Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

YENİ NƏSİL RABİTƏ OPERATORU

 

 Müasir dünyada texniki nailiyyətlərin durmadan artdığı və planetin müxtəlif nöqtələrindən olan insanların ünsiyyətinin daha yetərli olduğu bir dövrdə informasiya və onun ötürülməsinin bütün mümkün üsulları böyük əhəmiyyət kəsb etməyə başlamışdır. İnformasiyanın ötürüləcəyi məsafə nəzərəçarpacaq dərəcədə artır. İnsana elə gəlir ki, bu, mükəmməlliyin son zirvəsidir və bundan da yaxşısını düşünüb tapmaq mümkün deyil. Lakin telekommunikasiyalar və İT-texnologiyalar sahəsində çalışan mütəxəssislər başqa cür fikirləşir və yeni tədqiqatlarını davam etdirirlər. Onlar informasiyanın toplanması, saxlanması, ötürülməsinin keyfiyyətinin yaxşılaşdırılması, yeni informasiyalaşdırma mexanizmlərinin yaradılması üzərində işləyirlər. Telekomunikasiyalar və İT-texnologiyalar elə sürətlə inkişaf edir ki, burada baş verən dəyişikliklər çox qısa zaman kəsiyində həyata keçir. Bu gün telekommunikasiyalar dünya iqtisadiyyatının daha effektiv və dinamik inkişaf edən sahələrindəndir. Ölkəmizdə telekommunikasiya bazarında liderlik keyfiyyətləri ilə seçilən Amerika şirkəti Cybernet Communication Inc.-in filialı olan Avirtel MMC 2000-ci ildə ən qabaqcıl İKT xidmətləri təqdim etmək məqsədilə təsis olunmuşdur. Etibarlı, rahat və təhlükəsiz qoşulmanı təmin edən Avirtel kompleks məhsul və xidmətlər təklif etməklə, öz müştərilərinə effektiv ünsiyyət qurmağa  yardım edir. Müştərilər Avirtel-in genişzolaqlı sürətli internet xidmətlərindən, IPTV, 088 toll free, zəng mərkəzi, biznes proseslərinin idarəedilməsi proqramı (BPMS), mobil həllər, IT outsourcing, IKT konsultasiya və təlim, veb dizayn, reklam, İKT təhlükəsizlik xidmətləri, LED həllər və geniş çeşidli məhsullarından faydalana bilirlər. Avirtel şirkəti internet provayder kimi ilk addımlarını atmağa başladıqda ölkədə az sayda internet provayder fəaliyyət göstərirdi və illər keçdikcə xidmətin son istifadəçiyə çatdırılması sahəsində ən qabaqcıl  texnologiyalarla ayaqlaşan şirkət  bu sahədə öz sözünü deməyi bacarmışdır. Belə ki, rəqabətə meyilli və inkişafyönümlü bir şirkət olaraq Avirtel hazırda Bakıda və ölkəmizin 40 regionunda ADSL, Fiber Optik, SHDSL, WiFi, VDSL, VDSL2 texnologiyaları ilə internetə yüksək keyfiyyətli və sürətli qoşulmanı təmin edir. Eyni zamanda, Avirtel 2016-cı ildən Sürətli İnternet layihəsini həyata keçirməyi və son istifadəçilərə mövcud telefon xətti üzərindən çox sərfəli şərtlərlə 50 Mb və daha yuxarı sürətlə İnternet xidmətləri təqdim etməyi planlaşdırır.  İnternetin müasir dövrümüzdə elm, mədəniyyət, təhsil, iqtisadiyyat, ümumiyyətlə bütün sahələrdə həyatımızı, işlərimizi sadələşdirdiyi danılmazdır. Lakin qarşıda sərhədsiz imkanlar açan internetin xeyirləri olduğu qədər zərərli tərəfləri də mövcuddur. Düzgün istifadə edilmədikdə internetə giriş təşkilatlar, təhsil müəssisələri, eləcə də ev istifadəçiləri üçün risk törədə bilər. Bəzi araşdırmalara görə, istifadəçilərə nəzarət edilmədikdə işdə 3 saata qədər vaxt itirilmiş olur. Avirtel uşaqlı ailələrə, şirkətlərə, təhsil müəssisələrinə AvirDNS xidmətini təklif edir. Bu xidmət vasitəsilə istifadəçilər istədikləri məzmunlu saytlara qadağa qoya bilir, beləliklə də tabeliyində olan digər istifadəçiləri internetdə pis vərdişlərdən, vaxt itkisindən qorumuş olurlar.

Avirtel öz müştərilərinə Fiber Optik xətləri və ADSL üzərindən 180-dən artıq telekanalın rəqəmsal yayımını təqdim edir. AvirTV   Azərbaycan, türk, rus, ingilis və fransız dillərində onlarla kanala təmiz səs və görüntü imkanları ilə baxmağa imkan yaradır. Rəqəmsal TV-nin kabel televiziyalarındən fərqi ondan ibarətdir ki, kabel TV-də siqnal retranslyatorlardan, gücləndirici və kabellərdən keçərkən təhrif olunur, rəqəmsal yayımda isə bu hal baş vermir, beləliklə tam keyfiyyətli yayımla müxtəlif dilli kanalları izləmək olur.

Avirtel-in vebsayt dizayn və proqramlaşdırma komandası Java, C, C++, Python, Ruby, Javascript, PHP, HTML5,CSS3, Jquery, Ajax, CMS sahəsində ən yüksək bacarıqlara malikdir. Avirtel müştəriləri üçün istifadəsi rahat, istədiyiniz dizaynlı və istənilən ekran ölçüsünə uyğun olan vebsaytlar hazırlayır. Şirkət təkcə vebsaytın hazırlanması deyil, həmçinin öz domen və hosting xidmətlərini də təklif edir. Vebsaytların durmadan artdığı bir dövrdə axtarış sistemlərində ilk sıralarda çıxmaq, rəqiblərlə müqavimətə davam gətirmək qəliz məsələyə çevrilmişdir. Buna görə də Avirtel öz vebsayt xidmətlərinə müştəriləri üçün SEO optimizasiyasını da daxil etmişdir. Beləliklə, şirkət müştərilərə vebsayt hazırlanmasında sıfırdan SEO optimizasiyasına qədər öz AvirWeb xidmətini təklif edir.

Bu gün əksər təşkilatlar üçün müştəri məmnuniyyətinə nail olmaq ən əsas məqsəddir və bu məmnuniyyəti qazanmaq heç də asan deyil. Şübhəsiz ki, uğurlu biznes qurulmasına zəng mərkəzinin təsiri çox böyükdür. Zəng mərkəzi uğurlu satış və satışsonrası dəstəyin əsas elementlərindən biridir. Avirtel-in Zəng Mərkəzi öz qərarları ilə müştəri və tərəfdaşların gözləntilərini doğruldur.

Avirtel istər internet, sosial media, istərsə də TV, radio, qəzet, jurnal və ya çöl reklamları olsun, hər bir tərəfdaşına xidmət göstərir. Şirkət müştəriləri üçün tam marketinq və brendinq strategiyaları, eləcə də satış elanları hazırlayır. Biznes proseslərinin idarəedilməsi proqramı (BPMS) Avirtel-in istehsal etdiyi alətlərdən istifadə edərək, ağıllı icra olunan idarəetmə strategiyasıdır. Bu proqramda istifadə olunan alətlər təşkilatın idarəçilərinə sistemdəki bütün prosesləri və hadisələri izləməyə, lazım olduqda idarə etməyə yardım edir. Bu sistemin təmin etdiyi hesabatlar təşkilatın strateji qərarlarının həyata keçirilməsində istifadə oluna bilər.

 Həmçinin,  Avirtel işıq sənayesində aparıcı texnologiya olan LED monitorlar quraşdırma üzrə ixtisaslaşır. Şirkətin  komandası işıqlandırma sənayesi, istehlakçı elektronikası və İKT sahəsində təcrübəyə malik mütəxəssislərdir. Avirtel-in yüksək səviyyədə təlimatlandırılmış texniki heyəti LED monitorları texniki cəhətdən quraşdırır, nəzarət edir və yaranan problemləri mümkün olan ən qısa zamanda həll edir.

Avirtel korporativ müştərilərə IT outsourcing xidmətlərini də  təklif edir. Şirkət ofis cihazları və avadanlıqları (çoxfunksiyalı displeylər, kompyuter və  noutbuklar, smartboard və proyektorlar, wifi dongle-lar), yerli şəbəkələr və wifi sistemlər, server otağı (IT Rack, UPS, Data storage, şəbəkə  avadanlığı), daxili VoIP sistemi quraşdırılmasını və dəstəyini həyata keçirir. Bundan başqa, şirkət IP daşınan və daşınmayan telefonların satışını, satışsonrası dəstəyini də reallaşdırır.

AvirSecure xidməti ilə şirkət  insanların evlərinin və şirkətlərinin təhlükəsizliyinin qeydinə qalır. Avirtel-in təhlükəsizlik xidmətlərinə giriş - çıxışa nəzarət sistemləri, IP video nəzarət sistemləri və GPS izləmə daxildir.

Yeni nəsil rabitə operatoru olan Avirtel beynəlxalq toll free nömrələrinin Azərbaycandakı yeganə təminatçısıdır. Azərbaycan üçün toll free nömrələrinin prefiksi 088-dir və bu nömrələr 7 rəqəmdən ibarət olur. Beynəlxalq səviyyədə tanınmış toll free nömrələri turizm şirkətləri və agentliklərinin keçirdikləri marketinq və PR kampaniyalarına böyük dəstək ola bilər. Bu nömrələr turistləri, eləcə də əməkdaşlıq etmək istəyən digər şəxsləri toll free nömrə sahibi olan agentlik və şirkətlərlə daha çox əlaqə qurmağa cəlb edə bilər. Belə ki, Avirtel toll free rabitə operatorunun təyinatı digər rabitə operatorlarından fərqlənir. Toll free abunəçisinə zəng edən tərəf pulsuz ünsiyyət qura bilir, danışıqlar üzrə hesablanan ödənişi isə zəng edilən tərəf, yəni toll free nömrəsinin sahibi edir. Toll free nömrəsini özünüzün şəhər və ya digər mobil nömrələrinizə uyğun seçə bilərsiniz. Toll free nömrəsinə sahib olan şəxslərin üstünlüklərindən biri də odur ki, zənglər, eyni zamanda, baş ofisə və filiallara yönlənə və ya bütün zənglər bir mərkəzdən idarə oluna bilər. Bundan başqa, toll free nömrəni istənilən yerə və ölkəyə aparmaq mümkündür. Bu halda da buraxılmış zənglərin qarşısı alınır, idarə etdiyiniz müəssisənin peşəkar imici, eləcə də müştəri məmnuniyyəti daha da yüksəlmiş olur və daxil olan zəngləri istənilən yerdən idarə etmək imkanı var.

Avirtel 15-ci ildönümü ərəfəsində uğurla brend yeniləməsini (rebranding) həyata keçirmiş, qlobal brendlərlə uzunmüddətli əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuş, müştərilərinə daha keyfiyyətli, genişçeşidli həllər təqdim etmək üçün xidmətlərinin və məhsullarının sayını artırmışdır. Avirtel bu gün Apple, Alman İP telefon markası SNOM, Amerika brendləri ADTRAN, NetSapiens, Mimio kimi uğurlu qlobal şirkətlərlə, əsasən eksklüziv əsaslarla tərəfdaşlıq əlaqələri qurmuşdur.

Avirtel fəaliyyəti müddətində həyata keçirdiyi uğurlu layihələr sayəsində müstəqil təşkilatlar tərəfindən bir sıra nüfuzlu mükafatlar, sertifikat və təltifnamələrə layiq görülmüşdür. 2 il ard-arda “İlin İnternet Provayderi”, Toll Free xidmətinin uğurlu tətbiqinə görə “Brand Award”, “Azeri Business Award”, “Azərbaycanda Rabitə sisteminin təkmilləşdirilməsində göstərdiyi xidmətlərə görə” Qızıl Buta, Qız Qalası, korporativ saytlar nominasiyasında Millinet 2015-in qalibi, Bakutel 2015 sərgisində “Ən füsunkar stend” mükafatları  və  s. almışdır.

  Avirtel gələcək perspektivdə yeni texnoloji showroom müştərilərə təqdim edəcəkdir. Burada şirkət ən son texnologiyalar nümayiş etdirəcək, eləcə də tərəfdaşlıq etdiyi şirkətlərin məhsullarının satışı və satışsonrası dəstəyini həyata keçirəcəkdir. Hazırda isə Avirtel-in Apple sertifikatlı mütəxəssisləri Bakı və respublikanın bölgələrindən müxtəlif problemli Apple cihazlarının keyfiyyətli və tam zəmanətli təmirini həyata keçirir.

Azərbaycandakı təcrübəsi, yerli və beynəlxalq tərəfdaşlarla olan sıx əməkdaşlığı şirkətin gələcək uğurlarının carçısıdır. Avirtel-in əməkdaşları yerli biznesin tələblərini, qanunvericiliyi və onu tənzimləyən qaydaları yaxşı dərk edir, sahəsindən asılı olmayaraq, bütün korporativ müştərilər, o cümlədən son istifadəçilər üçün ən yaxşı qərarlar təklif edən İKT ekspertidir. Müştərinin fəaliyyət sahəsi və tələbindən asılı olmayaraq, Avirtel İKT sahəsində mükəmməl xidmət göstərməyi öz hədəfinə çevirib.

 Belə ki, hazırda dünyada telekommunikasiyalar sadəcə baza xidmətindən daha böyükdür: o, cəmiyyətin inkişafına, yaxşılaşmasına və insanların həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Və artıq qətiyyətlə demək olar ki, onun rolu sabahın dünyasında daha da güclənəcək.

 

 Nailə Cabbarova