar Palatası 7 dövlət proqramının iştirakçısı olmuş və üzərinə düşən vəzifələri tam yerinə yetirmişdir. V.Novruzov qeyd etmişdir ki, MDB məkanında ilk dəfə Azərbaycanda Beynəlxalq Daxili Auditorlar İnstitutunun regional bölməsi təsis edilmişdir. Sonradan müstəqil instituta çevrilən Azərbaycan Daxili Auditorlar İnstitutu Avropa və Asiya Konfederasiyalarının üzvlüyünə Auditorlar Palatasının dəstəyi ilə nail olmuşdur.

Sonra Auditorlar Palatasının 20 illik yubileyinə həsr olunan sənədli film nümayiş etdirilmişdir.

Sənədli filmin nümayişi başa çatdıqdan sonra Auditorlar Palatasının 20 illik yubileyi ilə əlaqədar təbriklər səslənmişdir. İlk təbriklə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək bildirmişdir ki, yaranmasının 20 illiyini qeyd edən Auditorlar Palatası bu dövr ərzində milli audit sisteminin bərqərar olması, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında auditin rolunun yüksəldilməsində yaxından iştirak edir. İqtisadiyyatımızın davamlı inkişafı nəticəsində maliyyə hesabatlığında şəffaflığın təmin olunması sahəsində maliyyə nəzarətinin, eləcə də müstəqil auditin qarşısında qoyduğu öhdəliklər uğurla yerinə yetirilir.

Azərbaycan Kooperasiya Universitetinin rektoru, Milli Məclisin deputatı Eldar Quliyev bildirmişdir ki, ötən dövrdə Auditorlar Palatası böyük inkişaf yolu keçərək bir çox uğurlara imza atmışdır. Azərbaycanda bazar iqtisadiyyatının təşəkkül tapdığı ilk illərdə yaradılmış Palatanın fəaliyyəti maliyyə nəzarəti sisteminin vacib tərkib hissəsi olan audit institutunun inkişafına dəyərli töhfələr verir. Audit sahəsindəki mövcud beynəlxalq standartların tətbiqi, auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi sahəsində sanballı işlər görülmüş, kadrların peşəkarlıq potensialının, auditor xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün lazımi tədbirlər həyata keçirilmişdir.

Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) prezidenti Bodo Richardt Azərbaycan Respublikası Auditorlar Palatasının öz fəaliyyəti dövründə böyük uğurlara imza atdığını qeyd etmişdir.

B.Richardt bildirmişdir ki, rəhbəri olduğu qurum ilə Auditorlar Palatası arasında mühüm əlaqələr qurulmuşdur. Beynəlxalq Standartların tətbiqi sahəsində Azərbaycan Respublikasının Auditorlar Palatası böyük işlər görmüş və qeyd edilən əlaqələr baxımından bu işlərin önəmi böyükdür.

Sonra Azərbaycan Respublikasının Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd etmişdir ki, Auditorlar Palatasının yaranması Azərbaycanda iqtisadi sahədə köklü islahatların aparıldığı dövrə təsadüf edirdi. Palata fəaliyyəti dövründə milli audit sisteminin formalaşması sahəsində fundamental işlər görülmüş, audit xidmətinin əhatə dairəsi genişlənərək ölkə iqtisadiyyatının inkişafında, şəffaflığın təmin olunmasında, korrupsiyaya qarşı mübarizədə əvəzsiz rol oynamışdır.

V.Gülməmmədov vurğulamışdır ki, Auditorlar Palatasının Azərbaycan üçün peşəkar auditor kadrlarının hazırlanması və onların peşə-ixtisas səviyyəsinin artırılması sahəsində əldə etdiyi nailiyyətlər, bir sıra ölkələrin maliyyə nəzarəti qurumları ilə yaratdığı əlaqələr, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi sahəsində gördüyü işlər təqdirəlayiqdir.

Türkiyə Sərbəst Mühasibəçi Mali Müşavirlər  və Yeminli Mali Müşavirlər Odaları Birliyinin (TÜRMOB)  prezidenti Nail Sanlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatasının beynəlxalq əməkdaşlıq sahəsindəki uğurları daim artır. Otuzdan çox ölkənin audit və mühasibatlıq qurumları ilə əməkdaşıq əlaqələri yaradan Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC), Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA), Sertifikatlı Mühasiblər və Auditorların Avrasiya Şurasının üzvüdür. Bu, Auditorlar Palatasının səmərəli fəaliyyətinin əhəmiyyətinin göstəricisidir.

Sonra Rumıniya Auditorlar Maliyyə Palatasının fəxri prezidenti Horia Neamtu, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraedici direktoru Rade Scekic, Polşa Milli Auditorlar Palatasının vitse-prezidenti Barbara Misterska-Draqan, “JPA İnternational Gürcüstan” Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin direktoru Giorgi Rusiashvili, Peşəkar mühasiblərin, maliyyə menecerlərinin və iqtisadçıların milli institutunun prezidenti, Samara şəhəri dairəsinin maliyyə nəzarəti idarəsinin rəhbəri, Samara vilayəti Maliyyə İdarəçiliyi Nazirliyinin kollegiya üzvü Dmitri Yakovenko, Gürcüstan Peşəkar Auditorlar və Mühasiblər Federasiyasının icraçı direktoru Lavrenti Çumburidze, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru Daməd Bağırov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov, “Ernst&Yanq holdings (SiAyEs) Bi.Vi” şirkətinin Azərbaycan Respublikasındakı filialının idarəedici partnyoru İlqar Vəliyev və başqaları çıxış edərək əminliklə bildirmişlər ki, Auditorlar Palatası Azərbaycanda davamlı inkişaf və yüksək sosial səviyyəsinə hədəflənən inkişaf konsepsiyasının həyata keçirilməsinə bundan sonra da öz töhfəsini verməkdə davam edəcəkdir.

Konfransın ikinci hissəsi öz işini plenar iclasla davam etdirmişdir.  İclas Beynəlxalq Mühasiblər Federasiyasının (İFAC) prezidenti xanım Olivia F.Kirtleyin “Auditorların və Mühasiblərin fırıldaqçılıq və korrupsiya halları ilə mübarizədə rolu” mövzusunda olan video məruzəsi ilə başlamışdır. Həmin məruzəni olduğu kimi oxucuların nəzərinə çatdırılması üçün təqdim edirik.

Hörmətli qonaqlar, xanımlar və bəylər,

İlk öncə Azərbaycan Respublikasının Auditorlar Palatasının prezidenti və üzvlərinə 20 illik yubiley münasibətilə təbriklərimi çatdırmaq istəyirəm. Bu şübhəsiz önəmli bir il dönümüdür. Beynəlxalq Mühasiblər Federasiyasının adından mən keçirdiyiniz beynəlxalq konfransda iştirak etmək fürsətindən böyük məmnuniyyətlə istifadə edirəm. Eyni zamanda “Auditorların və mühasiblərin fırıldaqçılıq və korrupsiya halları ilə mübarizədə rolu”nu konfransın mövzusu kimi seçməyinizi çox yüksək qiymətləndirirəm. Güclü, önəmli mühasib peşəsi ictimaiyyətin fırıldaqçılıq və korrupsiya ilə bağlı məsələlərə maraq göstərməsi və bunlarla mübarizə aparmasına xidmət edir. Mən Azərbaycan Respublikasının Auditorlar Palatasının və sizin hər birinizin peşə nüfuzunun artırılması, Azərbaycanın önəmli beynəlxalq standartlara uyğunlaşması, qlobal iqtisadiyyata inteqrasiya etməsi və korrupsiya ilə mübarizə sahələrində gördüyünüz işləri alqışlayıram. Deyildiyi kimi, korrupsiya inkişafın və sağlam idarəetmənin düşmənidir. Dünya Bankının prezidenti inkişaf edən ölkələrdə korrupsiyanı ictimaiyyətin bir nömrəli düşməni kimi qələmə verir. Bu yaxınlarda Transparency International korrupsiyanın bütün dünyaya ziyan vurmasını qeyd etmişdir. Global Studies bildirirki, korrupsiya iqtisadi nəticələrə, inkişafa və artıma şiddətli təsir göstərir. Korrupsiya yoxsulluğun azaldılmasına və çox vaxt infrastrukturun inkişafına mane olur. Onu da unutmamalıyıq ki, korrupsiya qlobal bir problemdir və yalnız inkişaf edən ölkələrə aid deyildir. İstərAzərbaycanda, istərsə də Amerikada işləyən bütün mühasiblər bir-birindən çox şey öyrənə bilərlər.

 Korrupsiya ilk növbədə dünyanın ən kasıb insanlarına toxunur. Hesablamalar göstərirki, korrupsiya ilə bağlı xərclər həril 2.6. trilyon ABŞ dolları və ya dünya üzrə ÜDM-nin 5%-niaşır. Transparency International bildirirki, 7 milyard dünya əhalisindən yalnız 1 milyard ciddi korrupsiya problemləri olmayan ölkələrdə yaşayır. Qalan 6 milyard insanın da korrupsiyasız cəmiyyətdə yaşaya biləcəyi və iqtisadi imkanların genişlənməsindən düşünəcəyi bir dünyanı təsəvvür edir. Onlar dünya iqtisadiyyatına daxil edilmiş insanlar hesab edilərdi. BMF olaraq biz etirafedirikki, bu uzun bi ryoldur. Lakin biz dəqiq olaraq sizin tərəfinizdəyik və məqsədə nail olmağa çalışırıq. Biz beynəlxalq standartları müəyyənedən şura qismində aparılan işləri qətiyyətlə dəstəkləyirik. Beynəlxalq Audit və Əminlik Standartları Şurası (IAASB) audit, əminlik və keyfiyyətə nəzarət sahələrində yüksək keyfiyyətli beynəlxalq standartlar işləyib hazırlayır və bunlar da ictimaiyyətin inamını artırır və qlobal miqyasda peşənin nüfuzunu gücləndirir. Bu istiqamətdə aparılan işlər çərçivəsində, IAASB həmçinin audit keyfiyyətinin əsasları üzrə göstərişlər təklif edir. Keyfiyyətlə bağlı auditlərdə korrupsiya ilə mübarizə üçün vacibdir və korporativ idarəetmənin güclənməsinə kömək edir. IAASB-nın yenidən nəzərdən keçirdiyi audit və hesabat standartları hər ilin sonunda qüvvəyə minir. Yeni standartların məqsədi şəffaflığı və auditorların hesabatına inamı artırmaqdır. Onlar ictimai maraqlara xidmət edir. Bundan əlavə, BMF fırıldaqçılıq və korrupsiya ilə mübarizə sahəsində “Dövlət sektorunda səmərəli idarəetmə” adlı beynəlxalq çərçivə sənədi olan vəsait işləyib hazırlamış və təqdim etmişdir. Bu vəsait dövlət sektorunda səmərəli idarəetmənin təkmilləşdirilməsi və həvəsləndirilməsinə kömək məqsədilə BMF və Diplomlu ictimai maliyyə və uçot inistitutu tərəfindən birgə işlənib hazırlanmışdır. BMF-nin “Effektiv davranış qaydalarının müəyyənedilməsi və işlənilib hazırlanması” adlı digər nəşri təşkilatlara etik qaydalara əsaslanan mədəniyyəti təşviq etməyə və davranış qaydalarını müəyyən etməyə və işləyib hazırlamağa köməkçi vasitədir. BMF-nin “Qlobal bilik qapısı” adlı, o cümlədən, maliyyə hesabatlarında fırıldaqçılığa qarşı mübarizə üçün geniş resursları mövcuddur. Məlumdurki, biznes sahəsində rəhbərlər üçün maliyyə hesabatlarında fırıldaqçılıqla mübarizə ilə bağlı vacib addım etik davranışları və düzgün davranışlara dəyər verən korporativ mədəniyyətin qurulmasıdır. Bir vaxtlar fırıldaqçılıq və korrupsiya o qədər yayılmışdıki, onlarla mübarizə aparmaq demək olarki, qeyri-mümkünidi. Şadamki, Azərbaycan Respublikasının Auditorlar Palatası Qərblə Şərq arasında rabitə rolunu icra edərək peşəkarlar arasında əlaqə yaradaraq, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə yolları barədə elmi hesabat təqdim etmələri üçün peşəkarları dəvət edərək həm öz vətənində, həm də onun hüdudlarından kənarda bu problemin həll edilməsində aparıcı rol oynayır. Göstərdiyiniz xidmətlər cəmiyyətinizə aydınlıq gətirir və bu mübarizədə beynəlxalq standartlarla dəstəklənən davranış qaydalarına riayət etək bir növ çağırışdır. Korrupsiya ilə mübarizədə biz ayrı-ayrılıq da sadə insanlarıq, lakin bir araya gələrək gözləmədiyimiz nəticələr əldə edə bilərik. Ümidedirik ki, müzakirələriniz və elmi hesabatlarınızı bizimlə bölüşəcəksiniz. Bu gün fikirlərimi sizinlə bölüşmək üçün mənə verilən imkana görə sizə öz təşəkkürümü bildirirəm. Konfransınızın uğurla keçməsini arzulayır və 20 illik yubileyinizi təbrik edirəm!

Plenar iclasda Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev “Vergi nəzarəti və vergilərin auditi” mövzusunda, Rumıniya Maliyyə Auditorlar Palatasının fəxri prezidenti Horia Neamtu “Peşəkar audit qurumları üçün normativ problemlər” mövzusunda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti  Süleyman Qasımov “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə daxili nəzarət sisteminin rolu” mövzusunda, Türkiyə Sərbəst Mühasibəçi Maliyyə Müşavirlər və Yeminli Mali Müşavirlər Odaları Birliyinin prezidenti Nail Sanlı “Türkiyə Peşəkar Mühasiblərinin audit təcrübələri, audit və mühasibat peşələrinin gələcəyinin qiymətləndirilməsi” mövzusunda, Azərbaycan İqtisadçılar İttifaqının sədr müavini Elşad Səmədzadə “Davamlı inkişafın təmin edilməsində auditin rolunun gücləndirilməsi istiqamətləri” mövzusunda, “JPA İnternational Gürcüstan” Mühasiblər, Auditorlar və Məsləhətçilər Cəmiyyətinin direktoru Giorgi Rusiaşvili “Gürcüstandakı Maliyyə Hesabatlığında şəffaflıqla bağlı problemlər: beynəlxalq təcrübənin ən yaxşı praktikalarının işiqlandırılması” mövzusunda, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi Rəşid Mahmudov “Maliyyə nəzarəti və korrupsiya cinayətlərinin istintaqı zamanı mütəxəssislərin rolu” mövzusunda, Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” kafedrasının müdiri Sifariz Səbzəliyev “Respublikanın uçot praktikasında Maliyyə Hesabatının Beynəlxalq Standartlarından istifadə edilməsi imkanları” mövzusunda, Peşəkar mühasiblərin və iqtisadçıların milli institutunun prezidenti, Samara şəhərinin maliyyə nəzarəti idarəsinin rəhbəri, Samara vilayəti Maliyyə İdarəçiliyi Nazirliyinin kollegiya üzvü Dmitri Yakavenko “Büdcə təşkilatlarının dövlət və bələdiyyə ehtiyacları üçün tədarük edən təşkilatların maliyyə hesabatlarının auditi: korrupsiya risklərinin aşkar edilməsi, aşkar etməmə riski, dövlət və yerli  özünüidarəetmə orqanları tərəfindən keçirilən antikorrupsiya auditi çərçivəsində korrupsiya faktlarının aşkar edilməsinin nəticələri” mövzusunda, Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun icraedici direktoru RadeScekic “Monteneqronun audit sahəsindəki təcrübələri” mövzusunda, İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının katibi Erol Demirel və İstanbul Sərbəst Mühasiblər Maliyyə Müşavirləri Odasının Direktorlar Şurasının üzvü Abdulkadir Şahin “Müstəqil auditin korporativ idarəetməyə təsiri və müstəqil auditdə maarifləndirmə aparılması üçün tələblər” mövzusunda, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədrinin müavini Yusif Yusifov və Dövlət Statistika Komitəsinin Keyfiyyətin idarəedilməsi və metaməlumatlar şöbəsinin müdiri Vüqar Məmmədəlizadə “Statistika sistemində daxili auditlərin təşkili keyfiyyətin idarəedilməsi sisteminin əsas alətlərindən biri kimi” mövzusunda, “Headstartİnternational Consulting” MMC-nin direktoru Seyid Əli “Beynəlxalq Audit Standartlarının tətbiqi və auditdə keyfiyyətin təminatı problemləri” mövzusunda çıxış etmişlər.

Tədbirdə söylənilən hər bir məruzə iştirakçılar və qonaqlar tərəfindən çox böyük maraqla qarşılanmışdır.

Auditorlar Palatası məruzələrdə və tezislərdə təklif olunan maraqlı tövsiyələri təhlil edərək istər auditin qanunvericilik bazasının təkmilləşdirilməsində, istərsə də auditə dair normativ sənədlərin hazırlanmasında istifadə edəcəkdir.

Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Konfransın ikinci günü 2016-cı il 6aprel tarixində Auditorlar Palatasında bölmə iclasları keçirilmişdir. İclas üç bölmədən ibarət olmuş, 1-ci “Auditin təşkili və tənzimlənməsi” mövzusunda 25 tezis, 2-ci “Təsərrüfat subyektlərində daxili auditin təşkili” mövzusunda 12 tezis və 3-cü “Maliyyə hesabatlarında və uçot siyasətində şəffaflığın təmin edilməsi” mövzusunda 34 tezis təqdim olunmuşdur. Həmin bölmələrə dair təqdim olunan tezislərin müəlliflərindən  bir neçəsi çıxış etmişdir. Dinlənilən məruzələr və təqdim olunan materiallar ətrafında geniş müzakirələr aparılmış və dinləyicilərin sualları cavablandırılmışdır.

Həmin gün konfransda iştirak edən xarici qurumların nümayəndələri Heydər Əliyev Mərkəzi və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ilə tanış olmuşlar.

Sonra xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi aparılmışdır.

Hesab edirik ki, belə tədbirlərin həyata keçirilməsi şəffaflığın təmin edilməsində auditorların fəaliyyətlərinə əhəmiyyətli müsbət təsir göstərməklə, bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsinə geniş imkan yaradacaqdır.

 

Səbuhi GÜLMƏMMƏDOV,

Kadr hazırlığı, beynəlxalq əlaqələr və

akkreditasiya idarəsinin rəisi

 

Elmira HACIYEVA,

Kadr hazırlığı şöbəsinin müdir müavini