Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ziyad Səmədzadə ADAU-da ustad dərsləri keçdi

 

Azərbaycan  Dövlət Aqrar Universitetində son illər ustad dərslərinə xüsusi önəm verilir. Bu cür dərslər ilk olaraq tələbənin təhsil aldığı sahə üzrə gələcəkdə peşəkar kadr kimi yetişməsinə böyük töhfə olur. Mühazirə və ondan sonrakı diskusiyalar həm də tələbənin elmi potensialını ortaya qoyur, dəyərli tövsiyyələr onun kamilləşməsinə təkan verir.   ADAU-nun mətbuat xidmətinin məlumatına görə universitetin bu dəfəki qonağı Milli Məclisin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru Ziyad Səmədzadə olub. Akademik bakalavriat, magistratura, doktorantura səviyyəli təhsil alan tələbələr və gənc müəllimlər üçün “Müasir mərhələdə Azərbaycan iqtisadiyyatının inkişaf problemləri” mövzusunda ustad dərsi keçib. ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov əvvəlcə mühazirəçi akademik haqqında auditoriyada olan dinləyicilərə ətraflı məlumat verib, Azərbaycan iqtisadiyyatının uğurlu inkişafından faktlar söyləyib. İki saat davam edən mühazirə böyük maraqla dinlənilib. Real faktlarla söylənilən hər fikir tələbələrin diqqətini cəlb edib. Mühazirədən sonra tələbələrin suallarını cavablandıran Ziyad Səmədzadə müzakirələrdən fəal olanlara (Həsənova Dilər Əkbər qızı, III kurs menecment ixtisası; Zeynallı Elay Cəlal oğlu, IV kurs maliyyə ixtisası) İqtisadi Ensiklopediya kitabını hədiyyə edib.