Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
17-23 oktyabr 2019-cu il
41 (1088)
3-9 oktyabr 2019-cu il
39 (1086)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Dağlar qoynunda yerləşən İsmayillinin kənd təsərrüfati turizm potensiali böyükdür

 

Dünyada baş verən xoşagəlməz proseslər, enerji və maliyyə bazarlarında yaranmış vəziyyət Azərbaycana da təsirsiz ötüşməyib. Bununla əlaqədar ölkə prezidenti cənab İlham Əliyevin atdığı qətiyyətli addımlar, həyata keçirilən məqsədyönlü tədbirlər nikbinlik yaradır. Bütün çətinliklərə rəğmən, bu gün Azərbaycan beynəlxalq aləmdə inkişaf etməkdə olan ölkə kimi tanınır və qəbul edilir. Bu yaxınlarda Davosda keçirilən Dünya İqtisadi Forumunda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin dərin məzmunlu çıxışları bunu bir daha təsdiq etdi. Artıq Azərbaycan bütün qlobal məsələlərdə özünəməxsus baxış və mövqe nümayiş etdirən ölkəyə çevrilib. Neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkə miqyasında qeyri-neft sektorunun üstün mövqeyə çıxarılması və onun uzunmüddətli inkişafının təmin edilməsi dövlətimizin strateji hədəflərinin özəyində dayanır. Qeyri-neft sektorunun daxilində aqrar sektorun xüsusi çəkisi və payı vardır. Kənd təsərrüfatında yüksək göstəricilərə nail olmaq üçün bu sahəyə əngəl törədən bütün səbəblərin üzə çıxarılması və təxirəsalınmaz tədbirlərin görülməsi dövlət başçısının qarşıya qoyduğu ən vacib vəzifələr sırasındadır. Bununla da regionların önəmi daha da artacaq, aqrar sahibkarlıqla məşğul olan insanlara qayğı və diqqət çoxalacaq. Məhz bu səbəbə görə istər dövlət başçısının, istərsə də nazirlərin regionlara səfərləri artıb. Belə görüşlər mövcud problemlərin üzə çıxarılması və çevik tədbirlərin görülməsi baxımından xüsusi önəm daşıyır. Canlı ünsiyyət və təmaslar rayonun iqtisadi potensialından maksimum istifadə edilməsinə, yerli iş adamlarının və sahibkarlıq subyektlərinin fəaliyyətinin canlanmasına, təşəbbüslərin dəstəklənməsinə, sərmayələrin konkret sahələr və istiqamətlər üzrə cəlb olunmasına şərait yaradır. Digər tərəfdən, Azərbaycan Respublikası Milli Məclisi «Lisenziyalar və icazələr haqqında» qanun layihəsini qəbul edib. Qanun Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslər tərəfindən ayrı-ayrı fəaliyyət növlərinin və hərəkətlərinin həyata keçilməsi üçün xüsusi razılıq (lisenziya) və icazələrin verilməsinin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Bundan sonra lisenziyaların verilməsində şəffaflıq təmin olunacaq, hər hansı yoxlama aparan orqan, sahibkarlıq subyektinin lisenziyasının olub-olmadığı haqqında məlumatları birbaşa elektron portaldan əldə edəcəkdir.

Bəs, görülən bütün bu tədbirlər regionlarda azad biznesin və sahibkarlığın inkişafına necə təsir göstərir, daha hansı işlərin görülməsinə zərurət duyulur?

Dağlar qoynunda yerləşən İsmayıllı rayonu haqqında söhbət açacağıq. Öncə onu demək lazımdır ki, İsmayıllıda kənd təsərrüfatı və turizmin inkişafı sahəsində güclü potensial var. Artıq 12 ildir ki, rayonun iqtisadi inkişafını təmin etmək, yerli gəlirləri artırmaq istiqamətində ardıcıl tədbirlər, möhtəşəm işlər görülüb və bunlar İsmayıllını gözəlləşdirib, müasirləşdirib, insanların yaşam tərzini dəyişib. Bununla belə, İsmayıllının  perspektiv inkişafını təmin edəcək bir sıra zəruri tədbirlərin görülməsinə ehtiyac vardır. Rayonda müasir sənaye müəssisələrinin, yeni tipli sahibkarlıq subyektlərinin yaradılması, həmin sahələrə investisiyaların cəlb olunması qarşıda duran ən mühüm vəzifələrdəndir.

Böhranlı il olmasına baxmayaraq, 2015-ci ili rayon yüksək göstəricilərlə başa vurub. Belə ki, ötən il rayonda 720 yeni iş yeri açılıb ki, bunun 495-i daimi iş yerləridir. 2016-cı ildə rayonun Qalınçaq kəndində illik istehsal gücü 1000 ton olan quşçuluq fabrikinin, Diyallı kəndində ölkəmizdə ilk velosiped zavodunun, İsmayıllı şəhərində karton-gips müəssisəsinin, Xanagah kəndində inşaat materialları zavodunun tikintisi başa çatdırılacaq. Ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxaldan asılılığın azaldılması məqsədi ilə rayonda aqrar sahədə ciddi işlər görülür. BMT-nin inkişaf Proqramı və Avropa İttifaqının dəstəyi ilə rayonda aqrar sahənin inkişaf  etdirilməsi ilə bağlı iki layihə həyata keçirilir. Bu layihələr çərçivəsində İsmayıllı şəhəri, Topçu, Qurbanəfəndi, Diyallı, Sumağalı, Yeniyol, Çəmənli kəndlərində istixana təsərrüfatları yaradılıb və yüksək keyfiyyətli tərəvəz məhsulları yetişdirilir. 2015-ci il ərzində 50-dən çox təsərrüfatda istixana sahələri yaradılıb və gələcəkdə bunların sayının 100-ə çatdırılması nəzərdə tutulur. Əhalinin məşğulluğunun təmin olunmasında belə təsərrüfatların müstəsna əhəmiyyəti vardır. Müqayisə üçün deyək ki, Şəmkir rayonu ərazisində belə təsərrüfatların sayı minlərlədir. Məhz bu səbəbdəndir ki, burada işsizlik problemi yox dərəcəsindədir. İstixanalarda yetişdirilən çeşidli məhsullar – pomidor, xiyar, bibər, badımcan və s. Rusiya bazarlarında çox yaxşı satılır. Artıq Rusiyanın şəhərlərində Şəmkir pomidoru öz dadına, tamına görə şan-şöhrət qazanıb, ən elit süfrələrin bəzəyinə çevrilib. İsmayıllıda da istixana təsərrüfatlarının geniş şəbəkəsinin yaradılması istiqamətində işlər davam etdiriləcək. Bunun üçün bütün şərait yaradılıb. Qaz, su problemi həllini tapıb, elektrik enerjisinin verilməsində heç bir problem yoxdur. Yeri gəlmişkən, burada 2011-ci ildə tikintisinə başlanmış «İsmayıllı-1» su elektrik stansiyası 2013-cü ilin avqust ayında istismara verilib. Gücü 1,5 meqavat olan stansiyada hər biri 5,27 meqavat olan 3 generator var. Onların ikisi işçi vəziyyətində, biri ehtiyatdadır. Gündəlik istehsal gücü 13-14 min kilovat saatdır. Ölkə başçısının göstərişi ilə «İsmayıllı-2» elektrik stansiyasının təməli qoyulub. Bu stansiya da birinci stansiya ilə eyni gücdə olacaq. Hər iki stansiya tam işə düşdükdən sonra İsmayıllı rayonunun elektrik enerjisinə olan tələbatının 30 faizini ödəyəcək. Gələcəkdə də bu cür mini stansiyaların tikintisi davam etdiriləcək. Bütün bunlar iqtisadiyyatın və özəl bölmənin inkişafına birbaşa təsir göstərən amillər sırasındadır.

İsmayıllıda heyvandarlığın inkişafı istiqamətində də ciddi işlərə start verilib. Keyvəndi kəndində 1500 başlıq heyvandarlıq kompleksində inşaat işləri davam etdirilir. Kompleks istifadəyə verildikdən sonra ət və süd istehsalında nəzərəçarpacaq artım özünü göstərəcək. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması, müasir tipli heyvandarlıq təsərrüfatlarının sayının artırılması rayonda prioritet istiqamət olaraq qalır.

Bundan başqa, rayonun Qalıncaq kəndi ərazisində illik istehsal gücü 1000 ton olan hind toyuğu fabrikində inqibator sexi, vitaminli yem istehsal edən dəyirman quraşdırılacaq. Fabrik tam gücü ilə fəaliyyətə başladıqdan sonra burada 200-250 nəfər işlə təmin olunacaq.

İsmayıllı həm də böyük taxılçılıq rayonudur. Burada taxıl becərmək üçün dəmyə ərazilər çoxdur. Rayon üzrə məhsul istehsalı əvvəlki illə müqayisədə ötən il 20 faiz artaraq 100 min tonu keçib. Hər hektarın orta məhsuldarlığı 33-34 sentner təşkil edir. Taxılçılığa göstərilən dövlət dəstəyi imkan verir ki, İsmayıllıda əkin dövriyyəsini genişləndirmək və yeni texnologiyaları tətbiq etməklə ildə 250-300 min ton məhsul istehsal etmək mümkün olsun.

İsmayıllının ən ləziz nemətlərindən biri də üzümdür. Burada üzümçülüyün tarixi ənənələri vardır. Üzümçülük həm də əməktutumlu sahə olduğuna görə, onun inkişaf etdirilməsi rayon iqtisadiyyatına böyük gəlir gətirə bilər. Hazırda İsmayıllıda cəmi 1000 hektar üzüm bağları mövcuddur. Rayon ərazisində üzümçülük təsərrüfatlarının genişləndiril­məsi prosesi davam etdirilir. İndi qarşıda duran əsas vəzifə üzüm plantasiyalarının genişləndirilməsi ilə yanaşı, həm də emal sənayesinin inkişafına nail olunması, mövcud istehsal güclərinin, xüsusilə də ixrac potensialının artırılmasıdır.

İsmayıllının İvanovka kəndində yerləşən Nikitin adına məşhur kolxozda aqroparkın yaradılması prosesi davam etdirilir. Cari ilin sonunadək tikinti işləri yekunlaşacaq. Bununla da kolxozun həyatında canlanma baş verəcək və rayon iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynayacaq.

İsmayıllı Azərbaycanın dilbər guşələrindən biridir. Rayonun ölkəmizin əsas turizm istiqamətlərinə daxil olan bölgələr sırasında olması onun cəlbediciliyini daha da artırır. Burada otel biznesi ilə yanaşı, turizmin digər imkanlarından və formalarından geniş istifadə olunmalıdır. Belə ki, turizmin dağ gəzintisi, ekoloji turizm, tarixi turizm, ailə turizmi kimi növlərinin kütləviləşməsinə dəstək göstərilməli və həmin sahələrin inkişafına sərmayələr yönəldilməlidir. Bütün bu tədbirləri həyata keçirməklə İsmayıllı rayonuna dövlət büdcəsindən ayrılan dotasiyaları tam şəkildə aradan qaldırmaq mümkün olacaq və əhalinin maddi durumu yaxşılaşacaq.

Rayonda həllini gözləyən problemlərdən biri də istehsal olunan məhsulun tədarükü və satışı ilə bağlıdır. Həm də bu problem respublikamızın bütün bölgələrində yaşanır. İstehsal etdikləri məhsulu vaxtında sata bilmədiklərinə görə sahibkarlar hər il xeyli ziyan çəkirlər. Bir il maddi itkilərə məruz qalan təsərrüfatçı gələn il həmin məhsulu əkib-becərməkdən çəkinir. Bu da tamamilə təbiidir. Fermerin təkrar istehsalla məşğul olmağa maliyyə resursu olmur. Problemi həll etmək üçün istehsal olunan məhsulu mövsüm zamanı sərfəli qiymətə alıb tədarük edə bilən regional mərkəzlərin, yaxud birjaların yaradılmasına ciddi ehtiyac duyulur. Yaxın vaxtlarda belə birjaların yaradılmasına başlanacaq. İlkin vaxtlarda bu proses dövlət  satınalması yolu ilə tənzimlənəcək.

Aqrar bölmədə ikinci vacib amil mükəmməl sığorta sisteminin yaradılmasıdır. Sahibkarlıq subyektlərini risk və kataklizmlərdən qorumaq üçün bir sıra ölkələrdə bu sistem tətbiq olunur. Sığorta müqaviləsinin olması həm də bankla istehsalçı arasında münasibətləri asanlaşdıra və normal məcraya yönələ bilər.

Hazırda ölkəmizdə qeyri-neft sektorunun bütün sahələr və istiqamətlər üzrə geniş müstəvidə inkişafını təmin edən uzunmüddətli strateji proqramlar hazırlanmaqla yanaşı, qısamüddətli çevik tədbirlər də həyata keçirilir. Yaxın aylarda biz bunun müsbət nəticələrini görəcəyik.

 

 Zülfü İLYASOV,

«İqtisadiyyat» qəzetinin bölgə müxbiri