Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

  Gənc sahibkarların yetişməsinə real şərait yaradılır

 

Ölkəmizdə biznesin inkişafına yaradılan şərait və gələcək perspektivlər gənc sahibkarların formalaşmasına və inkişafına geniş imkanlar açır. Bakıda və regionlarda yaradılan yeni istehsal müəssisələri təkcə yeni iş yerlərinin açılması deyil, həm də əhalinin istehlak tələbatının ödənilməsi, ölkənin ixrac potensialının genişləndirilməsinə də imkan verir.

 Son onillikdə ardıcıl olaraq, 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” Dövlət proqramlarının uğurla həyata keçirilməsi, Prezident yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident mükafatının təsis edilməsi gənclərin hərtərəfli inkişafını stimullaşdırıb. Son illər istifadəyə verilən “Gənclər ev”ləri xüsusilə regionlarda yaşayan gənclərin maraq dairəsinin genişləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili üçün yeni imkanlar yaradıb. Gənclərin məşğulluğu və sahibkarlığın inkişafı üçün biznes inkubatorların, texnoparkların yaradılması çox əlamətdar hadisələrdir.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına və 2015-ci il 26 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq “Azərbaycan gəncliyi 2016-2020-ci illərdə” Dövlət Proqramı hazırlanıb.

 Hazırda gənclərin hərtərəfli inkişafı üçün münbit şəraitin formalaşdırılmasına, gənc alim və tədqiqatçıların fəaliyyətinin dəstəklənməsi və gənclərin elmə həvəsləndirilməsinə, ali və orta ixtisas təhsili müəssisələrində tələbələrin özünüidarəetməsinin gücləndirilməsinə, onların ideya və təşəbbüslərinin dəstəklənməsinə, gənclərin bilik və bacarıqlarının inkişafı, sahibkarlıq və məşğulluq imkanlarının artırılmasına, regionlarda yaşayan gənclərin təhsil, məşğulluq, ictimai fəaliyyətlərinin, mədəniyyət və idman sahəsində imkanlarının genişləndirilməsinə xüsusi diqqət yetirilir.

 İndi ölkəmizdə bir sıra qurumlar ölkə iqtisadiyyatının inkişafında gənclərin iştirakının artırılmasında, habelə onların ideyalarının, istedadlarının, iş qurmaq bacarığının üzə çıxarılmasında yaxından iştirak edir, bu gənclərə dəstək verirlər. Bu qurumlardan biri də Azərbaycanın aparıcı korporativ bankı olan Paşa Bankdır. Təkcə onu qeyd etmək kifayətdir ki, 2007-ci ildə təsis olunmuş və  400 nəfərdən çox əməkdaşı olan bu bank “Europe Banking Awards” 2011, 2012, 2013 çərçivəsində Bank “Azərbaycanın ən yaxşı İnvestisiya Bankı” elan olunmuşdur, 2013-2014-cü illərdə isə "WorldFinance" tərəfindən "BestPrivate Bank in Azerbaijan" adına layiq görülmüşdür.

 

Gözəl təşəbbüs

 Ötən ilin sentyabr ayından başlanan seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanırdı. "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyi proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək onlar üçün sahibkarlıq, maliyyə savadı, biznes etika, biznesdə İT-dən istifadə, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi biznes görüşlər təşkil edib. Biznes görüşlər zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edib, məhsullarının satışı və çatdırılma yollarını araşdırıb, istehlak bazarının tələblərini öyrənib və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq ediblər.

 

Park İnn-də bir gün

 Ötən ay PAŞA Bankın sponsorluğu ilə "Junior Achievement Azərbaycan" (JAA) ictimai birliyinin və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən "Gənclərin Davamlı Müəssisələrinin İnkişaf Proqramı" çərçivəsində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi tərəfindən Lənkəran və Xaçmaz regionundan gəlmiş gənc iş adamları (layihələrini təqdim edən gənc sahibkarlar) üçün biznes forum təşkil edilmişdi. Park İnn-də baş tutan bu forumun  məqsədi layihə iştirakçıları ilə bank nümayəndələrini və sahibkarları bir araya gətirərək, onları sahibkarlıq fəaliyyəti və bu sahədə maliyyələşmə imkanları haqqında maarifləndirmək, fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək idi.

 Səhərdən başlanan tədbir axşama qədər davam etdi və burada iştirak edən 60 gənc sahibkar, bank işçiləri və digər qurumların nümayəndələri, eləcə də biz – KİV nümayəndələri gün ərzində 8 müəssisə haqqında ətraflı məlumat aldıq, fikir mübadiləsi apardıq. Bu, həm də yeni tanışlıqlar, dostluq, ünsiyyət günü kimi yadda qaldı...

 

Başlanğıc və ya arzuların gerçəkləşməsinə bir addım...

 Fevralın 4-də baş tutan və “Biznes Günü” adını almış bu tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Lənkəran və Xaçmaz regionunu təmsil edən 60 gənc sahibkar, dövlət orqanlarının və digər şirkətlərin nümayəndələri iştirak edirdi.

 PAŞA Bankın "Gənclik" Xidmət Mərkəzinin rəhbəri Vüqar Əliyev layihə iştirakçılarına mövcud və yeni bank məhsulları, xidmətləri və kredit imkanları haqqında məlumat verib. O, gənclərə biznes layihələrinin yazılması, imkan və mövcud risklərin qiymətləndirilməsi, biznesin planlaşdırılması, maliyyə mənbələrinə çıxış və maliyyə hesabatı üzrə məsləhətlərini bildirib.

 Nazir müavini İntiqam Babayev bildirdi ki, ötən ilin sentyabr ayında başlayan “Davamlı Müəssisənin İnkişaf Proqramı” fərdi müəssisənin yaradılması və idarə edilməsi üçün gənc sahibkarları zəruri bilik və bacarıqlarla təmin etmək məqsədi daşıyır. O, dedi: “Bu layihə dövlət qurumu, özəl sektor və ictimai sektorun dəstəyi ilə həyata keçirilib. Seçim prosesi ərizəçilərin sahibkarlıq fəaliyyətinə dair təcrübə və marağının olması, proqramı bitirdikdən sonra reallaşdırılması nəzərdə tutulan şəxsi fəaliyyət planına əsaslanır”.

 Tədbirdə həmçinin digər qurumların nümayəndələri də çıxış etdilər və proqramın mahiyyətindən danışdılar. Qeyd olundu ki, “Azərbaycan Gənclərinin Nailiyyəti” İctimai Birliyi proqram iştirakçılarına müəssisənin yaradılmasında kömək edərək, onlar üçün sahibkarlıq, maliyyə savadı, biznes etika, biznesdə İT-dən istifadə, biznes planın tərtibatı üzrə təlimlər və mütəmadi biznes görüşlər təşkil edib. Biznes görüşlər zamanı proqramın iştirakçıları qarşılaşdıqları çətinlikləri müzakirə edib, məhsulların satışı və çatdırılma yollarını araşdırıb, istehlak bazarının tələblərini öyrənib və kommersiya fəaliyyətində tətbiq olunan yenilikləri tədqiq ediblər.

 Gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini diqqətə çatdırdı. Onun fikrincə, bu layihə Azərbaycan üçün çox aktual bir zamanda həyata keçirilir. Ölkədə yeni iqtisadi islahatlar aparılır. İntiqam Babayev dedi: “Düşünürəm ki, hər bir dövlət qurumu, ictimai təşkilat, özəl sektorun təmsilçiləri bu və ya digər şəkildə bu proseslərdə fəal iştirak etməlidirlər. Azərbaycanda həyata keçirilən dövlət-gənclər siyasətinin əsas istiqamətlərindən biri məhz gənclər arasında sahibkarlıq ideyalarının təşviq edilməsidir. Gənclər və İdman Nazirliyi gənclər təşkilatları tərəfindən gənc sahibkarlığa dəstəyə yönəlmiş layihələrə kömək etmək niyyətindədir. "Youth Inc." biznes inkubasiya proqramının həyata keçirilməsi vasitəsilə təxminən 5 minə yaxın gənc üçün təlimlər keçirilib. Hazırda bir neçə layihə startap olaraq biznes inkubator formatında fəaliyyət göstərir”.

 Tədbirdə "PAŞA Bank"ın idarə heyətinin üzvü Şirin Əliyeva təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verərək bildirdi ki, "PAŞA Bank" hazırda maliyyə bazarında tutduğu yerə görə bir neçə korporativ və sosial məsuliyyət proqramları həyata keçirir. Bu proqramlar çərçivəsində sahibkarlara, gənclərə, tələbələrə maliyyə xidmətləri sahəsində savadlarının artırılması üzrə dəstək layihələri təşkil olunur.

 "Azercell"-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin (Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir) direktoru İmran Bağırov və "Azərbaycan Gənclərinin Nailiyyəti" İctimai Birliyinin sədri Bəxtiyar Axundov da çıxışlarında gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının, sahibkarlıqla məşğul olmaq istəyən gənclərə yardım edilməsinin, müxtəlif maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsinin əhəmiyyətindən danışdılar.

 Tədbirdə gənc sahibkarlar öz biznes ideyalarını plan şəklində təqdim etdilər. Münsiflər heyətinə təklif olunan ideyaların həyata keçirilə bilmə dərəcəsi, rəqabətə davamlılığı, yenilik və biznes fəaliyyətinin inkişaf planına uyğunluğu qiymətləndirildi və qaliblər elan olundu. Gənc sahibkarların təqdim etdikləri layihələr sırasında tərcümə mərkəzi, çap evi, lazer-epilyasiya mərkəzi, uşaq bağşası-körpələr evi, kafe, mismar istehsalı müəssisəsi və s. vardı. Öz biznes planlarını təqdim edən gənclər arasında xaçmazlı bir gənc diqqətimi cəlb etdi. Qaliblər sırasında olmasa da, bu gəncdə olan enerji, iş qurmaq arzusu, qurduğu işlə nəinki daxili bazara çıxmaq, ixrac etmək niyyəti də məni heyran etdi.

 

Onun böyük arzusu

Ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı qazanılan uğurlar ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır və bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sahibkarlığın inkişafı ilə bağlı iş adamlarının fəaliyyət dairəsi genişləndirilir, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Belə bir şəraitdə bu cür tədbirlərin keçirilməsi gənc sahibkarlar arasında əməkdaşlıq əlaqələrinin qurulmasında böyük əhəmiyyət daşıyır.

Toğrul Baxışov bu tədbirdə “Toghrul Group” adlandırdığı müəssisəni təmsil edirdi. Danışdıqca, arzusunun gerçəkləşməsinə olan böyük inamı özünü büruzə verirdi. Tədbirdən sonra Toğrulla görüşüb söhbət etdik. O dedi: “Fəaliyyət sahəmiz inşaat sektorudur. İstehsal edəcəyimiz məhsullar mismar və digər bərkidici vasitələrdir. Bu məhsullar keyfiyyətinə və qablaşdırılmasına görə həm xaricdən gətirilmiş, həm də yerli məhsullardan fərqlənəcək. Satış dairəmiz daxili bazarda bütün inşaat materiallarının satış nöqtələri  və tikinti təşkilatlarıdır. “Toghrul Group” istehsal müəssisəsinin məqsədi ölkədə keyfiyyətli, dünya rəqabətinə davamlı məhsulların istehsalı və inşaat sektoru bazarında mövqe tutmaqdır. Xarici bazarlara keyfiyyətli məhsul ixrac etmək, xarici bazarlarda ölkəmizi layiqli təmsil etmək  gələcək inkişafımızın əsas şüarıdır. İstehsal prosesimizi reallaşdırmaq üçün bizə 600-700 kv/metrlik, şəhərdən uzaq ərazidə tikili lazımdır. Yerin icarə pulu 1000 AZN, kommunal xərclər 300 AZN nəzərdə tutulub. Gələcəkdə burğu bərkidici istehsal edən cihazların da alınmasını planlaşdırırıq. İstər şimal rayonlarında, istərsə də Bakı şəhərində tikinti materiallarının satış mərkəzlərində keçirdiyimiz monitorinqlər nəticəsində bazarda qablaşdırılmış mismarlara çox nadir hallarda rast gəldik və gələcək planlarımıza istehsal etdiyimiz mismarları qablaşdıraraq istehlakçlara çatdırmağı da daxil etdik. Bu məhsul xüsusi qablaşmada, lisenziyalı marka adı ilə, ümumi çəkisi 500 qram və 1 kq olmaqla satışa veriləcək”.

 Toğrul onu da bildirdi ki, istehsalat üçün alınması lazım olan dəzgahlar Çexiyanın Kovopol markalı texnikasıdır. Texnikanın çox baha olması Toğrulun layihəsinin həyata keçirilməsini çətinləşdirir. Lakin bu, onu və dostlarını qorxutmur, o, layihəsinin həyata keçirilməsi üçün investor axtaracığını da qeyd etdi.

 Toğrul bu müsabiqədə qalib olmadı, amma inanırıq ki, bu inadkar gənc nə vaxtsa öz arzusuna çatacaq.

 

 Yeganə MƏMMƏDOVA