Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Qısa və uzunmüddətli dövrdə iqtisadiyyatda baş verən dəyişmələr

 

Dünya iqtisadiyyatı ilə qarşılıqlı əlaqəsi olan iqtisadiyyatlar baş verən bütün səbatsızlıqlara reaksiya verir. Artıq bir ildən çoxdur ki, dünya iqtisadiyyatında baş verən proseslər dünya bazarına xammal ixrac edən ölkəmizə də təsir edir. Bəs dünya bazarında nə baş verir? Bu təsirlərin ölkə iqtisadiyyatına təsiri nədən ibarət olacaq? Gələcək bizə nə vəd edir? Manatın məzənnəsinin ötən illə müqayisədə 2 dəfədən çox dəyər itirməsinə nə səbəb oldu? Daşınmaz əmlak bazarında vəziyyət necə olacaq? Böhrandan necə çıxmaq olar?

Bütün proseslər dünya bazarında neftin qiymətinin enməsi ilə başladı. Neftin qiymətinin enməsini iqtisadi faktorlarla əlaqələndirmək düzgün olmazdı. Bunu dünya ölkələrinin yenidən bölgüsünü həyata keçirmək istəyən güc ölkələri arasındakı soyuq müharibə ilə əlaqələndirmək olar.

40 il müddətdən sonra ABŞ neft ixracına qoyulan qadağanı aradan qaldırdı. Bu qadağanın ABŞ tərəfindən neftin qiymətinin aşağı düşdüyü bir zamanda etməsi sual doğurmaya bilməz. Bəs niyə ABŞ bu qadağanı aradan qaldırdı? Fikrimcə, kələfin ucunu elə bu məsələdə axtarmaq lazımdır. Təbii ki, burada iqtisadi səbəblərdən çox siyasi səbəblərin olduğu görünür. Göründüyü kimi, təbii sərvətlərlə zəngin olan ölkələrin yenidən bölüşdürülməsi prosesi gedir. Və əsas güc mərkəzlərinin maraqları isə bu məsələdə üst-üstə düşmür. Buna bariz nümunə kimi Suriyanı göstərmək olar. Ötən əsrdə olduğu kimi, ABŞ üçün yenə də ən böyük təhlükə Rusiyadır. Hazırda Rusiya ilə soyuq müharibə iqtisadi müharibə müstəvisinə keçib. Rusiyanı məhv etmək üçün ABŞ nefti "su qiymət"inə endirməyə nail olub. Təbii ki, neftin qiymətinin sürətlə azalması uzunmüddətli dövrdə təklifə təsirsiz qalmayacaq. Bu prosesə nə səbəb olacaq? Tələbin qiymətə görə elastikliyi onun həcminin əmtəənin qiymətinin dəyişməsinə olan reaksiyasını müəyyən edir. Əgər qiymət dəyişdikdə tələbin həcmi əhəmiyyətli dərəcədə dəyişərsə, əmtəəyə olan tələb elastik olur. Əksinə, qiymət dəyişdikdə tələbin həcmi nəzərə çarpacaq həcmdə dəyişməzsə, tələb qeyri-elastik olar. Qeyd edim ki, uzunmüddətli dövrdə neft istehsalçıları təklifin həcmini azaldacaqlar ki, bunun da çoxsaylı səbəbləri var: 1) İnsanlar kimi istehsalçılar da stimullara cavab verir, yəni aşağı qiymət istehsalçıları daha az neft və qaz istehsal etməyə vadar edəcək;  2) İstehsalçıların maliyyə cəhətdən problemləri olacaq; 3) Zəiflər sıxışdırılıb meydandan çıxarılacaq və s. İqtisadi nəzəriyyənin dediyi kimi, artıq bir sıra ölkələr istehsalı azaldacağı ilə bağlı qərarlar verib.

Aşağı enən qiyməti bir az da endirmək məqsədi ilə ABŞ neftini satışa çıxardı. Və mediada "spekulyasiyaya səbəb ola biləcək təklif tələbdən artıqdır" kimi informasiyalar yayıldı. Bəlkə də ABŞ bununla özünün qarşıdakı illərdə böhrana səbəb olacaq səhvlərini edir. ABŞ iqtisadiyyatı və bütövlükdə heç bir iqtisadiyyat "gözəgörünməz əldən" yaxşı işləyə bilməz. Fikrimcə, neftə alternativ olaraq enerji mənbəyi tapılmasa, 2020-ci ilədək neftin qiyməti tarixi rekordunu təzələyəcək.

Bunun davamı isə qərb ölkələri tərəfindən İrana tətbiq edilən qadağaların aradan qaldırılması oldu. İrana qarşı sanksiyaların aradan götürülməsi indi ABŞ üçün yaxşı bir vasitədir.  İrana qoyulan qadağaların ləğvi, qərb ölkələri ilə isti münasibətlərin əldə edilməsi neft və qaz bazarında da öz sözünü deyəcək. Təbii ki, neft və qaza olan tələb qısamüddətli dövrdə qeyri-elastik, uzunmüddətli dövrdə isə elastikdir. Buna görə də qiymət düşüşləri neft və qaz istehsalı həcminin aşağı düşməsinə səbəb olacaqdır. Bazarda neft təklifinin aşağı düşməsi isə qiymət artımı ilə nəticələnəck. Buna görə də bazara əlavə neft və qaz çıxarmaqla qısa müddətə də olsa, bazarda təklifin azalmasının qarşısını ABŞ bu yolla almağa çalışa bilər. Rəsmi Tehran hələ ötən il bildirirdi ki, sanksiyalar ləğv olunandan sonra çox qısa müddətdə dünya bazarlarına hər gün əlavə olaraq 500 min barrel neft çıxaracaq. İran hazırda sutkada 1 milyon barrel neft ixrac edir və bu "qara qızıl"ın əksəriyyəti Asiya-Sakit Okean regionuna, xüsusilə də Çin və Hindistana satılır.Dünya bazarlarında təklifin tələbatı sutkada 2 milyon dollar üstələdiyini nəzərə alsaq, İranın vədləri neft qiymətlərini daha da ucuzlaşdıra bilər.

İranın OPEC-dəki nümayəndəsi Mehdi Əsali şənbə günü bildirib ki, Tehran neft hasilatını məhdudlaşdırmaq niyyətində deyil və sutkalıq hasilatı sanksiyalaradan əvvəlki səviyyəyə, yəni sutkada 2 milyon barrelə çatdırmaq lazımdır. Sanksiyalar ləğv olunan ərəfədə "Shell" və "Total" korporasiyalarının nümayəndə heyətləri Tehrana yollanaraq İran Milli Neft Şirkəti ilə danışıqlar aparmağa başlayıblar.

Dünya bazarı ilə əlaqəli olan ölkə iqtisadiyyatına da qeyd edilən proseslər təsirsiz ötüşməyib və ötüşə də bilməz. Bəs, çətin vəziyyətdən necə çıxa bilərik?

Yüksək inflyasiya aşağı işsizlik, yoxsa aşağı inflyasiya yüksək işsizlik? İki seçim qarşısındayıq. Ötən ilin müvafiq dövrü ilə müqayisədə pul bazası təqribən 2 dəfə azalıb. Bu da son nəticədə alıcılıq qabiliyyətinin azalması ilə nəticələnir. Pul bazası azalır, bank kreditlərinin həcmi azaldığı üçün pul yaranma əmsalı azalır. Bütün bunlar isə ölkənin hazırkı durumunun pisləşməsinə birmənalı olaraq təsir edir. Bankların kredit portfeli bu və ya digər kredit növlərini özündə cəmləşdirir: biznes kreditləri, ipoteka, avtomobil, istehlak kreditləri və s. Biznes kreditlərini alan sahibkarların istehlakçılar tərəfindən alıcılıq qabiliyyətinin azalması səbəbindən  gəlirləri azalır. Yəni, artıq sahibkar krediti ödəmək qabiliyyətini itirir. Yüksək işsizlik səbəbindən gəlirləri azaldığı və ya ixtisar edildiyi üçün krediti qaytarmaq qabiliyyətini itirənlərin sayı artır. Əsas gəlir mənbəyi kreditlər olan, öz gəlirlərinin formalaşmasında diversifikasiyaya getməyən kommersiya banklarımızın vəziyyəti günbəgün gərginləşir və bağlanmaq təhlükəsi ilə üzbəüz qalır. Buna misal kimi  artıq bir neçə bank filialının faktiki olaraq  bağlandığını göstərmək olar. Bu da işsizlərin sayının daha da artmasına səbəb olur. Bankların girov qoyulan daşınar və ya daşınmaz əmlakları ödənilməyən məbləğlərin əvəzinə müsadirə etməsinə baxmayaraq, onları reallaşdırmaqda xeyli çətinliklərlə üzləşir. Çünki alıcılıq qabiliyyəti aşağı olduğundan bazarda təklif tələbi kifayət qədər çox üstələyir.

Daşınmaz əmlakın qiymətinin aşağı olmasının bir sıra obyektiv səbəbləri vardır. Ən birinci səbəb alıcılıq qabiliyyətinin aşağı düşməsi və bazarda təklifin tələbi üstələməsidir, həm də çox aşağı olan alıcılıq qabiliyyəti (başqa sözlə əhalidə sərbəst pul vəsaitlərinin olmaması). Bəs, alıcılıq qabiliyyəti niyə aşağı düşür? Hər bir fərd ilk növbədə aldığı əmək haqqını zəruri qida məhsullarına sərf edir. Artıq qalan vəsaitləri isə yığaraq bu və ya digər alışları həyata keçirir. Artan qiymətlər, bağlanan iş yerləri istehlakçılarda əlavə vəsaitlərin qalmasına imkan vermir. Digər tərəfdən isə bank kreditləri ilə alınan daşınmaz əmlakın ödənişləri edilmədiyi üçün həmin daşınmaz əmlaklar sonradan auksionda satılması üçün müsadirə edilir. Aşağı alıcılıq qabiliyyəti səbəbindən auksiona çıxarılan əmlakları uzun müddət reallaşdırmaqda çətinlik çəkilir və yaxud həqiqi dəyərindən aşağı reallaşdırılır. 

İndi isə ikinci variantı nəzərdən keçirək. Dövriyyədə olan pul kütləsi artırılır, canlanma baş verir. Yeni iş yerləri açılır, bankların pul yaratma qabiliyyəti sürətlənir. Alıcılıq qabiliyyəti yüksəldiyi üçün pulun dövriyyə sürəti də artır. P-Ə-P formulası daha sürətlə işləyir. İstehsalın canlandırılması əlavə iş yerlərinin açılmasına, bazarda məhsul bolluğunun yaranmasına səbəb olur.

Mərkəzi Bank uçot dərəcəsini, Əmanətlərin Sığortalanması Fondu isə sığortalanmalı əmanətlər üzrə faiz dərəcəsini aşağı salmalı, dövlət xərcləri, pul bazası, alıcılıq qabiliyyəti artırılmalı və bazar canlandırılmalıdır. Düzdür, bu hal qısamüddətli dövrdə inflyasiyanın yüksəlməsinə səbəb olacaq, amma unutmaq olmaz ki, həm də işsizlik səviyyəsi aşağı düşəcək. Burada əsas problem odur ki, uzunmüddətli dövrdə inflyasiya səviyyəsi yüksək olaraq qalacaq, amma işsizlik öz təbii səviyyəsini saxlayacaq. Uzunmüddətli dövrdə əsas problem gələcəkdə yüksək inflyasiyanın aşağı salınması prosesi olacaqdır ki, bunun da bir neçə mümkün həll variantı vardır. Bu böhrandan yalnız ekspansionist, yəni genişləndirici monetar siyasət vasitəsi ilə çıxmaq mümkündür. Və dünya ölkələrinin təcrübəsi də bu həll qaydasını məqbul sayır.

Böhran iqtisadiyyatın ayrılmaz bir hissəsidir. Neftdən gələn gəlirlər manatın dəyərini illər ərzində durmadan artırdı, enən qiymət isə manata təsirsiz qalmadı. Məhsulların çox hissəsi idxal edildiyi üçün və manatın dəyər itirməsi nəticəsində məhsulların dəyərinin artmasına səbəb oldu. Əhalinin gəlirləri dəyişmədiyi halda xərcləri artdı. Bu şərait isə özünü əmanətlərin həcmində göstərdi ki, bu da əmanətlərin həcminin azalmasına səbəb oldu. Əmanətlərin həcminin azalması isə investisiyaların və inkişafın azalması ilə nəticələnir.  Büdcənin gəlirlərinin böyük hissəsi neft fondundan transfer olduğuna görə neftin qiymətinin azalması büdcənin gəlirlərinin azalmasına səbəb oldu. Azalan gəlirlərin vergi hesabına artırılması isə yanlış bir addımdır.

Ölkənin valyutasının məzənnəsini xarici valyuta mübadilə bazarında tarazlaşdıran tələb və təklif qiyməti hansıdır? Cavab, real valyuta məzənnəsidir. Real valyuta məzənnəsi xalis ixracatı müəyyən edən əsas amildir. Belə ki, real valyuta məzənnəsinin qalxması xarici valyuta mübadilə bazarında tələb olunan manatın həcmini azaldır. Xarici valyutaya dəyişdiriləcək manatın təklifi isə xalis kapital axınından asılıdır. Qeyd etmək lazımdır ki, xalis kapital axını real valyuta məzənnəsindən asılı deyil. Bunu sadə bir misalla izah edim. Ölkəmizin şərti ixracı 100 dollar, idxalı isə 50 dollar olmuşdur. Yuxarıda qeyd etmişəm ki, manata tələb xalis ixracdan irəli gəlir. Xalis ixrac burada göründüyü kimi +50 təşkil edəcək. O cümlədən, manata təklif isə xalis kapital axınından irəli gəlir. Ölkədən xalis kapital axını 200 dollar, ölkəyə kapital axını isə 100 dollar təşkil etmişdir. Xalis kapital axını +100 dollar təşkil edəcək. Başqa sözlə, əgər manatımızı güclü etmək istəyiriksə, ixracın payını artırmaq lazımdır. Həm də məsələnin ikinci tərəfi kimi ölkədən kapital axınının qarşısını almaq, ölkəyə investisiya cəlb edilməsini təmin etmək lazımdır. Bu qaydalara əməl edilərsə, manat əvvəlki vəziyyətini yenidən bərpa edə bilər.

Həmçinin, qeyd etmək lazımdır ki, bir sıra zəruri istehlak məhsulları və ya əvəzedicisi olmayan lazımi əmtəələr var ki, həmin məhsulların qiymətlərindəki süni artımlara belə çətin vəziyyətlərdə qətiyyən yol vermək olmaz. İqtisadiyyatda tələb və təklif qanunu, tələb və təklifin elastiklik qanunu var. Tələbin qiymətə görə elastikliyi tələbin həcminin əmtəənin qiymətinin dəyişməsinə olan reaksiyasını müəyyən edir. Əgər qiymət dəyişdikdə tələbin həcmi əhəmiyyətli dərəcədə dəyişərsə, əmtəəyə olan tələb elastik olur. Əksinə, qiymət dəyişdikdə tələbin həcmi nəzərə çarpacaq həcmdə dəyişməzsə, tələb qeyri-elastik olar. Bir-birinə yaxın olan, yəni əvəzedici əmtəələr daha elastik tələbə malik olurlar, çünki istehlakçılar heç bir çətinlik çəkmədən bir məhsulun yerinə digərindən istifadə edə bilirlər. Bundan başqa, qeyd etmək lazımdır ki, ən zəruri məhsullara olan tələb aşağı elastikliklə xarakterizə edilir. Sadə dildə desək, məsələn, çörəyin qiyməti necə dəyişsə, ona tələb çox da dəyişməyəcək, həmçinin də yumurtanın. Buna görə də unun, çörəyin, yumurtanın qiymətinin tənzimlənməsi zəruri və vacibdir. Bu siyahı (ən zəruri məhsulların siyahısı) müəyyən edilməli və qiymətlərin aşağı salınması istiqamətində işlər görülməlidir. Burada qiymətlərin aşağı salınması deyərkən əsassız qaydada artırılan qiymətlər nəzərdə tutulur.

Digər bir tərəfdən dövlət kommersiya banklarının xilasında yaxından iştirak etməlidir. Bankların iflası ölkə maliyyəsinin tamamilə sıradan çıxmasına səbəb ola bilər. Buna görə də bankların iflasının və zərərlə işləməsinin qarşısını almaq məqsədi ilə tədbirlər planı işlənib hazırlanmalıdır. Burada əsas məsələ kommersiya banklarının öz gəlirlərinin formalaşdırılmasında diversifikasiyaya getməmələridir. Və kreditlərin ödənilməməsi kommersiya banklarının müflis olmasına gətirib çıxara bilər. Buna görə də dövlət kommersiya banklarına bu prosesdə yaxından kömək etməlidir.

 

İsmayılov Xəyal,

9 saylı ƏVİ dövlət vergi müfəttişi