Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Cənab Prezidentimizin mövqeyi xalqımızın maraqlarını və iradəmizi əks etdirir!

 

Dünya bazarında neftin qiymətinin kəskin şəkildə düşməsinin Azərbaycan iqtisadiyyatına mənfi təsirlərini minimuma endirmək və gələcək inkişafda davamlı iqtisadi artımı təmin etmək zərurəti gündəmdə olan əsas məsələdir. Cənab Prezidentimiz İ.Əliyevin bu istiqamətdə geniş və dərin islahatlar aparılmasına yönəlmiş son fərman və sərəncamları və onların uğurla icrasına başlanılması, yaxın gələcəkdə ölkə iqtisadiyyatının stabilləşdirilməsi və böhrandan çıxmağa böyük ümidlər yaradır. 16 mart 2016-cı il tarixli sərəncamla “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin  başlıca istiqamətləri” adlı sənəd təsdiq edilib, 2016-2020-ci illər üzrə strateji inkişaf planının hazırlanması və 2025-ci ilədək, habelə sonrakı dövr üçün strateji hədəflərin müəyyən edilməsi qərara alınıb. Bu, vaxtında atılmış ən zəruri addım kimi dəyərləndirilir və onun hazırlanmasında çoxsaylı mütəxəssis və alimlərin potensialından faydalanmaq tələb olunur.  Cənab Prezidentin sosial-iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovun rəhbərlik etdiyi yeni İşçi Qrupunun təqdim etdiyi  strateji hədəflər təqdirəlayiqdir, eləcə də  müstəqil mütəxəssislər və sağlam müxalifət nüməyəndələri tərəfindən də müsbət dəyərləndirilir. Çüki bu sənəd bütün xalqımızın mənafeyi naminə müəyyən edilmiş prinsiplər əsasında tərtib edilib.

Eyni zamanda, qeyd etmək lazımdır ki, əsas hədəfləri müəyyən edən Strateji Yol Xəritəsi respublikamızın ümummilli maraqlarını təmin etməyə yönəlməklə, dərin tədqiqatlar nəticəsində, düşünülmüş və əsaslandırılmış qərarlar qəbul etməklə  hazırlanmalıdır. Bu sənəd Azərbaycanın 2025-ci ildən sonrakı dövr üçün də “mayak” rolunu oynayan əsasları özündə əks etdirdiyinə görə xalqımız üçün həyati əhəmiyyətə malikdir. Hesab edirik ki, hökumət tərəfindən strateji inkişafımızla bağlı daha genişmiqyaslı araşdırmalar aparılması və daha dolğun sənədin hazırlanmasına zəmin verilməsinə şərait yaradılması məqsədəuyğundur. 

Doğrudur, Azərbaycanın müxtəlif dövlət orqanlarında islahatlarla bağlı yaradılmış yeni İşçi Qrupun işinə cəlb oluna biləcək kifayət qədər mütəxəssislər çalışırlar və onların potensialından müvafiq qaydada istifadə ediləcəkdir. Lakin nəzərə alınmalıdır ki, digər sahələrdə də fəaliyyət göstərən müstəqil ekspertlər və sağlam müxalifəti təmsil edən çox dəyərli alimlərimiz və ictimai xadimlərimiz də bu prosesə böyük töhfə vermək iqtidarındadırlar və onlar xalqımızın və cəmiyyətimizin maraqlarına təmənnasız xidmət edirlər. 

Cənab Prezidentin qarşımıza qoyduğu hədəflər məhz xalqımızın maraqlarını əks etdirir və bu maraqlara xidmət edən bütün insanların mövqeyi ilə üst-üstə düşür.  Bir sözlə, ölkəmizdə mövcud olan Prezident-Xalq vəhdəti uğurlu islahatların aparılacağına təminat verir. Lakin təəssüflə qeyd etməliyik ki, bu vəhdətə mane olan daxili və xarici qüvvələr, eləcə də inhisarçılıq və korrupsiya problemləri islahatların uğurla aparılmasında başlıca maneə kimi qarşıya çıxır. Bu problemlərin aradan qaldırılması isə yalnız cəmiyyətimizin sağlam qüvvələrinin, bütünlükdə, səfərbər olunmasından asılıdır. O cümlədən, müxalifət düşərgəsində təmsil olunan ayrı-ayrı konstruktiv və obyektiv təfəkkür daşıyıcıları olan mütərəqqi ziyalıların aktiv şəkildə dövlət komissiyalarının işinə cəlb edilməsi imkanı dövlətimizin hazırki mərhələdə faydalanılması zəruri olan böyük potensialdır.

Son zamanlar hökumətə rəsmi qaydada təqdim olunan ekspert rəyləri, eləcə də sosial şəbəkələrdə bir çox dəyərli mülahizələr və anti-böhran təklifləri də, yeni islahatlar prosesində cəmiyyətimizin aktiv iştiraka hazır olduğunu və Cənab Prezidentimizin siyasətinin dəstəklənməsini nümayiş etdirir. Beləliklə,  xalqımızın taleyüklü məsələlərinin həllində hər birimizin vətəndaşlıq borcumuz olaraq, Cənab Prezidentimizin xalqımıza xidmət yolunda şərəfli fəaliyyətinə öz töhfəmizi vermək üçün bütün sahələrdə öz işimizlə səylərimizi səfərbər etməli və islahatların daha da uğurla həyata keçirilməsinə yardım etməyə çalışmalıyıq! 

 

Müəllif:

Nurlan Bağırov,fəlsəfə doktoru