Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
4-10 iyul 2019-cu il
26 (1074)
20 iyun - 3 iyul 2019-cu il
25 (1073)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Bütün qadınları 8 mart günü münsibətilə təbrik edirəm.

Analardır bütün uşaqları sevindirən... Günəş üzlü anam, əllərindən öpürəm. 
Səmadan bir ulduz düşür, dilək tuturuq. Anam gözlərini bağlayır, bütün diləkləri mənimlə bağlıdır. Şimal küləyi əssə də, qopsa da fırtına, sığınacağım tək liman sənsən, anam. Haqqını necə ödəyərəm... Başımı dizlərinə qoymağa gəldim. 
Bayramın mübarək olsun ANAM! Hər zaman söyləməsəm də, səni çox sevdiyimi məncə duyursan. 
Məni məndən çox sevdiyinə inandığım tək insansan. Ərköyünlüyümün təsəllisi, şəfqətinə sığındığım, həyatını könüllü paylaşan Anam… Sənin qucağın, sənin mərhəmətin məni həyata bağlayır, Ana.
Ən gözəl insan, ən gözəl ana, qoruyucu mələyim... Səni bir gün deyil, hər dəfə xəstələnəndə, başım ağrıyanda çağırıram. Səsimi duyan tək insansan. Sənə nə qədər təşəkkür etsəm də, azdır. Mənim həyat işığımsan... Varlığımın tək səbəbisən... Gücümə güc, ümidimə ümid qatan Anam... Bütün ağrı-acılar üstümə yağanda sən mənə açılan çətirsən... 
Bizimki sonsuz, ilahi sevgidir... Səbirlisən, istisən, şəfqətlisən, bağışlayansan... Çünki Anamsan. Hüznümü sevincə çevirən tək insansan. Dünyada kimsəni səni sevdiyim qədər sevə bilmədim, bağlana bilmədim. Sonsuz, izhar edilməz bir sevgiylə məni sevən anam... Yaşayıram, sənə layiq olmaq üçün, ümidlərini yaşatmaq üçün... 
Qarşılıqsız tək sevgi ananın övladına duyduğu sevgidir. Mən öz övladlarımda sənin sevgini tapdım. Və səni nə qədər çox sevdiyimi bir daha anladım. Nə yaxşı ki, varsan anam.
Mənə bəxş etdiyin sevgiylə bütün dünyam çiçəkləndiı. Onları heç soldurmadım, Ana. 
Sənin balan olduğum üçün hər vaxt qürur duydum. Sənin sevgin dünyamı hərarətləndirən günəşdir. Heç zaman nurun azalmayacaq, bilirəm. Varlığınla xoşbəxtəm. Hər şeyə dəyər sənin sonsuz sevgin. Sən başımızın tacısan. Ən əziz varlığımsan. Hər zaman sənin qarşında günahsız və sevginə möhtac bir uşaq təkin dayanıram. Qucaqladığın zaman rahatlıq tapıram. 
Anam, hər günümdəsən. Anam olmağın Allahın mənə dünyadakı ən böyük hədiyyəsidir. Nə yaxşı ki, sən varsan. Səni çox sevirəm. Qadınlar günün mübarək olsun ey əziz qadın, ANAM!