Azərbaycan | Rus | English
SAYTDA BU GÜN: İslam bankçılığı davamlı inkişaf amili kimi **** İlham Əliyev: “ İslahatların davam etdirilməsi üçün biz çox ciddi işləməliyik, daim inkişafda, axtarışda olmalıyıq” **** Maliyyə böhranı şəraitində müəssisələrin tətbiq etdiyi strategiyalar **** Vətənpərvər ziyalı **** “Bakcell”dənuşaq şahmat turnirinə növbəti dəstək **** Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb **** Hava limanında fəaliyyət göstərən “Bakı Taksi Xidməti” qiymətlərdə endirim edib ****
Qəzetin çap variantları
5-11 sentyabr 2019-cu il
35 (1082)
29 avqust 4 sentyabr 2019-cu il
34 (1081)
Q?zetin ?ap variantlar?n?n arxivi

Faydalı linklər   

www.president.az
www.samedzade.az
www.azerbaijan.az
www.meclis.gov.az
www.banker.az
www.aii.az
Məqalələr

 UĞURLU KARYERANIN BAŞLANĞICI

 

Sirr deyil ki, yaxşı təhsil uğurlu karyeranın başlanğıcıdır. Lakin zəngin iş təcrübəsi və geniş dünyagörüşlə yanaşı, hər hansı xarici dili bilmək insanlar qarşısında ən nüfuzlu şirkətlərin qapılarını belə açır. Valideynlər “ən yaxşısını - uşaqlarımıza” şüarını rəhbər tutaraq çalışırlar ki, onların sevimli övladları Avropa İttifaqının hər hansı ölkəsinin və ya ABŞ-ın ən nüfuzlu məktəb  və universitetlərindən birində təhsil alsınlar.  Etiraf edək ki, valideynlər övladlarının xarici ölkələrdə təhsilini planlaşdırarkən bir sıra suallarla qarşılaşırlar: hansı ali təhsil müəssisəsini seçmək, daha az xərc çəkmək və ən vacibi – xarici ölkədə onların övladlarının təhlükəsizliyini kim təmin edəcək. Bu və digər suallarla uzun illər təhsil sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan  “AKİ İNTER”-in  prezidenti Kənan Cəlilova müraciət etdik.

  • Kənan müəllim, xaricdə təhsil almaq istəyən abituriyentlər ali məktəbləri seçərkən əsasən nəyə diqqət yetirməlidirlər? Hansı universiteti seçmək, sənədləri hansı qaydada hazırlamaq, imtahanlara hazırlaşarkən nəyə üstünlük vermək, ümumiyyətlə, bu işi necə təşkil etmək lazımdır? Bu məsələ barədə sizin fikrinizi bilmək istərdik.
  • Əlbəttə, sadaladığınız bütün bu işləri valideynlər özləri də təşkil edə bilər, amma bu ciddi işi peşəkarlara həvalə etmək daha məqsədəuyğun olardı. Bunun üçün beynəlxalq təhsil sahəsində  təcrübəli məsləhətçilərə müraciət etmək kifayətdir. Onlar valideynlərin sorğularını və tələblərini təhlil edərək, çox asanlıqla və tez bir zamanda dünyanın məşhur universitetlərində təhsilin optimal variantlarını təklif edə bilirlər. Bu xidməti Azərbaycanda bizim şirkət - “AKİ İNTER” həyata keçirir.  Şirkət 18 ildir  ki, bir çox qaçılmaz səhvlərə yol verməmək və vaxtına qənaət etmək istəyənlərə köməklik göstərərək, informasiya bolluğu fonunda lazımi ali məktəbin, fakültənin, ixtisasın seçilməsində valideynlərə və abituriyentlərə kömək edir. Şirkətin mütəxəssisləri bu çətin işin bütün mərhələlərində, sənədlərin tərtib edilməsində tələbə vizasının alınmasında, sığortanın tərtibində, həmçinin, tələbə qəbul edildikdən sonra meydana gələn bir sıra məsələlərin həllində onların yardımçısına çevrilir. Bütün bunlarla yanaşı, “AKİ İNTER” yaşayış yerinin təmin edilməsi ilə keyfiyyətli ali təhsil almaq imkanı təklif edir. Tələbələr müasir standartların tələblərinə cavab verən  rahat yataqxanalarda yerləşdirilir. Şirkət abituriyentlərə nəinki qəbul zamanı köməklik göstərir, habelə bütöv bir tədris dövrü ərzində ona nəzarət edir. Bunun üçün hər bir ölkədə onun tələbələri üçün “qaynar xətt” yaradılmışdır ki, bu xətt vasitəsilə şirkətin mütəxəssisləri tələbələrin yaşayışı, təhsili ilə maraqlanır, onlara hər bir situasiyada köməklik göstərirlər.  “AKİ İNTER”-in təqdim etdiyi xidmət sayəsində xarici ölkələrdə təhsil alan hər bir tələbə oxuduğu müddət ərzində qayğı və diqqətlə əhatə olunur, özünü evdə olduğu kimi hiss edir.

 

  • Şirkət xarici ölkələrdə hansı ali məktəbləri təklif edir, abituriyentlərin qəbulu hansı yolla həyata keçirilir?
  •  Qeyd etmək lazımdır ki, “AKİ İNTER” bütün dünyada pulsuz təhsil təqdim edən “StudyGroup», «CİEE», «Kaplan-ASPECT», «CATS», «İnto», «LSİ» və s. kimi beynəlxalq təşkilatların və universitetlərin proqramlarının rəsmi nümayəndəliyidir.  Xarici ölkələrdəki ali məktəblərlə daha yaxından tanış olmaq üçün “AKİ İNTER” Böyük Britaniyanın, ABŞ-ın, Avropa İttifaqının, Türkiyənin, Rusiyanın, Ukraynanın və Belarusun nüfuzlu universitetlərinin nümayındələri ilə görüşmək imkanı təqdim edir.

 “AKİ İNTER” şirkəti xarici ölkələrdə ali təhsil müəssisələri sahəsində ekspertdir. Sıx əməkdaşlıq sayəsində artıq şirkət bir çox xarici ölkələrin ali məktəbləri ilə eksklüziv müqavilələr imzalamışdır. Bu müqavilələr şirkətə tələbə qəbulu üzrə xüsusi səlahiyyətlər verir. Belə ki, xarici ölkələrdə universitetlərə qəbul olunmaq istəyən abituriyentlərin qəbul imtahanlarını vermək üçün həmin ölkəyə getməsinə ehtiyac yoxdur. Xarici ölkələrdə ali və orta məktəblərə qəbul Azərbaycandan çıxmadan və qəbul imtahanları vermədən “AKİ İNTER” vasitəsilə həlll edilir. Xarici universitetdə təhsil almağı seçən abituriyentlərin üç arzusu budur: keyfiyyətli təhsil, təhlükəsizlik,  rahat yaşayış və istirahət.   Bundan başqa, “AKİ İNTER” şirkəti Avropa Biznes Assambleyası tərəfindən  Ümumavropa dinamik inkişaf edən müəssisələr reyestrinə daxil edilmişdir. Biz Azərbaycanda təhsil sahəsində təqdim olunan xidmət bazarını ciddi öyrənirik və “AKİ İNTER” beynəlxalq təhsil sahəsində yeganə şirkətdir. Şirkətin Ukraynada nümayəndəliyi vardır, burada əməkdaşlar tələbələrin təhlükəsizliyinə cavabdehdir və öz müştərilərinin meydana gələn bütün problemlərini həll edirlər.Abituriyentlər universitetlərə qəbul edildikdən sonra da şirkət müştərilərlə sıx əlaqə saxlayaraq etibarını qoruyub saxlayır, nüfuzunu artırır. “AKİ İNTER”-in nümayəndələri digər şirkətlərdən fərqli olaraq, pozitiv əhval-ruhiyyə və özləri haqqında hər cür informasiyanın verilməsində şəffaflıqla seçilir. Bu gün biz şirkətimizin legitimliyindən və perspektiv işə yönəldiyimizdən tam əminik. Xüsusilə, qeyd etmək istəyirəm ki, bu gün Ukraynada 6 minə qədər azərbaycanlı tələbə təhsil alır ki, onların əksəriyyəti Kiyev, Xarkov, Dnepropetrovsk və Odessa universitetlərində oxuyurlar. Bir daha qeyd etmək istəyirəm ki, “AKİ İNTER” dünyanın bir çox ölkələrinin məktəb və universitetlərilə əməkdaşlıq edərək, tələbələrə xaricdə təhsil almaq üçün əlverişli və təhlükəsiz  şərait yaradır.

  • Siz birinci il deyil ki, təhsil bazarındasınız. “AKİ İNTER”-in hansı üstünlükləri xarici ölkələrdə təhsil bazarı liderləri sırasında qalmağa imkan verir?
  • Bəli, həqiqətən, heç də bütün şirkətlər öz fəaliyyətlərinin coğrafiyası ilə fəxr edə bilmir. Bu gün bizim arsenalda 73 ölkə və müxtəlif istiqamətlərdə 3 mindən artıq təhsil proqramı vardır. Bu ölkələrin ali məktəbləri ilə tərəfdaşlıq müştərilərimizə münasib qiymətlərlə geniş variant seçimi təklif etməyə imkan verir. İşimizin nəticəsi göz qabağındadır – minlərlə azərbaycanlı tələbə Avropa, ABŞ və MDB ölkələrinin universitetlərində və məktəblərində təhsil alır.
  • “AKİ İNTER” uzun müddətdir ki, nüfuzlu və keyfiyyətli təhsil, etibarlılıq və təhlükəsizlik sinoniminə çevrilib. Şirkətiniz bu il hansı eksklüziv təkliflər təqdim edir?
  • Tələbə qəbulu artıq elan edilmişdir. Bizə həm tam, həm də natamam orta məktəb təhsili olan abituriyentlər müraciət edə bilər. Xarici ölkələrin universitetlərində təhsil almaqla yanaşı, biz məktəbliləri həmin ölkələrin yay düşərgələrinə də göndəririk. Son vaxtlar Azərbaycanla Rusiya arasında siyasi, iqtisadi və mədəni əlaqələrin canlanması müşahidə edilir. Bu günə iqtisadiyyatın müxtəlif sahələrində iki ölkə arasında bir çox müqavilələr imzalanmışdır. Təhsil sahəsi də istisna deyil, belə ki, “AKİ İNTER” Rusiya Federasiyasının ali məktəbləri: RF DİN Akademiyası, RF Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyası, RF Prezidenti yanında Şimal-Qərb Dövlət Xidməti Akademiyası, Rusiya Gömrük Akademiyası, Rusiya FHN Universiteti, Sankt-Peterburq Dövlət Mülki Aviasiya Universiteti ilə eksklüziv müqavilələr bağlamışdır. Xüsusilə, qeyd etmək istəyirəm ki, adıçəkilən universitetlərin bir çox fakültələrinin məzunları zabit adını alacaqlar. “AKİ İNTER” bu ali məktəblərə 100% qəbula zəmanət verir.
  • Xarici ölkələrdə azərbaycanlı abituriyentlərin ali məktəblərə qəbulu necə həyata keçirilir?
  • Xarici ölkələrdə təhsil almaq qəbul imtahanları vermədən də mümkündür. Lakin bu heç də o demək deyil ki, abituriyent ümumiyyətlə imtahan vermir. Məsələn, İngiltərədə abituriyent universitetə daxil olmazdan əvvəl hazırlıq kursları – iki illik A-Level və ya bir illik Foundation kurslarını bitirməlidir. İkinci daha çox yayılmışdır və Foundationa qəbul olmaq üçün İELTS imtahanı vermək və payızda (noyabrda) daxil olmaq üçün universiteti seçmək, yazda (martda) cavab gözləmək lazımdır. Və inanın ki, cavab heç də həmişə müsbət olmur. Etiraf etmək lazımdır ki, Qərbin ali təhsil müəssisələrinin heç də hamısı əlavə hazırlıq kursu keçməyən tələbələri qəbul etmək istəmir. Bunun üçün Britaniya ali məktəblərinə qəbul üçün bir neçə yol vardır ki, onlardan biri yuxarıdı adını qeyd etdiyim Foundation Year – universitetlərin nəzdində bir illik hazırlıq proqramıdır. Bu proqram qəbul elan edən universitetlərlə müştərək yaradılıb və yalnız hazırlıq kursu uğurla başa çatdıqda seçilmiş ali məktəbə qəbula zəmanət verir. Belə ki, Foundation Year-in diplomu bütün ali məktəblər tərəfindən tanınır və tələbə öz sənədlərini Britaniyanın daha 10 nüfuzlu universitetinə təqdim edə bilər. Əgər tələbə “AKİ İNTER”-ə müraciət edirsə, biz özümüz zəruri sənədlər paketini toplayıb, onun arzuladığı ali məktəbə göndəririk və həmin universitetə qəbul olmasına kömək edirik.
  • Və yekun olaraq, şirkətinizin beynəlxalq təhsil məsələsində nüfuzunun hansı mükafatlarla təsdiqi barədə məlumat oxucularımıza maraqlı olar.
  • Şirkətin beynəlxalq təhsil məsələlərində  səlahiyyətli olması çoxsaylı mükafatlarla təsdiqlənir. Belə ki, 2011-ci ildə Oksford Direktorlar Sammiti çərçivəsində keçirilən Sokrat adına (“Sokrat mərasimi”) beynəlxalq mərasimdə beynəlxalq təhsil üzrə “AKİ İNTER” şirkətinin direktoruna beynəlxalq mükafatlar verilmişdir. Öz növbəsində, Avropa Biznes Assambleyası “AKİ İNTER” şirkətini təhsil sahəsində keyfiyyət və menecmentdə qazandığı nailiyyətlərə və nöqsansız işgüzar nüfuza görə “İlin ən yaxşı müəssisəsi”  («Best Enterprises of the Year») ali mükafata layiq görmüş və mənə  “İlin top-meneceri” sertifikatı vermişdir. Avropa Biznes Assambleyasının Nominasiya Komitəsi şirkətə Avropanın mötəbər mükafatlarından birini – Kraliça Viktoriya adına eksklüziv Britaniya mükafatı olan The International Award «Queen Victoria Commemorative Medal» təqdim etmişdir.

 

Müsahibəni apardı:

Nailə CABBAROVA