Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Novruzun tarixindən faktlar və miflər

 

Hər bir xalqın tarixində əsirlərin sınağından çıxmış qərinələr adlamış, özünəməxsus  adət və ənənələr kök salmışdır.  Bu gün bu ənənələr içərisində bayramlar və onların keçirilməsi ilə bağlı mərasimlər xüsusilə qeyd olunmalı və unudulmamalıdır.

Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi cəhət insanlarda həyat eşqi, sevinc hissləri yaratmasıdır.

Xalqımızın böyük sevgi və həvəslə qeyd etdiyi bayramlardan biri də Novruz bayramıdır. Novruzla bağlı ilkin inanclar və mərasimlər qədim “Avesta”da “turlar” adlandırılır. 

Turanlılar Orta Asiyanın Şərqindən, yəni Sır-Dərya çayı və Aral dənizindən Baykalyanı ərazilərədək olan çöllərdə məskunlaşmışdılar. Tədqiqatlar göstərir ki, Zərdüşt özü də turanlı olmuşdur. Zərdüşt Orta Asiyaya gəldikdən sonra yazılmış nüsxələrdə isə yayın 5 ay, qışın isə 7 ay davam etdiyi bildirilir.

Zərdüştün ölümündən (e.ə. VII əsr) xeyli sonra paytaxtı Həmədan olan parfiyalıların hakimiyyəti dövründə (e.ə.250 - b.e.266-cı illər) tərtib edilmiş “Kiçik Avesta” məlumatlarına əsasən isə Zərdüşt qədim Midiya, yəni indiki Cənubi Azərbaycanda doğulmuşdur.

Zərdüştlük təlimində yeddi mühüm bayram var idi. Zərdüştlük bayramları təbiət ünsürlərinin və ya obyektlərinin Ahura Məzda tərəfindən yaradıldığı günləri ehtiva edir və hər bir bayram azı beş gün təntənə ilə davam edirdi. Ancaq odun yaranması şərəfinə baharda gecə ilə gündüzün bərabərləşdiyi gündə keçirilən Novruz bayramı hələ o dövrlərdə daha təntənəli surətdə qeyd edilirdi. Yalnız payızda gecə ilə gündüzün bərabərləşdiyi gün keçirilən Mitraqan bayramı öz təmtərağı və əzəməti ilə Novruza yaxın idi. Ahura Məzdanın yaxın köməkçilərindən Spendarmad tanrısının himayəsi altında olan bu bayram “Kiçik Avesta”da həmçinin Paitişaxiya, yəni “taxıl biçini” adlanırdı və altıncı ayın 30-cu günü yerin (torpağın) yaranması simvolu kimi qeyd edilirdi. Bunu da qeyd etmək lazımdır ki, qədim dövrdə yeni ilin ilk günü Novruz yox, Ahura Məzda bayramı adlanırdı. Sasanilər dövründə (III-VII əsrlərdə) “Ahura Məzda” adı artıq “Hörmüz” formasında tələffüz edilirdi. İslamın qəbulundan sonra isə ərəblərin qadağan etdikləri Hörmüz adını səs tərkibi baxımından ona uyğun səslənən “Novruz”, yəni “Yeni gün” adı ilə əvəz etmək zərurəti yarandı. Ümumiyyətlə, Zərdüştlük təqvimində hər biri 30 gündən ibarət olan 12 ayın hər birinin birinci günü Ahura Məzda, Sasanilər dövründə isə (226-642-ci illər) Hörmüz günü adlanırdı. İlin sonunda bu təqvimə daha 5 gün əlavə edilirdi.

Novruz mərasimlərinin qədim dövlərdə necə qeyd edilməsinə dair mənbələrdə verilən məlumatlar daha çox sasanilər dövrünə aiddir. Əbu-Reyhan Biruninin məlumatına əsasən, Novruzun birinci gününü şah sadə əhali ilə keçirir, onlara hörmət göstərir və hədiyyələr verirdi. İkinci günü şah iri torpaq sahibləri və digər varlı adamlara, üçüncü günü hərbçilərə və yüksək rütbəli kahinlərlə görüşə, dördüncü günü öz ailəsinə və yaxın qohumlarına, beşinci günü isə öz oğlanlarına və müştərilərinə həsr edirdi. Bu beş gün Kiçik Novruz adlanırdı. Altıncı gündən Böyük Novruz başlanırdı və bundan sonra şah özü və öz yaxın adamları üçün Novruz mərasimləri düzəldirdi. Bu məclislər zamanı şahı təbrik edirdilər və ona hədiyyələr verirdilər. On üçüncü gün isə şəhər ətrafında gəzintilər təşkil edilirdi. Böyük Novruz günlərində həmçinin günahkarlar bağışlanır və həbsxanada olanlar əfv edilirdilər.

Bundan əlavə, qədim inanclara görə, İlaxır çərşənbə axşamı deyilən sözlər sehrli təsirə malikdir. Buna görə də həmin axşam insanlar, xüsusilə də gənc qadınlar növbəti il üçün öz niyyətlərini sınamaq məqsədilə qonşuların qapı və ya pəncərəsindən gizlincə evdə deyilən sözlərə qulaq asırlar. Əgər niyyət edən adamın eşitdiyi ilk cümlə onun ürəyində tutduğu niyyətə, arzuya uyğundursa, onda belə hesab edilir ki, növbəti ildə onun niyyəti həyata keçəcəkdir. Bayram axşamı qədim kahinlərin əvəzinə indi uşaqlar öz qonşularının qapısı ağzına torba qoyub, qapını döyürlər. Ev sahibi qapını açıb, torbanı götürüb, onun içərisinə şirniyyat və meyvə yığıb, əvvəlki yerinə qoyur. Bununla da uşaqlar özlərinə hədiyyə qazanırlar. İlaxır çərşənbənin səhəri günü tezdən insanlar axar su üstünə, yəni yaxınlıqdakı çay və ya arx kənarına gəlib, suyun üstündən tullanmaqla öz xəstəliklərini suya tökmək etiqadına da inanırdılar. Bu kimi inanclardan çox qeyd etmək olar.

İlaxır günündən sonra Novruz bayramı gəlir. Çox təntənəli və parlaq keçən İlaxır çərşənbə ilə müqayisədə Novruz bayramı sakit və təmkinli bir şəraitdə qeyd edilir. Novruz süfrəsində də bayram xörəkləri və şirniyyat mühüm yer tutur. Novruzun səhərisi günü insanlar bir-birinin görüşünə gedib, hədiyyələr verir və bir-birini təbrik edirlər.

Novruz sevinc və xeyirxah işlər bayramı olduğu kimi, həm də təbiətin oyanmasını, əkinçilik işlərinin başlanmasını bildirən bir bayramdır. Ona görə də bayram günləri tədricən bahar fəslinin gərgin iş rejimi ilə əvəz olunur. Ancaq, Novruz haqqında deyilən qədim rəvayətə əsasən, insanlar düşünürlər ki, Novruz bayramını şən keçirən adamlar növbəti Novruza qədər də sevinc və şadlıq içərisində yaşayacaqlar.

 

L.N.