Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
24-30 oktyabr 2019-cu il
42 (1089)
17-23 oktyabr 2019-cu il
41 (1088)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

Azərbaycan dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun rifahı dayanır

Son vaxtlar cəmiyyətdə devalvasiya, bəzi süni artım və banklarla bağlı narahatlıqlar mövcuddur. Bu məsələlər ölkə gündəmində olduğuna görə yanvarın 19-da AzTV-nin aparıcısı Rövşən Rafiqoğlu olan “Günün nəbzi” proqramı bu mövzuya geniş yer ayırmışdı. Verilişin qonaqları  Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Mərkəzi Bankın sədri Elman Rüstəmov, iqtisadiyyat naziri Şahin Mustafayev və əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov çox dəyərli fikir və tövsiyələrini efir vasitəsilə tamaşaçıların diqqətinə çatdırdılar. Bu debatın maraqlı və aktual olduğunu nəzərə alaraq, oxucularımızın diqqətinə çatdırırıq.

- Beynəlxalq iqtisadi gərginliyin ölkə vətəndaşlarına və ölkə iqtisadiyyatına  təsirini minimuma endirmək istiqamətində konkret addımlar atılır. Qeyd etmək lazımdır ki, son iki gün ərzində sosial sahə ilə bağlı cənab Prezident 10-dan çox Fərman və Sərəncam imzalayıb və təbii ki, bütün bunlar da ölkədə vətəndaşın sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir, eyni zamanda, bu gün Milli Məclisdə növbədənkənar iclas keçirildi və həmin iclasda mühüm sosialyönümlü çıxışlar oldu. Bütün bunlarla bağlı fikir mübadiləsi aparmaq və cənab Prezidentin imzaladığı fərman və sərəncamlardan irəli gələrək görüləcək işlərlə bağlı danışmaq üçün studiyamıza qonaqlar dəvət etmişik.

-                Ziyad müəllim, qeyd etdiyimiz kimi, bu gün görülən işlərin davamı olaraq Milli Məclisdə növbədənkənar iclas keçirildi və həmin iclasda istər bank sektorunda, istər iqtisadi, istərsə də sosial sahədə bir sıra mühüm çıxışlar oldu.  Bir mütəxəssis kimi, istərdik keçirilən bugünkü iclasdan sonra atılacaq addımlar haqqında məlumat verəsiniz.

Ziyad Səmədzadə: Həqiqətən, bu gün növbədənkənar sessiya yüksək səviyyədə keçdi. Bunun üçün tam əsas vardır. Çünki son günlər cənab İlham Əliyevin Azərbaycanın iqtisadi və sosial inkişafı ilə əlaqədar  keçirdiyi görüşlər, hökumətə verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar birmənalı şəkildə sübut edir ki,  qlobal dünya böhranının təzyiqlərinə baxmayaraq, Azərbaycan bundan sonra da uğurlu inkişafını davam etdirəcəkdir və təbii ki, bu davamlılığı, sabitliyi, yüksək dinamikanı qorumaq üçün qanunvericilik aktlarında da dəyişikliklər edilməlidir.

Cənab Prezidentin təşəbbüsü ilə Milli Məclisə son vaxtlar çox dəyərli, fundamental əhəmiyyət kəsb edən qanun layihələri daxil olur. Hal-hazırda biz lisenziyalar və icazələr haqqında qanun layihəsi üzərində iş aparırıq. Bu qanun layihəsi birinci oxunuşdan keçib, mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda sahibkarlıq mühitini yaxşılaşdırmaq lazımdır. Bugünkü iclasda qısa zaman kəsiyində 7 qanun layihəsi müzakirə olundu və bildirildi ki, Azərbaycanın dövlət başçısı Azərbaycan xalqının gələcəyinə, Azərbaycan dövlətinin maraqlarına xidmət edən təşəbbüslə çıxış edib. Bu təşəbbüslərdən biri əmanətlərin sığortalanması və Azərbaycan tarixində, MDB tarixində analoqu olmayan “Əmanətlərin tam sığortalanması” qanunu, “Valyuta tənzimlənməsi haqqında” qanun, Vergi məcəlləsinə edilən dəyişiklər, tarif qiymətləri haqqında qanunlara edilən dəyişikliklər, bütün bu qanun layihələrinin mahiyyəti Azərbaycanda iqtisadi inkişafın dinamizmini qoruyub saxlamaq, Azərbaycanda ixrac potensialını artırmaq,  əhalinin sosial müdafiəsini daha da gücləndirməkdən ibarətdir. Mən çox sevinirəm ki, Mərkəzi Bankın sədri cənab Prezidentin tapşırığı ilə əmanətlərin sığortalanması ilə əlaqədar dəyərli faktlarla çıxış etdi və qanun layihələri yekdilliklə qəbul edildi.

- Mən sadəcə olaraq bir məsələyə toxunmaq istərdim ki, mövcud iqtisadi gərginlik fonunda adətən Avropada müəyyən sosial ixtisarlar  həyata keçirilir. Amma Azərbaycanda əksinə, hər gün konkret sosial proqramlar qəbul olunur, layihələr həyata keçirilir.

Ziyad Səmədzadə: Qlobal maliyyə böhranı şəraitində Azərbaycan MDB məkanında yeganə respublikalardan biridir ki, özünün iqtisadi artımını davam etdirir, Azərbaycan yeganə respublikalardan biridir ki, heç bir sosial proqramlarda ixtisara yol verilmir, Azərbaycan yeganə respublikalardan biridir ki, milyardlarla investisiyalar qoyulur və bu investisiyaların strukturu dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq dəyişdirilir. Bu, son 10-15 ildə Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycan iqtisadi cəhətdən güclü olmasaydı,  öz potensialını qoruyub saxlamasaydı, Azərbaycanda düşünülmüş, hədəfləri müəyyən edilmiş inkişaf strategiyası olmasaydı, biz qlobal maliyyə böhranı şəraitində bu qanunları qəbul edə bilməzdik. 

- Elman müəllim, qeyd olundu ki, MM-in plenar iclasında “Əmanətlərin tam sığortalanması haqqında qanun” layihəsi qəbul edildi və bütün qorunan əmanətlər 3 il müddətinə sığortalandı. Bu, konkret olaraq vətəndaşa nə verəcək?

Elman Rüstəmov: İlk növbədə qeyd etmək istəyirəm ki, 2015-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə və dünənki iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli çıxışı onu göstərir ki, cənab Prezidentin çox mürəkkəb geosiyasi və geoiqtisadi vəziyyətdə beynəlxalq böhrandan gələn mənfi təsirlərin, Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsinin dəqiq strategiyası və proqramı var, onun verdiyi bütün göstərişlər, bu gün imzaladığı bütün sənədlər, qanun layihəsi məhz addım-addım, mərhələ-mərhələ bu strategiyanın reallaşdırılmasına yönəldilib. Bu kontekstdə, təbii ki, bank sektorunun rolu böyükdür. O, böyük bir institutdur, əhalinin yığımlarını toplayaraq onu kreditlərə, o cümlədən, ölkənin iqtisadi inkişafına, artıma mobilizasiya etməklə, bir tərəfdən, iqtisadi inkişafa xidmət edir, digər tərəfdən isə əhalinin yığımları üzrə gəlir yaratmaqla əhalinin sosial müdafiəsinin təmin və təşkil olunmasında mühüm rol oynayır. Bu gün Azərbaycan əhalisinin banklarda  olan əmanətləri artıq 10 mlrd. manat, daha dəqiq desək, 9,4 mlrd. manatdır. 6,6 mln. nəfər əmanətlərini banklara yerləşdirərək, hər il yarım milyard manata qədər gəlir götürür. Bu məsələyə sosial baxımdan toxunsaq, əmanətlərin qorunması, bu gəlirlərlə əhalinin təmin olunması olduqca vacib məsələlərdən biridir. Digər tərəfdən, həmin vəsaitlərin banklarda saxlanması, onların daha da artırılması, insanların əlində olan vəsaitlərin banklara cəlb olunması bütövlükdə dövlətin neftdən gələn gəlirlərinin iqtisadiyyatımızın azalan gəlirləri kontekstində bu vəsaitlərdən iqtisadi inkişafda istifadə olunması olduqca strateji vəzifə kimi qarşıya qoyulub. Ona görə də, cənab prezidentin verdiyi çox mühüm tapşırıqlardan biri bütövlükdə bank sektorunun ən müasir beynəlxalq praktikaya uyğun olaraq islahatlarının dərinləşdirilməsidir. Bu kontekstdə bu günlərdə Milli Məclisə 3 sənəd təqdim olunmuşdur. Mən bunların üzərində dayanmaq istərdim. İlk növbədə, olduqca əhəmiyyətli və gözlənilməyən sənəd – “Əhalinin əmanətlərinin tam sığortalanması haqqında qanun” layihə. Hörmətli akademikimiz Ziyad müəllim artıq qeyd etdi, inkişaf etməkdə olan ölkələrdə, qonşu ölkələrin heç birində belə qanun yoxdur. Bir neçə il bundan əvvəl də biz “Əmanətlərin Sığortalanması haqqında qanunu” yaratdıq, onun bazasında Əmanətlərin Sığortalanması Fondu institutlaşdı və o gündən fəaliyyət göstərir. Lakin bilirsiniz ki, o qanunla əhalinin bu günə cəmi 30 min manata qədər olan əmanətləri qorunurdu. Hesablamalar göstərir ki, bu, əhalinin 9,4 mlrd. manat əmanətinin çox az bir hissəsini sığortalayırdı. Xüsusilə manatın məzənnəsinin korreksiyasından sonra manat əmanətlərinin dollar ifadəsi də 20 mindən aşağı düşmüşdü. Belə olan şəraitdə beynəlxalq təcrübəyə baxıb gördük ki, 2000-2008-ci illərdə çox inkişaf etmiş ölkələrdə, Asiyanın, Avstraliyanın, Avropanın bir çox ölkələrində bu təcrübə var və bu təcrübəyə uyğun olaraq bu qanunu yaratdıq və bu qanun bu gün bizə nə verir? Əhalinin qorunan əmanətlər qrupu var, olduqca böyükdür, tam şəkildə artıq sığortalanır. Amma prinsip olaraq 12%-ə qədər, 30 minə qədər əmanətlər sığortalanırdı. Yəqin ki, bu günlərdə himayəçilər şurası qərar qəbul edəcək, bu qərara görə istəyirik ki, milli valyutamıza - manata olan etibarı gücləndirmək məqsədilə manat əmanətləri ilə 12%-dən yuxarı sığortalanma həddi qoyaq və bazarda, banklarda valyutaya ehtiyac yoxdur, banklarda çoxlu valyuta vardır, valyuta üzrə əmanətlərin faizləri də aşağı düşüb, buna görə də valyuta üzrə əmanətlərin səviyyəsi aşağı salınmaqla dedollarizasiya, yəni qeyri-dollarlaşdırmanı da stimullaşdırmaq istəyirik. Bu, olduqca  böyük əhəmiyyət daşıyır, artıq əhali əmanətlərini tam arxayınlıqla banklarda saxlayacaq, onların həm əmanətləri, həm də gəlir mənbələri sığortalanır.

- Elman müəllim, çox önəmli məsələlərə toxundunuz. Əslində, əfsuslar olsun ki, şəraitdən süni şəkildə istifadə edən insanlara rast gəlinir. Çox təəssüf ki, mediada da belə insanlar var. Müəyyən bir ajiotaj xarakterli xəbərlər də yayılır. Sizin çıxışınız bu informasiyaların da qarşısını alacaq. Əmanətlərin sığortalanması məsələsi, bazarda olan valyutaların məbləği baxımından, əhalinin banklarda olan əmanətlərinin statistikasını söylədiniz. Deməli, bütün bu fikirlər həmin informasiyaları da alt-üst edir.

Elman Rüstəmov: Bilirsiniz ki, uzun müddət əhalinin əmanətləri üzrə əldə etdiyi gəlirlərdən faiz güzəştləri vardı, faiz tutulmurdu. 2015-ci ildə bu bərpa olundu, 2016-cı il büdcəsində də nəzərdə tutulmuşdu. Yenə cənab Prezidentin təşəbbüsü ilə bütövlükdə yeni qanun layihəsi ilə əhali əmanətlərdən götürdüyü gəlirlərdən də, dividendlərdən də, vergidən də azad olur, bu da sosial baxımdan ciddi siyasi addım kimi əhəmiyyətli vəsaitin əhalinin büdcəsinə qayıtmasına imkan verir.

 Ziyad Səmədzadə: Mən qısa bir müdaxilə etmək istəyirəm. Mən bir çox respublikalarda olmuşam. İndi bir çox respublikalarda  dividendlərdən vergi tutulur. Biz bunu götürürük, onlar isə yenidən bu məsələyə qayıdırlar.

- Şahin müəllim, cənab Prezidentin dünən qəbul etdiyi  iki önəmli sənəd “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam” və “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanı” yenə də sosial xarakterli addım idi. Təbii ki, burada sahibkarlığın inkişafı var, qeyri-neft sektorunun inkişafı var ki, bunlar da birbaşa olaraq dövlət büdcəsinə təsir edən amillərdir. Bu sərəncam və fərmanlardan irəli gələrək nazirliyin görəcəyi işlər barədə nə deyə bilərsiz?

Şahin Mustafayev: Dünən dövlət başçısının rəhbərliyi ilə keçirilən müşavirədə cənab Prezident tərəfindən dünyada baş verən proseslər, bu proseslərin Azərbaycana, Azərbaycan iqtisadiyyatına təsiri dərindən təhlil olunmuş, həqiqətən, proqram xarakterli uzunmüddətli kompleks tədbirlər tapşırılmışdır. Azərbaycan Prezidenti qeyd etmişdir ki, neftin qiymətinin azalması faktorunun Azərbaycan iqtisadiyyatına təsiri, təbii ki, Azərbaycanın gəlirlərinin azalmasına gətirib çıxarmışdır. Bu özü də investisiyaların azalmasına səbəb olur və təbii ki, iqtisadi aktivliyin aşağı düşməsinə gətirib çıxarır. İlk növbədə, Azərbaycan Prezidenti tərəfindən indiyədək Azərbaycan tərəfindən qazanılmış uğurların qorunması və Azərbaycan iqtisadiyyatının gələcək inkişafının təmin olunması kimi mühüm vəzifələr qoyulmuşdur. Həqiqətən, biz hamımız bilirik ki, Azərbaycan iqtisadiyyatı son 10-12 il ərzində möhtəşəm inkişaf yolu keçmişdir, bunu beynəlxalq maliyyə təşkilatları, statistik rəqəmlər, real həyat da təsdiq edir.  Azərbaycan iqtisadiyyatının inkişaf templəri analoqsuz olmuşdur, iqtisadi artım 3 dəfədən çox, qeyri-neft sektorunun inkişafı təxminən 3 dəfəyə yaxın olmuşdur, iqtisadiyyatın diversifikasiyası, neft faktorundan asılılığın minimuma endirilməsi  kimi mühüm göstərişlər həyata keçirilmişdir. Bu baxımdan mən qeyd etmək istəyirəm ki, Azərbaycanın inkişaf yolu çox möhtəşəm olmaqla çox böyük işlər görülmüşdür və Prezident birmənalı əldə olunmuş uğurların qorunmasını strateji bir vəzifə kimi qarşıya qoymuşdur. Bir sıra sənədlər imzalanmışdır. Təbii, həm sosial bloka, həm bank sektoruna aid olan sənədlər  və eyni zamanda, iqtisadi aktivliyin artırılması və ümumilikdə deyərdim ki, Azərbaycan iqtisadiyyatının gələcəyi haqqında çox praqmatik, dərindən düşünülmüş proqram mövcuddur və hər bir addım prezident tərəfindən duşünülərək idarə olunur. Həyata keçirilən tədbirləri mən şərti olaraq 3 əsas istiqamətə bölərdim. Birincisi haqqında Elman müəllim danışdı. Makroiqtisadi sabitliyin qorunması, bank sektoruna etimadın gücləndirilməsi, manatın məzənnəsində kəskin dəyişikliklərin qarşısının alınması və bu kimi mühüm vəzifələr. Burada,  təbii ki, Prezidentin apardığı siyasətin onurğası olan əhalinin sosial müdafiəsi, ali maraqların qorunmasından da söhbət gedir. Belə ki, Elman müəllim  artıq qeyd etdi ki, bu böhrandan əziyyət çəkən heç bir ölkədə, (neft çıxaran, ixrac edən ölkə olması şərt deyil) əhalinin əmanətlərinin 100% həcmində sığortalansı ilə biz rastlaşmamışıq.  Bu, çox mühüm bir addımdır və ilk növbədə,  əhalinin maraqlarının qorunması baxımından vacibdir. 2-ci əsas istiqamət əhalinin sosial müdafiəsidir. Hörmətli Səlim müəllim bu barədə ətraflı danışacaq. 3-cü sırada iqtisadi aktivliyin artırılması və ümumiyyətlə, iqtisadiyyatın, belə demək olarsa, yeni relslərə keçirilməsi, sahibkarlığın inkişafı, institusional islahatlar, struktur dəyişiklikləri, özəlləşmənin sürətləndirilməsi, xarici bazarların araşdırılması, marketinq fəaliyyəti, ixracın təşviqi, investisiyaların təşviqi kimi mühüm vəzifələr durur. Hətta "Made in Azerbaijan" brendinin tanınması, qeyri-neft ixracının inkişafı, artırılması ölkə iqtisadiyyatı qarşısında duran ən mühüm vəzifələrdən biridir və təsadüfi deyil ki, cənab Prezident tərəfindən dünən “qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında müvafiq sərəncam” imzalanmışdır. Belə ki, kənd təsərrüfatı məhsullarının ixracının subsidiyalaşması mexanizminin hazırlanması haqqında Nazirlər Kabinetinə tapşırıqlar verilmişdir. Qeyd etdiyimiz kimi, Azərbaycan brendlərinin yaradılması, Azərbaycan məhsullarının müxtəlif tədbirlərə qoşulması, tədbirlərdə dövlətin iştirakının təşkili kimi mühüm məsələlər öz əksini tapmışdır. Eyni zamanda, ikinci sənəd kimi qeyd etdiyimiz Azərbaycan Prezidenti tərəfindən investisiyanın təşviqi ilə bağlı əlavə tədbirlər  haqqında Fərmanın imzalanmasıdır və bu Fərmana əsasən, Azərbaycanda investisiyaların təşviqinə yeni yanaşmalar nümayiş etdiriləcəkdir. Əvvəllər  güzəştlər verərkən konkret layihəyə  müstəsna hal kimi  yanaşılırdısa, bu sənaye parklarına da aid idi, digər müstəsna hallara bu gün artıq 3 amildən asılı olaraq investisiyalar təşviq olunacaq.  Bu amillər çox konkretdir. Bu, ilk investisiyaların həcmindən, fəaliyyət sahəsindən  və konkret bölgədən asılı olacaq. Dolayısı ilə regionların inkişafına birbaşa təsir göstərəcək bir mexanizmdir. Bununla da Azərbaycan prezidenti regionların inkişafına göstərdiyi diqqətini, dəstəyini bir daha nümayiş etdirir.

Mən deyərdim regionların sosial-iqtisadi inkişafına dəstək kimi, çünki mən bir addım da irəli getsəm deməliyəm ki, xüsusi proqram hazırlanıb və artıq Azərbaycan regionlarını əhatə edəcək ümumi dəyəri təxminən 1 milyard yarım manat civarında  olan 150 layihə layihə həyata keçiriləcək. Mən istəmirəm hər layihə haqqında məlumat verim. Elə bu gün təməli qoyulmuş neft avadanlıqları istehsal edən zavoda Qaradağ rayonunda 32 milyon avro həcmində investisiya qoyulacaqdır. 700 iş yeri yaradılır. Bu layihənin xüsusiyyəti ondan ibarətdir ki, bu zavod artıq konkret sifarişlərə uyğun tikilir və  tikiləndən sonra konkret sifarişə, bazara uyğun oz əksini tapacaqdır. Misal üçün, Beyləqan rayonu  üzrə mən qeyd edə bilərəm ki, 1000 başlıq heyvandarlıq kompleksi, meyvə-tərəvəz emalı zavodu, bitki yağları istehsalı zavodu, 500 hektar intensiv bağçılıq təsərrüfatı, 500 hektar intensiv soğan əkini nəzərdə tutulub ki, bunun da hesabına 50 milyona yaxın investisiya qoyulacaqdır. Beləliklə, təkcə Beyləqan rayonunda 380 yeni iş yeri  yaranacaqdır. Ümumilikdə,  bu layihələr hesabına 15 minə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu, həm aqrar sektorun, sənaye layihələrinin inkişafına, həm emal sənayesinə, həm də ixraca dəstəkdir. Bu gün bir sıra ərzaq məhsuları ilə Azərbaycan artıq özünü təmin etməyə çox yaxınlaşır və artıq ixrac potensialı formalaşır. Ona görə də əvvəl qeyd etdiyimiz sənədin - ixracın təşviqinə əlavə tədbirlər haqqında sənədin böyük əhəmiyyəti vardır.

- Səlim müəllim, Prezidentin imzaladığı Fərman və Sərəncamların əksəriyyəti sosial xarakterlidir və əlbəttə, maaşların və təqaüdlərin artırılması və s.-də ictimaiyyət cənab Prezidentin dəstəyini görür. Mövcud vəziyyətdə yaşanan həmin o gərginliyin qeyd etdiyimiz kimi,  ölkə vətəndaşına  təsirinin minimuma endirilməsi istiqamətində önəmli addımlar atılır. Təbii ki, bizə və ictimaiyyətimizə çox maraqlıdır ki, il ərzində daha  nə kimi layihələr həyata keçiriləcək.

Səlim Müslümov: Bildiyimiz kimi, hazırda gərgin vəziyyət mövcuddur. Cənab prezidentin son vaxtlar qeyd etdiyi kimi, bu, Azərbaycanın içərisindən doğan çətinliklər deyil. Bu iqtisadi çətinliklər ölkəyə kənardan daxil olan çətinliklərdir. Yəni, istər neftin qiymətinin dünya bazarında 4 dəfəyə qədər düşməsi, istər Azərbaycanın ticarət partnyorlarının valyutalarının kəskin devalvasiya olunması Azərbaycan iqtisadiyyatında da, təbii ki, çətinliklər yaratmışdır. Amma cənab prezident qeyd etdi ki, bu gün bizim qarşımızda duran əsas vəzifə bu çətinliklərin Azərbaycan vətəndaşının gəlirlərinə və yaşayışına az hiss etdirilməsidir. Bir qədər öncə Elman müəllim də qeyd etdi ki, bank sektorunun bu barədə görəcək işləri və real iqtisadiyyatın bu sahəyə verəcək töhfələri  bu gün iki əsas məsələyə yönəlib. Cənab prezident də dünən bunu qeyd etdi. Bunlardan birincisi, Azərbaycan əhalisinin gündəlik qarşılaşdığı əsas məhsulların, istər ərzaq, istər qeyri-ərzaq, istər xidmətlərin qiymətlərinin sabitləşdirilməsi, inflyasiyanın baş verməsinə imkan verməmək, onu cilovlamaq və qiymətləri stabilləşdirməkdir. 2-ci mühüm olan məsələ isə iş yerlərinin azalmasının qarşısını almaq və ölkədə kifayət qədər iş yerləri açmaqdır ki, insanların əsas gəlir mənbəyi kimi onların işləyərək qazandıqları əməkhaqqı çıxış et

sin və yeni gəlir yaradılsın. Bu yeni gəlirin yaradılması hesabına qazanclar artsın. Bu gün, təbii ki, qeyd etdiyim bu iki fakt müəyyən qədər vaxt tələb edir. Yeni layihələrin reallaşdırılması, yeni iş yerlərinin yaradılması - bunlara müəyyən qədər vaxt lazımdır. Belə bir vaxtda inflyasiyanın cilovlanması tamamilə Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər sayəsində, demək olar ki, təmin olunur. Ortada qalan ikinci əsas məsələ, iş yerlərinin müəyyən qədər azalmasının hiss olunduğu bir şəraitdə əhalinin gəlirlərində azalmaya imkan verməmək, bunları müəyyən imkanlar daxilində kompensasiya etməkdir. Məhz bu postulatı irəli sürən cənab prezident, sizin də qeyd elədiyiniz kimi, 14-ə qədər müxtəlif fərman və sərəncam imzalayıb. Bu fərman və sərəncamlar haqqında Azərbaycan əhalisi, məncə, tam məlumat alıb. Bu məsələnin əsas məğzi nədən ibarətdir? Müəyyən zaman kəsiyində bizim əhalinin gəlirlərini, xüsusilə də aztəminatlı təbəqənin gəlirlərini artırmaq  və onların baş verən bu çətinliklər fonunda gəlirlərlə qiymətlərin artımında baş verən müəyyən dəyişiklikləri hiss etdirməmək. Bu məsələlər konkret olaraq ölkə başçısının diqqət sferasındadır. Verdiyi tapşırıqların da hamısı buna yönəlib və cənab Prezident dəfələrlə qeyd edib ki, biz iqtisadiyyatda, digər sahələrdə nələri həyata keçiririksə, bunların hamısının mərkəzində bir faktor dayanır, o da Azərbaycan vətəndaşının sosial rifahı faktorudur. Ona görə də mütləq şəkildə bu gün atılan addımlar, yəni əhalinin büdcədən maliyyələşən sektorlarda çalışan hissəsinin əmək haqlarının artırılmasının, təbii ki, müəyyən həddi var və bu hədd daxilində bizim Mərkəzi Bankla  mütəmadi olaraq görüşlərimiz davam edir. Yəni, bu elə bir həddə aparılmalıdır ki, onun özü əlavə infilyasiyadır və buna görə də mən elə düşünürəm ki, son dərəcə düşünülmüş, son dərəcə ölçülüb-biçilmiş addımlar atılır. Bu istiqamətdə cənab Prezidentin qeyd etdiyi kimi, tədbirlər davam etdiriləcək. Bir az sonra o tədbirlər haqqında, yəqin ki, mən məlumat verəcəyəm.

- Bəli, onlara toxunacağıq. Sadəcə istərdim, bir  məsələyə də münasibət bildirəsiniz. Bu gün qarşıya qoyulan əsas məqsədlərdən biri də mobil idarəetmə mexanizminin yaradılması, yəni bir-birinin işini təkrarlayan müxtəlif sektorların, müxtəlif idarələrin birləşdirilməsi və yaxud  ləğv olunmasıdır. Düşünürəm ki, bu məsələ ictimaiyyəti də maraqlandıran məsələlərdən biridir. Məsələn, həmin o iş yerlərinin bağlanması nəticəsində iş yerini itirmiş vətəndaşlar var ki, onların yenidən əmək bazarına qaytarılması istiqamətində nə kimi işlər görüləcək? 

Səlim Müslümov: Bəli, bu çox vacib məsələdir. Mən bir daha təkrarlamaq istəyirəm ki, o layihələrin reallaşdırılması müəyyən müddət tələb edir. Cənab Prezident onun çox sürətlə həyata keçirilməsini tələb edir. Ona görə də bu qanunvericilik dəyişiklikləri çox sürətlə aparılır. Amma bütün hallarda müəyyən bir vaxt lazımdır və bu vaxt ərzində hansısa bir səbəbdən, istər özəl sektorda, istərsə də büdcədən maliyyəşən sektorda işini itirmiş çalışanları iş yeri ilə və ya hansı gəlirlə təmin etmək mümkündür? Bu halda biz əvvələr də qeyd edirdik ki, bütün işləyən insanlar öz əmək müqavilələrini qeydiyyatdan keçirməlidirlər və sosial sığorta haqlarını ödəməlidirlər. Məhz bu hallar varsa, həmin insanlar öz iş yerlərini itirməkdən, demək olar ki, sığortalanıblar. Çünki dövlətin bildiyiniz kimi, məcburi sosial-sığorta haqqında qanuna görə, işsiz olmaq sosial sığortalardan biri sayılır. Düzdür, bu gün Azərbaycanda işsiz olmaq üçün ayrıca sosial sığorta tarifi yoxdur, amma buna baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılan büdcə vəsaitlərinin içərisində müəyyən qədər məbləğ o məqsəd üçün nəzərdə tutulub və nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin respublikanın bütün rayonlarında mərkəzləri var, bütün işsiz olan vətəndaşlar həmin mərkəzlərə müraciət edə bilərlər. Əgər onların, təbii ki, əmək müqavilələri vaxtında qeydiyyatdan keçirilib və onların sosial sığorta ödəmələri olubsa. O zaman onlar son 12 ayda əldə etdikləri orta aylıq əmək haqqının 70%-nə qədərini 6 ay ərzində işsizlik müavinəti kimi almaq hüququna malikdirlər. Məsələn, mən bir halı sizə qeyd edim, 2015-ci ildə bizim vətəndaşlara ödənilmiş işsizlik müavinətinin orta aylıq məbləği təxminən 252 manat təşkil edib. Bu, niyə belə aşağı görünür, çünki xeyli sayda insanlarımız var ki, onların əvvəlki 12 ay ərzində əmək haqları olmayıb, bu zaman onlara minimum məbləğdə işsizlik müavinəti verilir.  Bu da bu gün 55 manatla ölçülür. Amma cənab Prezidentin tapşırığı var, yəqin ki, Nazirlər Kabineti tərəfindən bu günlərdə bunda da dəyişiklik ediləcək. Məndə olan məlumata görə, 30-40% işsizlik müavinətinin artırılması nəzərdə tutulur. Eləcə də, çox mühüm məsələlərdən biri işsiz olmuş insanların sürətlə dəyişən əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün regionlarda peşə tədris mərkəzlərinin yaradılmasıdır. Artıq keçən 2 il ərzində biz Bakı şəhərində, İsmayıllı rayonunda, Göyçay şəhərində (bu yaxınlarda Gəncə şəhərində də açılacaq) 4 regional belə mərkəz yaratmışıq. Mən açıq demək istərdim, bu gün həmin mərkəzlərdə, demək olar ki, bütün siniflər tam doludur. Həmin mərkəzlərdə yeni peşələr üzrə təhsil alanlar üçün peşənin növündən asılı olaraq təhsil 2, 3, 6 ay da ola bilər. Orada təhsil alanlara  aylıq təqaüdlər də verilir, yəni uzaqda yaşayanlara gediş-gəliş üçün 22 manat verilir. Məbləğlər artırılandan sonra bu, yəqin ki, birlikdə 100 manatı keçəcək. Amma bütün hallarda əsas məsələ həmin o insanların müvəqqəti də olsa, əmək bazarında yeni peşələrlə müəyyən iş tapmasına yönəldilməsdir. Lakin onların əvvəlki gəlir səviyyəsinə uyğun iş tapmaları üçün, təbii ki, yeni layihələrin icarsına ehtiyac var və bu yeni layihələrin icarsı yeni iş  yerlərinin açılmasını şərtləndirəcəkdir. Mən elə düşünürəm ki, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi tədbirlər də istehsal sferasına, real iqtisadiyyata əlavə kreditor resurslarının yönəldilməsinə imkan yaradacaq. Bütün hallarda bizim əsas düşüncəmiz nədir - biz elə etməliyik ki, Azərbaycan iqtisadiyyatında staqflyasiya baş verməsin, yəni eyni zamanda həm istehsalın azalması, həm işsizliyin artması, həm də infilyasiya bir-birini müşayiət eləməsin. Bütün istiqamətlərdəki fəaliyyət də buna yönəlib. Bu gün bu tədbirlər öz nəticələrini verir və cənab prezidentin qoyduğu tələblər, onların sürətlə reallaşdırılması,  düşünürəm ki, bu problemləri ortadan qaldıracaqdır.

Şahin Mustafayev: İnvestisiyaların təşviqi ilə bağlı bu gün Milli Məclisdə müvafiq qanunvericilikdə dəyişikliklər edilmişdir. Mən o mexanizm haqqında istərdim qısa məlumat verim: 3 meyar əsasında investisiya layihələri İqtisadiyyat Nazirliyində qeydiyyatdan keçdikdən sonra investisiya təşviqi sənədi əldə edirlər. 10% investisiya sahibkar tərəfindən qoyulduqdan sonra sahibkarlar artıq bəlli güzəştlərə sahib olurlar. Bu nə deməkdir? Bu, ilk növbədə idxal olunan avadanlıqların vergi və rüsumlardan, torpaq və əmlak vergilərindən tamamilə azad olunması və mənfəət vergisində 50% güzəştdir. Bu, 7 il müddətində tətbiq olunacaqdır və çox mühüm məsələdir. Biz hesab edirik ki, bunun hesabına nəinki yerli, özəl, həmçinin xarici investorları da bu şərtlərlə cəlb etmək mümkün olacaqdır və bu istiqamətdə biz ciddi işlər aparacağıq. Bir məsələni də qeyd etmək istəyirəm. Dövlət Satınalmaları haqqında qanunda da dəyişiklik edilmişdir. Bu da birbaşa yerli istehsalçılara dəstək, yerli investisiyaların, ixracın təşviqi üçün mühümdür. Dövlət Satınalmaları haqqında qanunvericiliyə dəyişiklik olundu və digər bütün şərtlər bərabər olduğu halda - - Azərbaycan məhsulları 20% güzəşt əldə edirlər. Bu, bizim məhsulların rəqabətqabiliyyətini də artıracaq.

- Cənab prezident də qeyd etdi ki, bəzi parametrlərə görə yerli istehsal xarici idxaldan  asılıdır.  Biz onu da aradan qaldırmalıyıq.

Şahin Mustafayev: Bu, çox vacibir və artıq yeni bir mövzudur. Yeni dedikdə əslində kompleksdir, çox vacibdir. Biz artıq təhlil etmişik. Azərbaycanda istehsal olunan ərzaq və əsas sənaye məhsulları üzrə istehsal həcmini, özünü təmin etmə səviyyəsini və onun istehsalı üçün lazım olan komponentlərin maya dəyərində xüsusi çəkisini müəyyən etmişik. Nəticələr pis deyil, bir sıra məhsullar üzrə biz, demək olar ki, yüksək nəticələr əldə etmişik: 5%, 2%, 10%, 20%, 15%. Bəzi məhsullar üzrə bu, 65%-dir. Bu, bizi əlbəttə düşündürür və biz gələcək fəaliyyətimizi bu istiqamətə yönəldəcəyik. O investisiya layihələrinə üstünlük verəcəyik ki, bu komponentlərin istehsalını təmin edəcəkdir.

- Həmin nəticələr indi istər sahibkar, istər dövlər məmuru üçün bir fəaliyyət proqramıdır. Onun əsasında iş qurulur. İstərdik, Ziyad müəllim, bir məsələyə sizin münasibətinizi öyrənək. Cənab prezidentin qarşıya qoyduğu önəmli tapşırıqlardan biri də, əlbəttə ki, layihələrin hazırlanmasıdır. Əsas bu layihələrin hazırlanması ilə bağlı fikirlərinizi qeyd edərdiniz.

Ziyad Səmədzadə: Mən deyərdim ki, bu gün müzakirə olunan məsələlərə mənim həmkarlarım çox sistemli yanaşırlar. Azərbaycan iqtisadiyyatının gələcəyi neftdən asılılığın minimuma endirilməsidir. Bu məsələ artıq gələcəyə baxış konsepsiyasında da qoyulub. Cənab Prezidentin də uzaq gələcəyə hədəflənmiş strategiyasının prioritet istiqamətidir. Bundan sonra Azərbaycan iqtisadiyyatında nə qədər inkişaf sürəti olacaqsa, nə qədər artım olacaqsa, onu biz qeyri-neft sektoru hesabına alacağıq.  Bu gün Azərbaycanda təkcə ÜDM-i artırmaqdan söhbət gedə bilməz. Azərbaycanın özündə bu ÜDM-in tərkibində əmək haqqının xüsusi çəkisi nə qədərdir, yeni yaradılmış dəyər nə qədərdir? Sabah bizə elə zavodlar təklif edə bilərlər ki, 90%-i xarici investorlarındır. Bizə belə zavod lazım deyil. Bizə əməktutumlu, elmtutumlu yüksək texnologiya zavodları lazımdır. Ona görə bu kimi layihələri İqtisadiyyat və Sənaye Nazirliyi hazırlayır. Mən çox sevinirəm ki, Bakıda Metal Konstruksiyalar zavodu var. Xarici şirkətlər  rəqabətə dözmədilər. Mən çox sevinirəm ki, Azərbaycanda “Mətanət A” şirkəti kimi dünya standartlarına cavab verən müəssisələr var.

- Bu gün statistika əslində hər bir sahədə hazırlanmalıdır. Çünki biz xarici investisiyalardan danışırıq. Onlar bu statistikaya görə gəlirlər.

Ziyad Səmədzadə: Bu, çox maraqlı məsələdir. Ona görə qlobal maliyyə böhranı göstərdi ki, milli maraqlara cavab verən milli iqtisadiyyat olmalıdır. İqtisadiyyatın diversifikasiyası getməlidir. Cənab Prezidentin dünənki və ondan əvvəlki çıxışlarının ana xətti nədir? Azərbaycan milli iqtisadiyyatı milli maraqlara cavab verən iqtisadiyyat olmalıdır. Maşınqayırma zavodunun təməlinin qoyulması özü bir bayramdır.

Şahin Mustafayev: Ziyad müəllim, mən bu məqamda bir neçə rəqəm səsləndirsəm, daha yaxşı olar. Misal üçün, tikinti materialları sahəsində, sementin istehsalında bizdə maya dəyərində idxaldan asılılıq cəmi 10%-dir. Amma deyək ki, polietilen boruların istehsalında 70%-dir.  Mən xarakterik 2 rəqəmi deyirəm və bu, bizə nə deyir? Bizə deyir ki, polietilen boruların istehsalına lazım olan xammalı özünüz istehsal edin. Onun üçün də Sumqayıtda Kimya Sənaye Parkı yaradılır. Burada məntiqi bağlantı var. İstəyirəm qeyd edim. Mütləq bir məsələyə toxunmaq lazımdır: bu layihələrin maliyyələşdirilməsi məsələsi. Bir tərəfdən cənab Prezidentin göstərişi ilə, büdcədə xərclərə qənaət olunmasına baxmayaraq, Sahibkarlığa Kömək Milli Fondundan keçənilki qədər vəsait ayrıldı. Bu, birinci maliyyə mənbəyi. İkinci isə sahibkarların öz vəsaitləri olmalıdır. Çünki dövlət tərəfindən layihələr tam maliyyələşdirilə bilməz. Üçüncü mənbə qeyd etdiyimiz kimi, artıq imzalanmış və qüvvəyə minmiş sənəd hesabına xaricdən investisiyaların cəlb olunmasıdır. Və dördüncü, biz əminik ki, görülən tədbirlər nəticəsində bank sektorunda da ciddi irəliləyişlər olacaq. Bizim kommersiya banklarının verdiyi kreditlər də burada rol oynayacaq.

- Çox önəmli bir məsələyə toxundunuz. Bu gün özəl banklar real sektora daha çox kredit ayırmalıdır. Cənab Prezident hətta önəmli bir sitat da dedi ki, vaxtilə biz bankların iflas olmasının qarşısını almışıq. İndi həmin banklar ölkə iqtisadiyyatının inkişafına öz töhfələrini verməlidir. Mərkəzi Bank da həmin özəl banklarla bu istiqamətdə görüşür. İstərdik ki, həmin görüşün detalları və ümumiyyətlə bu gün özəl bankların real sektora kredit ayırması istiqamətində Mərkəzi Bankın stimullaşdırıcı addımları barədə zəhmət olmazsa, məlumat verərdiniz.

Ziyad Səmədzadə: Mən istərdim Elman müəllim valyuta bazarı ilə də əlaqədar fikirlərini bölüşsün.

Elman Rüstəmov: Mərkəzi Bank da özünün monetar siyasətində, valyuta siyasətində, makroiqtisadi siyasətində təkcə makroiqtisadi göstəriciləri deyil, məhz real iqtisadiyyat, real sektor və digər məsələləri də əhatə edir. İlk növbədə, sosial siyasət baxımından Səlim müəllim bir neçə dəfə Mərkəzi Banka istinad etdi. Sirr deyil ki, bu gün neftin yeni qiymətlərinə, reallığa uyğun yeni büdcə layihəsi hazırlanır. Yəqin ki, yeni büdcə layihəsi, Ziyad müəlim daha dəqiq bilər, neftin 30 dollar, yəni bu qiymət ətrafında müəyyənləşdirilib. Təsdiq olunmuş büdcədən 20 dollar aşağı. Buna baxmayaraq, Səlim müəllim dediyi o sosial yardım paketi Azərbaycan büdcəsinin, dövlətin azalan gəlirləri fonunda qəbul olunub. Mən o vəsaitin həcmini görmüşəm. Çox əhəmiyyətli sosial inkişafa bu sərəncamların əlavə maliyyə tutumu 1 mlrd. 200 mln.-dan yuxarıdır. Olduqca önəmli bir addımdır. Biz bilirik ki, başqa ölkələr çox qeyri-populyar qərarlar qəbul edirlər: büdcə xərclərinin azaldılması, ixtisarlar, sosial proqramların azaldıması və s. Çünki başqa yolları yoxdur. Amma belə bir şəraitdə Azərbaycan prezidenti əksinə, sosial siyasəti gücləndirir. Əlavə investisiya proqramları nəzərdə tutulur ki, bu da əlavə iş yerləri deməkdir. Bütün bunlar bir daha sübut edir ki, cənab Prezidentin siyasətinin mərkəzində həmişə olduğu kimi, Azərbaycan vətəndaşı, konkret insanlar dayanır. Azərbaycan da qlobal iqtisadiyyatdan gələn iqtisadi çətinliklərə baxmayaraq, güclü sosial siyasət həyata keçirir. Cənab Prezident qeyd etdi ki, il ərzində mövcud iqtisadi situasiyadan sonra bu məsələyə yenidən qayıdılması istisna deyil. O ki qaldı bankların iqtisadi inkişafa dəstəyinə, bu, çox mühüm məsələdir. Bütövlükdə bu günlərdə biz hesabladıq ki, son 10 ildə Azərbaycan bankları dövriyyə üzrə təxminən 80 milyard manata yaxın kredit veriblər. Şübhəsiz, son dövrdə əldə etdiyimiz iqtisadi nailiyyətlərdə bank sektoru da çox mühüm rol oynayıb. Bank portfelinin təxminən 75%-i kommersiya xarakterlidir. Yəni, real iqtisadiyyat anlayışı köhnə iqtisadiyyatda bir qədər başqa cürdür. Bu gün iş yeri yaradan, onları məşğul edən, gəlir gətirən iqtisadiyyat da real iqtisadiyyatdır. Dünyanın aparıcı iqtisadiyyatlarına baxsaq, görərik ki, onun ÜDM-in 60%-dən çoxu xidmət sektorudur. Bu, o demək deyil ki, o qeyri-real sektordur. Real sektor əhaliyə əlavə dəyər yaradan, gəlir gətirən, məşğulluq yaradan sektordur. Hətta bu baxımdan istehlak kreditləri bizdə 25%-dir. Görürük ki, bizim yaxşı, şaxələnmiş istehlak sektorumuz var və olacaq, daha da inkişaf edəcək. Məsələnin unikallığı odur ki, bu gün cənab prezidentin qoyduğu birinci vəzifə situasiyanın stabilləşməsidir. Biz bu dərsi artıq 90-cı illərdə keçmişik. Sovet İttifaqı dağıldıqda biz ilk növbədə iqtisadi stabillik yaratdıq. Əgər iqtsadi stabillik problematikası varsa, ilk növbədə onunla məşğul olmaq lazımdır. Buna görə də bank sektorunda tez bir zamanda görülən tədbirlər, atılan addımlar nəticəsində bütövlükdə iqtisadiyyatın kreditləşməsi bərpa ediləcəkdir. Bunun üçün banklar dedollarizasiya, əlavə yardım proqramları üzərində çalışır ki, real sektor bərpa olunsun. Xüsusilə, regionlardakı situasiya bizi düşündürür. Orada mikrokreditlərin verilməsi və əhalini məşğul edə bilən digər kredit məhsullarına tələbat artır. Mərkəzi  Bank da cənab Prezidentin tapşırığı ilə bu məsələ üzərində işləyir.

Səlim Müslümov: Elman müəllim çox gözəl vurğuladı. Məhz yeni iş yerləri yaradan, əhaliyə gəlir gətirən layihələrin icrasına bank kreditlərinin yönləndirilməsi böyük effekt verə bilər. Bir az öncə Ziyad müəllimin qeyd etdiyi əməktutumluluq problemi bu gün  bizdə yaşanır. Çünki Azərbaycan əhalisinin digər ölkələrdən fərqli olaraq 71,6%-i əmək qabiliyyətli yaşda olanlardır. Heç bir iqtisadiyyat bu qədər əmək qabiliyyətli insanı adsorbs etmək, yəni udmaq imkanına malik deyil. 15-29 yaş arası əhali Azərbaycan əhalisinin bu gün 28,1%-ni təşkil edir. Heç bir MDB dövlətində bu göstəricini tapmaq mümkün deyil. Çox böyük demoqrafik artım var. Keçən il 114 min artım olub. Bunların hamısını 15-16 ildən sonra, cənab Prezident dünən müşavirədə də qeyd etdi ki, işlə təmin etmək lazım gələcək.

Ziyad Səmədzadə: Bir məsələni də qeyd etmək istərdim. Mən cənab Prezidentin rayonlarla əlaqədar çıxışını da gətirmişdim: rayonlarda olan potensialdan istifadə, rayonların əksəriyyətinin dotasiyada yaşaması məsələsi. Bu, həqiqətən də, ciddi məsələdir. Biz Azərbaycan iqtisadiyyatının regional inkişafını elə təmin etməliyik ki, regionlarda olan potensialdan  tam səmərəli istifadə olunsun və dotasiyasız yaşayan rayonların sayı artsın.

Bunun üçün İqtisadiyyat Nazirliyi çox böyük işlər görür. Xatırlayıram ki, 2004-cü ilin fevralında cənab Prezident birinci regional inkişaf proqramı ilə bağlı çıxışında dedi ki, biz elə etməliyik ki, Azərbaycanda nə qədər imkan varsa, o məhsullar istehsal olunsun, bölgələrimiz tarazlı inkişaf etsin. Bölgələrin tarazlı inkişafı üçün regional inkişaf proqramlarını, belə yanaşmaları etməliyik. Hətta mən düşünürəm ki, cənab prezidentin regionlar barədə dediklərindən sonra İqtisadiyyat Nazirliyinin hüquqları genişləndi.

Mən cənab Prezidentə təşəkkür edirəm ki, müstəqil Azərbaycanın bütövlükdə iqtisadiyyatını idarə edən strategiyanı hazırlayan İqtisadiyyat Nazirliyi yarandı. Vaxtilə Elman müəllimlə biz, 80-ci illərin ortaları və 90-cı illərin əvvəllərində məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi sxemini hazırladıq. Özəl sektor var, çətinliklər ola bilər, amma özəl sektor bilavasitə dövlət tərəfindən tənzimlənir. Yəni, hər rayonda istədiklərini tikməsinlər. Bunlar seçilməlidir. Özəl sektor mənəm, mən istəyirəm burda bunu tikim, elə yox, o dövr keçdi. Azərbaycanın ərazisi o qədər də böyük deyil, biz elə edə bilərik ki, bölgələrimizin inkişafı üçün seçmə müəssisələr yaradaq...

- Cənab Prezident qeyd edir ki, Nefçalada pilot layihə həyata keçirilir, amma niyə digər bölgələrdə bu yoxdur?

Şahin Mustafayev: Bu gün müzakirə etdiyimiz komissiyanın təşviqi haqqında mexanizm də buna yönəlibdir. Buna misal olaraq, Mingəçevir şəhəri əhalisinin tərkibini göstərmək olar, bilirsiniz ki, bura əvvəllər sənaye şəhəri olubdur, xüsusilə yüngül sənaye sahəsində ixtisaslaşmışdır. Amma indi işsizlik orada digər bölgələrə nisbətən artıqdır. Bu baxımdan cənab Prezidentin göstərişi ilə Mingəçevir sənaye parkı yaradılır, artıq sənaye parkının yaradılması işləri sürətlənəcək və bu baxımdan Ziyad müəllimin dedikləri burada öz əksini tapır. Bizim, təbii ki, liberal bazar iqtisadiyyatı şəraitində iqtisadiyyatımız inkişaf edir və kiməsə qadağan etmək niyyətində deyilik, amma təşviq etməyəcəyik. Əgər kimsə istəyirsə hansısa rayonda bir layihə həyata keçirsin, biz onu qadağan etmirik.

- Amma Şahin müəllim, eyni zamanda, rəqəmlər, qrafiklər hazırlanmalıdır ki, maarifləndirmə işi də aparılsın.

Şahin Mustafayev: Təbii ki, artıq nəinki rayon mərkəzlərində, həmçinin kəndlərdə tədbirlər keçirilir və bütün sahibkarlar bunları bilir. Bizim biznes mərkəzimiz var və fəliyyət göstərir. Bizim Xaçmaz rayonunda biznes inkubatorumuz var və bunu  digər regionlarda da yaratmaqdayıq. Bütün bu mexanizmlərin məqsədi məhz marifləndirməkdir.

Səlim Müslümov: Belə böhranlar olanda iqtisadçılar arasında belə bir deyim var “Hamı dönüb Keynsçi olur”,  yəni dövlətin daha çox müdaxilə etməsinə üstünlük verir. Amma müdaxilə etmək də, Şahin müəllimin dediyi kimi, o demək deyil ki, qadağalar olsun, amma təşviq elementlərindən də  istifadə edilsin.

Elman Rüstəmov: Mən deyərdim ki, İqtisadiyyat Nazirliyi bu istiqamətdə çox işlər görür. Daha dəqiq desək, söhbət Dövlət-özəl sektor partnyorluğundan gedir. Yəni, dövlət özəl sektorun gördüyü işləri görmür.  Parkların yaradılması, inkubatorların yaradılması biznesin xərclərinin əhəmiyyətli bir hissəsini öz üzərinə götürür. Artıq xarici təcrübədə çox geniş yayılmış xalis liberal iqtisadiyyata malik ölkələrdə də bu işlər görülür. Bu, bir növ partnyorluqdur, müəyyən işləri dövlər öz üzərinə götürür, xüsusilə də kiçik və orta biznesin inkişafında investisiya imkanları çox kiçikdir və onlar yalnız  avadanlıq üçün vəsait qoyurlar, kredit götürürlər. Əgər onlar böyük elektrik xətləri çəksələr, infrastruktur yaratsalar, daha yaxşı olar.

Şahin Mustafayev: Bu, artıq sənaye parklarının modelidir. Nefçalada qeyd etdiyim kimi,  3 aydan sonra ilk 7 rezident artıq hazır olacaq ki, avadanlıqları gətirib quraşdırsın. Elman müəllim tamamilə düzgün qeyd edir ki, dövlət artıq partnyorluq yaradır, dövlər şərait yaradır, dövlət hətta güzəştli kreditlər də verir, vergidən azad edir, amma nə istehsal etmək, nəyi seçmək, bu, özəl sektorun, sahibkarın öz işidir.

Ziyad Səmədzadə: Mən Çində çox olmuşam, bu barədə kitablarım da var. Çinin Qərb rayonları ən geri qalan rayonlardır, bu gün də. Amma Çin hökuməti o regionları inkişaf etdirmək üçün bütün güzəştləri etdi. Hətta xarici şirkətlər növbəyə dayanıblar. Onlar belə bir şərt qoyurlar ki, sənin istehsal etdiyin məhsulun müəyyən qədəri ixrac olunmalıdır. Müxtəlif modellər olmalıdır, Şahin müəllim qeyd etdi ki, rayonların təşviq məsələsində bu prinsiplər nəzərə alınacaq. 

Şahin Mustafayev: Biz bunu investisiyanın həcmi ilə tənzimləyəcəyik. Misal üçün deyək ki, əgər Gəncədə 5 milyon manatdan yuxarı qoyulan investisiya üzrə təşviqi sənəd veriləcəksə, Aranda bu 300 min manat ola bilər.

- Hörmətli qonaqlar mən istərdim ki, bir məsələyə də xüsusi diqqət ayıraq. Deyəcəyim bu sual hər birinizin sahəsinə aiddir. Bu, əlbəttə ki, belə deyək, süni qiymət artımı və hətta valyuta bazarında da  müşahidə olunur. İstərdim bu məsələyə öz fikrinizi, münasibətinizi bildirəsiniz. Dövlət və cənab Prezident bu istiqamətdə konkret addımlar atır və düşünürük ki, ən önəmli addımlardan biri də unun və əlbəttə, buğdanın ƏDV-dən azad olmasıdır.  Şahin müəllim, sizin rəhbərlik etdiyiniz qurum bu istiqamətdə konkret olaraq monitorinqlər həyata keçirilir və bilmək istərdik bundan sonra hansı işlər görüləcək? Çünki ictimaiyyətimizi maraqlandıran əsas məsələlərdən biri də budur.

Şahin Mustafayev: Çox vacib, mən deyərdim, çox həssas bir məsələyə toxundunuz. Çox yaxşı ki, bu sualı verdiniz. Çünki bu məsələyə müxtəlif mövqelərlə yanaşırlar. Bəzən deyirlər ki, liberal bazar iqtisadiyyatıdır, dövlət qiymətlərə müdaxilə etməməlidir, digər bu kimi fikirlər də var. Cənab Prezidentin birmənalı göstərişi var ki, süni qiymət artımına yol verilməməlidir. Bu tamamilə qanunu bir tələbdir və İqtisadiyyat nazirliyinin müvafiq qurumu bu məsələ ilə ciddi məşğul olur. Nə baş verir? Mən bir neçə nümunə üzrə istəyirəm bu mövcud durumu izah edim və görülən tədbirlər haqqında məlumat verim. Misal üçün, çörək, buğda və un məsələsi, monitorinqlər aparıldı və araşdırmadan sonra göründü ki, unun qiyməti həddindən artıq yuxarıdır. Amma araşdırma onu göstərdi ki, aparılmış devalvasiyadan artıq deyil. Belə olan halda müvafiq hesablamalar aparılandan sonra, aydın oldu ki, əgər idxalda buğdanın, istehsalda unun və eyni zamanda,  çörəyin, unun satışından ƏDV götürülərsə, buğdanın, unun, çörəyin qiymətləri əhəmiyyətli dərəcədə aşağı düşər, əhali də bundan razı qalar. Bu, təbii ki, ilk növbədə əhalinin sosial müdafiəsinə yönəlmiş bir tədbirdir. Məsələ cənab Prezidentə məlum oldu. O, dərhal razılığını və tapşırığını verdi və Milli Məclisdə təsdiq olunan qanunlar içərisində məhz buğdanın idxalı, unun istehsalı və çörəyin istehsalı, satışı ƏDV-dən azad olundu. Beləliklə, bu məsələ öz həllini tapdı. İkinci belə bir xarakterik məsələ, bazarda aparılan monitorinqlər zamanı məlum oldu ki, yumurta üzrə Azərbaycanda bir neçə istehsalçı var və bu istehsalçılar kartel sövdələşməsinə gəliblər və yumurtanın qiymətini artırıblar. Təhlil olunandan sonra göründü ki, onun idxaldan asılı olan komponentinin dəyərinin devalvasiyaya təsiri o qədər də çox deyil. Ondan sonra biz araşdırmalara başladıq, o şirkətlərə qarşı qanunvericiliyə tam uyğun olaraq iş qaldırdıq və bu məsələni prokurorluq orqanları ilə birgə aparırıq. Üçüncü xarakterik bir misalı çəkmək istəyirəm – söhbət dövlət tərəfindən tənzimlənən qiymətlərlə satılmalı olan malların qiymətlərinə nəzarətdən gedir. Konkret olaraq dərmanlardan. Bildiyiniz kimi, artıq cənab prezidentin tapşırığına uyğun olaraq, son vaxtlar həyata keçirilən  əhəmiyyətli tədbirlərdən biri də sosial sahədə məhz dərman vasitələrinin qiymətlərinin tənzimlənməsidir. Bugünkü vəziyyətdə dərman vasitələrinin təxminən 50%-dən çox hissəsinin qiyməti tarif şurası tərəfindən artıq təsdiq olunmuşdur. Və satan şəxslər məhz bu qiymətdə satmalıdırlar. Monitorinqlər göstərir ki, bir sıra hallarda artıq qiymətlər tətbiq olunub və hər halda qanunvericilikdə nəzərdə tutulan tədbirlər görülür. Heç bir halda qanunu pozmaq olmaz və bu sahədə  qanundan kənar addımlar atılmır. Eyni zamanda, bu monitorinqlər gündəlik, hər saat aparılır və bütün hallar təhlil olunur və müvafiq tədbirlər görülür.

- Şahin müəllim, xüsusən çörək və un məmulatlarının qiymətlərinə diqqət yönəltmək istərdim. Region ölkələrlə müqayisə etsək, həmin o qiymət arasında ƏDV-ni götürdükdən sonra fərq necədir?

Şahin Mustafayev: Ciddidir. Mən sizə deyərdim ki, ƏDV tətbiq olunanda da müqayisəli qiymətlər var idi. Bəzi hallarda bizdə qiymət yenə aşağı idi. ƏDV götürüləndən sonra, ümumiyyətlə fərq çox böyükdür. Qeyd edim ki, Rusiya və Qazaxıstan buğda istehsalçısıdır və onlarda olan qiymət də nisbətən bizdə olan qiymətdən yuxarıdır.

Elman Rüstəmov: Maraqlı bir mövzuya toxundunuz. Bu məsələləri biz valyuta bazarında da müşahidə etdik. Dekabr ayında Mərkəzi Bank üzən məzənnə rejiminə keçəndən sonra, görünür, müəyyən insanların institusional yaddaşları çox güclüdür. Onlar aktiv fəaliyyətə keçdilər. Manatın məzənnəsinin süni sürətdə aşağı düşməsi və dolların daha da bahalaşması istiqamətində qazanc məqsədilə aktiv fəaliyyətə keçdilər. Biz hansı tədbirləri gördük? Biz bütövlükdə yaradılmış, lakin çox vaxt bankların nəzarətində olmayan valyutadəyişmə məntəqələrində prosesləri müşahidə elədik və birmənalı olaraq bütün valyutadəyişmə məntəqələrinin hamısını ləğv etdik, ona görə ki, bilavasitə bu məsuliyyət bankların, bank şöbələrinin üzərində olsun. Marja sistemi tətbiq olundu. Yəni, rəsmi məzənnədən 4% müsbət və 4% mənfi. Bütövlükdə məsələnin kökü nədir? Paralel bazar, bizim araşdırmamız göstərir ki, bir sıra inkişaf etmiş ölkələrdə də bu var. Cənab Prezident dünən bir sıra təkliflər verdi, strateji ehtiyatlardan daha əhəmiyyətli, daha çevik istifadə olunmalıdır. Biz başlıca məsələlərdən biri kimi, makroiqtisadi sabitliyi təmin etməkdən ötrü, qiymətlərin sabitliyinə nail olmaq üçün bütövlükdə valyuta məzənnəsinin idarə olunmasını, yəni başa düşülən səviyyədə olmasını təmin etməliyik. Mən demədim ki, tam sabitliyini, bu fiksasiyadır, yəni fiks məzənnə deyirlər. Əgər baxsaq, görərik ki, bizim əsas ticarət tərəfdaşlarımız, neft ölkələri olan Rusiya, Qazaxıstanda da ilin əvvəlindən milli valyutlarının dəyərdən düşməsi 10%-dən yuxarıdır. Manatsa cəmi 2,8% aşağı düşüb, bu, həm də fundamental amillərin neftin qiymətinin təsiri altında baş verir.  Üzən məzənnə bazara və beynəlxalq aləmdə gedən təsirlərə həssasdır və bu, məhz bazar məzənnəsidir. Mərkəzi Bankın gördüyü işlərsə  sübut edir ki, biz həddindən artıq dəyişmənin qarşısını almalıyıq.

- Bütün qeyd etdikləriniz onu deməyə əsas verir ki, vəziyyət nəzarət altındadır, istər valyuta bazarında, istərsə də istehlak bazarında. Ziyad müəllim, istərdik son olaraq sizin və Səlim müəllim, sizin bayaq qeyd etdiyimiz məsələ - süni qiymət artımının qarşısının alınması ilə bağlı həyata keçirilən islahatlarla əlaqədar fikirlərinizi öyrənək.

Ziyad Səmədzadə: Mən hesab edirəm ki, İqtisadiyyat Nazirliyi və orda bir xüsusi departament var, çox məhsuldar iş aparır. Bəzən populist çıxışlar olur, saytlarda, tədbirlərdə, amma nəzərə almaq lazımdır ki, radikal islahatçılar, o vaxtlar bütövlükdə qiymət sistemini çıxarıb kənara qoymuşdular. Bu məsələləri Tarif Şurası tənzimləyir, ancaq işbazlar var. Mən şəxsən səmimi deyirəm, 20-25 aptekdə olmuşam. Bir çox apteklərdə qanunlar tənzimlənir. Əslində əgər xarici dərmandirsa onun qiyməti Belarusda, Moskvada neçəyədirsə, burdakı fərq ancaq nəqliyyat xərclərində olmalıdır.  Amma bir də görürsən ki, 2-3 dəfə qiymət fərqi var. Bu, mənqitə sığmır. Mən  dərmanların adlarını da bu günlərdə Səhiyyə Nazirliyinə göndərəcəyəm. Bəzən də aptekə yaxınlaşırsan, deyir, bu qiymətdir, yəni dərmanın üzərində köhnə qiymət yazılıb, amma kassa yeni qiymət vurur ki, bu qədər artıb. Bu müəyyən insanların şüuru ilə əlaqədardır, qısa zaman kəsiyində pullar qazansın, insanların cibinə girsinlər və s.

Bütövlükdə rəqabət mühiti yaratmalıyıq ki, kəndli məhsulunu bazara vaxtında çıxartsın, mən çox təəssüf edirəm ki, bəzi təşkilatlar, bəzi özəl müəssisələr alın təri ilə becərilmiş məhsulu bazara çıxartmaq üçün çox əziyyət çəkirlər. Cənab Prezident də bu məsələni dəfələrlə deyib, inhisarçılıq və s. bunlar aradan qaldırılmalıdır. Elə götürək Quba-Xaçmaz zonasını, Lənkəran-Astara zonasını, bunlar Sovetlər vaxtında əhalinin pul gəlirlərinin dinamikasına görə birinci yerdə idi, nə üçün bu qədər meyvə-tərəvəz çıxarırdılar? Yəni, cənab Prezidentin verdiyi tapşırıqlardan sonra bazar tənzimləndi, çox böyük işlər görülür. Eyni zamanda, burada ictimai nəzarət də gücləndirilməlidir. Vətəndaşlar məsuliyyət hiss etməlidirlər, biganə olmamalıdırlar. Əgər mənim malım, mənim hüquqlarım tapdalanırsa, mənim cibimə girirlərsə,  bunlar cəzasını almalıdırlar.

Səlim Müslümov: Təbiidir, doğrudan da, əgər bazar iqtisadiyyatı orada varsa, hər hansı bir məhsula tələb böyüyürsə, təklif artırsa, bunun qiyməti qalxacaq, əks halda isə düşəcək. Amma məsələ ondadır ki, bu gün Avropa ölkələrinin özündə belə, xüsusilə Şimali Avropa ölkələrində istehlak səbətinə daxil olan məhsullar üzrə müəyyən bir qiymətin maksimum həddi qoyulur və ona nəzarət həyata keçirilir. Birinci antiinhisar mövqe, ikinci isə, Şahin müəllim qeyd etdiyi kimi, kartel sövdələşməsi və digər məqamlar baxımından  başlı-başına buraxılsa, həmin o sövdələşmələr və inhisarçılıq yarana bilər və qiymətlərin artımı baş verər.

Tənzimlənən qiymətlər mallar kateqoriyasına aiddir.  Amma çox vacib olan məsələ istehlak səbətinə minimum daxil olan məhsullar və mallardır. Bunların qiymətlərinin sürətlə qalxması əhalinin aztəminatlı təbəqəsini sürətlə kasıblaşdıra bilər. Ona görə də bunun qarşısını almaq üçün dövlət müəyyən tədbirlər, təbii ki, görəcək.  Bir tərəfdən, müxtəlif Sərəncam və Fərmanlarla dövlət onların gəlirlərini artırır, amma əgər bu gəlirləri həmin qiymət artımı yeyəcəksə,  bunun nə əhəmiyyəti olacaqdır?! O zaman spirala bənzər bir proses baş verəcəkdir.  Bunun qarşısını almaq üçün bir sıra addımların atılması vacibdir. Mən belə düşünürəm ki, cənab Prezidentin taxıl məhsulları, un, çörək məmulatları sahəsində atdığı ƏDV-dən azad olma tədbirləri, eləcə də İqtisadiyyat Nazirliyinin qeyri-qanuni şəkildə süni qiymət artımı  hesabına əlavə gəlirlərin əldə edilməsi baxımından  addımların qarşısının alınması bu gün cənab Prezidentin imzaladığı sərəncamlarla əhaliyə verilən həmin o vəsaitlərin real xarakter daşımasına birbaşa kömək edəcək. Əlbəttə, bayaq dediyim kimi, proses dəyişə bilər. Biz artırdıqca qiymət artar, qiymət artsa, biz verdikcə yenə qiymət artar, bu spirala bənzər bir hiperinfilyasiyaya gətirib çıxara bilər. Bunun qarşısı, təbii ki, ümumi səylərlə alınmalıdır.

Ziyad Səmədzadə: Bu gün aparılan iqtisadi-sosial siyasət  Azərbaycan xalqının gələcəyi üçündür. Baxaq internet resurslarına, hansı ölkədə bu qlobal böhran şəraitində sistemli tədbirlər həyata keçirilir? Ona gorə, də mən hesab edirəm ki, biz bu imtahandan  çox gözəl və uğurla çıxacağıq.

- Təşəkkür edirəm, Ziyad müəllim. Bu xoş notlarla söhbətimizi yekunlaşdırmaq istəyirəm.  Sonda isə cənab prezidentin qeyd etdiyi sitatı demək istərdim.

Prezident bildirir ki, "Dövlət, hökumət, vətəndaşlar bir yerdə olaraq bu gözlənilməyən vəziyyətdən çıxış yolları müəyyən etməlidir. Dövlətin bu istiqamətdə çox ciddi proqramı var".  Və bu da  onu   deməyə əsas verir ki, bu proqramlar və sosial layihələr sonra da davam etdiriləcək.  Azərbaycan dövlət siyasətinin mərkəzində məhz Azərbaycan vətəndaşı və onun rifahı dayanır.