Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Ömrün fəsilləri...

 

Fəsillərin dəyişməsi təbiətə xas bir özəllik olsa da, hər insanın həyatında bu cür fəsil dəyişkənliyinə təsadüf edilir. Yaşanan hadisələrin, baş verən proseslərin təsiri ilə bir fəsil daima digərini əvəzləyir və bu dəyişkənlik bir ömür boyu təkrarlanır, təbiətdə olduğu kimi...

Ən çox da ömrümüzə yaz gələndə sevinirik. Çünki bahar yenilik, çox şeyin başlanğıcı, ağaclardakı kimi həyatımızda da yeni tumurcuqların açması, rəngarənglik deməkdir. Yazda yeni açmış çiçəklərin ətri necə ətrafa yayılıb insanda xoş təəssürat yaradırsa, soyuq qışdan sonra günəşin şüaları insanı necə isidirsə, ömrün baharı da insanın ruhunu o cür oxşayır və isidir. Hər insan ömründə daima bahar olmasını, daima xoş hisslər yaşanmasını istəyir. Bu istək yayın gəlişi ilə daha da xoş duyğulara çevrilir. Baharda açan çiçəklər öz yerini tumurcuqlardan yetişən meyvələrə verir. Ruhumuzu isidən havalar bir az da isinir. Baharın yaratdığı gözəlliklər daha da çoxalır, bir daha pis havaları xatırladan duyğuların yaşanmayacağı düşüncəsindən uzaqlaşdırır. Ancaq birdən-birə qışın xəbərçisi payız gəlir. Yavaş-yavaş hər şey dəyişməyə başlayır. Bir zamanlar təravətli olan yaşıl yarpaqlar belə saralıb tökülməyə başlayır. Ruhumuzu isidən günəş artıq çox da gözə görünmür. Bəlkə də günəşin öz işığını gizlətməsi qarşıdakı qaranlıq və soyuq havaların xəbərçisidir. Lakin insan bəzən buna inanmaq, qəbul etmək istəmir, günəşin onunla sadəcə kiçik bir oyun oynadığını düşünür. Zaman keçdikcə isə... gerçəkliklə barışır, yaxında qışın gələcəyini də bilir, amma “bəlkə bu qış əvvəlkilər tək soyuq olmaz” deyə düşünür. Çünki ümid edir... Çünki ümidlər ən sonda  ölür, bəzənsə daima yaşayır... Və nəhayət qış gəlir. Özü ilə gətirdiyi çılğın küləklərlə baharın yaratdığı, yayın gözəlləşdirdiyi nə varsa alt-üst edir, sovurur və artıq o gözəlliklərin izi-tozu belə qalmır. Bəzən qalan izi-tozu isə özünün leysan yağışları ilə tamamilə yuyub aparır. Və artıq, doğrudan da, heçnə qalmır. Zaman keçdikcə insan qışa da, onun soyuqlarına, yağışına, küləyinə, hətta qarına da öyrəşir. İstədiyi isə sadəcə qışın tezliklə bitməsi olur.

Bir günsə oyanıb hər tərəfi bəmbəyaz qarla örtülmüş görürsən. Təbiətin bəxş etdiyi bu gözəlliyi onun elədiklərindən utanaraq verdiyi bir hədiyyə olaraq qəbul edirsən. Qışın sənə yaşatdıqlarını unudub bir anlıq bu sevincin keyfini yaşayırsan. Bu bəmbəyaz qarı sovrulan tozların üzərinə çəkilmiş bir pərdə sayırsan... Ancaq bu sevinc də uzun sürmür və o qarlar da əriyib gedir. Qışdan sənə qalan isə sadəcə yanağından süzülən əriyən qarların suyu olur. Bu yaşlar sanki əvvəldən qalan nə varsa yuyub aparır, səni yenidən bahara hazırlayır, bu baharın daha fərqli olacağına inandırmağa çalışır.

İnsan ömrü daima təbiət kimi fəsillərini dəyişir. Təbiət kimi bəzən gülür, bəzən ağlayır, bəzən qəmlənir, bəzənsə sevinir. Lakin təbiətdə fəsillərin bir ömür müddəti var. İnsan ömründə isə fəsillərin ömrü bəzən çox, bəzənsa lap azcadır. Ömrünüzdə daima bahar olması diləyilə...

 

Mətanət