Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 Əhalinin  tələbatına uyğun  yerli  mebel istehsalı artır

 

Hazırda ölkəmiz hərtərəfli inkişaf edir, bütün sahələrə diqqət və qayğı göstərilir. Bu isə yeni iş yerlərinin açılmasına, əhalinin rifah halının yaxşılaşmasına, bütün növ tələbatın yerli istehsal hesabına ödənilməsinə səbəb olur.

Bölgələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” hazırlanmışdır. Dövlət Proqramının icrası Muxtar Respublika iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasında müstəsna rol oynamışdır.

Naxçıvan Muxtar Respublikasında uzun illər fəaliyyət göstərən ən iri şirkətlərdən biri – Gəmiqaya Holdinq hazırda nəinki Azərbaycanın, ümumilikdə regionun ən iri və məşhur yerli brendlərinin cəmləşdiyi qurumdur. Holdinqə daxil olan qurumlar tikinti materialları, metal, mebel, mərmər və mədənçilik, sement, beton, alçi və alçipan, plastik materiallar, turizm, yol, su, enerji, qida sənayesi sektorunda aparıcı şirkət kimi çıxış edir. Şirkətlər qrupunun əsas məqsədi gördükləri hər işdə yüksək keyfiyyətə nail olmaq, etibarlı partnyor adını qorumaq, müasir, yeniliklərə imza atmağa çalışan işçilərdən ibarət komanda ilə irəliyə getmək, ətraf mühitə qayğı göstərməkdən ibarətdir. Gəmiqaya Holdinq yerli mebel istehsalı sahəsində xüsusi yer tutur. Bu gün insanların gündəlik həyatında mebellərin rolunun nə qədər əhəmiyyətli olduğu hamıya məlumdur. Son zamanlarda insanların mebelə olan tələbatı və zövqlərin müxtəlifliyi sayəsində məhz yerli mebel sənayesi gündən-günə inkişaf edir və keyfiyyətinin mükəmməlləşməsi ilə yanaşı, çeşid sahəsi də son dərəcə zənginləşir. İnteryerin mədəni təşkili üçün tətbiq edilənən vacib xalq istehlak malları arasında mebel daha uzunömürlü istehlak malıdır. Ona görə əhalinin bütün uzunmüddətli istehlak mallarına xərcinin 30%-nə qədəri mebelin payına düşür.  Hər dövrün mebeli həmin dövrün məişət xüsusiyyətlərini, milli mədəniyyətini, öz tarixi irsini, insanların maraq və istəklərini özündə əks etdirməlidir.  Zaman  keçdikcə  insanların mebelə olan münasibəti dəyişir, onun keyfiyyətinə və müasirliyinə olan tələbkarlıq da artır. Demək olar ki, bu gün əhalinin daha rahat, gözəl və müxtəlif növlü mebellərlə təchiz edilməsinə vacib sosial məsələ kimi yanaşılır. Buna görə də son illər  ölkəmizdə  yerli  mebel istehsalının inkişafına böyük diqqət verilir.  Belə ki, respublikanın daxili bazarlarına müxtəlif xarici ölkələrdən, o cümlədən İtaliyadan, Rumıniyadan, Polşadan, Çexiyadan, Malayziyadan, İrandan, Çindən, Türkiyədən müxtəlif çeşidli mebel malları idxal olunur. Amma son illərdə respublikada daxili istehsalın artırılması və yerli məhsula üstünlük  verilməsi nəticəsində yerli mebel fabriklərinin sayı xeyli artmışdır.

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, ölkənin mebel sənayesinin istehsal həcmləri 2015-ci ilin ilk rübündə 2014-cü ilin analoji dövrünə nisbətdə 21,7% artıb. Artımın səbəbi ilk olaraq onunla bağlıdır ki, yerli mebel idxal edilən mebeldən xeyli ucuzdur və ona görə də rəqabət üstünlüyünü qoruyub saxlayır. Respublikada yüksək keyfiyyətli, nümunəvi mebel istehsal etmək və  insanların məişət şəraitini daha da yaxşılaşdırmaq məqsədilə Gəmiqaya Holdinqin nəzdində olan “Bellissa” mebel fabriki 2004-cü ildən fəaliyyətə başlamışdır. Hazırda “Bellissa” 50000 kvadrat metrlik sahəyə malik olmaqla 286 nəfər işçisi, yüksək texnologiya və üstün keyfiyyət yanaşması ilə müxtəlif çeşiddə mebel: mətbəx, vanna otağı, yumşaq, qonaq və yataq otağı dəstləri və xüsusi taxta təchizatları istehsal edən nəhəng bir sənaye qurumudur. Məlumdur ki, mebel istehsalının inkişafında, genişləndirilməsində və keyfiyyətinin yaxşılaşdırılmasında mebel materiallarının rolu xüsusilə böyükdür.  Məhsulların çeşid çoxluğu, müasir dizayn, keyfiyyətə daimi nəzarət “Bellissa” mebelin əsas fərqləndirici xüsusiyyətlərindən biridir. Yalnız alman və italyan texnologiyası ilə, kütləvi və müxtəlif örtük texnikaları istifadə etməklə "Bellissa" ən inkişaf etmiş inteqrasiya bant sistemləri ilə istehsalını reallaşdırmaqdadır. Demək olar ki,  istehsal prosesində yalnız yüksək keyfiyyətli və bütün ekoloji norma və tələblərə cavab verən materiallardan istifadə olunması, məhsulların keyfiyyətinə istehsal prosesinin hər bir mərhələsində nəzarət edilməsi alıcıların razılığı ilə qarşılanır.

Azərbaycanın qabaqcıl mebel istehsalçısı olan "Bellissa"nın yenilikçi dizayn və inkişaf etdirdiyi mebel modelləri xüsusi və çox geniş bir məhsul rəngarəngliyinə sahibdir. Müştərilərinə panel mebel sistemləriylə müxtəlif həyat məkanlarında geniş hərəkət imkanını təmin edən "Bellissa" gözəl, rahat, keyfiyyətli və fərqli kolleksiyaları, zəngin məhsul müxtəlifliyinin təqdim etdiyi limitsiz alternativlərlə bütün ehtiyacları qarşılayır.

Məhsullarını ölkənin bir çox mağazalarında istehlakçılara təqdim edən "Bellissa"nın digər ölkələrə ixrac etdiyi standart və xüsusi məhsullar da beynəlxalq bazarda seçmə markalar arasında iştirak edir. Xüsusilə qeyd etmək lazımdır ki, “Bellissa” mebel müvəffəqiyyətlə reallaşdırdığı işləri ilə Azərbaycanın ən etibarlı və lider firmaları arasında yer alır. Нazırda Azərbaycan üzrə “Bellissa” mebel fabrikinin məhsuları Naxçıvan şəhəri ilə yanaşı, Bakı, Sumqayıt, Xırdalan, Gəncə şəhərində, Ağdam, Goranboy, Oğuz, Saatlı, Xaçmaz, Biləsuvar, Bərdə, Şəki, Ağcəbədi, Mingəcevir, Quba, Zaqatalada fəaliyyət göstərən mağazalarda satılır. Ümumiyyətlə, gələcək perspektivdə "Bellissa" şirkəti genişlənərək öz məhsullarını digər  bölgələrimizdə  də təklif edəcək.

Qeyd etmək lazımdır ki, “Bellissa” mebel fabrikinin istehsal potensialı çox genişdir. Evlərə yaraşıq verən və hər bir ailənin büdcəsinə uyğun olan “Bellissa” mebel fabriki avanqard, klassik və modern üslubda mətbəx, yumşaq, qonaq və yataq dəstləri, uşaq  və gənclər üçün otaq mebellərinin satışını həyata keçirir. Şirkətin kollektivi işə hər zaman yüksək professionalıq və məsuliyyətlə yanaşır. Müştəriləri düşünən şirkət mütəmadi olaraq fərqli kampaniya və endirimlər edir. Həmçinin, burada müştərilərə xidmət yüksək səviyyədədir. Fəaliyyət göstərilən bütün şəhər və bölgələrdə  mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırılma və quraşdırma xidməti göstərilir. Xüsusi təlim keçmiş montaj qrupları operativ şəkildə və peşəkar səviyyədə mebelləri ən qısa müddət ərzində quraşdırırlar. Qeyd edək ki,  standart olaraq  mebellərin zəmanət müddəti iki ildir.

Şirkət keyfiyyət sertifikatına uyğun mebel istehsal edir.  “Bellissa” mebel  fabriki məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsipləri ilə müştəri məmnunluğu qazanaraq daima irəli gedir.

“Bellissa” mebel fabrıkinin fəaliyyətinin əsas strateji istiqamətləri insanların həyat sahələrinin rahatlığını artırmaq, onların bazar ehtiyaclarını müasir və klassik mebel ilə qarşılamaq və ən əsası, yerləşdiyi bölgədə ilk üç marka sırasında qalmaq, ölkəmizə yararlı olmaqdır.

Naxçıvanda özəl sektor çoxşaxəlidir və onun iqtisadiyyatdakı çəkisi daim  artır. Son illər Muxtar Respublikada insanların tələbatının ödənilməsində yerli istehsala maraq xeyli artmışdır. Özəl sektorun ümumi daxili məhsuldakı payının 87 faizə çatması sahibkarların fəaliyyətinə göstərilən diqqət və qayğının nəticəsi olmaqla, həm də bu sektorun inkişaf göstəricisidir. Hazırda muxtar respublikada yaradılmış yeni istehsal müəssisələri təkcə yeni iş yerlərinin açılması deyil, həm də əhalinin istehlak tələbatının ödənilməsi, ölkənin ixrac potensialının genişləndirilməsinə də imkan verir. İndi deyə bilərik ki, Naxçıvanda fəaliyyat göstərən “Bellissa” mebel fabrikinin nailiyyətləri həm də ölkə iqtisadiyyatının artımı deməkdir. 

 

NAİLƏ  CABBAROVA