Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Əlavə dəyər vergisinin yaranması və təkamülü

 

Vergilərin tarixi min illərlə ölçülür. Vergilər dövlətin yarandığı andan iqtisadi münasibətlərin zəruri həlqəsi kimi çıxış edir və iqtisadi mədəniyyətin bir elementi kimi həm bazar, həm də qeyri-bazar təsərrüfatçılıq tipi kimi bütün dövlət sistemlərinə xasdır. Hər bir dövlət institutu müxtəlif vergilərdən ibarət olan öz vergi sistemini obyektiv olaraq formalaşdırmağa məcburdur. Minilliklər ərzində bütün dövlətlərin vergi sistemlərinin mütləq elementi dolayı vergilər olmuşdur. Dolayı vergilər haqqında ilk mülahizələri qədim Çinin maliyyə proqramı olan “Quan-tszı"da tapmaq olar (b.e.ə. IV əsr). Bu proqram dolayı vergiləri cəmiyyət üçün ən ağıllı və faydalı hesab edirdi. XVIII əsrdə A.Smit qeyd edirdi ki, istehlak predmetlərinə qoyulan vergilər əhalinin tələbini azaldaraq, istehsalın azalmasına səbəb olur, lakin bunlarsız dövlət lazımi gəlirləri əldə edə bilməyəcəkdir.

Dolayı vergi nəzəriyyəsinin və təcrübəsinin inkişafı tamamilə yeni vergi növünün - əlavə dəyər vergisinin (ƏDV-nin) yaranmasına gətirib çıxardı.

Əlavə dəyər vergisi (VAT-Value-Added Tax) ideyası 1920-ci illərdə alman sahibkarı Fon Simens tərəfindən yaradılmışdır. Həmin illərdə daha geniş təkliflər, xüsusilə Adamsın müəllifi olduğu hesab-faktura metodu əmələ gəldi. ƏDV-nin işlənib hazırlanmasında “ƏDV-nin atası”  olan Moris Lore xüsusi töhfə vermişdir.  O,   ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və kaskad effektinin aradan qaldırılmasında ifadə olunan dövriyyə vergisi qarşısında onun üstünlüklərini əsaslandırmışdır.

ƏDV-nin tanınması kifayət qədər zəif getmişdir. Bu verginin tətbiq olunmasında ilk cəhdlər Fransada 1920-ci illərdə və 1949-cu ildə Yaponiyada göstərilmişdir. Lakin müasir ƏDV-nin tərifinə ciddi uyğun olan vergi ilk dəfə 1948-ci ildə Fransada meydana gəlmişdir. Əmtəələrin yalnız istehsalı mərhələsində ilkin tətbiq olunan və əsas vəsaitlərə görə ödənilmiş verginin ödənilməsini nəzərdə tutan bu vergi 1954-cü ildə həqiqi istehlak vergisinə çevrildi və müasir ƏDV formasını aldı.

Qeyd olunduğu kimi, ƏDV-nin ixtira olunmasında birincilik Fransaya məxsusdur. Bunun əsasında dövriyyə vergisinin tutulması və tətbiqi metodikasının inkişafı durur ki, bu da ardıcıl olaraq üç mərhələdən keçmişdir. Birinci mərhələ 1937-ci ildə dövriyyə vergisindən istehsalda vahid vergiyə keçirilməsi ilə əlamətdar olmuşdur. İkinci mərhələ 1948-ci ildə ayrıca ödənişlər sisteminin yaradılması ilə əlaqədardır ki, buna uyğun olaraq hər bir istehsalçı bir ay fərqlə onun aldığı dəst məhsulların qiymətinə daxil olan vergi çıxılmaqla öz satışının ümumi məbləğindən vergi ödəyirdi. Üçüncü mərhələ 1954-cü ildə istehsalda vahid vergi əvəzinə əlavə dəyər vergisinin vergi praktikasına tətbiqi oldu.

Tarixdə ilk dəfə ƏDV 10 aprel 1954-cü ildə Fransada tətbiq edilmişdir. Onun ixtirası Moris Loreyə məxsusdur. Almaniyalı Vilhelm fon Simensin bu konsepsiyanı 1918-ci ildə irəli sürdüyünüə baxmayaraq, ona bu konsepsiyanı həyata keçirmək nəsib olmamışdır. Moris Lore 1954-cü ildə Fransanın iqtisadiyyat, maliyyə və sənaye nazirliyinin vergilər, rüsumlar və ƏDV üzrə direktorluğunun direktoru vəzifəsində işləyirdi.

O, ƏDV-nin fəaliyyət sxemini təsvir etmiş və onun dövriyyə vergisindən üstünlüklərini əsaslandırmışdır. Lakin on ildən çox bir müddət ərzində ƏDV eksperimental qaydada, necə deyərlər, “lokal variantda” tətbiq olunmuşdur. Onun tətbiq olunması üçün təcrübə poliqonu Fransanın Afrikadakı müstəmləkəsi olan Kot-di Vuar (Fil dişi sahili) dövləti olmuşdur.

İstehsal sferası üçün ƏDV 1960-cı ildə Kot-di Vuarda, bir qədər gec Seneqalda qəbul edildi, bununla belə ABŞ-ın Miçiqan ştatı 1953-cü ildə biznesə vahid vergini – mühasibat hesablarına əsaslanan əlavə dəyər vergisi variantını tətbiq etdi.

Avropa ölkələrində vergiqoyma obyekti qismində əlavə dəyər kimi belə bir göstəricinin tətbiqinin zəruriliyi ümumi bazarın qurulması ilə şərtlənirdi.

 

F.M.Qarayev,

Bakı Dövlət Universiteti