Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib **** ® “Kapital Bank”dan gənclərə komissiyasız kredit ****
Qəzetin çap variantları
16-22 may 2019-cu il
19 (1067)
16-22 may 2019-cu il
19 (1067)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

YeniçağırışlarfonundaŞəkiniönsıralardagörəcəyik

 

Şəkiyə ayaq basanda, onun küçələrini gəzib dolaşanda, vüqarlı dağlarının seyrinə dalanda adamın ürəyi açılır. Ötən yazılarımızda Şəkinin tarixi-memarlıq abidələri, turizm potensialı haqqında geniş söhbət açmışdıq. Bu dəfə rayonun aqrar bölmədə əldə etdiyi uğurlardan, sahibkarlığın inkişafı ilə bağlı problemlərdən, qarşıda duran vəzifələrdən danışacağıq. Bir də Şəkidən nə qədər yazsaq da, mövzu tükənən deyil ki! Buranın hər dağında, hər daşında bir tarix gizlənir. Bu diyar bir anın içindəcə insanı ovsunlayıb ağuşuna alır, xəyallar aləminə çəkib aparır. Şəki ilə öyünməyə, fəxr etməyə dəyər. Şəhər bu gün elə gözəlləşib, abadlaşıb ki, bu yerlərdən ayrılıb getmək istəmirsən. Xüsusilə, son 10-12 il ərzində Şəkidə xariqələr yaradılıb, bu şəhər artıq qlobal müstəvidə tanınan, sayılıb-seçilən, cazibədar şəhərə çevrilib. Bu gün Şəki özünün inkişaf və tərəqqisinin keyfiyyətcə yeni mərhələsini yaşayır. 2015-in böhranlı il olmasına baxmayaraq, Şəki rayonu üçün bütün sahələr üzrə uğurlu olub. Ölkə prezidenti cənab İlham Əliyevin ötən ilin noyabr ayının 4-də Şəkiyə səfər etməsi və bir sıra obyektlərin açılışını həyata keçirməsi burada baş verən yüksək inkişaf və tərəqqidən soraq verir. Dövlət başçısı Şəki Məhkəmə Kompleksinin, 840 şagird yerlik Qoxmuq kənd tam orta məktəbinin yeni binasının, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəkidə inşa olunmuş 160 yerlik körpələr evi-uşaq bağçasının, Şəki-Qax-Zaqatala avtomobil yolunun Şəki-Qax hissəsinin yenidən qurulmasından sonra açılışında iştirak etmiş, «Marxal» müalicə-istirahət kompleksində tikinti işlərinin gedişi ilə tanış olmuşdur. Cənab prezident Şəki Məhkəmə Kompleksinin inzibati binasının açılışında məhkəmə və ədliyyə orqanlarının əməkdaşları ilə görüşündə demişdir: «Şəki qədim Azərbaycan diyarıdır. Şəkinin çox qədim tarixi, mədəniyyəti vardır. Şəki nəinki Azərbaycanda, dünya miqyasında gözəlliyi ilə seçilən şəhərlərdəndir. Bir çox şəhərlər memarlıq və yaxud şəhərsalma baxımından bir-birinə oxşayır. Şəki elə şəhərdir ki, heç bir şəhərə oxşamır. Buranın gözəl təbiəti, gözəl memarlığı şəhərsalma prinsipləri ilə tamamlanır. Şəki bizim böyük sərvətimizdir».

Şəkiyə bundan böyük dəyər vermək olarmı? Məhz Şəkiyə, belə münasibətinin nəticəsidir ki, elə səfərin sonrakı günü, yəni noyabr ayının 5-də cənab prezident Şəki şəhərinin sosial-iqtisadi inkişafına dair xüsusi sərəncam imzaladı. Təkcə onu demək kifayətdir ki, dövlət başçısı 7 dəfə Şəkidə səfərdə olmuş, bu səfərlər zamanı 18 obyektin açılışında və təməlqoyma mərasimlərində iştirak etmiş, Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı 11 sərəncam imzalamışdır. Bütün görülən tədbirlər Şəkinin iqtisadi yüksəlişinə, sosial infrastrukturunun yeniləşməsinə, həmçinin aqrar sahənin inkişafına, biznes fəaliyyətinin və azad sahibkarlığın dirçəlməsinə geniş imkanlar və yollar açmışdır.

Rayonda 2015-ci ildə istehsalın əsas sahələrində ilkin hesablamalara görə, faktiki qiymətlərlə 321,2 milyon manatlıq məhsul buraxılmışdır. Buraxılmış məhsulun 7 faizi dövlət, 93 faizi qeyri-dövlət sektorunun payına düşür ki, bu da rayonda azad sahibkarlığın inkişafı üçün yaradılan münbit şəraitdən xəbər verir. Adambaşına faktiki qiymətlərlə 1758 manatlıq məhsul istehsal olunmuşdur. Ötən ildə pərakəndə əmtəə dövriyyəsi 298,2 milyon manat olmuşdur ki, bu da 2014-cü ilin müvafiq dövrünə nisbətən 106,3 faiz təşkil edir. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 73,4 milyon manat olmuşdur ki, bu da 2014-cü illə müqayisədə 108 faiz təşkil edir. Rayonda 2015-ci ildə 1569 yeni iş yeri açılmışdır ki, bunun da 1167-si daimi iş yerləridir. İş yerlərinin 7,6 faizi yeni yaradılmış müəssisə və təşkilatların, 27,6 faizi mövcud müəssisə və təşkilatların, 64,8 faizi isə fiziki şəxslərin payına düşür. Ümumiyyətlə, 01 yanvar 2003-cü il tarixindən 01 yanvar 2016-cı il tarixinədək rayonda 15856 yeni iş yeri açılmışdır ki, bunun da 94, 4 faizi daimi iş yerləridir.

2015-ci ildə rayonda iqtisadi və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən yönəldilmiş investisiyaların həcmi 45,7 milyon manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 137,9 faiz təşkil edir. İstifadə olunmuş investisiyaların 91 faizi dövlət, 9 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşür.

Son illər ölkə miqyasında sənayeləşmə ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın ikinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən ölkə prezidenti hər bir rayonda müasir sənaye zonalarının yaradılmasının vacibliyini vurğulamışdır. Artıq bir neçə ildir ki, bu istiqamətdə layihələr işlənilib hazırlanmış və aidiyyatı qurumlara göndərilmişdir.

Şəkidə inkişaf etdirilməsi vacib olan sahələrdən biri ipəkçilikdir. Şəkidə ipəkçiliyin zəngin tarixi var və illər boyu bu sahədə böyük təcrübə formalaşmışdır. Hələ ötən əsrin 70-ci illərində rayonda 14 min nəfərin cəlb olunduğu istehsalat sahələrində il ərzində 1,5-2 min ton yaş barama yetişdirilirdi. Yeni texnologiyalara əsaslanan istehsalat sahələri yaratmaqla qısa müddət ərzində bu göstəriciyə çatmaq və onu ötüb keçmək olar. Lakin indiyədək bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb. Belə ki, 10 il ərzində rayonda ipəkçiliyin inkişafı ilə bağlı dəstək proqramı çərçivəsində 2 min daimi, 8 min mövsümi iş yerlərinin yaradılması nəzərdə tutulurdu. Bundan başqa, 2014-cü ildə Şəkidə hind toyuğu məhsullarının istehsalı istiqamətində layihənin reallaşması nəzərdə tutulurdu. Bu layihə çərçivəsində 500-ə qədər daimi iş yerlərinin açılması gözlənilirdi. Hər iki layihə ilə bağlı bir çox işlər görülmüş, sahibkarlıq subyektləri tərəfindən yerin seçilməsi, mütəxəssislərin hazırlanması, qabaqcıl təcrübənin öyrənilməsi üçün 300 min avro vəsait sərf olunmuşdur. Bütün bunlara rəğmən, vəsait çatışmazlığı ucbatından hər iki layihənin icrası ləngiyir.

Müsbət hal kimi qeyd etmək lazımdır ki, Şəkidə ən müasir texnologiya əsasında qurulmuş «Sünbül» çörək zavodunda məhsul istehsalına başlanılıb. Müəssisədə Çex Respublikası, Almaniya və İtaliyadan gətirilmiş yüksək standartlara cavab verən avadanlıqlar quraşdırılıb. Gündəlik istehsal gücü 30 ton olan zavodda hələlik gün ərzində 24 ton iki çeşiddə çörək və şirniyyat bişirilir.

Bir məsələni qeyd etmək yerinə düşərdi ki, yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinə Sahibkarlığa Kömək Milli Fondu xətti ilə güzəştli kreditlərin verilməsinə ciddi ehtiyac duyulur. Fikrimizcə, belə böhranlı illərdə ən çox maliyyə vəsaiti məhz bu kateqoriyadan olan insanlara yönəldilməlidir ki, onlar ilkin mərhələdə ayağa durub möhkəmlənə bilsinlər.

Ölkə başçısının sərəncamı ilə 2015-ci il «Kənd təsərrüfatı ili» elan edildi və görülən  tədbirlər nəticəsində respublika üzrə kənd təsərrüfatında 6,6 faiz artım əldə olundu. Bir sıra sahələrdə, o cümlədən taxılçılıqda istehsalın həcmi artdı, iri fermer təsərrüfatlarının yaradılması prosesi sürətləndi. Lakin bu sahədə görüləsi işlər çoxdur. Cənab prezident aqrar sektorun daim diqqət mərkəzində olmasının vacibliyini dilə gətirərək demişdir: «Bizim üçün kənd təsərrüfatı o sahədir ki, qeyri-neft ixracımızı, ərzaq təhlükəsizliyini, insanları işlə təmin edəcək. Ona görə, keçən il «Kənd təsərrüfatı ili» olmuşdur. Ancaq hesab edin ki,  bu il də kənd təsərrüfatı ilidir. Hər il kənd təsərrüfatı ili olmalıdır».

Respublikamızın ən iri taxılçılıq rayonlarından biri olan Şəkinin fermer təsərrüfatlarında 2015-ci ilin məhsulu üçün 61968 hektar sahədə payızlıq taxıl əkini həyata keçirilmiş, məhsulu tez və itkisiz yığmaq üçün bütün zəruri tədbirlər görülmüş, taxıl biçini vaxtında başa çatdırılmışdır. Tarlalardan 187 min tondan çox taxıl götürülmüş, hər hektarın məhsuldarlığı 30 sentner təşkil etmişdir. Qeyd etmək lazımdır ki, aqrotexniki qulluq tədbirlərini gücləndirməklə məhsuldarlığı 35 sentnerə çatdırmaq olar və bu sahədə zəruri addımlar atılmalıdır.

2016-cı ildə 62,7 min hektar sahədə taxıl səpini həyata keçirilmişdir ki, bu da əvvəlki ilə nisbətən 635 hektar çoxdur. Dövlət başçısının aqrar bölmədə qarşıya qoyduğu mühüm vəzifələrdən biri də ölkə miqyasında iri fermer təsərrüfatlarının, assosiasiyaların və korporasiyaların yaradılması prosesinin sürətləndirilməsidir.

Məhz bu tapşırıqlara uyğun olaraq rayonun orta Zəyzid Bələdiyyəsinə məxsus ərazilərdə sahibkarlar tərəfindən icarəyə götürülmüş 78 hektar sahədə müasir texnologiyalar əsasında Aqropark yaradılmışdır. Burada yüksək keyfiyyətli meyvə bağları salınmış, eyni zamanda məhsulun saxlanılması, qablaşdırılması və emal olunması üçün müvafiq işlər görülür. Əldə olunan məhsulun daxili bazarda satışı ilə yanaşı, həm də xaricə ixrac olunması nəzərdə tutulur. Ən yüksək standartlara cavab verən meyvə məhsullarının istehsalı və emalı üzrə ixtisaslaşacaq Aqroparkda 100-dən çox iş yerinin açılması mümkün olacaq. Rayonun digər yaşayış məntəqələrində də bu tipli aqroparkların yaradılmasına ehtiyac vardır. Hazırda nəinki Şəki rayonunda, eyni zamanda, digər bölgələrimizdə də nəhəng aqroparkların və logistika mərkəzlərinin yaradılması prosesi gedir.

Bu günlərdə Azərbaycan dövləti tərəfindən müəyyən olunmuş 8 istiqamət üzrə yol xəritəsinin tərkibində aqroparkların və logistika mərkəzlərinin yaradılması da özünə yer almışdır. Belə layihələrin reallaşması bölgələrimizin sosial-iqtisadi yüksəlişində, ixrac imkanlarının artmasında, hər bir bölgənin müxtəlif çeşidli mallar və əmtəələr üzrə ixtisaslaşmasında, xarici ölkələrə çıxış əldə etməsində müstəsna rol oynayacaq. Zamanın diktə etdiyi yeni çağırışlar fonunda Şəkini ön sıralarda görəcəyik!

 

ZülfüİLYASOV,

«İqtisadiyyat» qəzetininbölgəmüxbiri,

Şəki rayonu